Adımızı uca edən soydaşlarımız

 

“Yeni Müsavat” müxtəlif ölkələrdə uğur tarixi yazan alimlərimizi təqdim edir

 

Bu gün dünyanın ən müxtəlif ölkələrində yaşayan azərbaycanlıya rast gəlmək mümkündür. SSRİ-nin mövcud olduğu son illərdə, həmçinin ölkə müstəqillik əldə etdikdən sonra soydaşlarımızın xarici ölkələrə çıxışı sərbəstləşib. Dünyanın müxtəlif guşələrinə gedən azərbaycanlılar arasında yaşadıqları ölkədə böyük elmi nailiyyətlər əldə edənləri az deyil. Bu yazımızda onlardan bir neçəsi barədə qısa da olsa məlumatı oxuculara təqdim edirik.

 

Alman maşınının azərbaycanlı mühəndisi

 

Söhbət texnika elmləri doktoru Pərviz Əmiraslanovdan gedir. O, Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür. 70-dən çox elmimetodik işi var, 5 patent alıb.

Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1988-ci ildə Sarıtala kənd orta məktəbini, 1989-cu ildə Qovlar qəsəbəsindəki 98 nömrəli Orta Texniki Peşə Məktəbini bitirərək 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub. İşlədiyi müddətdə universitetrespublika konfranslarında iştirak edib, məqalələri çap olunub. “Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi” adlı metodik vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq “Maşınqayırmada riyazi modelləşdirmə” adlı kitabın (1998) müəllifidir.

1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçikdaha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində “Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.

Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçünSiemens VDO Automotive AG” firmasının təklifi ilə 2005-ci ilin yanvarında firmada ali məktəblərlə elmi üzrə şöbənin rəisi vəzifəsinə işə götürülüb. Eyni zamanda Braunşvayq Texniki Universitetində mühazirə oxumaqda davam edib. 2007-ci ilin sentyabr ayından “DaimlerChrysler AG” (Mercedes) firmasında elmi tədqiqat və inkişaf departamentində qrup rəhbəri vəzifəsinə qəbul edilib. Burada üçillik əmək fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın digər avtomobil şirkəti olanVolkswagen AG” şirkətinin elmi-tədqiqat və texniki inkişaf idarəsində mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektualinnovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktik sınaqdan keçirilir. Eyni zamanda Braunşvayq, Klausthal Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki Məktəbində saathesablı mühazirələr oxuyurbu məktəblər üzrə işçi qupunun rəhbəridir.

 

Minnesota Universitetinin professoru

 

ABŞ-ın Minnesota Universitetinin professoru olan Anar Əhmədov orta təhsilini Bakıda, Xətai rayonundakı 58 saylı orta məktəbdə alıb. 1996-cı ildə təhsil almaq üçün ABŞ-ın Kaliforniya ştatına gedib. Kaliforniya Dövlət Universitetində Princeton Universitetində riyaziyyat ixtisası üzrə ali təhsil alıb.

2018-ci ilin martında AmerikanınSimons ”  Fondu  (The Simons Foundation) 2018-ci il üzrə ABŞ Kanadanın  nüfuzlu universitetlərində  tədqiqatlar aparan 52  alimə  təqaüd ayırıb. Onların  arasında həmyerlimiz Anar Əhmədov da var. A.Əhmədov riyaziyyat nəzəri fizika üzrə xüsusi təqaüdə (Simons Fellows in Mathematics and Theoretical Physics Announced)  layiq  görülən ilk azərbaycanlı alim-tədqiqatçıdır.  Fond alimin kiçikhəcmli simplektik topologiya üzrə tədqiqatlarını yüksək qiymətləndirib.

1994-cü ildən başlayaraq  gənc tədqiqatçılara  elmi ictimaiyyətin diqqətinə səbəb olmuş ciddi elmi işlərinə görə təqaüd ayıran fond onları   elmi liderlərin gələcək nəsillərinin  parlaq ulduzları kimi qiymətləndirir. Mükafatlar səkkiz elmi sahə  - kimya, informatika,  iqtisadiyyat, riyaziyyat, təkamül hesablama molekulyar biologiyası, neyro-biologiyaya, fizika okeanoqrafiya  üzrə verilir.    Namizədlər  yaşlı alimlər qrupunun dəstəyini almalıdır.  Təqaüdün həcmi 100. 000 ABŞ dollarıdır. Bu vəsait sonrakı tədqiqat üçün istifadə ediləcək.

Qeyd edək ki, Anar Əhmədov riyaziyyat dəqiq elmlər üzrə professordur. O, riyaziyyat sahəsində elmi dərəcəni Kaliforniya Universitetində qazanıb. Həmçinin Vyana Universitetində, Kolumbiya Universitetində, Zürih Universiteti Georgia Texnologiya İnstitutunda dərs deyib.

 

Amerikada xərçəngə qarşı mübarizə

 

ABŞ-da uğur qazanan daha bir həmyerlimiz dr Elmar Nurməmmədovdur. Elmar Nurməmmədov 5 iyul 1979-cu ildə Qusar rayonunda anadan olub. 1993-cü ilə qədər Qusar rayonu 2 saylı orta məktəbdə, sonra isə Quba Özəl Türk Liseyində təhsil alıb. 1997-ci ildə liseyi müvəffəqiyyətlə bitirərək Türkiyənin ən güclü universiteti sayılan Orta Doğu Teknik Universitetinin Biologiya ixtisasına qəbul olur. O, 2001-ci ildə universiteti fərqlənmə ilə bitirir İsveçdə Lund Universitetinin Dəqiq elmlər üzrə magistratura ixtisasına qəbul olur. İsveç İnstitutunundan tam təqaüd almağa haqq qazanır. 2003-cü ildə MSc dərəcəsi əldə edərək magistraturanı bitirir. 2002-ci ilin payızından etibarən o bir neçə ay müddətinə Almaniyada Max Planck İnstitutunda çalışır.

