Uşaqları psixoloq yanına aparmaq dəbi - rəy
Müasir
valideynlər uşaqları
ilə ünsiyyət
qura bilmir
Son illər
Azərbaycan valideynləri
uşaqların düzgün
tərbiyə edilməsi
və ya çətin tərbiyə
edilən azyaşlılarla
bağlı problemi həll etmək üçün daha çox psixoloqa müraciət edir. İllər öncə aktual olan “ana
oxlovu”, ya da “atanın zəhmli baxışları”
kimi metodlar artıq uşaqları ipə-sapa yatırtmır.
Belə olan halda uşaqların düzgün tərbiyə
edilməsi, yeniyetmələrin
davranışlarındakı aqressiyaları həll etmək də çətinləşir. Peşəkar
yardımından istifadə
etmək hər zamanmı işə yarayır? Yoxsa valideynlər uşaqlarla dil tapa bilmədikləri
üçünmü işin
asanına qaçırlar?
Türkiyəli uşaq psixoloqları müəyyənləşdirib ki, 3-11 yaşlı uşaqların valideynlərinin
sözünə qulaq
asmaması, onları incitməsi daha çox onların diqqət çəkmək
cəhdi ilə bağlıdır. Xüsusən
anaların iş qadını olduğu bu zamanda uşaqlar
onlardan “oğurlanan” vaxta görə mübarizə aparırlar.
Psixoloqlar müəyyən
edib ki, uşaqlar bu cür asi davranışları
ilə analarının
onlar barədə daha çox düşünməsinə nail
olmaq istəyirlər.
Araşdırmaya rəhbərlik
edən psixoloq Nadir Özdilek açıqlayıb ki, analar məhz uşaqlarının əcaib
hərəkətlərindən sonra sanki silkələnir:
“Analar məhz bu zaman uşaqlarına
az vaxt ayırdıqlarının
fərqinə varır
və onların tərbiyəsinə, davranışına
xüsusi diqqət ayırır. Amma uşaq bunu daim təkrarlayırsa, onu psixoloq yanına
aparmaq lazımdır”. Valideyn Əsmər Bədəlova
deyir ki, bir neçə il uşağını psixoloq yanına aparıb. Uşağın
sözə qulaq asmaması, daim evdə narazılıq yaratması, valideynlərinin
onu sevməməsi ilə bağlı şikayətləri ailəni
psixoloq qapısına
aparıb. Qızını
11 yaşından etibarən
3 il ərzində, müəyyən fasilələrlə
psixoloq yanına aparıblar. Amma bu müddət ərzində uşaq düzəlmək əvəzinə
valideynlərini “psixoloquma
deyərəm ha”, “ bu istəyimi həyata keçirməsəniz,
bunu növbəti seansda danışacam” tipli anonslara (əslində isə şantaja) keçib. Ə.Bədəlova deyir ki, psixoloq uşağına
onun çox dəyərli olmasını
aşılamaqla yanaşı,
valideynlərinin qüsurları
olduğunu deyib: “Bundan sonra uşaq
bizdə daim qüsur tapmağa çalışdı. Bizim
onu guya ki, sevməməyimizlə
bağlı fikri gücləndi. Bunu hər fürsətdə dedi. Sonra da
bu seansları yekunlaşdırdıq. Psixoloq
yanına göndərmək
əvəzinə, onunla
daha çox vaxt keçirməyə başladıq. Bu da çox ciddi
fayda verdi. Daha sonra psixoloquna
danışdıqlarını bizə danışdı və biz bununla
da aramızdakı soyuqluğu həll etdik”.
Azərbaycanda uşaqlar ən çox yeniyetməlik dövründə psixoloq qapısını döyür
Araşdırmalar göstərir ki, Azərbaycan ailələrində
ən çox problem uşağın yeniyetməlik dövründə
yaşanır. Belə
ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya
yaradır.
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə
cəmiyyətdə maarifləndirmə
işlərinin aparılmasına
böyük ehtiyac var. Yəni valideynlər “öz uşağımdır, özüm
bilərəm necə
rəftar edirəm” fikrindən birdəfəlik
əl çəkməlidir.
Cəmiyyətin digər
sferalarında isə mərhəmət üçün
yalnız yazılı
qanunların qəbulu
gözlənməməlidir. “Azyaşlı uşaqlar arasında olan uşaqların əsas problemləri evdə baş verən dava-dalaş üzündən
keçirdikləri stress,
qorxu ilə bağlı olur”. Bunu psixoloq Asəf
Kərimov mətbuata açıqlamasında deyib.
Psixoloq bildirib ki, uşaqların valideynlərindən birindən,
televiziyada hansısa film qəhrəmanından
qorxması və gecələr yata bilməməsi ilə bağlı müraciətlər
tez-tez olur.
