Gənclərin dövlət orqanlarında yer alması düzgün istiqamətlənmiş bir yoldur

 

Tarixin minillik inkişafı sübut edir ki, insanların yalnız şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və dövlətlərin problemlərinə biganə yanaşdığı hallarda bu, təkcə onların özünün deyil, bütün cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb olur, insanlar arasında ünsiyyət zəifləyir, nəticədə bütövlükdə dövlətin mövcudluğu üçün təhlükə yaranır.

 

Hazırda Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Şəxsiyyətin sosiallaşması istiqamətində fərdin özünü vətəni ilə eyniləşdirməsi böyük əhəmiyyət kəsb edir. Bu zaman  Vətənanlayışı təkcə insanların yaşadığı coğrafi ərazi, tanışları, yaxınları qohumları ilə deyil, həm bütövlükdə cəmiyyətə dövlətə qarşı emosional psixoloji münasibətlə müşayiət olunmalıdır. AtalarımızTorpaq uğrunda ölən varsa vətəndirdeməklə, vətənin, sadəcə, coğrafi bir ərazi olmadığını, yalnız insanların ona qarşı xüsusi münasibətinin formalaşdığı zaman müqəddəs bir anlayış dərəcəsinə gəlib çatmasını nümayiş etdirməyə çalışıblar. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı üçün isəVətənanlayışı həm yaratdığı milli dövlətə - Azərbaycana münasibətdə yeni məna kəsb etməyə başlayıb.

 

Hazırda cəmiyyətdə gənclərin mənəvi əxlaqi aşınması da müşahidə edilməkdədir. Əsasən xarici dillərdə olan cəmiyyətə yad dünyagörüşünü şüuru, ifrat müasirliyi təbliğ edən ədəbiyyatlar, televiziya proqramları, teleseriallar, filmlər, musiqi janrlarının gənclər arasında geniş yayılması onlarda milli kimliyin unudulmasına, dövlətçiliyi istisna edən kosmopolitikaya meylliyə, əsasən ənənələrə əsaslanan Azərbaycan cəmiyyətinin dövlətin ilkin əsası olan ailə daxilində parçalanmalara, münaqişələrə, millətə dövlətə olan bağlılığın zəifləməsi kimi mənfi nəticələrə gətirib çıxara bilər. Bu baxımdan vətənpərvərlik hisslərinin təbliğində ailə dəyərlərinin qorunması mühüm rol oynayır. Ailə gənclərin mənəvi-əxlaqi tərbiyəsinin əsaslarının formalaşdığı vacib sosial institutdur.

 

Əhalinin siyasi biliklərinin yüksək siyasi mədəniyyətinin olması da ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək proseslərə qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı  dövrdə olduqca vacibdir.

 

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığıAzərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqındaSərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb.

 

Yeni  Müsavat.- 2021.- 3 sentyabr.- S.15.