2003-cü ilin fevral ayında E.Nurməmmədov Lund Universitetinin Molecular Biophysics kafedrasında PhD- başlayır. 4 il sonra o müvəffəqiyyətlə PhD dərəcəsi almağı bacarır. Bu illərdə bir neçə dəfə İsveç İnnovasiya Agentliyi tərəfindən tədqiqat zamanı gətirdiyi yeniliklərə görə mükafatlar alır.

2010-cu ilin yanvar ayında E.Nurməmmədov Bostona (Massachusetts, ABŞ) köçərək öz tədqiqatlarına Harvard Tibb Universitetində davam edir. Onun tədqiqatı talasemiya anemiya kimi yeni nəsil genetik pozğunluqların terapevtikasına fokuslanıb.

Hazırda Dr Elmar Nurməmmədov ABŞ-da yerləşən Pacific Nevrologiya İnstitutunda John Wayne Xərçəng İnstitutunda dərman ixtirası departamentinə rəhbərlik edir. Elmar həmkarları ilə birgə xərçəng xəstəliyinin müalicəsi üçün dərman axtarışındadır.

 

Beynəlxalq cəmiyyətin azərbaycanlı rəhbəri

 

Danimarka Krallığında yaşayan azərbaycanlı alim, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşina nevrologiya baş ağrıları sahəsində tanınmış alimdir. Həmyerlimizin fəaliyyəti nəticəsində miqren xəstəliyinə səbəb olan amillərin tədqiqatı aparılıb. Bir çox vacib nailiyyətlər məhz Məsud Aşinanın adı ilə bağlıdır. Hazırda o, Kopenhagen Universitetinin baş ağrıları sahəsində fəaliyyət göstərən elmi qrupunun rəhbəri kimi fəaliyyət göstərir.

M.Aşina 1965-ci ildə Bakıda anadan olub. 20 saylı məktəbdə oxuyub. 1982-ci ildə Məsud Aşina Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub 1988-ci ildə oranı bitirib. Təcili Yardımda internatura keçib 1989-cu ildə, o vaxt 16 yaşı olan qardaşı Səidlə birgə Danimarkaya köçüb.

Kopenhagendə yarımillik təkrar internaturadan sonra Məsud Aşina sıx surətdə elmlə məşğul olmağa başlayır. 2000-ci ildə PhD dərəcəsi üzrə dissertasiya müdafiə edir 2003-cü ildə doktorluq dərəcəsi alır. 2006-cı ildə Kopenhagen Universiteti yanında nevrologiya üzrə assosiativ professor olur universitet klinikasının bazasında işləməyə başlayır. 2014-cü ildə Danimarka Milli Hospitalı Kopenhagen Universitetinin nevrologiya professoru adına layiq görülür. 2017-ci ildə Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) növbəti prezidenti seçilir. Miqrenin patofiziologiyasıkitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları miqrenlə bağlı getmiş 400-dən çox məqalənin müəllifidir.

 

Universitet rektoru, ermənilərə

qarşı mübarizənin aktiv iştirakçısı

 

Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib. 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunda doktorluğu müdafiə edib.

Aygün xanım 1990-cı illərin ortalarından Türkiyədə yaşayır Türkiyə vətəndaşıdır. 2007-ci ildə Türkiyənin tanınmış Girəsun Universitetində rektorun köməkçisi təyin olunub. 2010-2012-ci illərdə universitetdə fakültə dekanı, 2012-2016-cı illərdə isə rektor vəzifələrində çalışıb.

2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.

Azərbaycan Türkiyəyə qarşı erməni iddiaları, Orta Asiya, Qafqaz tarixi sahəsində elmi əsərlərin müəllifidir. Azərbaycan, rus, ingilis, fars türk dillərini bilən A.Attar Türkiyədə Azərbaycana qarşı erməni işğalını ifşa edən, erməni lobbisinin Türkiyədə fəaliyyətinə qarşı yönəlmiş aktiv fəaliyyəti ilə tanınır.

 

Kiçik Nobel”li alim

 

Əfəndiyev Məsud - 1970-ci ildə Zaqatalada Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə professorlar M.Vişkinin A.Şnirelmanın rəhbərliyi altında diplom işi yazıb. Uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib. Alim Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat MərkəzindəDinamik sistemlərşöbəsinin müdiri Münhen Universitetinin professorudur. 2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Science-JSPS” təşkilatının mükafatına layiq görülüb.

Dünya elmində ən yüksək təltiflərdən (“Kiçik Nobel” mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyiAleksandr fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası Amerika, Almaniya, İsveçrə Yaponiyada çap olunub. Dünyanın tanınmış jurnallarından biriİnternational Journal of Biomathematics and Biostatistics”in baş redaktorudur.

 

Hazırladı: Dünya SAKİT

 

Yeni Müsavat.- 2019.- 25 may.- S.14.