Mikayıl Müşfiqinqara bəxti”

 - DNK analizi uzanır...

 

Mircəfər Bağırovun DNK analizinin cavabı qısa müddətdə verilibsə, eyni ekspertiza nakam şairlə bağlı niyə aparılmasın?

Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması xəbərinin “ili” çıxmaq üzrədir. 2018-ci ilin oktyabrında həmin qalıqların Stalin illərində cəzalandırılanların bir çoxunun uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində aşkarlandığı haqda xəbər yayılıb. Məşhur Rusiya milyarderi Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını apararkən nakam şair Mikayıl Müşfiqin, Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovun gizli dəfn olunduğu məzarların yerini də öyrənib.

Onun bu haqda açıqlaması mətbuatda ildırım sürəti ilə yayıldı. Bu xəbərlərdən sonra ölkə rəhbərliyi məsələyə reaksiya verdi. Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı məsələnin araşdırılması Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verildi. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçirilməli, əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görülməli idi.

Fərhad Əhmədovun məlum bəyanatından sonra belə aydın oldu ki, 2017-ci ildə ona valideyni ilə bağlı axtarış işlərinin aparılmasına icazə verilib. “NKVD” və Bayıl türməsinin keçmişölüm korpusunun tibbi xidmətinin əməkdaşları bu işdə ona kömək ediblər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları Fərhad Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstəriblər. Sonralar Fərhad Əhmədov Mircəfər Bağırovun qohumlarından biri - sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüşona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Mircəfər Bağırovla bağlı  2017-ci ildə Londonda genetik ekspertiza - DNK analizi həyata keçirilib. Nəticədə “NKVD”nin sabiq əməkdaşlarının informasiyası təsdiqini tapıb!  Tapılmış qalıqların M.Bağırova məxsusluğu rəsmən isbatlanıb. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn ediblər.

Mircəfər Bağırovun qalıqları ilə bağlı ekspertizanın, DNK analizlərinin qısa vaxt ərzində aparılması, nəticələrin mərhumun yaxınlarına bildirilməsi təqdirəlayiqdir.

Düzdür, Azərbaycanda belə analizlərin həyata keçirilməsi üçün ciddi imkanlar, kadr potensialı var. Buna baxmayaraq, qalıqların aşkar olunması xəbərinin yayılmasından ötən 7 ay ərzində nəticənin ortaya çıxmaması işlərin hansısa səbəblərdən ləngiməsini ortaya qoyur.   Mircəfər Bağırovla bağlı atılan addımların  Mikayıl Müşfiqlə bağlı təkrar olunması, qalıqların Londonda DNK analizindən keçirilməsi daha uyğun görünür.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məsələ ilə bağlı son açıqlamasında mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələrin davam etdirildiyini vurğulayıb.

O, aparılan işlərin hələ başa çatmadığını deyib: “Aparılacaq müayinələrin müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da nümunələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”.

Görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Qaradağ rayonunun Puta qəsəbəsində tapılan şairə aid olduğu güman edilən qalıqlarla bağlı araşdırma çərçivəsində DNT analizi verib.

Qeyd edək ki, prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Ə.Həsənov bildirib ki, təkcə Müşfiqlə bağlı deyil, digər şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində aparılır:

Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad   digər ictimai-siyasi xadimlər var. Belə qərara alındı ki, həmin ərazidə digərlərinin məsələsi həll olunsun. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu  sayda sümük qalıqları təqdim edilib bu proses  davam edir. Başqa nəsə deyə bilmərəm. Çünki qalan məsələlər istintaq sirridir”.

Ədalət Həsənov müayinələrin zaman bitəcəyini dəqiq bilmədiyini açıqlamışdı: “Bu müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar gəlməkdə davam edir. Ona görə də dəqiq nə vaxt yekunlaşacağını söyləyə bilməyəcəm”.

Yeni Müsavat”ın əməkdaşı məsələnin bunca uzanmasının səbəblərinə aydınlıq gətirmək üçün Ədalət Həsənovla əlaqə saxlamağa çalışıb. Lakin israrlı zənglərimiz cavabsız qalıb. Buna baxmayaraq, növbəti saylarımızda baş məhkəmə tibb ekspertinin fikirlərini də öyrənməyə çalışacağıq.

 

E. Məmmədəliyev

 

Yeni Müsavat.- 2019.- 26 iyul.- S.6.