“Avroviziya
2024"ə razılıq verdik –
müsabiqədən çəkilək, yoxsa...
Faiq Sücəddinov: "Dünyaca nüfuzlu səhnədə "Azərbaycan" sözünün səslənməsi 10 milyona dəyər..."
Avqustun 17-dək 27 ölkə “Avroviziya
2024" mahnı yarışında
iştirakını təsdiqləyib:
Almaniya, Avstriya, Azərbaycan, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə,
İtaliya, Kipr, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Ukrayna.
Novator.az bildirir ki, İsveçin Malmö şəhərinin
ev sahibi olacağı yarışın
ilk yarımfinalı mayın 7-nə, ikinci yarımfinalı mayın
9-na, finalı mayın
11-nə təyin edilib.
İctimai teleradioları
cəmləyən Avropa
Yayım Birliyinin
1956-cı ildən keçirdiyi
“Avroviziya” yarışında
İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə,
Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib olub.
Məlum olduğu
kimi “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri
sayılır. Lakin bu müsabiqənin sadəcə mahnı müsabiqəsi olmadığı
haqda çoxdan fikirlər səslənir.
Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin
yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.
Bu yarışmadan
siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri
Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məsxərəyə
qoyan “We don’t wanna put in”
adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin “Avroviziya” mahnının sözlərində
açıq siyasi mesajlar olduğunu əsas gətirərək,
sözlərin dəyişdirilməsini
tələb etdi. Tələb Gürcüstan
tərəfindən qəbul
edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.
Siyasi proseslərin
təsiri 2017-ci ildə
İsveçdə keçirilən
müsabiqədə daha
aydın nəzərə
çarpdı. Ukrayna
təmsilçisi Camala
Krım türklərinin
deportasiyası haqqında
yazılan “1944" adlı
parça ilə yarışmaya qatıldı.
Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə
siyasətini tənqid
edən mahnının
siyasi motivlərinə
bu dəfə Avropa göz yumdu və güclü
dəstək əldə
edən çıxış
qalib olmağı bacardı.
Mütəxəssislər də qeyd edir
ki, “Avroviziya”da
siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır.
Belə ki, Yunanıstanın heç
vaxt Türkiyəyə
səs verməməsi,
Balkan və Skandinaviya ölkələrinin
öz aralarındakı
daimi dəstəyi bir növ buna
sübutdur. Verilən
səslər, sanki ölkələrin bir-birinə
olan münasibətinin
göstəricisinə çevrilib.
Bu nöqteyi-nəzərdən
qeyd edək ki, Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələr Türkiyə,
Rusiya, Moldova, İsrail,
Ukrayna və Gürcüstandır.
Son illər
isə yarışmada
LGBT təbliğatı açıq-aydın
hiss olunmaqdır. Məsələn,
2014-cü ildə keçirilən
müsabiqənin qalibi
olan Avstriya təmsilçisi Konçita
Vorst LGBT təbliğatının
simvoluna çevrildi.
“Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri
tərəfindən rəğbətlə
qarşılandı və
ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı
parçası LGBT hərəkatlarının
yüksəlməsi üçün
təməl oldu.
Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə
qoşulub, 34 dəfə
müsabiqədə iştirak
edib. Lakin səsvermə sistemində
dəyişiklikləri əsas
gətirərək, Türkiyə
2013-cü ildən etiraz
əlaməti olaraq bu yarışmada iştirak etmir.
Azərbaycana gəldikdə, ölkəmiz
ilk dəfə 2008-ci ildə bu yarışmaya
qoşulub.
Serbiyanın paytaxtı Belqrad şəhərində baş
tutan 53-cü “Avroviziya”
müsabiqəsində Azərbaycanı
Elnur Hüseynov və Samir Cavadzadə
“Day After Day” mahnısı
ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin
ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal
“Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada
qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın
Kristal Zalı ev sahibliyi etdi.
İsveçli ifaçı
Lorinin qələbə
qazandığı yarışmada
Azərbaycan təmsilçisi
Səbinə Babayeva “When the Music Dies”mahnısı ilə 4-cü yeri tutdu.
Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə
uğurla çıxış
etdi. Malmö şəhərində baş
tutan müsabiqədə
Fərid Məmmədov
“Hold Me” mahnısı
ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda
mütamadi olaraq uğursuz çıxış
edir. 2014-cü ildə
Dilarə Kazımova
22-ci, 2015-ci ildə Elnur
Hüseynov 12-ci, 2016 -cı
ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.
2017 Kiyev şəhərində
keçirilən müsabiqədə
Azərbaycanı Diana
Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə
14-cü yeri qazanmışdır.
İlk dəfə
2018-ci ildə Azərbaycan
Aysel Məmmədovanın
təmsilində yarımfinal
mərhələsində məğlub
olmuşdur. 2019-cu ildə
isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşmışdır.
2021-ci ildə Niderlandda
keçirilən yarışmada
iştirakçımız Samirə Əfəndiyeva
20-ci, 2022-ci ildə İtaliyada
iştirakçımız Nadir Rüstəmli
16-cı yerə çıxıb.
Ötən il, yəni 2023-cü ildə isə ölkəmizi təmsil edən Tural Bağmanov və Turan Bağmanov
qardaşları ümumiyyətlə
finala keçə bilmədilər. Hələ
yarışmada iştirak
etməzdən əvvəl
qardaşların həm
mahnı, həm də performansının çox zəif olması haqda çox sayda tənqidi fikirlər səslənirdi.
Bütün bu faktları nəzərə alaraq, “Avroviziya 2024" müsabiqəsindən
çəkilək, yoxsa...
Mövzu ilə
bağlı Xalq artisti, “Şöhrət” ordenli bəstəkar, “Avroviziya” milli seçim turunun münsiflər heyətinin
üzvü olmuş Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb:
"Avroviziya" dünyada
çox nüfuzlu mahnı müsabiqəsidir
və burda bütün dünya iştirak edir. Doğrudur, qardaş Türkiyə bu müsabiqədən imtina
edib, onların öz baxışları var. Hesab edirəm
ki, Azərbaycan “Avroviziya”da davamlı
olaraq iştirak etməlidir. Ona görə ki, bu vacib səhnədir.
Ola bilər ki, Azərbaycan tərəfindən bir dəfə yaxşı, bir dəfə də pis musiqi
təqdim olunsun, iştirakçılarımız bir dəfə uğurlu, bir dəfə uğursuz çıxış etsin,
amma əsas odur ki, ölkəmiz
kənarda qalmır. İndiki informasiya müharibəsi zamanında
Azərbaycan bu cür tədbirlərdən
geri qalmamalıdır.
Bir “Azərbaycan” sözünün səslənməsi
10 milyona dəyər.
Azərbaycan bu
yarışmada bir dəfə qalib olub, bir dəfə
isə heç finala da keçə
bilməyib. Amma bütün bunlara baxmayaraq,
kəskin mövqe nümayiş etdirməməliyik.
Niyə bu cür tədbirdən imtina etməliyik? Yaxşı, gizlənək,
qapanaq, bəs sonra nə olsun?
“Bəs niyə
bəstəkarlarımız ”Avroviziya" müsabiqəsi üçün
mahnı yazmır, müraciət olunmur, yoxsa?" sualımıza Faiq Sücəddinov bu cür cavab
verdi: “Bu məsələdə bir qədər açıq olmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə bu
da olacaq. Allah biz bəstəkarlara
ömür versin, tələb olunanda onu da yazacağıq.
Bir neçə il öncə Fransada Azərbaycan mədəniyyət günləri
keçirilirdi. Həmin
tədbirdə səslənən
musiqilərimizin təsirindən
xaricilərin ağızları
açıq qalmışdı.
Muğamımız, folklorumuz,
caz, akademik musiqimiz çox zəngindir. Əlbəttə
ki, dünya arenasında öz musiqimizin səslənməsi
daha yaxşı olardı, amma qeyd etdiyim kimi,
inanıram ki, gələcəkdə o da
olacaq”.
Xalidə GƏRAY
Yeni Müsavat.- 2023.- 19-21 avqust.- S.14.