Kəlbəcərin
işğalına son qoyulan tarixi gün
Ən
böyük strateji əhəmiyyətli rayonun azad
olunmasından 1 il keçir
Kəlbəcər
rayonunun Ermənistanın işğalından azad
olunmasından bu gün bir il keçir. 44
gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan
və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin
2020-ci il noyabrın 10-da
imzaladığı birgə bəyanata əsasən, Ermənistan
Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı
və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi.
Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan
vaxtın azlığını və relyefin çətinliyini
əsas göstərərək noyabrın 25-dək vaxt istədi.
Azərbaycan tərəfi Rusiya tərəfindən
çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın
25-də Azərbaycana təhvil verildi. Azərbaycan
Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə
daxil oldu, 27 ildən artıq davam edən işğal başa
çatdı, Kəlbəcər azad edildi.
Xatırladaq
ki, 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin
3054 kvadrat kilometr ərazisi var. İşğala qədər
rayonun əhalisi 60 min nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd
və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu Dağlıq Qarabağ
müharibəsi başlayandan iki tərəfdən mühasirədə
idi. 1992-ci ildə Laçının
işğalından sonra Kəlbəcərin daha bir tərəfi
bağlandı və rayon 3 tərəfdən düşmən
mühasirəsində qalmışdı. Kəlbəcərin
Azərbaycanın digər bölgələri ilə əlaqəsi
yalnız 3700 metr hündürlükdə olan Murov dağı
vasitəsilə həyata keçirilirdi. Ermənistan
silahlı qüvvələri Kəlbəcərin mühasirədə
qalmasından yararlanaraq 1993-cü il aprelin
2-də oranı işğal etdilər. İşğal nəticəsində
511 dinc sakin öldürülüb, 321 adam əsir
götürülüb və itkin düşüb, həmçinin
Kəlbəcərin 60 min nəfər əhalisi
respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa məcbur olub.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət
abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116
kitabxana, 43 klub, 42 mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə,
23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə
mənzil, 100-lərlə maşın, texnika və s. talan
edilmiş, dağıdılmış və rayonun milyardlarla
manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq
1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
məskunlaşdırılmasına başlanmışdı.
Kəlbəcərin işğalından sonra 3205
saylı iclasda BMT Təhlükəsizlik Şurası 822
saylı Qətnamə qəbul edib. Qətnamədə
bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb
olunurdu. Lakin rəsmi İrəvan həmin
Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə
onun icrasını tələb etmədi. 27
ildən artıq müddətdə qBMT qətanməsi
kağız üzərində qaldı. Nəhayət
Azərbaycan xalqı özü beynəlxalq qanunların
aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən
savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz
çökdürdü. Vətən
müharibəsində əldə etdiyimiz qələbə nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən,
noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil
verildi. Kəlbəcər şəhəri
də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi
işğaldan azad edildi. Bununla həm də
Azərbaycan BMT qətnaməsinin tələbini
reallaşdırmış oldu.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad
olunmasına görə” medalı təsis edilib. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları
ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin
azad olunmasına görə” medalı ilə təltif olunub.
Ölkənin cənub-qərb bölgəsinin zirvəsi
hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən
1500-3800 metr yüksəklikdə Tərtər çayı
vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər
antik dövrün abidəsi olmaqla, çox zəngin flora və
faunası olan bir təbiət muzeyidir. Azərbaycanın
ən mənzərəli və şəfa mənbəli
rayonlarından biridir, burada tanınmış İstisu və
digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil
olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir.
Kəlbəcər təbiətində
dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer
alır.
Kəlbəcərin bu sərvətləri,
heyvandarlıq və turizm üçün də unikal imkanlara
malik olması işğaldan sonra ermənilərin bu rayonda
daha çox qanunsuz məskunlaşmasının səbəblərindən
biri idi. İşğaldan sonra ən çox erməni əhalinin
qanunsuz məskunlaşdırıldığı rayonun məhz
Kəlbəcər olduğu son 15 gündə ermənilərin
bu rayondan çıxarıldığı zaman ortaya
çıxdı. Halbuki işğaldan
öncə Kəlbəcərdə bir dənə də olsun
erməni ailə yaşamırdı.
Ermənilər Kəlbəcərin təkcə təbii
sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən
yuxarı olan tarixi abidələrini də məhv ediblər. Bütün bu vandalizmə,
işğala Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsi son qoymuş oldu. Ermənistan məğlub
oldu və Kəlbəcərdən çıxmağa məcburi
razılıq verdi.
Aqil Məmmədov
(siyasətçi) — Vikipediya
Aqil Məmmədov
Kəlbəcərin
deputatı Aqil Məmmədov “Yeni Müsavat”a
açıqlamasında bildirdi ki, bu gün 27 illik həsrətə
son qoyulduğu günün birinci ildönümünü
yaşayırıq: “Doğma Kəlbəcərin azad
olunmasının 1 illiyini yaşamağın sevincini sözlərlə
ifadə etmək çətindir. Torpaq həsrəti
ən ağır dərddir. Bir ildir bu həsrətimizə
son qoyulub. Buna görə Cənab Ali
Baş Komandanımız İlham Əliyevə, Müzəffər
Ordumuza, müqəddəs şəhidlərimizə, qazilərimizə
minnətdarıq.
