“Din xadimləri
deməlidir ki, qohumla evlilik haramdır, amma...”
Əhməd Qəşəmoğlu: “Hamı
bilir ki, qohumla evlənmək gələcəkdə şikəst,
qüsurlu uşaqların
doğulmasına gətirib
çıxarır, yenə
də buna gedirlər”
Məlum olduğu
kimi, uzun müddətdir müzakirələrə
səbəb olan Azərbaycanda əmi, xala, bibi və
dayı uşaqlarının
evliliyini qadağan edən qanun parlamentin iclasında III oxunuşda təsdiqlənib. Bununla da Ailə Məcəlləsinə
dəyişikliklər edilir
və dəyişikliklə
nikahın bağlanmasına
mane olan halların sayı artırılır. Belə
ki, məcəlləyə
aşağıdakı hallar
əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və
ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu
olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin
bibi (xala) və qardaş (bacı) oğlu;
Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər
dairəsinin genişləndirilməsi
ilə bağlı təkliflər də irəli sürülüb.
Bu problemdən əziyyət çəkən
dünya əhalisinin bir qismi kimi,
Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində
doğulan uşaqlarda
genetik xəstəliklərin
olması riski olduqca yüksəkdir.
Qohum evliliyində
ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır:
- Qan xəstəlikləri;
- Ürək damar xəstəlikləri;
- Şəkər xəstəliyi;
- Əqli zəiflik;
- Fiziki çatışmamazlıqlar.
Dünya təcrübəsinə
görə, qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Amma qohumlar arasında
evlənmə faktlarına
Avropa ölkələrində
az rast gəlinir.
Məsələn, Almaniya
qohum evliliklərinə
çox az təsadüf edilən ölkələrdəndir. Xalqın
təhsil səviyyəsi
və genetik xəstəliklər mövzusundakı
məlumatının artması,
bu cür evliliklərin 0,3 faizdən
aşağı düşməsinə,
hətta böyük şəhərlərdə daha
da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir.
Əhməd Qəşəmoğlu: “Acından
ölən uşaq evlərinin müdirləri
yüz minlik maşınlarda
gəzirlər” - Oxu.az
Ərəb ölkələri,
Misir və Türkiyə kimi ölkələrdə isə
bu nisbət daha da yüksəkdir.
Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan
Türkiyədə bu
səbəbdən uşaqlarda
bir sıra irsi xəstəliklərin
yüksək olduğu
müşahidə edilir.
Belə ki, Türkiyədə qurulan ailələrin 30-35 faizi qohum nikahların payına düşür.
Tacikistanda isə
bu günlərdə yaxın qohumlar arasında evlilik qadağan edildi. “Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatına alınması”
qanununa qəbul edilən düzəlişə
əsasən yaxın
qohum evlilikləri bundan sonra qadağan
edilir və nikaha girməzdən əvvəl cütlüklər
mütləq həkim
müayinəsindən keçməlidirlər.
Qanuna əsasən,
bundan sonra qardaş, bacı uşaqları, eyni zamanda, xala (bibi), dayı (əmi) uşaqları bir-biriləri ilə evlənə bilməzlər.
Bununla yanaşı,
VVAQ orqanları tibbi arayış olmadan nikah mərasimini təşkil etməyəcəklər.
Bir müddət
öncə Tacikistanın
səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan 30 mindən çox əlil uşaqların dünyaya gəldiyini bildirmişdi.
Azərbaycana gəldikdə, istər böyük şəhərlərdə,
istərsə də bölgələrdə qohum
evlilikləri ilə tez-tez rastlaşırıq.
Araşdırmalara görə
qohumlar arasında nikahlar daha çox
Şəki, Masallı
və Bakı kəndlərində geniş
yayılıb. Bu gün də qohum evliliklərinin qadağan olmasına etiraz edib, “əmi
qızı ilə əmi oğlunun nikahı göydə kəsilib” kimi ifadələr səsləndirənlər
var.
İslam dini
əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət
görülür ki, insanlar uşaqlarının
sağlamlıqları üçün
uzaq biri ilə evlənsinlər.
