Müstəqilliyimiz 104 yaşında - “Bir
kərə yüksələn
bayraq...” Xankəndidə də
dalğalanacaq!
Bu gün
Cümhuriyyətin yaranmasının ildönümüdür
M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurasının Cümhuriyyəti elan etdiyi İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
28 May: Azərbaycan
tarixinin şanlı səhifəsi - BBC News Azərbaycanca
Azərbaycan
Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan
bütün millətlərin sərbəst inkişafı
üçün geniş imkanlar yaradır;
Müəssislər
Məclisi toplanıncaya qədər Azərbaycanın
başında xalqın seçdiyi Milli Şura və Milli
Şura qarşısında məsuliyyət daşıyan
Müvəqqəti Hökumət durur".
Azərbaycan
Milli Şurasının həmin iclasında bitərəf Fətəli
Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti
hökumətinin tərkibini də təsdiqlənib. İlk
hökumətin tərkibi belə idi:
Fətəli
xan Xoyski - Nazirlər Şurasının sədri və daxili
işlər naziri
Xosrov
Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən
Hacınski - xarici işlər naziri
Nəsib
bəy Yusifbəyli - maliyyə naziri və xalq maarif naziri
Xəlil
bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif
Cəfərov - ticarət və sənaye naziri
Əkbər
Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək
naziri
Xudadat bəy
Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy
Hacınski - dövlət nəzarətçisi.
28
Mayıs – Cumhuriyet Günü Tarihi Uluslararası Kitle
İletişim Araçlarında |
Azerbaycan Devlet Tercüme Merkezi
AXC elan
olunarkən Bakı Stepan Şaumyanın
başçılığı altında
bolşevik-daşnak birləşmələrinin nəzarəti
altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti
olaraq Gəncə şəhərində fəaliyyət
göstərib. 1918-ci il sentyabrın 15-də ağır
döyüşlərdən sonra AXC milli ordusunun və Nuru
Paşanın başçılıq etdiyi Qafqaz İslam
Ordusunun hissələri Bakını bolşevik-daşnak və
ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan
hökuməti Bakıya köçüb.
1918-ci il
dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin
qızlar məktəbinin binasında (hazırda AMEA-nın
Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi
bina) Azərbaycan parlamentinin təntənəli
açılışı olub.
Əlimərdan
bəy Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev isə onun birinci müavini seçilib.
Ə.Topçubaşov Paris sülh konfransında
olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib.
Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası
qəbul edilib və yeni hökumətin təşkil
olunması qərara alınıb. Yeni hökumətin təşkili
yenidən F.X.Xoyskiyə tapşırılıb.
AXC-nin
mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155
iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli
Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan
parlamentinin fəaliyyət göstərdiyi dövrə (7
dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin
müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılıb, onlardan 230-a yaxını qəbul
olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi
və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan
millət vəkilləri iştirak edib. Parlamentdə 11
komissiya olub.
AXC
qısa ömründə böyük nailiyyətlər əldə
edib. İlk dəfə qadınlara seçim hüququ
tanıyan və qadın-kişi bərabərliyini təmin edən
cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın
buraxılması, milli bankın yaradılması, demokratikləşmə,
azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycan
istiqlalının rəsmən tanınması, Azərbaycanın
bütövlüyünün təmin olunması, iqtisadi
islahatların aparılması və digər sahələrdə
böyük işlər görüb. Təəssüf ki, cəmi
23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik
işğalı nəticəsində devrilib.
Onu da qeyd
edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin
28 may tarixi ötən il 15 oktyabra qədər Respublika
Günü kimi qeyd olunurdu. Həmin tarixdən sonra
günün adının dəyişdirilərək 28 May
Müstəqillik Günü adlandırılmasına qərar
verilib. 1990-cı ildə Cümhuriyyət Gününün
dövlət bayramı kimi qeyd edilməsi barədə qərar
verilib. Onun üçün də hər ilin bu günü
ölkədə iş günü deyil.
AXC
xalqımızın dövlətçilik salnaməsinin ən
parlaq səhifələrindən birini təşkil edir.
Demokratik respublikamızın yaradılması və milli
dövlət quruculuğunun bərqərar edilməsi
xalqımızın suverenliyinin təmin olunmasında, tarixi
yaddaşının formalaşmasında müstəsna əhəmiyyət
kəsb edib. Cümhuriyyətin yaranması ilə itirilmiş
dövlətçiliyimizin bərpası reallaşdı, eyni
zamanda xalqımızın tarixində ilk dəfə demokratik
prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin,
hökumətinin yaranmasının əsasını qoydu. AXC
ölkəmizin milli dövlətçilik tarixində
mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində
çox böyük işlər görüb, iqtisadi-siyasi,
sosial-mədəni islahatlara təkan verib.
Azərbaycan
Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan
ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi
əsasında Cümhuriyyətimizin üçrəngli bayrağı
qəbul edilib. O zamana qədər bayrağımız
qırmızı rəngdə idi.
Azərbaycan
Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət
göstərə bildi. Təəssüflər olsun ki,
müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına
çatmadan bolşeviklərin hücumuna məruz qalaraq
süquta uğradıldı. Sovetlər Birliyi Azərbaycanı
məcburi surətdə öz tərkibinə daxil etdi.
Bolşeviklər tərəfindən devrilməsinə
baxmayaraq, istiqlal ideyası yenilmədi.
