Heydər Əliyevin anım günü
- arzuladığı
Azərbaycan...
Onun ən
böyük istəyi
doğumunun 100-cü, vəfatının
20-ci ilində həyata
keçdi
Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin vəfatından
bu gün 20 il keçir. Azərbaycanın bütün
bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil
olunacaq. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda
anadan olub. 1944-cü ildən təhlükəsizlik
orqanları sistemində
çalışan Heydər
Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsi sədrinin
müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləyib,
general-mayor rütbəsinə
qədər yüksəlib.
Həmin illərdə
o, Leninqradda (Sankt-Peterburq)
xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilib və SSRİ-nin rəhbərlərindən
biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən
istefa verib.
Heydər Əliyevin
1970-1980-ci illərin əvvəllərində
gördüyü işlər
önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik
etməyə başlayanadək
Azərbaycan Respublikası
Sovet İttifaqının
müttəfiq respublikaları
arasında bütün
göstəricilərə görə
axırıncı yerlərdə
idi. Ulu öndər Heydər Əliyev ölkəyə
rəhbərlik etdiyi dövrdə isə sənaye, o cümlədən
yüngül sənaye
və kənd təsərrüfatı, ən parlaq inkişaf dövrünü yaşadı,
respublikada təhsilin inkşaf dövrü başladı, milli kadrların yetişdirilməsi
vüsət aldı. Heydər Əliyevin zamanında Azərbaycan
SSR arasında inkişaf
tempinə görə
ön sıralara yüksəldi.
Ulu öndərin
Azərbaycana xidməti
1987-ci ildən sonrakı
dövrdə də davam etdi.
20 Yanvar hadisələrinə
ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il
yanvarın 21-də sovet
rejiminin qadağalarına
rəğmən, həyatını
təhlükə qarşısında
qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələn
Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici
və cəsarətli
bir bəyanat verdi. Onun bu
addımı Azərbaycan
xalqının mübarizə
əzmini daha da artırdı, xalqı ruhlandırdı,
milli azadlıq hərəkatının genişlənməsinə
stimul verdi.
Onu da qeyd edək ki, Ulu öndər
Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə
bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə
cavab olaraq, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist
Partiyasının sıralarını
tərk etdiyini də bəyan etdi. Heydər Əliyev kimi nəhəng siyasətçinin
Kommunist Partiyası üzvlüyündən imtina
etdiyini bəyan elan eləməsi həm də azadlıq mübarizəsinə
qalxmış Azərbaycan
xalqına daha bir dəstəyi idi.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb,
həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının
Ali Soveti sədrinin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət
bayrağı 1990-cı il
noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə
keçirilən sessiyada
Naxçıvan Muxtar
Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın
Azərbaycanın rəsmi
dövlət rəmzi
kimi tanınması haqqında vəsatət qaldırılıb.
Onun Azərbaycanın
müstəqilliyi uğrunda
mübarizəsində parlaq
səhifələrdən daha
biri isə 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsi məsələsi
Ali Sovetdə səs qoyularkən belə bir referendumun
keçirilməsi əleyhinə,
yəni SSRİ-nin saxlanmasının əleyhinə
səs verməsi idi.
Heydər Əliyev
1992-ci ildə Yeni Azərbaycan Partiyasının
Naxçıvan şəhərində
keçirilmiş təsis
qurultayında partiyanın
sədri seçilib. Ulu öndərin təcrübəsi və siyasi peşəkarlığı
sayəsində YAP ölkənin
ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi və təsis olunduqdan təxminən 7 ay sonra hakimiyyətə gəldi.
Xalqın tələbi
ilə Naxçıvandan
Bakıya gələn
Heydər Əliyev
1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başladı.
1993-cü il oktyabrın
3-də ümumxalq səsverməsi
nəticəsində Heydər
Əliyev Azərbaycan
Respublikasının Prezidenti
seçildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
Prezident seçilməsi
Azərbaycan xalqını
qurtuluşa aparan yolun ilk addımıdır.
Ulu öndər
1993-cü il oktyabrın
10-da dövlətə və
xalqa sədaqət andı içərək
Azərbaycanı böyük
bəlalardan, faciələrdən
hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla
Vətənə sədaqətlə
xidmətin əyani nümunəsini yaratdı.
O, 1998-ci il oktyabrın
11-də keçirilən növbəti
prezident seçkilərində
yenidən Azərbaycan
Respublikasının Prezidenti
seçildi.
2003-cü ilin 12 dekabrında Prezident Heydər Əliyev ABŞ-da müalicə aldığı klinikada vəfat etdi. Onun vəfatı Azərbaycan xalqını
kədərə boğmuşdu.
Bakıda dəfni ümumxalq izdihamı ilə həyata keçirildi. Xalq özünün böyük
lideri ilə vidalaşmağa axışırdı.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin
qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin
əsasları qoyuldu və ciddi islahatlara
start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən
ağır məqamlarda
Azərbaycan xalqı əmin idi ki,
Heydər Əliyev müstəqilliyi, dövlət
maraqlarını, xalqımızın,
dövlətimizin maraqlarını
qoruyacaq və xalqımızın inkişafı
ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının
əsas səbəbidir.
Azərbaycanın qələbələrinin
təməli məhz Heydər Əliyev siyasəti ilə qoyuldu. Onun layiqli
davamçısı Prezident
İlham Əliyev Ulu öndərin ən böyük arzusunu - başda Şuşa olmaqla, işğal altındakı
torpaqlarımızın azad
olunması arzusunu gerçəkləçdirdi. Bu
gün Azərbaycan Heydər Əliyevin arzu etdiyi Azərbaycandır
- əraziləri işğaldan
azad edilmiş, bütün ərazilərində
suverenliyi bərpa edilmiş, güclü ordusu, güclü iqtisadiyyatı, qalib xalqı olan qüdrətli Azərbaycan!
Etibar
Seyidağa
Yeni Müsavat.-
2023.- 12 dekabr, ¹223.- S.4.