Bakıda ən çox hansı kitabı oxuyurlar?

 

Kitab mağazalarının sahibləri dolanmaq üçün oyuncaq satırlar...

 

Bakıda kitab mağazalarının sayı son illər artıb. Bu mağazalarda təkcə kitab deyil, eyni zamanda suvenir, oyuncaq digər bu kimi əşyalar da satılır. Hər bir kitab mağazasındaən çox oxunanlarbölməsi var. Bəs bu bölməyə hansı kitablar daxildir? Azərbaycanda oxucuları maraqlandıran nədir?

Bu minvalla bir neçə kitab mağazasında olub, həm qeyd etdiyimiz suallara cavab axtardıq, həm ümumi vəziyyətlə maraqlandıq.

Əvvəlcə onu qeyd edək ki, 2016-cı ildən etibarən  Azərbaycan Milli Kitabxanasının arxa tərəfində, açıq havada  Mən oxudum, sən oxuadı altında açıq kitabxana fəaliyyət göstərir. Elə ilk olaraq həmin ünvanda olduq müşahidə etdik ki, yaradılan imkanlardan istifadə edənlər daha çox gənclərdir. Öyrəndik ki, buraya kitab oxumaq üçün gələn şəxslər, əgər özləri ilə kitab aparmaq istəyirlərsə, onun yerinə eyni janrlı kitab təqdim etməlidirlər. Beləcə kitabların dəyişdirilməsi fonundaMən oxudum, sən oxudevizi gerçəkləşir. Öyrəndik ki, buraya gələnlər daha çox elmi, bədii ədəbiyyat axtarışında olurlar. Onların da çoxu tələbələr, elmi yazan şəxslərdir.

Daha sonra yolumuzu metronunİçərişəhərstansiyasının qarşısındakı yeraltı keçiddə yerləşən uzun illərdir kitab dükanı kimi fəaliyyət göstərən məkandan saldıq. İçəri girəndə isə bir qədər təəccübləndik. Belə ki, əvvəllər müxtəlif növ ədəbiyyatın satışı ilə məşğul olan mağazada artıq kitablar bir küncə yığılıb. Əsas hissədə isə uşaq oyuncaqları satılır.

12 ildir bu dükanı işlədən Hilal Bagiyev bildirdi ki, kitabdan pul qazana bilmirlər. Ona görə dolanışıqlarını sürdürmək üçün oyuncaq satışına başlayıblar. Bu dükanda daha çox köhnə eləcə yeni ədəbiyyat satılır. Satıcı bildirdi ki, insanlar ancaq detektiv ədəbiyyata üstünlük verirlər: “Həmin kitablardan başqası çox az satılır. Artıq bir müddətdir ki, heç detektiv alan yoxdur. Ona görə kitab mağazalarının vəziyyəti çətindir. Bu səbəbdəndir ki, ən məşhur mağazada belə oyuncaq suvenir kitabdan daha çox satılır”.

Şəhərin mərkəzindəki ticarət mərkəzlərində yerləşən kitab mağazalarında da olduq. Bu mağazaların satıcıları bildirdilər ki, kitabla maraqlananlar daha çox rusdilli ailələrdir: “Onlar həm rus dilində olan ədəbiyyatları, həm uşaqlar üçün nəzərdə tutulan dərslikləri alırlar. Uşaq ədəbiyyatları müxtəlifdir. Burada daha çox şəkilli kitablara üstünlük verilir. Ancaq çox alınsa da, ən çox satılanlar siyahısına düşmür. Biz hər ay ayın ən çox satılan kitablarını müəyyənləşdiririk. Məsələn, iyun ayı ərzində top 10-luğa düşən ədəbiyyatlar arasında Daniel GelomanınEmosional zəka", Heny FordunHəyatım işim”, Paulo CoelhonunHippi”, uşaqlar üçün fəlsəfə kitabını, Joseph Murphy “Şüuraltının gücü”, Xalid Hüseynin “Min möhtəşəm günəş”, Cəlil MəmmədquluzadəninHekayələr”, Çak PalanikinHəzz markasıkitablarını qeyd etmək olar. Hər ay top onluğa düşən kitabların mövzusu fərqli olur".

Həmçinin ən çox satılanların siyahısında gənclərlə bağlı kitab yazan, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovun  Gəncsən? Başla!” Məqsədlisən?!” kitablarının olduğunu gördük. Satıcılar bildirdilər ki, bu kitablara da oxucuların marağı böyükdür.

Rusdilli kitablara gəlincə isə iyun ayı ərzində ən çox satılan kitablar sırasında Ziya SəfərbəyovunXromosoma”, Tereza DriskollunYa Sleju za to boy”, Qurban SəidinƏli Nino” kitablarına rast gəldik.

 

Əli RAİS

 

Yeni Müsavat.- 2019.- 26 iyun.- S.15.