Müasir
Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də
qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya
Aktı”nda qeyd olunur ki, 1920-ci
ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq
Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan
Respublikası onun bayrağını, gerbini, himnini qəbul
etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli
fəaliyyətinin zəngin ənənələrindən
istifadə edib. Artıq ikinci ildir ki, bu şərəfli
tarixi işğalçılardan təmizlədiyimiz
Qarabağda da qeyd edirik. İndi hər birimiz bu suala da cavab axtarırıq:
üçrəngli bayrağımızın
separatçıların yuvasına çevrilən Xankəndində
dalğalanacağı gün uzaqdamı?
Sabiq təhsil
naziri Firudin Cəlilov çox ümidli danışdı:
“Könlümüz istərdi ki, günü sabah
bayrağımız Xankəndidə dalğalansın. Amma
reallığa baxmaq lazımdır. Hazırda
danışıqlar gedir. Erməni tərəfi
ağıllı olsa, bizim şərtləri qəbul edib insan
kimi Qarabağda rahat yaşaya bilər. Necə ki, əvvəllər
yaşayırdılar. Azərbaycan vətəndaşı kimi
bütün haqlara sahib olaraq, heç bir fərq qoyulmadan
yaşaya bilərlər. Hətta öz dillərində məktəbləri
də olsun. Milli kultur baxımından nə ehtiyacları
varsa, ona imkan verilməlidir. Bu mənada ermənilər bir az
ağıllı olmalıdırlar. Çünki onların
başqa yolları da yoxdur. Ya Qarabağı tərk edib getməlidirlər,
ya da orada qalmaq istəyənlər, qalıb yaşaya bilərlər.
Əgər
bu razılıq əldə olunsa, bayrağımız orada da
dalğalanacaq. Əvvəl-axır bu belə də olacaq.
Çünki ayrı yolu yoxdur. Qarabağ məsələsi
sonsuza qədər davam edə bilməz. Yaxın 2-3 ildə bu
həll olunmalıdır. Düzdür, Qarabağdan adından
istifadə etməyə çalışan dövlətlər
var. O da Allaha şükürlər olsun, Rusiyanın
başı özünə qarışıb. İran daxilindən
çalxalanır. Ermənistanda vəziyyət göz
qabağındadır. Bütün hadisələr ona doğru
gedir ki, Məhəmməd Əmingilin dediyi şüar
yaxın illərdə Xankəndidə də səslənəcək,
yəni “Bir kərə yüksələn bayraq, bir daha enməyəcək”.
Milli
Dirçəliş Hərəkatı Partiyasının sədri
Fərəc Quliyev bu istiqamətdə vaxt itirmədən
lazımı addımların atılmasını vacib
sayır: “Bu dinamik prosesdir. Təbii ki, bu proseslər
dayanmamalıdır. Azərbaycan öz hədəflərinə
doğru gedir. Bizim ”Yol Xəritə"mizdə bir məsələ
var idi ki, Azərbaycanın Müstəqillik Aktında göstərildiyi
kimi ölkəmizin suverenliyi şəksizdir, Xankəndi daxil
bütün ərazilərimizdə bayrağımızın
dalğalanması mütləqdir. Bunlar qarşıya
qoyulmuş vəzifələrdir və mütləq yerinə
yetirilməlidir.
Burada Rusiyanın sülhməramlısının kölgəsində gizlənənlər maneçiliklər törədirlər. Rusiyanın iştirakı ilə əldə olunan 10 noyabr bəyanatına əməl olunmur. Hətta cəsarət edib orada başqa şüarlarla da çıxış edirlər. Düşünürəm ki, müəyyən dərəcədə taktiki gedişdə dəyişikliklər edilməli, təzyiqlər artırılmalıdır. Çünki zaman-zaman masada uğur qazanmaq istəyiriksə, hərbi yöndəki təzyiqlərlə bunu edə bilərik. 30 il ərzində hər şeyi etməyə çalışdıq. Amma istənilən nəticəni əldə edə bilmədik. Bu gün Rusiyanın Ukraynada apardığı savaş, özünün zəifləməsi, bölgədə Azərbaycan-Türkiyə tandeminin güclənməsi artıq maksimalist tələblərlə çıxış etməyimizi zəruri edir. Digər bir məsələ də azad etdiyimiz ərazilərə oradan qovulmuş türksoylu vətəndaşlarımızın qaytarılmasıdır. Bunu mütləq şəkildə təmin etmək lazımdır. Vaxtilə Xankəndidən 14 min 400-ə qədər vətəndaşımız qovulub. Biz onların həmin yerə qaytarılmalarını mütləq təmin etməliyik. Bir sözlə, bütün ərazilərimizdə mülki idarəetmənin təmin olunması yönündə fəaliyyətimizi daha da artırmalıyıq.
Nəinki Qarabağ ərazisindən, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın geri qaytarılması istiqamətində də fəaliyyət aparmalıdır. Təbii ki, gedişatdan narazı deyiləm. Amma ermənilərin arxayınçılığına son qoymaq üçün taktikanı dəyişmək lazımdır. Bayrağımız Xankəndidə dalğalanmalıdır. Ermənilər Azərbaycan vətəndaşlığını, konstitusiyamızı qəbul edəcəklərsə, hüquqlarını təmin etməliyik. Əks halda qanunlarımız qarşısında cəzalandırılmalıdırlar. Bunun başqa yolu yoxdur".
Cavanşir ABBASLI
Yeni Müsavat.- 2022.- 28 may.- S.4.