Qarabağ gənclər məkanına çevrilə bilər - reallıq imkanlar

 

 

Akif Nağı: “Parlament səviyyəsində gənclərin quruculuq işlərinə cəlb olunması üçün xüsusi müzakirələr təşkil edilməlidir

 

Gənclər bütün dövrlərdə ən vacib işlərin önündə dayanıblar. Buna görə gənclərə hər zaman xüsusi önəm verilib. Azərbaycanın bütün görkəmli şəxsiyyətləri daim gənclərə müraciət ediblər. Bu, gəncliyin aparıcı qüvvə olması ilə, eyni zamanda gəncliyin millətin dövlətin gələcəyi olması ilə bağlıdır. Bu gün gənclik öz enerjisi, gücü, ağlı ilə bir çox məsələləri həll edir. Buna görə gəncliyi hər zamanda ön planda görmək istəyirik”.

Bu fikirləriYeni Müsavat”a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib. Partiya sədri xatırladıb ki, Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycan gəncliyi döyüş meydanında olub: “Azərbaycan gəncləri ən ağır döyüşlərdə iştirak edib, şəhidliyi özünə şərəf bilib. İkinci Qarabağ müharibəsində bir çox məsələnin nəticəsi əsasən gənclərdən asılı oldu. Gənclər dünyaya cəsur, qorxmaz, qələbəyə inamlı Azərbaycan xalqını təqdim etdilər. Şəhidliyi çox böyük yüksəkliyə qaldırdılar. Dünya Azərbaycan gəncliyinin qəhrəmanlığına heyran qaldı. Buna görə gənclərimiz hər zaman öndə olmalıdırlar. Bu gün Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Bu prosesdə gənclərin imkanlarından geniş şəkildə istifadə olunmalıdır. Bununla Qarabağ müharibəsində öndə olan gənclərin haqqını vermiş olarıq. Qələbəni əldə edən gənclərə həm karyera inkişaf baxımından, həm dolanışığı təmin etmək baxımından şərait yaradılmalıdır. Gənclər harada varsa, orada uğur var. Azərbaycan gəncliyi yüksək səviyyədə inkişaf edib. Gənclərimiz elm, idman, mədəniyyət bir çox başqa sahədə həm fiziki cəhətdən, həm əqli cəhətdən uğurları ilə seçilirlər. Bu baxımdan onların potensialından geniş şəkildə istifadə olunmalıdır. Gənclərin bilik bacarığına uyğun işlə təmin olunması hər kəsin xeyrinədir. Məlumdur ki, AzərbaycandaYüksəlişmüsabiqəsinin qalibləri müxtəlif qurumlarda mühüm vəzifələrə təyinat almaq şansı qazanırlar. Siyasi rəhbərlik gəncliyə xüsusi əhəmiyyət verir. Kadr dəyişiklikləri zamanı gənclərə üstünlük verilir. Prezident birinci vitse-prezidentin bu siyasəti hər kəs tərəfindən təqdir olunur. Həm yüksək səviyyədə təhsil almış gənclərdən, həm bacarıqlı, ağıllı gənclərdən istifadə olunur".

A.Nağının fikrincə, Qarabağda həm gənclərin bacarıqlarına uyğun şərait yaradılmalıdır, eyni zamanda onlara müəyyən imtiyazlar verilməlidir: “Hesab edirəm ki, xüsusilə müharibədən qayıdan gənclərə, sağlamlığının bir hissəsini itirən qazilərə xüsusi imtiyazlar verilməlidir. Döyüş meydanında torpaqlarımızı işğaldan azad edən gənclər quruculuq meydanında da bacarıqlarını göstərməlidirlər. Eyni zamanda quruculuq prosesində təşəbbüskarlıq da yerinə düşər. Gənclər təşəbbüskarlığa meylli olurlar, yeni ideyalar irəli sürməkdə xüsusilə seçilirlər. Bu baxımdan gənclərin fikirlərini reallaşdırmaq üçün şərait yaradılmalıdır. Digər tərəfdən, bərpa işlərində həm yüksək vəzifələrdə çalışanlar var, həm sıravi heyətin tərkibində yer alanlar var. Onlar işlərini vicdanla, bacarıqla yerinə yetirirlər. Eyni zamanda Qarabağ ərazisində çalışmaq gələcəkdə ailə qurub, orada yaşamaq üçün stimul yaradır. Qarabağ gənclər məkanına çevrilə bilər. İşğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək. Hesab edirəm ki, bu ərazilərin əsas sakinləri gənclər olmalıdır. Azərbaycan nəhəng tikinti meydançasına çevriləcək. Bu da o deməkdir ki, ölkənin bütün bölgələrindən gənclər Qarabağa axışacaq. Dövlət siyasətində müəyyən proqram nəzərdə tutulub, amma bu məsələyə əlavə diqqət yetirilməsi məqsədəuyğun olar. Parlament səviyyəsində gənclərin quruculuq işlərinə cəlb olunması üçün xüsusi müzakirələr təşkil edilməlidir. Bu prosesin həm qanunvericilik bazası təmin olunmalıdır, həm planların praktiki şəkildə həyata keçirilməsi təmin olunmalıdır”.

 

Nigar HƏSƏNLİ,

Yeni Müsavat. - 2024.- 4 iyul, ¹114.- S.7.