Şamaxı mədəniyyət paytaxtına çevirilir

- ard-arda festivallar keçirilir

 

Tarixçi: “Oradakı tarixi həqiqətləri də dünyaya çatdıra bilirik

 

Son günlər Şamaxıda mədəniyyətə dair festivallar keçirilir. Bir zamanlar paytaxt olan Şamaxı, hazırda mədəniyyət paytaxtına çevrilməkdədir. Ölkə prezidentinin sərəncamı ilə 2019-cu ilin AzərbaycandaNəsimi ilielan edilməsi Şamaxıya olan diqqəti daha da artırıb. Məlum olduğu kimi, Nəsiminin həyatı haqqında məlumatlarda bir çox tədqiqatçılar onun Şamaxıda dünyaya göz açdığını bildirirlər.

Elə sentyabrın 29-da İkinci Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində Şamaxı tarix-diyarşünaslıq muzeyindəŞamaxı antologiyasıəlyazmasına dair sərginin təqdimatı olub. Tədbirdə Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə digər ölkələrdən olan 150 nəfərdən çox şəxs iştirak edib.  Eyni zamanda Şamaxının Meysəri kəndində ikinci Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsindəNəsiminin ruhuheykəl-installyasiyasının açılışı olub.

Qeyd edək ki, Şamaxıda 1918-ci ilin mart ayında çoxsaylı erməni vəhşilikləri olub. Həmin dövrdə Stepan Lalayevin başçılıq etdiyi etdiyi erməni vandalları Şamaxıda 743-cü ildə inşa edilən «Cümə» məscidində xeyli sayda insanı qətlə yetirib, dinc əhalini bu məscidə yığaraq, diri-diri yandırmışdılar...

Elə sentyabrın 29-da İkinci Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində Şamaxı tarix-diyarşünaslıq muzeyində ile ilgili görsel sonucu

Bu gün artıq «Cümə» məscidi təmir olunub orada erməni vəhşiliklərini əks etdirən lövhələr, məlumatlar yerləşdirilib.

Bu ay ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva qızı Leyla Əliyeva da «Cümə» məscidini ziyarət edib.

Məlumat verək ki, yuxarıda qeyd etdiyimiz kimi tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara dağıntılara məruz qalmış Şamaxı «Cümə» məscidi Heydər Əliyev FondununTolerantlığın ünvanı - Azərbaycanlayihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev fondun bu təşəbbüsünə dəstək olub, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir".

Yeni Müsavat”ın əməkdaşı olaraq həmin məscidi ziyarət etdiyimiz zaman öyrənmişdik ki, «Cümə» məscidinə turistlər böyük maraq göstərirlər. Nəzarətçilərin sözlərinə görə, gün ərzində 500-ə yaxın turist gəlib, məscidi ziyarət edir, tarixlə maraqlanır.

Şamaxıda 743-cü ildə inşa edilən «Cümə» məscidinin ile ilgili görsel sonucu

Ekspertlər hesab edirlər ki, indiki dövrdə Şamaxının mədəniyyət paytaxtına çevrilməsi, həm bu kimi tarixi həqiqətlərimizi dünyaya çatdırmaq üçün uğurlu addım sayılır.

 Yeni Müsavat”a danışan tarixçi professor Anar İsgəndərov aşağıdakıları bildirib:

Şamaxı həqiqətən Azərbaycanın mədəniyyət tarixində yer tutan xüsusi bir ərazidir. Elə 743-cü ildə inşa edilən «Cümə» məscidi təkcə Cənubi Qafqaz üçün deyil, ümumən dünya üçün ən qədim məscidlərdən biridir. Qafqazda isə tarixinə görə Dərbənd məscidindən sonra ikinci cümə məscidi gəlir. yaxşı ki, tarixin bütün çətinliklərinə sinə gələrək, yandırılsa da, məhv edilsə bu məscid təmir olunub ayaqdadır. Dünyanın  müxtəlif yerlərindən Şamaxıya gələnlərdə elə ”743-cü il" sözünü görən kimi ərazinin tarixi, mədəniyyəti barəsində fikir formalaşır. Bugünlərdə Şamaxıda tikilən abidələr bizə çox şey verir. Hər şeydən əvvəl 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımla bağlı olan həqiqətləri dünyaya yaya bilirik.

Bunun canlı şahidiyəm. Ötən il Cümə məscidində olanda Şamaxı ilə bağlı 3 dildə hazırladığımız kitabları oraya gələn xarici qonaqlara verdik. Kiçik kitabçadan qonaqlar xeyli məlumat əldə etdilər. Bu gün Şamaxı Azərbaycanın sürətlə inkişaf edən bölgələrindən biridir. Bu inkişaf bizə həm də imkan verir ki, Azərbaycan həqiqətlərini dünyaya yayaq. Bizim də ən böyük istək və arzumuz həqiqətlərimizi dünyaya çatdırmaqdır. Azərbaycanın bu gün 20 faiz torpağı işğal olunub. İşğal edən və bunu müdafiə edən də məlumdur. Ancaq bununla belə, biz bütün bu həqiqətləri dünyaya yaymalıyıq. Şamaxının inkişafı o deməkdir ki, oradakı həqiqətləri də dünyaya çatdıra bilirik. Ona görə orada görülən işlər təqdir olunan hadisələrdir. Azərbaycanın bölgələri nə qədər çox inkişaf edərsə, oradakı işsizlik də aradan qalxır. Bütün bunların nəticəsində əyalətlə mərkəz arasındakı əlaqələr tənzimlənir. Bu cəhətdən aparılan siyasəti dəstəkləyir, bunu uğurlu hesab edirəm".

 

Əli RAİS

 

Yeni Müsavat.- 2019.- 1 oktyabr.- S.6.