Topçu Vüsal məşhur şəklindən danışdı: “Dostumu itirmişdim...”

 

 

Topçu Vüsal məzuniyyətə gəlib. Bu xəbər sevinc kimi tez-bazar yayıldı hamı dildən-dilə, ağızdan-ağıza əsgərin məzuniyyətə gəlişindən danışdı. Vüsalın məzuniyyətə gəlişi səssiz-sədasız olsa da, xəbər tutanlar evlərinə axışmağa başladılar.

 

 Payızın diri vaxtında, hələ Topçu Vüsal cəbhədə vuruşanda biz evlərinə gedib ata-anası, babası balaca bacısıyla danışmışdıq. Onda Vüsalın boya-başa çatdığı ev kibrit qutusu boydaydı onu sevənlər o qədər çox idi ki, evə sığışa bilmirdilər. İndi o daxma təzə evin yanında kölgədə qalıb.

 

- Yadımdadır, bu evin qabağında turşu balonları vardı...

 

Hamı gülüşür sözümə. Anası demişdi ki, Vüsal üçün şoraba düzəltmişəm, gələndə ürəyi istəyən qədər yeyər. Anasına demişdim, Vüsal sağ-salamat qayıdacaq, torpaqlar alınacaq biz onun başına yığışacağıq, Vüsal şorabalardan yeyib şirin-şirin güləcək.

 

Anası gülə-gülə dedi:

 

- Vüsal elə vaxtı gəldi ki, şorabaların vaxtı getdi. İndi təzə şorabalar edəcəm...

 

Payızda gələndə gördüyüm mənzərə bu idi: Balaca bir həyət, balaca bir ev. Vüsalın yaşadığı, gözünü açdığı gözəl bir ocaq. Həyətdə balaca masa, iki skamya var idi. O biri tərəfdə, girişdə su quyusu, ondan o tərəfdə hamam, yan tərəfdə tövlə, bir az qabaqda bağ. İndi isə təzə ev həyətdəki mənzərəni dəyişmiş, hər yer daha işıqlı olmuşdu.

 

Təzə ev ata-ananın Vüsala sürprizi idi. O sürpriz ki, biz payızda gələndə tikilib qurtarmışdı, eləcə təmiri qalmışdı. İndi bu təzə, Vüsal üçün tikilmiş evə girəndə üzümə vuran gur işıqdan qəribə bir kədər doldu içimə. Təzə evin yanında, Vüsalın doğuluşuna, böyüdüyünə, şıltaqlıqlarına şahid olmuş indi boşaldılmış, tərk edilmiş, əşyasız o daxmada balaca işığın altında Vüsalgilin ailəsi ilə, dostları ilə danışdığımız o payız gününü xatırladım. Onda Vüsal müharibədəydi, dava hələ qurtarmamışdı, hamımız səksəkə içindəydik bilmirdik, sabahı gün olacaq. O evin girişindəki ayaqqabılar da bir-birinə bitişik idi, sahibləri narahat qalmışdı, elə hey düşünürdülər, görən, bu işlərin axırı təhər qurtaracaq?

 

Vüsal gülümsünür, indi fikir verirəm, gözləri göy üzü kimi mavidir. Məzuniyyətə gəldiyi ilk günlərdən jurnalistlər, qohum-əqrəba, dost-tanış onu tək buraxmayıb, evləri qonaq-qaralı olub.

 

Vüsal jurnalistlərlə danışmaqdan yorulub, əzgindir, cümlələr ağzından ərincəkliklə çıxır.

 

- Mən Qubadlı, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdim. Çox şeylər gördüm. Qürurverici hissdir.

 

Vüsalın məşhur şəkli təzə evlərinin divarından asılıb, deyirlər Bakıdan göndəriblər. O şəkil tək bu evdə deyil, Xaçmaz şəhərinin girişində , dərsliklərdə var artıq. Vüsal gələndə öz məşhurluğunun izlərini görəndə fəxarət hissi keçirib.

 

- Vüsal, o duruşu təzədən eləyə bilərsən, çəkək? – soruşuram.

 

- Alınmaz indi. Çünki onda qəzəbliydim, düşmənə nifrət var idi, həm yaxın dostumu itirmişdim döyüşlərdə. Ona görə o duruş təbii alınmışdı.

 

Vüsal 10 günlük məzuniyyətə gəlib, dediyinə görə, 22 aydır hərbi xidmətdədir, indi xidmətini Şuşada davam etdirir, daşlar yerinə oturanda həmişəlik qayıdacaq evlərinə.

 

- Şuşa çox gözəl şəhərdir! Hamımız xoşbəxtik ki, o torpaqları görə biləcəyik - Vüsal bunu deyib gülümsünür.

 

Evdə bu dəfə çox adam yoxdur, anası, atası, balaca bacısı, nənə, baba, bir dayısı onun uşaqları... Deyir, gələndən heç yerə çıxıb gəzə bilməmişəm. Vüsal mülki həyata alışa bilmədiyini, üstündən hərbi günlərin qoxusunun getmədiyini deyir. Anası əlavə edir ki, siz gəlməsəydiniz, indicə atasıyla çıxıb gəzəcəkdilər. Evdən çıxanda da Vüsal hər yerdə sevgi, təbəssüm görür.

 

- Məktəbimizə getmişdim. Öz oxuduğum məktəbə. Müəllimlərlə, uşaqlarla görüşdük. Hamı mənimlə şəkil çəkdirirdi. Əsas da balaca uşaqlar. Bunları görmək xoşdur həqiqətən.Vüsal o sevgi mənzərələrini çaşqınlıqla, heyrətlə sevinclə danışırdı... Onun sözləri uşaqların oyunu kimi saf idi, hələ böyüməmişdi...

