“Yüz il öncə İrəvanın az qala hər küçəsində
məscid var idi”
Sinan Oğan: “Ermənilər İrəvandakı yeganə
məsciddə türk
izlərini silməyə
çalışırlar, amma... ”
“Mən yüz
il öncə ata-babaları Qərbi Azərbaycandan qovulmuş nəslin övladıyam.
İnanıram necə
ki, artıq yavaş-yavaş Xocalı
qətliamını törədənlər
ədalət məhkəməsi
qarşısında cavab
verməyə başlayıb,
eləcə də bir gün türklər,
azərbaycanlılar doğma
yurdları olan o torpaqlara geri dönəcəklər. Mən
bir türk və Qərbi Azərbaycan kökənli
olaraq buna inanıram və bu yolda mübarizəmi
daim davam etdirəcəm”.
“Yeni Musavat”
bildirir ki, bu sözləri türkiyəli siyasətçi,
prezidentliyə keçmiş
namizəd Sinan Oğan “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə “Qərbi Azərbaycana qayıdış
tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq konfransda deyib.
Sinan Oğan: Kazanan Türk milleti, kaybeden terör iltisaklı partiler olmuştur
Sinan Oğan tədbir iştirakçılarının nəzərinə çatdırıb
ki, vaxtilə regionda ən çox məscid məhz İrəvan şəhərində
olsa da, hazırda həmin məscidlərdən
yalnız biri bu günə qədər qalıb: “Yüz il öncəyə
geri dönüb baxsaq görərik ki, nə Suriyada, nə digər yerlərdə məscid o qədər çox deyildi, nəinki İrəvan şəhərində.
İrəvanın az qala hər küçəsində
məscid var idi, hər tərəfdə insanlar türkcə danışırdı, türk
mədəniyyəti hökm
sürürdü. Lakin türklər,
azərbaycanlılar ata-babalarının
doğma yurdu olan o torpaqlardan işgəncələrə, əzablara
məruz qalaraq qovuldu. Bu proses sovet dövründə də davam etdirildi. O torpaqlardan türk izini tamamilə silməyə başladılar.
Bu gün beynəlxalq təşkilatlar ermənilərin
Qarabağa geri dönməsi üçün
təzyiqlər edirlər.
Bəs niyə ermənilərin Qarabağa
qayıtmasından bəhs
edənlər azərbaycanlıların,
türklərin öz
doğma yurdlarına,
Qərbi Azərbaycana
geri qayıdışından
bəhs etmir? Qeyd etdiyim kimi,
məscidlərinin çoxluğu
ilə seçilən
İrəvanda indi yalnız bir məscid qalıb. Onu da İran, fars məscidi kimi təqdim edir, türk izlərini silməyə çalışırlar.
Hətta onun üzərində olan ay-ulduzu pozmağa çalışsalar da, bu,
alınmadı. İnanıram
ki, gün gələcək,
Qərbi Azərbaycanda
ay-ulduzlu bayraqları görəcəyik".
Qeyd edək ki, Azərbaycanın
qədim torpağı
olan İrəvan şəhəri vaxtilə
çox sayda məscidləri ilə məşhur olub. Bu şəhərin möhtəşəm
məscidləri onun simvoluna çevrilmişdi.
Məşhur fransız
səyyahı və etnoqrafı İvan Şopen
(1798-1870) XIX əsrin 20-ci illərində
Rusiyaya gələrək,
Qafqaz canişinliyinə
işə düzəldikdən
sonra general İ.F.Paskeviçin göstərişi
ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçıvan
əhalisinin tarixi
ilə əlaqədar
tədqiqat işləri
aparmağa başlayıb.
İ.Şopen əsərlərində Qafqaz
xalqlarının, o cümlədən
azərbaycanlıların tarixi,
etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında
geniş məlumatlar toplayıb. O, 1832-ci ildə
təkcə İrəvanda
12 məscid qeydə alıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”, “Zal xan məscidi”, “Novruzəli bəy məscidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar.
Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki
Ermənistan ərazisinin
İrəvan qəzasında
42, Eçmiəzdin qəzasında
33, Zəngəzur qəzasında
35 məscid fəaliyyət
göstərib. 1915-ci ildə
isə İrəvan və Zəngəzur quberniyasının ərazisində
məscidlərin sayının
artması müşahidə
olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən
başlayaraq bu məscidlərin hamısı
ermənilər tərəfindən
dağıdılaraq məhv
edilib.
