Türkiyəni qlobal
gücə çevirən
lider - 70 yaşlı
Ərdoğan...
Fevralın 26-da Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın 70 yaşı tamamlanıb. Gözlənildiyi
kimi, yubiley münasibətilə ona ölkə rəhbərlərindən
ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubu
ünvanlayıb.
Qardaş məmləkətin hazırkı
lideri Türkiyə tarixində, Azərbaycan-Türkiyə
münasibətləri tarixində hansı statusda, necə
qalacaq? Onun ictimai-siyasi fəaliyyəti ölkəmizdə necə
qiymətləndirilir? Türkiyə yenə də belə bir
uğurlu lider yetişdirə biləcəkmi? Ərdoğandan
sonra ölkənin hazırkı xarici siyasət kursunun dəyişmə
ehtimalı varmı?
AĞ
Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında Azərbaycan xalqının daim türkiyəli liderə minnətdar olacağını vurğuladı: “Ərdoğan həm Türkiyə, həm də Azərbaycan siyasətində təbii ki, tarixə adını yazdıran liderlərdən biri olacaq. Türkiyə tarixini götürsək,
qardaş ölkənin güclü, söz sahibi ölkə
olmasında, ikinci ölkələr sırasından birinci
ölkələr sırasına keçməsində
Ərdoğanın rolu misilsizdir. Bu kursu müəyyən
edib. Burada siyasi, iqtisadi, hərbi anlamdan söhbət gedir. O, hər
zaman Türkiyə daxilində böyük liderlərdən
biri kimi qalacaq. Eyni zamanda ən uzunmüddətli hakimiyyətdə
qalan partiyanın lideri kimi də öz adını ölkəsinin
tarixinə həkk etdirib. Türkiyəni böyüdən bir
lider kimi daim xatırlanacaq. Həmçinin Azərbaycan
tarixində də müxtəlif səbəblərdən
qalacaq. İlk səbəblərdən biri kimi, təbii ki,
Türkiyə-Azərbaycan münasibətlərinin yenidən
qardaşlıq müstəvisinə dönməsində onun
oynadığı rol danılmazdır. Onun bu yolda əziyyəti
ifadə edilməyəcək dərəcədə
böyükdür. Birbaşa olaraq, Qarabağın
alınmasında, ərazi bütövlüyümüzün
təmin olunmasında iştirak edən, siyasi, iqtisadi, hərbi
yöndən Azərbaycanın yanında olan bir ölkənin
lideri kimi mütləq Azərbaycan tarixində qalacaq. Deyilə
bilər ki, Türkiyə hər zaman belə olub. Unutmayaq ki,
Süleyman Dəmirəl də Azərbaycan tarixində
qalıb, azərbaycanlıların yaddaşındadır. Amma
bu heç də müsbət mənada yadda qalma deyil...
Ərdoğan
eyni zamanda türk-İslam dünyasında, türkdilli
dövlətlərin tarixində qalacaq. Çünki
Türkiyənin, türk millətinin, müsəlman ümmətinin
də dünyada mövqelərinin möhkəmlənməsində
onun fəaliyyəti böyükdür. Bu gün
Türk-İslam dünyasının ən böyük şəxsiyyətlərindən
biridir. Bəlkə də birincisidir. Bu danılmaz bir
faktdır. Biz hər zaman Ərdoğan və komandasına
minnətdar olacağıq, Qarabağ məsələsində,
eləcə də, Azərbaycan məsələsində
tutduğu mövqeyə və iki ölkə arasında
münasibətlərin qardaşlıq səviyyəsinə gəlməsinə
görə. Ərdoğan Türkiyə, Azərbaycan,
Türk-İslam dünyası üçün elə
böyük bir şəxsiyyətdir ki, onu ayaqüstü,
tez-bazar dəyərləndirmək də doğru deyil".
T.Abbaslı
bir daha Türkiyədə Ərdoğan tipli bir liderin
yetişə biləcəyi barədə yaranan suallara belə
cavab verdi: “Əgər bir millət Ərdoğan, Rəsulzadə
və digər böyük şəxsiyyətlər
yetişdirə bilirsə, təbii ki, yenə də
yetişdirəcək. Bu tipli liderlər sırasına
keçmişə gedib Fateh Sultan Mehmetin, Süleyman Qanuninin,
Nadir Şahın və digərlərinin də adlarını
əlavə edə bilərik. Əgər bunun bir daha
olmayacağına iddia etmək, həmin millətin
potensialına şübhə etmək olardı. Mən bilirəm
ki, Türk-İslam dünyası kifayət qədər liderlər
yetişdirəcək. Amma təbii ki, Ərdoğan kimi liderlərin
yetişməsi hələm-hələm başa gəlmir. Bu o
qədər də sadə iş deyil. Yetişəcək, amma
vaxt alacaq. Azərbaycan və Türkiyədə, eləcə
də digər türkdilli ölkələrdə belə
liderlərin yetişməsi böyük zaman tələb edir.
