ŞƏT ölkəmizi
de-yure öz sıralarında görmək
istəyir
Azərbaycan
dünya əhalisinin yarısının təmsil
olunduğu təşkilat
üçün vacib
ölkədir
Ötən həftənin
dünya siyasəti və Azərbaycan üçün əhəmiyyətli
hadisələrindən biri
Qazaxıstanın Astana
şəhərində keçirilən
Şanxay Əməkdaşlıq
Təşkilatının Zirvə
toplantısı, zirvə
toplantısına Azərbaycan
Prezidenti İlham Əliyevin dəvət edilməsi oldu. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısında
ikinci iştirakı idi. Bundan əvvəl
Şanxay Əməkdaşlıq
Təşkilatının sədri
statusunda Özbəkistan
Respublikasının Prezidenti
Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı
təşkilatın 2022-ci il
sentyabrın 16-da Özbəkistanın
Səmərqənd şəhərində
keçirilmiş zirvə
toplantısında iştirak
edib.
Astana Zirvə
toplantısında iştirak
edən Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri
Si Cinpin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Cümhuriyyətinin Prezidenti
Rəcəb Tayyib Ərdoğan, Pakistan Respublikasının Baş
naziri Şərif,
Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenko ilə görüşü
olub. Azərbaycan liderinin Astana səfəri həm də bu baxımdan
önəmli və əhəmiyyətli bir səfər kimi tarixə düşüb.
Azərbaycan Şanxay Əməkdaşlıq
Təşkilatı üçün
etibarlı tərəfdaşdır.
Azərbaycan hazırda
ŞƏT-də dialoq
tərəfdaşı statusuna
sahibdir. 2016-cı ildə
tərəflər arasında
əməkdaşlıq memorandumu
imzalanıb. Əməkdaşlıq
istiqamətləri arasında
Azərbaycan üçün
xüsusi əhəmiyyət
kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və
sabitliyin təminatı
müəyyənləşdirilib.
Prezident İlham
Əliyevin uzaqörən
siyasəti nəticəsində
sürətlə inkişaf
edərək regionda nüfuzlu dövlətə
çevrilən Azərbaycanın
Şanxay Əməkdaşlıq
Təşkilatında müşahidəçi
statusu alması bu qurum üçün
də böyük önəm daşıyır.
Azərbaycan Şanxay
Əməkdaşlıq Təşkilatı
üçün etibarlı
tərəfdaşdır.
Siyasi analitiklər
vurğulayır ki, Prezident İlham Əliyevin Astana sammitində iştirakı
Azərbaycanın COP-29-la bağlı
mesajlarının çatdırılması,
səmərəli müzakirələrin
aparılması baxımından
da çox əhəmiyyətli oldu. Dövlət başçımızın
Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları
ilə ikitərəfli
görüşlərində ölkələrimiz arasında
münasibətlərin inkişaf
etdirilməsinə dair
fikir mübadiləsi aparıldı.
Elçin Mirzəbəyli
Politoloq Elçin
Mirzəbəyli “Yeni Müsavat”a bildirib
ki, bizim üçün strateji əhəmiyyət kəsb
eləyən Türk Dövlətləri Təşkilatına
üzv olan ölkələrin ŞƏT-də
üzvlüyü, yaxud
təşkilatla sıx
əlaqədə olmasıdır.
Dünya inkişaf edir, rəqabət mühiti genişlənir,
Azərbaycanın xarici
siyasətinin, xarici iqtisadi siyasətinin təməl prinsipləri qarşılıqlı faydalılıq
prinsipləri əsasında
ölkənin imkanlarını
genişləndirməkdən ibarətdir. ŞƏT də
Azərbaycan üçün
belə bir perspektivlər yaradır:
“Azərbaycanın ŞƏT-in sammitində ikinci dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanın Prezident İlham Əliyevin şəxsiyyətinə
dərin hörmət
və ehtiramın göstəricisidir. Bu, eyni zamanda ölkəmizin
şərqlə qərb
arasında bütün
sahələrdə mühüm
körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan müşahidəçi statusu
almaq niyyətindədir.
Prezident İlham Əliyevin Astana Sammitində iştirakı
Azərbaycanın COP29-la bağlı
mesajlarının çatdırılması,
səmərəli müzakirələrin
aparılması baxımından
da çox əhəmiyyətli oldu.
Azərbaycanın geosiyasi və geoiqtisadi proseslərin mühüm aktorları ilə strateji tərəfdaşlıq, müttəfiqlik
münasibətlərinin inkişafı,
bu istiqamətdə son bir neçə
il ərzində - qlobal müstəvidə hadisələrin ziddiyyətlər
və qarşıdurmalarla
müşayiət edildiyi
zaman kəsiyində qazanılan nailiyyətlər
Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının
uğurla həyata keçirilməsinin sübutudur.
Azərbaycan öz maraqları və qarşılıqlı
faydalı əməkdaşlıq
prinsipləri üzərindən
dünyaya açılır.
Bu xüsusda ölkəmizin Avropanın,
Cənubi və Şimali Amerikanın ayrı-ayrı dövlətləri
ilə yanaşı, Avrasiyanın regional və qlobal iqtisadi-siyasi güc mərkəzləri ilə
münasibətlərini irəliyə
doğru aparması, Afrikadakı, eləcə də hazırda qlobal iqtisadi-siyasi proseslərin əhatəsindəki
ölkələrlə qarşılıqlı
dialoqu və əməkdaşlığı intensivləşdirməsi təkcə
bizim deyil, bütövlükdə bölgəmiz
üçün böyük
perspektivlər vəd
edir. Qərb dairələrinin Azərbaycana
qarşı həddən
ziyadə təcavüzkarlıqla
müşayiət olunan
bir siyasət yürütdüyünü nəzərə
alsaq, əldə olunan nəticələrin
nə qədər böyük bir potensial və diplomatik məharət hesabına başa gəldiyini müəyyənləşdirə
bilərik".
Qeyd edək
ki, Şanxay Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin
ümumi ərazisi iki qitənin - Avropa və Asiyanın 65 faizini, əhalisi isə dünya əhalisinin təqribən yarısını
təşkil edir.
ŞƏT hətta müşahidəçi
və dialoq üzrə tərəfdaşlar
nəzərə alınmasa,
dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi
coğrafiyanı əhatə
edir. Dünya ÜDM-in 1/4 faizi ŞƏT-ə
üzv ölkələrin
payına düşür.
Bu isə 23 trilyon ABŞ dolları deməkdir. Prezident İlham Əliyevin qısa zaman kəsiyində artıq ikinci dəfə
ŞƏT-in Zirvə
toplantısına dəvət
alması Azərbaycana
təkcə coğrafi
mövqeyinə, regional
və qlobal proseslərdə oynadığı
rola görə deyil, həm də ilk növbədə,
Prezident İlham Əliyevin nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə verilən
dəyər kimi qəbul olunmalıdır.
Yazını hazırladı: Etibar SEYİDAĞA
Yeni Müsavat. - 2024.- 9 iyul, ¹117.- S.4.