İrəvandakı məscidlərin
ən qədimi “Sərdar məscidi” olub. Köhnə məscid adlandırılan
bu ibadətgah zamanında Şah İsmayılın tapşırığı
ilə onun vəziri Rəvanqulu Xan İrəvan qalasını
tikdirdiyi dövrdə inşa
edilib. 1589-cu ildə isə Osmanlı türkləri tərəfindən
yenidən bərpa edilib. İrəvan qalası içərisində
və Sərdar sarayı yaxınlığında
yerləşdiyi üçün
“Sərdar məscidi” adlandırılıb. 1918-ci ildə
ermənilər həmin
məscidə müsəlmanları
dolduraraq od vurub yandırıbıar.
Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb.
İrəvandakı məşhur məscidlərdən biri
“Şah Abbas məscidi”dir. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan
azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq
tərəfində möhtəşəm
bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah
Abbas məscidi” adı
verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı
Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı
olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə,
kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə
məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918-ci ilə qədər “Şah Abbas məscidi” yarıuçuq vəziyyətdə
olsa da, sonralar tamamilə məhv edilib.
“Dəmirbulaq məscidi” İrəvan şəhərinin
azərbaycanlılar yaşayan
məhəlləsində 17-18-ci əsrlərə aid müsəlman
ibadət məkanıdır.
Şəhərin Dəmirbulaq
məhəlləsində yerləşdiyi
üçün “Dəmirbulaq
məscidi” adlandırılıb.
Məscidin üstündə
düzəldilmiş günlüyə
görə ona bəzən “Günlüklü
məscid” də deyirmişlər. Məscid
İrəvan şəhərinin
varlı adamlarından
olan Hacı Müzəffər Ağa tərəfindən 17-18-ci əsrlərdə
inşa etdirilib.
1988-ci ilə kimi fəaliyyət
göstərən və
şəhərin dindar
müsəlmanlarına xidmət
göstərən məscid
elə həmin ilin fevralında erməni millətçiləri
tərəfindən hücuma
məruz qalıb və talan edilərək
yandırılıb.
“Rəcəb paşa məscidi” isə 1725-ci ildə Rəcəb paşa tərəfindən
İrəvan qalasında
inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal
etdikdən sonra (1827) Rəcəb paşanın
inşa etdirdiyi məscid dağıdılıb
və yerində Rus pravoslav kilsəsi tikilib. “Abbas Mirzə xan məscidi” 18-ci əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən
İrəvan qalasında
inşa etdirilib.
1827-ci ildə ruslar tərəfindən dağıdılıb.
2008-ci ildə isə tamamilə sökülüb.
“Şükürbəyli məscidi”
də İrəvanın
məşhur məscidlərindən
biri olub. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli
məscidi” rus kilsəsi kimi fəaliyyətdədir.
İrəvanın digər məscidi
“Zalhan məscidi”
olub. Məscid II Dünya müharibəsindən
sonra arxitektura xüsusiyyətləri
pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.
Hazırda Ermənistanın paytaxtı
olan İrəvan şəhərində yeganə
məscid “Göy məscid”dir ki, onu ermənilər bütün dünyaya fars, İran məscidi kimi təqdim edir.
Xatırladaq ki, bu məscid
1766-cı ildə İrəvan
xanı Hüseynəli
xanın əmri ilə tikilib. Azərbaycanın memarlıq
nümunələrindən biri olan məscidin
eni 66, uzunluğu 92,2 metrdir. “Göy məscid” İrəvan məscidləri arasında
ölçüsünə görə ən böyüyüdür. Bu ziyarətgah
çar dövründə
İrəvanda azərbaycanlıların
ibadət etdikləri
8 məsciddən biri idi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb.
Birinci dəfə
1918-ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi
Mahmud Aruzoğlu, həyat
yoldaşı və
22 nəfər türk
alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən
yandırılıb. “Göy
məscid” 1995-2006-cı illərdə
İran tikinti şirkətlərinin
köməkliyi ilə bərpa olunub və İranın Ermənistandakı
mədəniyyət mərkəzinə
çevrilib.
Beləliklə, Sinan Oğanın dediyi
kimi, ermənilər tarixi İrəvan şəhərində Azərbaycanın
yeganə məscidini də məhv etməyə və yaxud oradakı türk izlərini silməyə çalışsalar
da, buna nail ola bilməyəcəklər. Və zaman gələcək
ki, məscid yenidən
öz əsl sahiblərinə qovuşacaq.
Xalidə GƏRAY,
Yeni Müsavat. - 2024.- 10 iyul, ¹118.- S.7.