Ölkədən qeyri-neft ixracını
necə dayanıqlı etməli?
Nicat
Hacızadə: “İxracın dayanıqlı və keyfiyyətli
artımı innovativ, texnoloji, kapital tutumlu mal və məhsulların
ixracından asılıdır”
Azərbaycanda qeyri-neft ixracının sürətli
artımı müşahidə olunmaqdadır. Belə ki, 2021-ci ilin ilk 10
ayı ərzində qeyri-neft məhsullarının ixracı
2,05 milyard dollar təşkil etməklə
2020-ci ilin eyni dövründəkindən 607,2 milyon dollar, yaxud
42 faiz çox olub. Bu zaman
qeyri-neft ixracında yeyinti məhsullarının payı 3,2 faiz artaraq 582,2 milyon dollara çatıb.
On ayda həmçinin
qara metallar və onlardan hazırlanan məmulatların
ixracında 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar
2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr
40,6 faiz, şəkər və şəkərdən
hazırlanan qənnadı məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan
məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan
məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb.
Qeyri-neft ixracındakı bu artımı nə qədər
dayanıqlı, ən əsası keyfiyyətli hesab etmək
olar?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
departament rəhbəri Nicat Hacızadənin dediyinə
görə, müasir dövrdə ixracın dayanıqlı və
keyfiyyətli artımı yenilikçi, innovativ, texnoloji,
uzunmüddətli dövrdə istifadə edilə bilən
kapital tutumlu mal və məhsulların ixracından
asılıdır: “Son istehlak və kapital tutumlu məhsullar
aralıq istehlak kimi qeyri-neft sənaye
buraxılışında önəmli paya malikdir. Diversifikasiya qabiliyyətinə malik ölkələrdə
yerli mənşəli aralıq məhsullarının daxili
son istehlak məhsullarının buraxılışında yer
alması, həmin məhsulların rəqabət
üstünlüyünün artması ilə nəticələnir.
2021-ci ilin ilk 9 ayını əhatə edən ixrac məhsulları
üzrə statistik hesablamalara əsasən, dəyər
baxımından Azərbaycanın ümumi ixracında
aralıq məhsulların payı 72,4 faiz, qeyri-neft sektoru
üzrə isə 72 faiz təşkil edir. Qeyri-neft sektoru
üzrə ixracda isə son istehlak məhsullarının
payı 27 faiz
civarındadır. Kapital tutumlu mallar üzrə
ixrac edilən məhsullar 1 faizin altındadır”.
Nicat
Hacızadə: “Azərbaycanın qeyri-neft ixracı son 7 ilin rekordunu təzələyib”
| Report.az
Nicat
Hacızadə
Ekspert
bildirir ki, sektorlar üzrə bir sıra məhsulların
istehsal və idxalını analiz etdikdə idxaldan
asılılıq səviyyəsini ehtimal etmək
mümkündür: “Dövlət Statistika Komitəsinin xarici
ticarət bülleteninə əsasən, 20 sektorial təsnifatın
yalnız heyvandarlıq sektoru yerli istehsal
dominantlığına dayanan və daxili tələbin 90 faizdən
yuxarı hissəsini təmin edən göstəriciyə
sahibdir. Digər sektorlarda isə idxal ilə rəqabət
aparan, ixracyönümlü istehsal həyata keçirən və
idxal dominantlığı ilə yerli istehlakı təmin edən
sektorları müşahidə edə bilərik.
Qida sənayesi, tütün və içki məhsulları
üzrə sektorda idxal edilən məhsulların 70 faizi son
istehlak məhsullarıdır. Buna baxmayaraq, emal sənayesində
yüksək paya malik qida, içki və tütün
istehsalı üzrə yerli istehsal məhsullarının
daxili istehlakda payı 88 faizə yaxındır. Hazır qida məhsulları, spirtli və spirtsiz
içkilər, tütün və onun əvəzediciləri
sənayesi üzrə istehsal edilən son istehlak
mallarının böyük əksəriyyəti yerli bazarda
istehlak edilir. Nəticə etibarilə, Azərbaycanda
hazır ərzaq, spirtli və spirtsiz içkilər
ixracyönümlü deyil, idxalla rəqabət aparan
sektoryönümlü olması qənaətinə gəlirik".
N.Hacızadənin
sözlərinə görə, idxalda əhəmiyyətli
paya malik plastik və rezin məmulatları sənayesi üzrə
buraxılan məhsulların böyük əksəriyyəti
ixrac edilir: “Adıçəkilən sənaye üzrə son
illər dövlət-özəl əməkdaşlığı
çərçivəsində birbaşa investisiyalar həyata
keçirilib. Plastik və rezin sektoru üzrə
idxalın və ixracın böyük əksəriyyəti
xammal məhsullara əsaslanır. Bu
malların idxal çəkisi 93 faiz olduğu halda, ixracda
payı 99 faiz təşkil edir. Sektorun son
istehlak məhsulları üzrə göstəriciləri isə
fərqlidir. Firmaların tələbinin
qarşılanması 27 milyon dollar olmaqla idxalın 7 faizini əhatə
edir. Rezin və plastik kütlə məmulatlarının
istehsalı sahələrində yerli malların istehlakda
payı 27 faiz təşkil edir. Azərbaycanda
adıçəkilən sahənin yerli mineral resurs
ehtiyatlarına əlçatanlıq potenisalı, müqayisəli
üstünlüklər nəzərə alınmaqla, istehsal
və ixrac diversifikasiya üçün şərait
yaradır.
Azərbaycandan
qeyri-neft sektoru üzrə ixrac 9%-dək azalıb | Report.az
Kimya sənayesi məhsulları üzrə baza xammal
yerli mənşəli neft və qaz məhsulları olsa da,
daxili tələbdə 73 faizlik idxal məhsullarını
müşahidə edirik. İstehsal olunan məhsulların 90 faizdən
çoxunun xarici tələbə yönəldiyini nəzərə
aldıqda, kimya sənayesinin ixracyönümlü istiqamətə
malik olduğu qənaətinə gəlirik. Habelə kimya sənayesi üzrə məhsul
çeşidlərində konsentrasiya, idxalda isə
diversifikasiya daha yuxarıdır. Belə ki, qeyri-neft
sektorunun tərkib hissəsində yer alan
kimya sənayesi üzrə son istehlak məhsullarının
payı ixracda 1 faiz olduğu halda, idxalda 22 faiz təşkil
edir".
Departament
rəhbərinin sözlərinə görə, müasir dövrdə
kapital tutumlu məhsullar rentabellilik nöqteyi-nəzərdən
digərlərindən fərqlənir: “Belə ki, 2021-ci ilin
ilk 9 ayının nəticələrinə əsasən, ”maşınlar, avadanlıq və mexanizmlər;
elektrotexniki avadanlıq; onların hissələri" üzrə
idxal edilən mal qrupunun idxalda payı 25 faiz təşkil edir
ki, bu da digər məhsul qrupları tərkibində ən
yüksək paya sahibdir. Hesablamalara əsasən,
sözügedən sektor üzrə idxalın daxili istehlakda
payı 93 faiz təşkil edərək, yerli istehsal ilə
idxal sektoru arasında qarşılıqlı rəqabətin
olmadığını göstərir. Azərbaycanın
qeyri-neft ixracında kapital tutumlu məhsulların payı 0,2 faiz olmaqla ən aşağı göstəriciyə
malikdir".
Dünya SAKİT,
Yeni Müsavat.- 2021.-
27 noyabr. S. 13.