Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusuRibbentrop edam kəndirinə güc gəlmək istəyib

 

Ermənistanı istefalar dalğası bürüyüb. Hərbi cinayətlərə rəvac verənlər, onlara başçılıq edənlər məsuliyyətdən yaxa qurtarmaq üçün son çıxış yolunu vəzifələrindən istefa verməkdə görürlər. Amma sözsüz ki, bu cinayətkar dəstənin hər bir üzvü gec-tez öz layiqli cəzasını alacaq. İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının rəhbərləri kimi...

 

Məlum olduğu kimi, nasistlərin başçısı Adolf Hitler müttəhimlər kürsüsünə qalxmamaq üçün fərqli bir yol seçib, intihar etməklə həyatına son qoyub. Fürerin bir neçə yaxın silahdaşı da intiharı seçərək, özləri özlərinə hökm veriblər. Amma faşist liderlərinin hamısı özlərində bu cəsarəti tapmayıblar. Onların bəziləri qaçarkən, bəziləri könüllü, bir qismi isə elə kabinetlərində, bunkerlərdə həbs ediliblər. Tarixi Nürnberq məhkəməsi milyonlarla insanın həyatına son qoyan bu insanları ən sərt ən ədalətli qanunlarla mühakimə edib onlar layiq olduqları cəzaları alıblar.

 

İkinci dünya müharibəsi dövründə Üçüncü Reyxin əsas siyasi fiqurlarından biri olan xarici işlər naziri İoaxim fon Ribbentrop da Nürnberq məhkəməsində müttəhimlər kürsüsündə əyləşən ən məşhur simalardan biri olub.

 

1893-cü ildə Almaniyanın Vezel şəhərində anadan olan Ribbentropun uşaqlığı yeniyetməliyi Almaniyadan daha çox İngiltərədə, Fransada, İsveçrədə, daha sonra isə Kanadada keçib. İlk təhsilini bir neçə şəhərdə alıb.

Ribbentrop ilk əmək fəaliyyətinə Bostonda jurnalist kimi başlayıb. Məhz bu ərəfədə o, vərəm xəstəliyinə tutulub yenidən Vezelə qayıdıb. Bu xəstəliyin törətdiyi fəsadlar nəticəsində Ribbentrop gənclik illərində bir böyrəyindən məhrum olunub.

Ali təhsilini Kanadada alan gələcək nazir jurnalistika fəaliyyətini dayandıraraq mühəndis kimi əmək fəaliyyətini davam etdirib, dəmiryolu xətlərinin çəkilməsi sahəsində çalışıb. Bu Ribbentropun ürəyincə olmayıb. O, 1913-cü ildə Ottavada şəxsi biznesini yaradıb, alman şərablarını idxal edən şirkətə rəhbərlik edib.

 

) 24164748.721257.8842 (1) (1).jpg (79 KB

Ribbentrop Birinci dünya müharibəsi zamanı hərbi xidmətə yollanıb Almaniya Silahlı Qüvvələrinin 125-ci alayında xidmət edib. Xidmət zamanı fərqləndiyinə görə bir heçə dəfə təltif edilib.

1919-cu ildə ordudan tərxis olunan Ribbentrop yenidən bizneslə məşğul olub, o, Almaniyada tanınmış adamlarından biri sayılıb. Ribbentrop 1930-cu illərin sonunda adamı kimi Adolf Hitlerlə tanış olub. İlk tanışlıqlarından sonra onların arasında dostluq münasibəti yaranıb o, nasist partiyasına mütəmadi olaraq maddi yardım göstərib.

Nasist partiyasının üzvü olan Ribbentrop 1933-cü ildən başlayaraq siyasi fəaliyyətə qoşulub. Siyasi karyerasına millət vəkil kimi başlayıb, sonra bir müddət Hitler onu İngiltərəyə səfir göndərib, daha sonra isə fəaliyyətini Almaniya Xarici İşlər nazirliyində davam etdirib.

Fürerin etimadını qazanan Ribbentrop 1938-ci ildə Hitlerin təşəbbüsü ilə Üçüncü Reyxin xarici işlər naziri təyin edilib.

Dünyanın siyasi müstəvisində kifayət qədər fəal diplomat kimi tanınan Ribbentrop tarixdə Molotov-Ribbentrop paktı, Münhen sazişi ilə daha çox yadda qalıb.

 

Bundesarchiv_Bild_101I-808-1236-08,_Berlin,_Reichstagssitzung,_Goebbels,_Ribbentrop.jpg (91 KB)

Maraqlı faktlardan biri odur ki, Ribbentrop İosif Stalinlə iki dəfə görüşüb bu görüşlərin birində o, sovet liderinə sui-qəsd planlaşdırıb (növbəti saylarımızda bu haqda yazı olacaq).

Hitlerlə Ribbentropun münasibətləri Almaniyanın məğlubiyyətinin son günlərinə qədər yüksək səviyyədə qalıb. Hətta 1945-ci ilin aprelin 20-də Hitler bunkerdə ad gününü qeyd edəndə çox azsaylı dəvətlilər arasında Ribbentrop da iştirak edib. Elə həmin gündən sonra da fürerlə onun arasında soyuq münasibət yaranıb.

Almaniyanın ən gərgin vaxtlarında keçirilən ad gününə Ribbentrop çox az vaxt ayırıb. Bunkeri tez tərk etmək istəyəndə Hitler onun nəyə görə tələsdiyini soruşub. “Bu ad günündən daha vacib işlər var” -deyən Ribbentrop cavab gözləmədən tədbiri tərk edib. Hitler isə üzünü komandasına tutubbundan sonra Ribbentropu aramızda görmək istəmirəmsöyələyərək qəzəbəni gizlədə bilməyib. Bundan sonraisə Hitlerin ömrünə cəmi 10 gün qalıb.

 

Dead_joachimribbentrop.jpg (97 KB)

Almaniyanın məğlubiyyətindən sonra Ribbentrop ölkədən qaçmağa cəhd etsə , bu cəhdi baş tutmayıb. 14 iyun 1945-ci ildə o, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Hamburqda saxlanılaraq həbs edilib. Nürnberq prosesinə çıxarılan Ribbentrop 1 oktyabr 1945-ci ildə məhkəmənin hökmü ilə asılmaq yolu ilə edam hökmünə məhkum edilib. Onu insanlığa qarşı cinayətdə, süni şəkildə müharibə şəraitinin yaradılmasında, ölüm düşərgələrinin fəaliyyətə başlamasında, sülhə təhlükə yaratmaqda ittiham ediblər.

 

16 oktyabr 1946-cı ildə məhkəmənin hökmü icra edilib. Ribbentrop edamdan öncə son söz demək hüququndan istifadə edərək aşağıdakıları söyləyib:

Tanrım Almaniyanı qorusun. Tanrım ruhuma mərhəmət göstərsin. Almaniyaya bütün dünyaya barış arzulayıram...”

Pafoslu çıxışından sonra Ribbentrop asılıb. 1 metr 78 sm boyu olan xarici işlər nazirinin boğazına keçirilən kəndir onu ilk dəqiqələrdə öldürə bilməyib. Ribbentrop edam kəndirinə güc gəlmək istəyib. Yalnız kəndirdə 10 dəqiqədən artıq bir müddət qaldıqdan sonra həkimlər onun ölümünü təsdiqləyiblər.

 

İlham Cəmiloğlu

Yeni Müsavat .- 2020 .- 24 noyabr –S.15.