Bizi qarşısında baş əydirən
varlıq - dövlət bayrağı
Bu gün Azərbaycanda Dövlət
Bayrağı Günüdür
Bu gün-noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut edib və Azərbaycan üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət baysrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq göy rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Yüz ilə
yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı
dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir
varlıq kimi sevilib, əzizlənib, adına
və hüsnünə şeirlər yazılıb,
mahnılar bəstələnib. Sovetlər
Birliyindəki mövcud rejim üçrəngli
bayrağımızın başımız üzərindən
asılmasını və hətta təsvirini belə
qadağan etsə də, onu insanlar ürəklərində
yaşatdılar.
Bəs
xalqımızın başı üzərində yüz il əvvəl
dalğalanmış və bu gün də mövcud olan
bayrağımızın yaranma tarixindən, onun mənasından,
ağ ayparanın və səkkiz guşənin nə
olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə
məlumatlıyıqmı?
1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk
dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət
özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına
görə tam fərqlənirdi. Belə
ki, ilk dəfə idi ki, bütün müsəlman və
türk dünyasında milli kültür ənənələrinə,
demokratik prinsiplərə söykənən Avropa sistemində
bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının
böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının
xarakteri” adlı məqaləsində yazırdı: “Milli
ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı
Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə
demokratiya cərəyanlarını özündə birləşdirən
bir hərəkatdır”.
M.Ə.Rəsulzadənin
əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə
mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan
bayraq haqqında həmin
ilin iyun ayının 21-də hökumətin qərarı
verildi. Həmin qərarda deyilirdi ki, üstündə
qırmızı fonda ağ səkkizguşəli
ulduz və aypara təsviri olan qumaş Azərbaycanın
bayrağı kimi təsdiq edilsin.
Həmin
dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil
edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin
bayrağındakı hilal ayın qarşısındakı
ulduz beş guşədən, Azərbaycan
Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən
ibarət idi.
1918-ci ilin noyabrın 9-da isə üçrəngli
dövlət bayrağımız haqqında qərar qəbul
edildi. Qərarda
deyilir: Yaşıl, qırmızı və mavi rənglərdən,
ağ aypara və səkkizbucaq ulduzdan ibarət
olan bayraq Milli bayraq hesab edilsin. Milli
bayrağımızdakı göy rəng -
türkçülüyü, qırmızı rəng-
müasirliyi, yaşıl rəng-islam ideologiyasını ifadə
edir.
Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli
bayrağın yerinə üçrəngli bayrağın
yaradılması haqqında M. Ə. Rəsulzadənin və
onun başçılıq etdiyi Azərbaycan Milli
Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin
təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin
“Açıq söz” qəzetindəki məqaləsindən
götürüldü.
Qeyd edim
ki, Sovetlər Birliyi dövründə üçrəngli
dövlət bayrağımız 1956-cı ildə XX qurultayda
“şəxsiyyətə pərəstiş” məsələsi
qoyulduqdan sonra
üç azərbaycanlı vətəndaşımız
(adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən
bir saatdan çox “Qız Qalası” üzərində
dalğalandırıldı. Həmin şəxsləri
isə (onların sayı ümumilikdə 15-ə qədər
olub) sonradan 12-13 ilə qədər həbsə məhkum etdilər.
1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı
dövründə yenidən üçrəngli
bayrağımız meydanlarda dalğalandı.
1991-ci il fevralın 5-də isə respublika Ali Sovetinin
qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq
yenidən Azərbaycanın dövlət bayrağı elan
edildi.
Azərbaycan
prezidenti İlham Əliyevin 2009-cu il
noyabrın 18-də imzaladığı sərəncamla 9
noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd
olunur.
Azərbaycan dövlətinin, onun rəhbərinin
dövlət bayrağımıza nə qədər
böyük önəm verdiyini sübut edən daha bir fakt Azərbaycanda
Dövlət Bayrağı Meydanının, Dövlət
Bayrağı Muzeyinin yaradılmasıdır. 2010-cu il
sentyabrın 1-də Bakıda açılışı olan
Dövlət Bayrağı Meydanında ucaldılan bayraq
dayağının hündürlüyü 162 metrdir. Dünyada ən hündür bayraq dayağı məhz
Azərbaycanın Dövlət Bayrağı Meydanında
ucaldılıb.
Ölkəmizin rayonlarında da dövlət
bayrağı meydanı yaradılıb.
Dövlət bayrağımız bərabər enli
üç zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı,
Üçrəngli bayraq bizim mənəvi sərvətimizdir,
inanc yerimizdir.
Təsadüfi deyil ki, Azərbaycan dövlətinin
başçısı seçilib öz vəzifəsinin
icrasına başlayanda müqəddəs Qurana and içməklə
yanaşı dövlət bayrağının önündə
diz çökür və bayrağı öpür. Ölkəmizin təhlükəsizliyini, ərazi
bütövlüyün qoruyan silahlı qüvvələrimizin
əsgərləri vətən qarşısında xidmətə
başlayanda əlini bayrağın üstünü qoyub and
içirlər. Vətən uğrunda
canını fəda edən şəhidlər bayrağa
bükülür. Bütün bunlar
bayrağımızın nə qədər müqəddəs
olduğunun göstəricisidir.
Etibar SEYİDAĞA
Yeni Müsavat.- 2019.- 9-12 noyabr. S.
4.