Diplomatların Ağdamda gördüyü erməni vəhşiliyi - dünya həqiqətləri anlayacaq

 

Qabil Hüseynli: “Deyəcəklər ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarını xaraba qoyub, xalqına zülm edib, Xerosima növbəti dəfə Azərbaycanda baş verib

120-dən çox xarici diplomatın, səfirlərin Ağdama səfəri başa çatıb. Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərlə bağlı qeyd edib ki, xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir, “ağıllıAğdam şəhərinə qayıtmaq arzusu ilə ayrılıblar.  Qeyd edək ki, onlar Ağdamda Ermənistan vandalizminin nəticələri ilə tanış olublar. Həmçinin qonaqlara Ağdamın bərpa quruculuq planları təqdim edilib. Qonaqlar Ağdamın tarixi mədəniyyət abidələrini   ziyarət ediblər. Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov Pənahəli xanın sarayının yerləşdiyiİmarətkompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.

 

Səfir diplomatlar Ağdamdan çox ağrılı təəssüratlarla ayrılıblar. Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vendi HintonReport”a açıqlamasında deyib ki,  Ağdamdakı dağıntılar onu kədərləndirib: “Keçmişdə çəkilmiş fotolarla müqayisə etsək, buranın tamamilə dağıdıldığını görə bilərik”.

 

Diplomat həmçinin Yeni Zelandiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasının bəzi aspektləri ilə maraqlana biləcəyini deyib. “Yeni Zelandiyanın xüsusi texnologiyası, eləcə kənd təsərrüfatı texnologiyası, davamlı enerji texnologiyalar var ki, sizin bu sahədə maraqlı olduğunuzu bilirəm,” - V.Hinton deyib.

 

Somalinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cama Abdullahi Mohammed dövlətimizi qələbə münasibətilə təbrik edib: “Ağdama səfərimiz əla bir fürsət idi, çünki burada kədərli tarixdən yeni tarixə, yeni başlanğıca keçidin şahidi olduq. Azərbaycan hökumətini ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm”. Diplomat Ağdama səfərin onda ikili təəssürat yaratdığını deyib:

 

 

 

Bir tərəfdən məhv edilmiş əhalisi qaçmağa məcbur qalmış şəhəri görürük. Buna görə bu şəhərin kədərli bir tarixə sahib olması təəssüratı yaranır. Ancaq sevindirici təəssürat odur ki, əhali bura qayıdır onlar burada şəhərlərini yenidən quracaqlar”.

 

Səfir həmçinin Ağdamdan Qarabağdakı digər şəhərlərdən qaçmaq məcburiyyətində qalan insanların geri qayıtdıqlarına görə sevindiyini deyib.

 

İtaliyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Klaudio Taffuri  Report”a açıqlamasında deyib ki, İtaliya bərpa prosesində iştirak etməyə hazırdır: “Ağdam şəhərində hər şey məhv edilib. Bu şəhərin böyük ağrısını hiss etmək, insanların burada əziyyət çəkdiyini görmək mümkündür. İndi yenidən başlamağın, yenidənqurma barədə düşünməyin vaxtıdır. Bir çox İtaliya şirkəti buna hazırdır yenidənqurma işində iştirak etməyə ümidvardırlar”, - diplomat bildirib.

 

 

 

Ukraynanın xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində işğaldan azad olunmuş Ağdama səfər edən Azərbaycandakı səfiri Vladislav Kanevski vurğulayıb ki, Qarabağın yenidən qurulması çox sürətlə gedir: “Mən Ağdamda iki ay əvvəl olmuşam. Hətta bu iki ay ərzində Ağdamda aparılan işlərin nəticəsini görmək olar. Xüsusilə burada yeni yolun necə sürətlə tikildiyini görmək mümkündür. Bu o deməkdir ki, burada minalardan təmizləmə prosesi uğurla davam edir”.

 

Səfir həmçinin Ağdamın yenidən Azərbaycanın vizit kartına çevriləcəyini deyib.

 

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncamYenicag.Az

 

Xarici diplomatik korpus nümayəndələrinin prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında Ağdama səfərini dəyərləndirən politoloq Qabil HüseynliYeni Müsavat”a danışarkən bildirdi ki, Ağdamı görənlər onu Xerosima ilə müqayisə edir:Onlar Ağdamı Azərbaycanın Xerosiması, Füzulini Naqasaki adladırıblar. Bütün diplomatik korpus nümayəndələri azad olunmuş rayonlara getdilər, gördülər ki, daş daş üstə qalmayıb. Bunu vəhşi ermənilər törədiblər, onlar Qarabağın daşını torpağını, tikililərini  söküb aparıblar. Budəfəki səfərdə səfirlərin əksəriyyəti iştirak edirdi. Onlar gördüklərindən heyrətə gəlmişdilər ki, özünü insan adlandıran kəs yaşayış məskənini bu hala sala bilərmi... Bu necə ola bilər ki, 10 min kvadratkilometrlik bir ərazini boz bir səhraya çeviriblər. Bu erməni vəhşiliyinin sübut edən bir görüntüdür. Mənim yeganə iradım ondan ibarətdir ki, ay yoldaş səfirlər, ay yoldaş atnaşelər, bəs niyə həqiqəti deməyə diliniz gəlmir? Niyə Azərbaycan torpaqlarını azad edəndə onu genosiddə ittiham edirdiniz. Erməni ordusu Azərbaycanda Xocalı soyqırımı həyata keçirəndə, Qaradağlı soyqırımını edəndə, bu haqda heç kim danışmırdı, bu gün heç kim danışmaq istəmir. Səfirlərin, diplomatların səfərini yüksək qiymətləndirirəm, ən azından öz gözləri ilə həqiqəti gördülər, gedib öz ölkələrində danışacaqlar, çatdıracaqlar. Deyəcəklər ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarını xaraba qoyub, xalqına zülm edib. Xerosima növbəti dəfə Azərbaycanda baş verib”.

 

Asim Mollazadə AŞPA Monitorinq komitəsinin üzvü seçilib

 

Deputat Asim Mollazadə bərpa prosesində Azərbaycanın çoxlu xarici tərəfdaşı olacağını vurğuladı: “Azərbaycan bir daha dünyaya göstərdi ki, Qarabağ bizimdir qısa zamanda oranı yenidən cənnətə çevirəcəyik. Bizim bu işdə çoxlu tərəfdaşlarımız var. Ora ən müasir texnologiyalar gətiriləcək, bizim Qarabağdakı rayon kəndlərimiz ən müasir formada bərpa ediləcək. Qarabağ iqtisadiyyatımız üçünyaşıl zona"ya çevriləcək. Bu işdə bizə dəstək olmaq istəyən dövlətlərin təkliflərini müsbət qarşılayırıq bu tərəfdaşlığın nəticəsində dünyanın ən son texnoloji nailiyyətləri bir sıra layihələrdə istifadə olunacaq. Xarici ölkələrin diplomatları işğal olunan ərazilərdəki bu vəhşiliyi görəndə təbii ki, bu vəhşiliyə son qoyan ölkənin inkişafı üçün Azərbaycana dəstək verəcəklər. Bu mənzərələri görən insanın ağlına başqa bir fikir gələ bilməz. O ərazilər mütləq bərpa olunmalıdır".

 

Nərgiz LİFTİYEVA,

Yeni Müsavat.- 2021.- 15 iyun.- S.4.