“İranda vəzifədə olanların
böyük əksəriyyəti
azərbaycanlılardır”
Ceyhun Məmmədov:
“Hazırkı məqamda
İran belə bir həssas addım atmağa məcbur idi”
İranda ötən
həftə keçirilən
növbədənkənar prezident
seçkisinin ikinci turunda etnik azərbaycanlı
Məsud Pezeşkian qalib gəlib. İranda nazir, nazir müavini, parlament spikerinin birinci müavini olan ixtisasca həkim 70 yaşlı Pezeşkianın İranın
həyatında necə
rol oynayacağı günlərdir müzakirə
mövzusudur.
Xüsusilə Azərbaycanda yeni dönəm İranında
baş verəcəklər
diqqət mərkəzindədir.
İranda yaşayan milyonlarla soydaşımızın
ana dilində təhsil almaq hüquqlarına münasibət
və s. dəyişəcəkmi?
Məsud Pezeşkian
müsahibələrindən birində deyib ki, o, türkdür və Azərbaycanda doğulub, evdə uşaqlarını farsca danışmağa qoymayıb,
Azərbaycan dilini nəzərdə tutaraq “türkcə” danışdıqlarını
söyləyib. Bu və digər məsələləri nəzərə
alsaq, İranda nələr dəyişə
bilər?
Mövzu ilə
bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
üzvü Ceyhun Məmmədovun fikirlərini
öyrəndik.
“Yeni Müsavat”a açıqlamasında
millət vəkili qeyd etdi ki,
azərbaycanlının İranda
prezident seçilməsi,
Azərbaycan dilində
çıxış etməsi,
Azərbaycanla bağlı
xoş fikirlər söyləməsi həqiqətən
sevindirici və qürurverici hadisədir:
“Dünyanın müxtəlif
ölkələrində uğur
qazanan azərbaycalılarla
fəxr etməliyik və edirik də. Amma bir
məsələni nəzərə
almaq lazımdır ki, İranda prezident bütün məsələləri həll
etmir, Ali dini lider həll
edir. Prezidentin məsuliyyətinin müəyyən
bir çərçivələri
var. Buna görə də İranda azərbaycanlının
prezident seçilməsi
ilə cənubda yaşayan bütün soydaşlarımızın problemlərinin
həll olunacağını
düşünmək sadəlövhlük
olardı.
Əslində bizim İranla münasibətlərimiz yüksək
səviyyədədir. Azərbaycan Prezidenti
İranın yeni prezidentinə
zəng edib. Bugünlərdə Azərbaycanın
İrandakı səfirliyinin
açılışı olacaq. İki ölkə arasında münasibətlər inkişaf
etməlidir. Amma insanlarımız
bilməlidir ki, İran bu
prosesdə çox uğurlu siyasət həyata keçirdi. Daha çox seçicini seçki prosesinə cəlb etmək üçün,
seçkilərin demokratik
keçdiyini göstərmək
üçün belə
bir addım atdı. İranda seçkini hazırlayan texnoloqlar, siyasətçilər
prosesi uğurlu, ağıllı formada irəliyə apardılar.
Onlar qarşıya qoyulan məqsəd və hədəflərə
nail ola bildilər.
İlk növbədə onu qeyd etmək lazımdır ki, İranda
hazırda müəyyən
gərginlik var. Dünyanın
müxtəlif yerlərində
İrana qarşı təzyiqlər artır.
Buna görə İran hazırkı
məqamda belə bir həssas addım atmağa məcbur idi. Daha çox seçicini prosesə cəlb etmək, demokratik görüntü
yaratmaq, İranda yaşayan xalqlarla bağlı mesajlar vermək mütləq idi. Ona görə ki,
İran müxtəlif xalqların
hüquqlarının pozulmasında
və onlara qarşı müxtəlif
addımların atılmasında
davamlı olaraq günahlandırılırdı. Lakin son proseslər bu fikirləri aradan qaldırdı və İranın öz məqsədinə çatmasına
imkan verdi".
Deputat hesab edir ki, bütün hallarda qazanan İran dövlətidir:
“Hazırkı prezident
də İranın dövlətin siyasətini
həyata keçirəcək.
İranda sistem işləyir, dövlətçilik
ənənələri çox
güclüdür. İranın
dövlət maraqları
hər zaman öndədir.
Bu mənada hazırkı
prezidentin öz siyasətində ciddi dəyişiklik edəcəyi
ehtimalı aşağıdır.
Müəyyən təşəbbüslər
göstərilə, addımlar
atıla bilər, lakin bu ali
dini liderin rəhbərliyi ilə müəyyənləşdirilməlidir.
Bəzən Azərbaycandan İrana
fərqli baxırlar. Mən İranı çox yaxşı araşdırıram. İranda
hazırda vəzifədə
olanların böyük
əksəriyyəti azərbaycanlılardır.
Ali dini lider də, müdafiə naziri də azərbaycanlıdır. Yüksək
vəzifədə olanların
azərbaycanlılarla qarışığı
olanlar da çoxdur. Onların məsələyə
yanaşması fərqlidir.
Onlar düşünürlər
ki, İran dövləti var. Əgər kiməsə birləşmək lazımdırsa,
digərləri İrana
birləşməlidir. Hətta
görüşlərdə açıq-aydın deyirlər
ki, Türkiyədən sonra
ən çox türkün yaşadığı
ikinci ölkə İrandır.
Yəni
İranın bizə baxışı, yanaşması
tam fərqlidir. Onlar hesab edirlər ki, İran ərazisi tarixi İran torpaqlarıdır. Bu baxımdan
hesab edirəm ki, populizm, emosiyalara qapılmaqdan uzaq olmaq lazımdır. İnsanlar məsələlərə
soyuqqanlı, təmkinli
yanaşmağı bacarmalıdırlar.
Bizə hazırkı
dövrdə İranla
münasibətləri qorumaq,
inkişaf etdirmək lazımdır. İran bizim
tarixi qonşumuzdur. İranla davamlı olaraq əlaqələrin inkişafına bizim də, onların da ciddi ehtiyacı
var".
Hazırladı: Nigar
HƏSƏNLİ
Yeni Müsavat. - 2024.- 12 iyul, ¹120.- S.13.