Şanlı tarixin 33-cü ili
20 Yanvara aparan yol azərbaycanlıların
Ermənistandan deportasiyasından
başlayıb
1990-cı il 20 Yanvar faciəsindən 33 il keçir. Keçmiş SSRİ-nin süqutu
ərəfəsində xalqımıza
qarşı törədilmiş
bu faciəsi Azərbaycanın azadlıq
mübarizəsinin ən
qanlı səhifələrindən
birini təşkil edir. Bu faciənin
kökü ermənilərin
Azərbaycana qarşı
torpaq iddialarına gedib çıxır.
1988-ci ildən başlayaraq
Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsini
tələb edən erməni şovinistlərinə
qarşı heç bir tədbir görməyən keçmiş
SSRİ hakimiyyəti əslində
ermənilərin cinayətlərinə
göz yumurdu. Belə bir
şəraitdə Azərbaycan
xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı. 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq
nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı
törədilən bir
cinayət olmaqla yanaşı, Azərbaycan
xalqı üçün
müstəqillik uğrunda
mübarizənin rəmzidir.
20 Yanvar faciəsi
xalqımızın milli
şüuruna kədərli,
eyni zamanda XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi
kimi daxil oldu. 20 Yanvar
faciəsi Azərbaycanın
milli kimliyinin formalaşmasına həlledici
təsir göstərib,
dövlət müstəqilliyinin
bərpasında mühüm
dönüş nöqtəsi
olub. Məhz bu faciədən
sonra milli azadlıq hərəkatı
daha da güclənərək
dönməz xarakter alıb, xalq öz gələcəyini
yalnız Azərbaycanın
müstəqilliyə qovuşmasında
görüb. 20 Yanvar faciəsi siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.
Milli azadlığı,
ölkəsinin ərazi
bütövlüyü uğrunda
mübarizəyə qalxmış
dinc əhaliyə
divan tutulması, kütləvi
qırğın nəticəsində
yüzlərlə günahsız
insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi, Daxili İşlər Nazirliyinin
qoşun hissələri
Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Qanlı yanvar hadisələrinin
coğrafiyası təkcə
Bakı şəhəri
ilə məhdudlaşmadı.
Ölkənin digər
rayonlarında, o cümlədən yanvarın
25-də Neftçala, yanvarın
26-da isə Lənkəranda
8 nəfər qətlə
yetirilmişdi. Ümumilikdə
Respublikada 147 nəfər
öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz
həbs olunmuş, 200
ev və mənzil, 80 avtomaşın,
o cümlədən təcili
yardım maşınları,
dövlət əmlakı
və şəxsi əmlak məhv edilmişdi.
Faciədən dərhal sonra-1990-cı il yanvarın
21-də ümummilli lider
Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək doğma
xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin
törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri
ifşa edib.
1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını
təhlükə qarşısında
qoyaraq Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gələn
ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham
etdi. Cəsarətli bəyanat verərək
əliyalın xalqın
qırılmasını hüquqa,
demokratiyaya, humanizmə
zidd, Moskvanın və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyev Azərbaycan
xalqına qarşı
bu vəhşiliyi qətiyyətlə pisləməklə
yanaşı, onun törədilməsi səbəblərini
də açıqladı,
təşkilatçıların, günahkarların adını
bütün dünyaya
bəyan etdi.
Beləliklə, SSRİ səviyyəsində məhz Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi,
faciədə əli olanların, əsas günahkarların adını
çəkdi, Azərbaycana
qarşı aparılan
xəyanətkar siyasətin
mahiyyətini açıqladı
və təqsirkarların
Azərbaycan xalqı qarşısında məsuliyyət
daşıyacağını bəyan etdi. Heydər Əliyevin bu bəyanatı faktiki olaraq o vaxta qədər Azərbaycanda SSRİ rəhbərliyinin
Dağlıq Qarabağ
məsələsində nümayiş
etdirdiyi siyasətə
etiraz edən və mərkəzdən
“ədalətli qərar”
tələb edən kortəbii xalq hərəkatının mütəşəkkilləşərək
müstəqillik uğrunda
milli azadlıq hərəkatına keçidi
üçün əsas
oldu və respublikada ciddi ümummilli mübarizə
ovqatı yaratdı.
Heydər Əliyev çıxışlarında
bildirirdi ki, 20 Yanvar hadisələrinə
aparan yol Ermənistandan azərbaycanlıların
öz tarixi torpaqlarından zorla köçürülməsi hadisələrindən
və Qarabağın
Azərbaycandan qoparılması
cəhdlərindən başlamışdı.
Bu barədə Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, 1990-cı il
yanvar faciəsinə aparan yol azərbaycanlıların
Ermənistandakı tarixi
torpaqlarından növbəti
kütləvi deportasiyasından
başlayıb. 1988-ci ildə
Ermənistanda azərbaycanlıların
yaşadıqları ərazi
respublika ərazisinin
(29.8 min kv.km.) 25 faizini, təqribən
7.5 min kv. km-ni təşkil
edirdi. 1988-1989-cu illərdə
azərbaycanlıların tarixi-etnik
torpaqlarından-Ermənistandan növbəti deportasiyası
baş verdi,
nəticədə 250 min azərbaycanlı
tarixi ata-baba yurdlarından zorla köçürüldü, qaçqın
düşdü.