Onun sözlərinə
görə, bu problemlərə, eyni zamanda valideynin televiziyada istənilən filmlərə uşağın
iştirakı ilə
baxması da səbəb olur ki, bunu valideynlərin
bir çoxu başa düşmür:
“O cümlədən uşağın
qapalılığı, nitq
inkişafında ləngimələrdən
irəli gələn valideyn müraciətləri,
hiperaktiv uşaqlarla bağlı müraciət
edənlər çox
olur. Uşağın
sosializasiyası və
həmyaşıdlarla ünsiyyətdə
özünü müdafiə
edə bilməməsi
problemləri, evdə
yeni dünyaya gəlmiş körpəyə
valideynlərin diqqətinin
daha çox yönəlməsi üzündən
evin böyük uşağının qısqanclığından
irəli gələn davranışları ilə
bağlı müraciətlər
də çox olur” .
A.Kərimov bildirib
ki, evin böyük uşaqlarında
narahatlıq qısqanclıq
üzündən və
özünə diqqəti
yönəltmək üçün
valideynlərə etdiyi
hədələr şəklində
büruzə verir: “Uşaq ”Mən ölmək istəyirəm", “Siz daha məni istəmirsiz”, “Başqasının
uşağı olacağam”,
“Özümü damdan
atacağam” kimi fikirlər irəli sürür və bir növ valideynlərinə
psixoloji zorakılıq
göstərir. Eyni zamanda bilmədən özünə ziyan vuracaq davranışlar da edə bilər.
Məsələn, bıçaq,
qayçı kimi alətləri götürərək
bunu nümayiş etdirə bilər. Bu zaman məqsədi
və hərəkətin
mahiyyətini tam anlamayan uşaq ehtiyatsızlıqdan özünə
ziyan vura bilər".
Psixoloqun sözlərinə
görə, belə hallarda valideyn maksimum diqqətli olmalı, uşaqla ünsiyyətə girməli,
ona xüsusi olaraq vaxt ayırmalıdır.
A.Kərimov valideyinin
belə hallarda mütəxəssisə müraciət
edərək onunla bu problemin həllinə
çalışmasının vacib olduğunu vurğulayıb: “Ən yaxşısı mütəxəssisə
müraciət etmək
və onun tövsiyələri əsasında
hərəkət etməkdir.
Yeniyetmələrə gəldikdə, bu hallar daha çox
diqqət tələb
edir. Onların belə davranış göstərməsi daha realdır, çünki bir çox hallarda onlar emosiyalar əsasında susisidal davranış nümayiş etdirə, eyni zamanda evdən
qaçmağa, qeyri-normal
qruplara qoşula, zərərli vərdişlərə
tütün, alkoqol, narkotik vasitələrə
meyillənə bilərlər".
Avropada uşaqları
3-4 yaşından psixoloqa
göndərirlər
Avropadakı bəzi mütəxəssislər
isə hesab edir ki, valideynlər
övladlarının psixoloji
sağlamlığı üçün
3-4 yaşından etibarən
psixoloqa müraciət
etməlidirlər. Bundan
başqa, valideynlər
heç olmasa, ildə bir dəfə
psixoloqa müraciət
etməlidirlər. Çünki
bəzən elə faktorlar yarana bilər ki, valideynlər üçün
bunu müşahidə
etmək çətin
olar. Psixoloq müayinə prosesində
uşağın psixoloji
vəziyyətinin normaya
uyğun olub-olmadığını,
ailədaxili problemlərin
uşağa necə təsir etdiyini valideynlərə göstərə
bilər. Psixoloji pozuntuları olan uşaqlarda aqressiya, davranış və ünsiyyət problemlərinə
rast gəlinir. Psixoloq, bu problemlərin
yaranmasına səbəb
kimi valideynlərin uşaqlara az diqqət ayırmasını
göstərir. Məsələn,
hazırda əksər
uşaqlarda ünsiyyət
problemi var. Bu da uşaqların
texnologiyadan çox istifadə etməsi nəticəsində yaranır. Valideynlərin böyük əksəriyyəti
elə düşünür
ki, uşaq internetdə ingilis dilində mahnılar dinləyib öyrənirsə,
rəngləri öyrənirsə,
bu, onların inkişafı deməkdir.
Əslində isə uşaqlar sadəcə əzbərləyirlər və
məntiqləri geriləməyə
başlayır. Uşaqlar
ən azı danışana qədər
kompüter, planşet
və televizordan uzaq durmalıdır. Danışa bilən uşaqlar isə gündə yarım saatdan çox olmamaq şərtilə,
15 dəqiqə fasilə
verərək televizora
baxa bilərlər.
Sevinc TELMANQIZI.
Yeni Müsavat. - 2024.- 11 iyul, ¹119.- S.12.