Azərbaycan
Respublikasının Prezidenti Kəlbəcərin
işğaldan azad olunması münasibətilə Azərbaycan
xalqını təbrik edib | TravelNews.Az
Azərbaycanın
ərazi etibarilə
ən böyük rayonu olan Kəlbəcər
müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli
strateji nöqtəsi sayılırdı. Qarabağın “qala
qapısı” adlanan Kəlbəcərin işğalı ilə
Ermənistan və Dağlıq Qarabağdakı
separatçı rejim 3700 metr hündürlükdə olan
Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin
Dağlıq Qarabağla Ermənistan arasında ən
yaxın quru yolu açılmışdı. Ermənistanla
böyük sərhədi olan Kəlbəcər Azərbaycan
üçün çox ciddi strateji əhəmiyyət
daşıyır. Strateji əhəmiyyət
daşıyan bu rayonun işğalı Azərbaycana baha
başa gəlmişdi. Məhz bu üstünlükləri
əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan
qısa zamanda Azərbaycanın daha beş
rayonunu işğal edə bilmişdi. Belə
bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad
edilməsi son dərəcə böyük tarixi uğurdur.
Ermənistan Kəlbəcəri Azərbaycana
qaytarmaq niyyətində olmadığını uzun illər
idi dəfələrlə bəyan edirdi. 44
günlük müharibədə ordumuz
işğalçı ordunu diz çökdürdü.
Ermənistan elə ağır məğlubiyyətlə
üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük
əraziyə və əhəmiyyətə malik rayonu
döyüşsüz Azərbaycana-öz sahibinə
qaytarmağa məcbur qaldı".
Kəlbəcərin
erməni işğalından azad olunmasından bir il ötür
Deputat qeyd etdi ki, Kəlbəcər həm də
yeraltı, yerüstü sərvətlərinə görə
çox mühüm əhəmiyyət kəsb eləyən
rayondur. Orada təxminən 70-dən artıq mineral yataqlar
var. Dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir.
500-ə yaxın mineral su yatağı olan yeganə
rayon da məhz Kəlbəcərdir. Kəlbəcər
qısa zamanda işğaldan əvvəlki dövrdəkindən
də inkişaf etmiş rayona çevriləcək: “Azərbaycanın
Prezidenti İlham Əliyev işğaldan azad olunmuş
rayonlarımızın hər birinin ən müasir şəkildə
qurulacağını, inkişaf etdiriləcəyini bəyan
edib. Biz kəlbəcərlilər buna əminik.
Prezidentimiz nəyi deyirsə həyata
keçir. Kəlbəcər də yenidən
qurulacaq və Azərbaycanın ən inkişaf etmiş
rayonlarından biri olacaq. Prezident İlham
Əliyev Kəlbəcərə səfərində Kəlbəcəri
cənnət məkanı adlandırdı. Həqiqətən də bu rayonun təbiəti cənnət
məkandır.
Dominant.Az
- “Şuşa” yarımstansiyası istifadəyə verildi -
FOTOLAR
Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox
böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad
olunmasından cəmi 1 il keçib,
artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində
çox ciddi layihələr gerçkləşdirilib və
sürətli iş gedir. Avqustun 16-da Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər
rayonunda səfərdə oldular. Prezident
İlham Əliyev Kəlbəcərdə Azərbaycan
bayrağını qaldırdı. Kəlbəcər
rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi
start verildi. 16 avqustda dövlətimizin başçısı
və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil
yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyub. Beləliklə, Göygöl və Kəlbəcər
rayonlarını yeni yol birləşdirəcək.
Tunelin müəyyən hissəsi qısa müddətdə
açılıb və hazırda sürətli iş gedir.
Prezidentin səfərində 110/35/10 kilovoltluq ”Kəlbəcər"
yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın
avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli
qoyulub.
Qarabağda
yeni enerji gücü mərkəzləri yaradılır |
Report.az
Hazırda Kəlbəcərdə yeni kiçik Su
Elektrik Stansiyasının da tikintisi gedir.
Kəlbəcərə Daşkəsəndən
keçməklə elektrik xətti çəkilib. Rayon mərkəzində
çörəkbişirmə sexi fəaliyyət göstərir.
Prezidentimizin dediyi kimi, biz eyni zamanda Kəlbəcər,
Laçın istiqamətində dövlət sərhədimizi
möhkəmləndiririk. Bu sərhəd 30 ilə
yaxın müddət ərzində ermənilərin əlində
idi və biz may ayında qarlar əriyəndən sonra bu
sərhədlərə çıxmışıq, öz
mövqelərimizi tutmuşuq.
Prezident
İlham Əliyev Şuşada səfərdədir » AZRNEWS.AZ
- News of Azerbaijan
Regions
Prezidentin sərəncamı ilə Şərqi Zəngəzur
iqtisadi rayonu yaradılıb. Kəlbəcər bu
iqtisadi rayona daxil edildi. Prezident deyib ki,
Şərqi Zəngəzurun gələcək inkişafı
ilə bağlı bütün işlər plan üzrə
gedəcək və biz istəyimizə nail olacağıq.
Bu il pilot layihə olaraq Kənd Təsərrüfatı
Nazirliyi bir qrup arı təsərrüfatları və
heyvandarlıq təsərrüfatlarının Kəlbəcərdə
yerləşdirilməsini təmin etdi.
Bütün bu qeyd etdiklərimiz və digər məsələlər
onu deməyə əsas verir ki, Kəlbəcərdə həyat
bərpa edilir.
İnşallah, bərpa işləri uğurla
davam etdiriləcək. Əhalimiz orada
şən, firavan yaşamağa başlayacaq".
Etibar SEYİDAĞA,
Yeni Müsavat.- 2021.-
25 noyabr. S. 4.