Güman edək ki, Ərdoğan öz komandasında belə
liderlər yetişdirməyə çalışır. Ümid
edək ki, onun namizədləri də var. Özü də
onun başlatdığı missiyanı davam etdirmək
bacarığında olan namizədlər. Ola bilsin ki, ictimaiyyətə
bildirilməsə də, kimlərsə davamçılar kimi
hazırlanır. Güman edək ki, Ərdoğan onun üzərində
işləyib. Ərdoğandan sonra onun uzun illərdir ki,
apardığı siyasət dəyişə bilərmi kimi
suallar ətrafında da müzakirələr gedir və bu da təbiidir.
Xatırlayırsınızsa, Davudoğlu, Abdulla Gül və
Babacan kimi hakim komandada yüksək vəzifələrdə təmsil
olunan şəxslər var idi. Onların yürütdüyü
siyasətlə zaman-zaman biz boşluqları da gördük.
Ərdoğan da bunu gördü və boşluqları aradan
qaldırdı. Özü olmadan komandadan kimsə kursu davam
etdirəcəksə, eyni xətt davam etdiriləcək. Bu nə
qədər uğurlu olacaq ya yox, bunu zaman göstərəcək.
Yeni xətt müəyyən etmək, yeni xətt açmaq
elə də sadə məsələ deyil. Təbii ki,
Ərdoğan və partiyası hakimiyyətdən gedərsə,
Ərdoğanın xaricə və daxilə yönəlik
müəyyən etdiyi siyasi kurs yarımçıq qalacaq.
Arzu və istəyimiz odur ki, Allah Ərdoğana uzun
ömür, cansağlığı versin. O hələ
Türk-İslam dünyasına çox lazımdır. Ona
böyük ehtiyacımız var. Arzu edirik ki, AK Parti hələ
uzun zaman Türkiyə iqtidarında qalsın. Çünki
başladılan xətt tamamlanmalıdır ki,
Türk-İslam dünyası dirçəlsin, türk ailəsi
yenidən bir araya gəlsin. Rəcəb Tayyib Ərdoğana
uğurlar arzulayıram. Allah uzun ömür versin. Hədəflərinə
çatmasını arzulayırıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu Ərdoğanı tənqid edənlərin
belə onun Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsində
oynadığı rolu etiraf etdiklərini bildirdi:
“Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın
daxili və xarici siyasətini bəyənənlər də
var, bəyənməyənlər də. Bu normaldır. Ancaq həqiqət
ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan və rəhbərlik
etdiyi partiyası 20 ildə qatıldığı seçkilərin
böyük əksəriyyətində qələbə
qazanıblar. Bu, Türkiyənin seçki tarixində ilkdir.
1960-cı illərdən 2000-ci illərə qədər
Türkiyədə sabit hökumət olmayıb, ya müxtəlif
partiyaların formalaşdırdığı koalision hökumətlər
olub ki, bir-iki ilin içərisində dağılıblar.
Digər tərəfdən, Türkiyədə təkrarlanan hərbi
çevrilişlər də inkişafa mane olub. Ərdoğan
20 ildə üzləşdiyi bu tip maneələri
aşıb. Əlbəttə, Türkiyə iqtisadiyyatı bu
gün ciddi çağırışlarla üz-üzədir.
Ancaq Türkiyənin bölgənin aparıcı dövlətlərindən
birinə çevrilməsində Ərdoğanın dolu
danılmazdır. Xarici ölkələrlə ticarət
dövriyyəsinin sürətli artımı, turizmin
inkişafı, hərbi-sənaye kompleksinin formalaşma
dövrünü yaşaması - bunlar Ərdoğanın
xidmətləridir. Ərdoğanın Azərbaycana
baxışı da fərqlidir. Azərbaycan müstəqilliyini
qazandıqdan bu yana Türkiyə ilə müttəfiqlik
münasibətləri qurub. Bununla yanaşı,
Ərdoğanın hakimiyyəti dövründə müttəfiqlik
daha üst səviyyəyə qalxıb. Azərbaycanın
İkinci Qarabağ müharibəsində qələbəsində
Ərdoğanın rolu danılmazdır. Bunu biz heç zaman
unutmamalıyıq. Bu dəstək tarix kitablarında və dərsliklərdə
əks olunmalıdır.
Ərdoğanın siyasəti və Prezident
İlham Əliyevlə imzaladığı Şuşa Bəyannaməsi
iki ölkə arasındakı münasibətləri yüksək
mərhələyə keçirib".
Cavanşir
ABBASLI
Yeni
Müsavat.- 2024.- 27 fevral, ¹37.- S.4.