Katoliklər isə 4-cü nəslə
qədər qohumların
nikahlarını kəsmirlər.
Onlara görə, dördüncü nəsilə
qədər evlilik insest, yəni, ailə üzvlərindən
sayılır. Pravoslavlarda
və protestantlarda da bu qaydalar
mövcuddur.
Bəs evlilikdə
qohumluq əlaqəsi necə müəyyən olunacaq?
Millət vəkili
Fazil Mustafa deyir ki, qohumluq
əlaqəsini müəyyən
etmək üçün
arayış tələb
olunacaq:
“Həmin arayışda
qohumluq əlaqəsinin
olub-olmadığı məlum
olur. Əgər arayışda yanlış
informasiya verilərsə,
bunun üçün
qanunda məsuliyyət
nəzərdə tutulub.
Bütün bunlar vətəndaşın sağlamlığı
üçündür. Dövlət
bunu tibbi nöqteyi-nəzərdən zərərli
hesab edir. Ona görə də vətəndaşın
rəyinə görə
davranılmır. Bu, hökumət tərəfdən
epidemiya və yaxud sağlamlığın
təhlükəsi kimi
görünür”.
Millət vəkili
həmçinin qeyd edib ki, yeni
qanun 1 ildən sonra qüvvəyə minir və bu
bir il ərzində
yaşı 18-dən yuxarı
olan hər bir kəs öz
qohumu ilə nikaha girə bilər.
“Ondan sonra artıq
maneə qoyulacaq. Bütün hallarda qanunvericilik ən ciddi formada məsələyə
öz müdaxiləsini
edəcək”, deyə
Fazil Mustafa qeyd edib.
Sosioloq Əhməd Qəşəmoğlu
mövzu ilə bağlı “Yeni Müsavat”a
açıqlamasında yeni qanunu alqışladığını
deyib:
“Uzun illər idi ki, belə bir qanunun olmasını
tövsiyə etmişəm.
Bu qanunla razılaşmayan
adamlarla bir qədər söhbət aparmaq lazımdır. Həyat belədir ki, haradan təhlükə gəlirsə, onun qarşısını almaq
lazımdır.
İkinci
tərəfdən, qohumla
evlilik haramdır. Bunu əslində din xadimləri deməlidir, amma mən deyirəm.
Görünür ki, din xadimləri
sona qədər təhlil etmirlər ki, haramın fəlsəfəsi,
mahiyyəti nədir.
O şeydən ki, təhlükə
gəlir, islamda onlar haramdır. Diqqət edək, su, çörək müqəddəsdir, amma onları çox yemək haramdır. Bu məntiqlə təbii ki,
qohumla evlənmək haramdır.
Hamı
bilir ki, qohumla evlənmək gələcəkdə
şikəst, qüsurlu
uşaqların doğulmasına
gətirib çıxarır,
yenə də buna gedirlər. Hətta bu cür evlilikdən
uşaq sağlam dünyaya gəlsə belə tez sevinməyə
dəyməz, ola bilər
ki, uşaq 2, 3, 5 yaşına
gəldikdə artıq
fəsadlar üzə
çıxır. Hətta
onda fəsadlar olmayanda övladlarında fəsadlar ortaya çıxır. Bu cür
faktlarla tez-tez rastlaşırıq.
İnsanlar necə öz əmisi qızı və yaxud bibisi
qızı ilə evlənə bilər? Axı əmiqızı-əmioğlu,
bibiqızı-dayıoğlu, xalaqızı-xalaoğlu, onlar
bacı-qardaş sayılırlar.
Xristianlarda bu, qəbuledilməzdir.
Beləliklə, illərdir davam
edən bu adət-ənənəni unutmaq
lazımdır. Bu, yeni nəslin
gələcəyinə zərbədir.
Buna görə də
qanunu müsbət qiymətləndirir, ona qarşı çıxanlara
isə dərindən
düşünməyi tövsiyə
edirəm.
Hazırladı: Xalidə GƏRAY
Yeni Müsavat. - 2024.- 6 iyul, ¹116.- S.14.