Bakıya axın sürətlənib - qarşısını necə almalı?

 

Bölgələrdə yerləri açmaq çıxış yoludurmu...

 

Keçən il ölkə üzrə əhalinin sayı 53 625 nəfər ya 0,5 faiz artaraq bu ilin yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda  qeyd edilir ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Göründüyü kimi, rəqəmlər onu göstərir ki, insanlar bölgələrdən paytaxta axın edir. Ekspertlər isə bildirirlər ki, əvvəldən şəhərdə yaşayanların sayı çoxluq təşkil edib edir. Çünki şəhərdəki şərait imkanlar potensialı yerlərdə ola bilməz. Şəhər, məhz ona görə kənddən rayondan seçilir ki, yeri tapmaq, təhsil almaq, səhiyyə xidmətindən istifadə etmək sair baxımından, üstün mövqeyə sahibdir. Bu, dünyanın hər yerində belədir. Lakin şəhəriqidalandıranyaşadankənddir, rayon yerləri bölgələrdir. Şəhərin inkişafı rayonlarda kəndlərdə yaşayış imkanlarını genişləndirməlidir, durmadan yaxşılaşdırmalıdır. Əks təqdirdə, şəhərlərin özünün inkişafı mümkün deyil.

Urbanizasiya müəyyən aspektdə keyfiyyət göstəricisi olsa da, onun çərçivədən kənara çıxması müsbət hal deyil. Ölkəmizdə hələ sovet dövründə urbanizasiya yüksək idi, lakin müstəqillik əldə etdikdən sonra həm iqtisadi sosial amillər nöqteyi-nəzərindən, həm müharibə səbəbindən bu, daha ifrat səviyyə aldı. Yəni ki, bu, qaçılmaz bir proses sayılırdı. Ancaq dövlətimiz hökumətimiz son 20 ilin ərzində bunun qarşısını almaqdan ötrü çox işlər görüb. Regionların bölgələrimizin inkişafı ilə bağlı ayrıca proqramlar qəbul edilib, ən müasir infrastrukturun yaranması üçün çoxlu vəsait xərclənib, hətta ən ucqar bölgəmizdə belə abadlıq məsələlərinə ciddi diqqət yetirilibr. Nəticədə sovet dövrü ilə müqayisədə kənd rayon yerlərimizdə yaşayış imkanları iqtisadi-şərait demək olar, tam olaraq şəhər səviyyəsinə çatıb. Ən ucqar kəndimizdə belə, bu gün nəinki işıq, təbii qaz da var.

Bununla belə, yenə şəhərə axın var. Ona görə ki, məşğulluq sahəsində problemlər mövcuddur, təhsil əldə etmək, müvafiq səhiyyə xidmətindən yararlanmaq üçün ixtisaslı kadrların olmaması kimi çatışmazlıqlar var s. Ən böyük problem isə aqrar sahənin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin istənilən tələblərə uyğun gəlməməsidir. Rayon kənd sakinlərini yaşadıqları məkana torpaq amili bağlamalıdır, çünki bu, çox mühüm bir istehsal vasitəsidir.

Təəssüf ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq istəyən çox deyil. Bunun da ən başlıca səbəbləri subyektiv amillərdir. Bura daxildir: bazarlara çıxış imkanlarının məhdud olması, inhisarçılıq sair amillər. Aqrar sahənin il ərzində istehsal etdiyimiz ÜDM- həcmi 10%-ə yaxın belə təşkil etmir. Halbuki ən azı 10%-dən yuxarı olmalıdır. Bölgələrimizdə aqrar məhsulların emalı üzrə zavod fabriklərimizin kənd təsərrüfatı məhsulları istehsalçıları tədarükçüləri ilə birbaşa əlaqələri yoxdur. O səbəbə gənc işçi qüvvəsi günü 15-20 manata şəhərdə tikintidə işləməyə üz tutur. Bakı şəhərinə gələrək taksi fəaliyyəti göstərir sair.

Bütün bu faktorlar nəticəsində ölkəmizdə hazırda urbanizasiya xoşagəlməz hal alıb. Hazırda regionlardan bir çox vətəndaş tapmaq ümidi ilə Bakıya axışır. Təbii ki, bu cür sürətli axının qarşısının alınması üçün ən vacib metodlardan biri bölgələrdə daha çox yeri yaratmaqdır. Vacib addımlardan biri bölgələrimizdə güzəştli kredit vermək, sahibkarları təşviq etməklə yeni yerləri yaratmaqdır. Paytaxta axımın qarşısı yalnız bu cür alına bilər. Əks halda, Bakıda əhalinin sayının çoxalması, insan sıxlığının, tıxacların çoxalması ilə narahatlığın artmasına, regionların boşalması, əhalinin şəhərə toplaşması, regionlarda istehsalın kənd təsərrüfatının zəifləməsi ilə nəticələnə bilər.

Rəsmi statistikaya əsasən, rayonlarda əməkhaqqı Bakıya nisbətdə iki dəfə azdır, bu da öz növbəsində urbanizasiya prosesinin sürətlənməsinə gətirib çıxarır. 2014-cü ildə Milli Məclis tərəfindən İpoteka Fonduna  regionlarda güzəştli, eləcə adi ipoteka resusları üzrə faiz güzəştinin verilməsi təklif edilib. Statistikaya əsasən, verilən kreditlərin 85 faizi Bakının payına düşür. Elə regionlar var ki, indiyədək İpoteka Fondundan cəmi bir ədəd ipoteka krediti ala bilib. Adi ipoteka faizləri regionlarda yüksək olduğuna görə vətəndaşlar bundan istifadə edə bilmirlər. İndiki halda reallaşması vacib olan təkliflərdən biri həm adi, həm güzəştli ipoteka şərtləri üçün rayonlarda faiz endiriminin tətbiq edilməsidir. 

Xüsusilə güzəştli ipoteka üzrə faizlərin regionlarda yaşayan əhali üçün 4 faizdən 2 faizə endirilməsi təklif edilib. Bunun da iqtisadi əsası var. Belə ki, güzəştli ipoteka kreditləri üçün ödənilən vəsait büdcədən ayrılır. Bunun praktik olaraq xərci yoxdur, sadəcə, banklarda sövdələşmə ya komissiya tipli xərclər var ki, burada da 2 faizlə kredit vermək bankların gəlir əldə etməsinə şərait yaradır.

Digər tərəfdən, dövlət büdcəsinin vəsaiti bu tip hallarda kommersiya məqsədi daşımamalıdır. Buradan da belə qənaətə gəlmək olar ki, regionlarda güzəştli kredit şərtlərini 2 faizə endirmək mümkündür. Bundan başqa, paytaxta axının qarşısını almaq üçün Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır. Regionların tarazlı dinamik inkişafı təmin edilməlidir. Rayonlarda daha çox istehsal emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün stimullaşdırıcı tədbirlərə, güzəştli kreditlərə böyük ehtiyac var. Bütün bu məsələlər öz həllini tapsa, bölgələrdən paytaxta axın da azalar.

 

Sevinc TELMANQIZI

Yeni Müsavat. - 2024.- 5 iyul, ¹115.- S.13.