Deportasiya sərt formada aparılırdı-azərbaycanlılar ev-eşiklərindən zorla
çıxarılır, döyülür,
təhqir edilirdilər. Bu deportasiya prosesi zamanı azərbaycanlılar
ermənilər tərəfindən
qətlə yetirilmişdi.
SSRİ rəhbərliyi isə
bu hadisələrə
görə Ermənistanı
cəzalandırmaq əvəzinə
azərbaycanlılara qarşı
hücumlara həvəsləndirirdi:
“Bu hadisəyə, o cümlədən
Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
cəhdlərinə qarşı
Azərbaycan xalqının
etirazları başladı.
Etiraz dalğası get-gedə böyüdü. Xalqın
etirazlarının genişləndiyini
görən SSRİ rəhbərliyi
1990-cı ilin yanvarında
sovet qoşunlarının
Azərbaycana yeridilməsi
və güc yolu ilə xalq
etirazlarının qarşısının
alınması əmrini
verdi. 20 Yanvarla
sovet rəhbərliyi Azərbaycan xalqının
iradəsini qırmaq,
ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını
və Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsini qəbul
etdirməyi qarşısına
məqsəd qoymuşdu.
Lakin
SSRİ rəhbərliyinin Azərbaycanda
həyata keçirdiyi
qanlı cinayət Azərbaycan xalqının
gözünü qorxutmadı
və əks-effekt verdi. Şəhidlər xiyabanındakı dəfn
mərasimində 2 milyona
yaxın insan iştirak etdi. Bu epoxal hadisə
dövlət müstəqilliyinin
bərpa edilməsində
dönüş nöqtəsi
oldu. Məhz bu faciədən
sonra milli azadlıq hərəkatı
tam siyasi reallığa
çevrildi, dönməz
xarakter aldı, xalq öz gələcəyini
yalnız Azərbaycanın
müstəqilliyinə nail olunmasında gördü.
20 Yanvar hadisələri
SSRİ adlı imperiyanın
dayaqlarını sarsıtdı,
ona qarşı xalqda birmənalı qəzəb yaratdı.
20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar
dayanmadı, 1990-cı il
martın 24-də Azərbaycanın
Ermənistanla həmsərhəd
Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi
qırğına məruz
qaldı.
20 Yanvar hadisələrinə
necə yanaşılmalıdır
- 20.01.2017, Sputnik Azərbaycan
Dağlıq Qarabağda azərbaycanlılar
yaşayan İmarət
Qərvənd, Tuğ,
Səlakətin, Axullu,
Xocavənd, Cəmilli,
Nəbilər, Meşəli,
Həsənabad, Kərkicahan,
Qaybalı, Malıbəyli,
Yuxarı və Aşağı Quşçular,
Qaradağlı kəndlərinin
işğalı zamanı
həmin yaşayış
məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış
plan əsasında xüsusi
amansızlıqla qətlə
yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də
Xocavəndin Qaradağlı
kəndində 80 nəfərdən
çox azərbaycanlı
kütləvi qırğına
məruz qaldı. Sonra isə Xocalı soyqırımı həyata
keçirildi. 613 nəfər öldürüldü,
minlərlə dinc sakin yaralandı, girov götürüldü,
işgəncələrə məruz qoyuldu. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar
1992-ci ilin aprelində
Kəlbəcərin Ağdaban,
avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin
aprelində Kəlbəcərin
Başlıbel kəndlərində
də davam etdi. Bu gün
də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə
kütləvi məzarlıqlar
şəklində üzə
çıxır.
Lakin bütün
qırğınlara, işgəncələrə
baxmayaraq Azərbaycan xalqı öz torpaqlarının işğalı
ilə barışmadı,
müstəqilliyinə nail oldu, müstəqil dövlətini gücləndirdi. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə 2020-ci ilin Vətən müharibəsində
əldə edilmiş
Tarixi Zəfərlə
həm də 20 Yanvar şəhidlərinin
narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan
xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı
nəzərdə tutur.
Qarabağ və Şərqi Zəngəzurda
böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb,
bu il
qayıdış prosesi
daha da sürətlənəcək.
20 Yanvar hadisələrindəki
milli müqavimət nümunələri, 30 illik
dövr ərzində
işğalla barışmazlıq
və 2020-ci ilin Vətən müharibəsində
əldə edilmiş
Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi Qərbi
Azərbaycana qayıdışımızın
da mütləq reallaşcağına inam
yaradır. Qərbi Azərbaycandan
azərbaycanlıların deportasiyası
ilə başlanan proseslərin Qərbi Azərbaycana qayıdışla
yekunlaşacağı gün
uzaqda deyil.
Etibar SEYİDAĞA
Yeni Müsavat.- 2023.- 20 yanvar.- S.7.