 

Bizə yolu balaca uşaqlar göstərmişdi. Təkqapı oynayırdılar, maşını yanlarında saxladıb soruşduq:

 

- Uşaqlar, Topçu Vüsalın evi hardadır?

 

- Əmi, evləri de ha orda, maşının yanında.

 

O maşının yanına çatanda darvazadan Vüsalın atası İslam kişi çıxdı bizimlə əl tutdu. Üzündə yorğunluq sevinc dolaşırdı...

 

Təzə evə girəndə bizi ilk qarşılayan elə Vüsal oldu, gülümsəyə-gülümsəyə salamlaşdı. Vüsal əsgər köynəyində idi. Onu qucaqladım 44 günlük müharibənin izlərini daşıyan kürəyinə vurdum. Vüsal da atası kimi yorğun, yuxusuz, amma xoşbəxt görünürdü.

 

- Mənim yaxın silahdaşlarım şəhid olduğu üçün istəmədim məzuniyyətə gəlişimi təmtəraqlı eləyək. Ona görə xəbər vermədən gəlmişdim. Evdə heç kim bilmirdi. Sürpriz oldu onlar üçün...

 

Vüsal üçün təzə ev sürpriz oldu, bir bacısının ərə getməyi. Bu, Vüsalın böyük bacısıdır, adı Vüsalədir. Yadımdadır, biz onlara gedəndə qız bizimlə bir masada oturmadı. Soruşdum səbəbini. Dedilər, o, utancaqdır, bu günə qədər bəlkə 20-yə yaxın televiziya kanalı gəlib, heç birinə danışmayıb. Düzdür, pandemiyaya görə toy edə bilməyiblər, elə təzəcə evdə öz aralarında seviniblər deyiblər ki, Vüsal gələndə iki gözəl xəbərlə onun qarşısına çıxaq.

 

Anası demişdi ki, Vüsal şıltaq uşaqdı, atası da bizə onun maşınını vurub əzməsini danışmışdı. Demişdi, “vaenkomat”a gedəndə maşını vurmuşdu. Vüsala həmin hadisəni xatırlatdım.

 

Gülümsündü:

 

- Həyəcanlıydım. Axırıncı gün idi, istəyirdim bir az maşın sürüm. Onu da vurdum. Şükür, elə bir şey olmadı.

 

- İndi maşının vəziyyəti necədir?

 

- Yaxşıdır, düzəldiblər.

 

- Atana deyibsənmiş ki, gələndə maşın alarsan, sənin maşının köhnədir.

 

- Qismət. – gülür...

 

Vüsalgilə gedəndə evdə ata-anasından, qohum-əqrəbadan soruşmuşdum ki, Vüsalın sevdiyi qız varmı? Anasının dediyi yadımdadır: “Bir qızı sevirdi, biz tanımırıq amma. Yoldaşımın dostu şəklini gizlincə çəkib atmışdı”.

 

- Sevdiyin qız var?

 

Vüsal bu barədə danışan biri deyil, çox ciddi görkəm alıb deyir:

 

- Yoxdur.

 

- Deyilənlərə görə, var axı. – gülümsünürəm.

 

- Vüsal inadla susur bu susqunluqla mənə deyir: “Bir bu cür suallar vermə”. Başa düşürəm ki, sevgi mövzusu Vüsalın ərazisində torpağa basdırılmış mina kimidir, ona toxunmaq istəmir.

 

- Ən çox hansı yemək üçün darıxmışdın?söhbəti dəyişdirirəm.

 

- . Plov yəni. Anam gözəl bişirir. Onun dadı üçün darıxmışdım.

 

- Müharibə başlayanda sən həqiqi hərbi xidmətdəydin. Bu xəbər gələndə, yəni müharibə olacağını biləndə hislər keçirdin, necə qarşıladın bu xəbəri?

 

- Biz hiss eləmişdik ki, müharibə olacaq. Komandirlər bizi buna hazırlayırdı.

 

Biz Vüsalgildə, təzə evlərinin təzə masasının ətrafında oturub çay içirdik. Vüsal gəzmək istəyirdi, istəyirdiplaystation”a getsin, futbol oynasın, dostları ilə kafelərdə vaxt keçirsin, ancaq gələnlərə görə bir yerə çıxa bilmirdi, ata-anası bu mövzunu zarafata salıb Vüsalı güldürürdülər.

 

- Sənin gilas yığan dostun hardadı? – babası soruşur.

 

Vüsalın ən yaxın dostudur o, biz onlara gələndə o oğlan da gəlmişdi, qədər ondan Vüsalın sevdiyi qız haqda söz qopartmağa çalışsaq da, alınmadı, ağzına su alıb oturdu. Babası deyir, onlar Vüsalla bir yerdə gilas yığıb pul qazanırlarmış.

 

- Vüsal haqda film çəkiblər, bircə yeri qalıb, – atası deyir...

 

- Hansı yeri?

 

- O məşhur duruşu olan yeri.

 

Vüsal mənə dediyini təkrarlayır:

 

- Təbii alınmayacaq e...

 

Vüsalın danışmağa ərindiyini, həm məzuniyyətində bir az gəzib-görməsini nəzərə alıb ayağa qalxırıq. Deyirik, daha bezdirməyək Vüsalı. Ev əhli gülüşür bu sözlərimizə...

 

Bizi qapıya qədər ötürürlər. Vüsal təzə pilləkənin başında gülümsünür. Arxada onun boya-başa çatdığı balaca ev özünü göstərməyə çalışır.

 

Anası o köhnə evə baxıb deyir:

 

- Dağıdacayıq onu. Hələki belə qalıb...

 

Yeni Müsavat.- 2021.- 17 aprel.- S.1.