Avropa Parlamenti erməni lobbisinin çəngində...
- Bakıdan etiraz
Erməni
lobbisi postmüharibə
dövründə də
həyasızlıq edir;
partiya sədri: “O deputatları öz ölkələri araşdırsınlar,
məlum olacaq ki, erməni lobbisinin əlinə baxırlar”
Erməni lobbisi postmüharibə dövründə də həyasız fəaliyyətindən
geri qalmır. Rəsmi İrəvan
Bakı ilə bölgədə yeni konfiqurasiyanın yaranmasında
maraqlı olduğunu bəyan etsə də, erməni lobbisi köhnə və ənənəvi işini davam etdirir. “Yeni Müsavat” bildirir ki, ötən həftə Avropa Parlamentinin 33 deputatının
Azərbaycanı təcavüzkar
adlandırması, bizi
Ermənistanın guya
suveren ərazisinə
daxil olmaqda günahlandırması və
bununla əlaqədar qətnamə qəbul edilməsi erməni lobbisinin təsirlərini bir daha üzə
çıxardı.
Görünür ki, Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresində
və digər beynəlxalq tribunalarda erməni lobbisi iş aparmaqdadır. AP-da 33 deputatı,
qarayaxması, bizə
əsassız ittiham irəli sürməsi göstərdi ki, bu dərəcədə fəallaşıblar. Əslində həmin qətnamənin
sənəd kimi heç bir hüquqi statusu yoxdur, daha əvvəl
də bənzər qətnamələr əski
parçasına çevrilib,
lakin istənilən halda bu qurumun
erməni lobbisinin təsiri altında olduğu təsəvvürü
formalaşır. Bəs kontur addımlarımız
necə olmalıdır?
Azərbaycan lobbi işini gücləndirməklə
Ermənistan əleyhinə
müxtəlif beynəlxalq
təsisatlarda qətnamələr
qəbul edilməsinə
nail ola bilərikmi?
Əgər erməni tərəfi iddia edirsə və AP deputatlar da qətnamə
şəklində bildirirsə
Azərbaycan Ordusu guya Ermənistanın ərazilərinə girib,
yeri gəlmişkən,
bunu üçtərəfli
görüşdən sonra
keçirilən birgə
mətbuat konfransında
baş nazir Nikol Paşinyan da açıqlamışdı,
o halda bizim lobbi terrorçu Mirzoyanın Şuşa yaxınlığında hərbçilərimizə
qumbara atmasını niyə gündəmə gətirməsin, Azərbaycanla
işləyən AŞ PA və
AP deputatlarının dilindən
bu bəyanatlar səslənməsin?
Yada salaq ki, AP deputatları
Avropa İttifaqının
xarici və təhlükəsizlik məsələləri
üzrə ali
nümayəndəsi Cozef
Borelə bununla bağlı məktub göndəriblər. Məktubda
Azərbaycan Silahlı
Qüvvələrinin Ermənistandan
çıxarılması tələb
olunur: “Noyabrın
16-da Azərbaycan Silahlı
Qüvvələri Ermənistan
Respublikasının şərq
sərhədi boyunca hücuma keçib. Avropa Parlamentinin üzvləri kimi biz Azərbaycanın Ermənistan Respublikasının
suveren ərazisinə
hücumunu və ora soxulmasını pisləyirik”. Müraciətdə
qeyd ediblər ki, guya Azərbaycanın
günahı üzündən
10 noyabr 2020-ci il atəşkəs bəyanatı pozulub və bölgədəki kövrək sülh ciddi şəkildə təhdidlə üzləşib.
Fransalı senator Natali Qule deyib
ki, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq
edən erməni lobbisi bizi dərindən
narahat edir və onlar prosesə
heç də kömək etmirlər. Görünür ki, ermənipərəst Fransada da bunu
etiraf edənlər
var.
Canlı
yayında Ağasif Şakiroğlu ilə Ata Abdullayev qarşı-qarşıya
- VİDEO
Ağasif
Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının
sədri Ağasif Şakiroğlu “”Yeni Müsavat"a bildirdi ki, Avropa parlamentarilərinin
belə qətnaməyə
imza atması Azərbaycana qarşı qərəzin göstəricisidir. Onun sözlərinə görə,
həmin avropalı deputatları bir-bir araşdırsaq, əlləri
erməni lobbisinin cibindən çıxacaq:
“Hesab edirəm ki, 33 deputatın məlum qətnaməyə
imza atması Avropa Parlamentinin nüfuzuna ciddi şəkildə zərbələrdən
biri olacaq. Bu, bizə qarşı
erməni lobbisinin pulu hesabına yürüdülən siyasətdir
və beynəlxalq qurum olaraq imicini
zədələyir. Halbuki
30 il ərzində
torpaqlar işğalda
olarkən Avropa Parlamentinin 10 deputatı bir araya gəlib
Ermənistanın təcavüzkar
addımlarına qarşı
qətnamə qəbul
etməyiblər. Hərçənd 30 il icra olunmayan
BMT qətnamələri var
idi, indisə olmayan məsələ haqda Avropa Parlamentində
33 rüşvətxor deputat
qətnamə qəbul
edir”.
GAP sədri hesab edir ki, Avropanın
ayrı-ayrı mərkəzlərinin
ikili standartlarla yanaşması Qərbin özünə etimadı
azaldır: “Belə dünyada ədalət yaratmaq istəyən Avropa pis bir
nümunə qoymuş
olur. Biz heç bir kəsin suveren ərazisinə daxil olmamışıq, bizim suveren ərazilər
30 il işğalçı
orduda olub. Ona görə Azərbaycanın öz strategiyası var və bizim Ordumuz
BMT-nin 4 qətnaməsini
icra edib, hansısa qətnamələr
hüquqi sənəd
ola bilməz.
Əslində Avropa Parlamentinin
bu mövqeyi təəccüblü də
deyil, orada Fransanın və erməni lobbisinin təsiri var. Ona görə rəsmi Bakı öz yolunu getməlidir. Biz ”Böyük qayıdış"ı nəzərdə
tuturuq, Qarabağda quruculuq işləri gedir, dünya buna şahiddir ki, Azərbaycan öz ərazilərini yenidən yaradır, hansısa çürük
qətnamələr bizi
maraqlandırmır. Yaxşı olar
ki, pulla işləyən avropalı
deputatları öz ölkələri araşdırsınlar.
Məlum
olacaq ki, erməni lobbisi və diasporasının əlinə baxırlar".
Ramiyə
Məmmədova: “Ermənistan
sülh məsələsini
cəfəngiyyata çevirdi”
Ramiyə
Məmmədova
Siyasi şərhçi Ramiyə
Məmmədovanın sözlərinə
görə, erməni
lobbisinin böyük imkanları və təcrübəsi var: “Azərbaycan da ABŞ, Fransa və digər ölkələrdə
lobbi işini qurub, bizi dəstəkləyənlər
də az deyil. Amma etiraf
etmək lazımdır
ki, erməni diasporasının 100 yaşı
var, lobbiçilikdə
uzun yol keçiblər və təbii ki, dünyada erməni təəssübü çəkənlər
də var, xristian faktoru burada rol oynayır”.
Emil SALAMOĞLU
Yeni Müsavat.- 2021.-
30 noyabr. S. 7.