Dünyada birbaşa xarici investisiyalar azalır
Azərbaycanın isə investorlar üçün
cəlbedici ölkə
kimi qiymətləndirilməsi
diqqəti cəlb edir
Dünya
mərkəzi banklarının
2021-ci ildən etibarən
yüksək inflyasiya
ilə mübarizə
üçün həyata
keçirdikləri sərt
monetar siyasət qlobal birbaşa xarici investisiyaların həcmində azalmaya səbəb olub. 2024-cü il Dünya
İnvestisiya Hesabatına
görə, iqtisadi yavaşlama və artan geosiyasi gərginlik fonunda qlobal birbaşa xarici investisiyalar
2023-cü ildə 2 faiz
azalaraq 1,3 trilyon dollara düşüb. Bununla belə, hesabatda qeyd olunur ki, bəzi Avropa ölkələrində
böyük investisiya
dalğalanmalarını nəzərə
almasaq, bu azalma 10 faizi ötür.
İnkişaf etməkdə olan
ölkələrə birbaşa
investisiya axını
7 faiz azalaraq 867 milyard dollar təşkil edib.
Hesabata görə, maliyyələşdirmə
şərtlərinin sərtləşdirilməsi
infrastruktur investisiyaları
üçün mühüm
əhəmiyyət kəsb
edən beynəlxalq layihələrin maliyyələşdirilməsi
sazişlərinin 26 faiz
azalmasına səbəb
olub. Bu, ən yoxsul ölkələri qlobal investisiyaların azalmasına qarşı daha həssas edir. Digər yandan böyük bazarlara asanlıqla çıxışı olan
regionlarda və ölkələrdə avtomobil
və elektronika kimi qlobal dəyər
zənciri ilə intensiv istehsal sektorlarına investisiyalar artır. Bu baxımdan, süni intellekt, yazşıl enerji, elektromobil istehsalı, ona xidmət infrastrukturunun qurulması və sair istiqamətlərə
investisiyaların sürətli
artımı müşahidə
olunur.
Dünyada birbaşa investisiyaların
azalması fonunda Azərbaycanın investorlar
üçün cəlbedici
ölkə kimi qiymətləndirilməsi diqqəti
cəlb edir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (İMF) ekspertləri 2024-cü ildə
Azərbaycanı dünyanın
yeddi ən cəlbedici investisiya ölkəsi sırasına
daxil ediblər. Beynəlxalq Valyuta Fondu hər il dünya ölkələrinin birbaşa
xarici investisiyaya cəlbolunma potensialını
təhlil edərək
reytinq hazırlayır.
2024-cü ilin hesabatına
görə, Azərbaycan
“Top-7"yə daxil olub.
Azərbaycanda mənzil tikintisinə
investisiyalar 25%, xarici yatırımlar 15% azalıb
- MƏBLƏĞLƏR - FED.az
Bundan əlavə, “Financial Times” nəşrinin
son “FDI Intelligence” hesabatında Bakı dünyada üçüncü ən
populyar investisiya məkanı kimi qiymətləndirilib. Hesabata
əsasən, Azərbaycanda
birbaşa xarici investisiyalar üzrə ötən il əldə edilmiş razılaşmalar
2017-ci ildən bəri
ən böyük layihələrdir.
Beləliklə, ötən ildə
Azərbaycan iqtisadiyyatına
6,7 milyard dollar birbaşa
xarici investisiya yatırılıb ki, bu
da 2022-ci illə müqayisədə
6,8 faiz çoxdur. Azərbaycan Mərkəzi
Bankının məlumatına
görə, respublika iqtisadiyyatında birbaşa
xarici investisiyalar üzrə ilk beşliyə
1,9 milyard dollarlıq sərmayə ilə İngiltərə rəhbərlik
edir. Bundan əlavə, 2023-cü il ərzində
Türkiyə Azərbaycan
iqtisadiyyatına 1,3 milyard
dollar, Kipr 792 milyon
dollar, Rusiya 617 milyon
dollar, İran isə 396 milyon
dollar sərmayə qoyub.
Mərkəzi Bankın rəsmi
statistikasına əsasən
Azərbaycan iqtisadiyyatına
2024-cü ilin ilk rübündə 1 milyard
508.52 ABŞ dolları həcmində
xaricdən birbaşa investisiyalar cəlb edilib. Bu, 2023-cü ilin eyni dövründəki göstəricidən 7.05 milyon
dollar və ya 0.5 faiz çoxdur. Ölkənin əsas investorları sayılan Böyük Britaniya və Türkiyənin payı 2024-cü ilin ilk rübündə azalıb.
Böyük Britaniya cari ilin ilk rübündə
ölkə iqtisadiyyatına
443.22 milyon dollar(əvvəlki ilin birinci rübü ilə müqayisədə
5 faiz az), Türkiyə 261.41 milyon
dollar investisiya ( azalma
10 faiz) qoyub.
Birinci rübdə ölkə iqtisadiyyatına yeni investorlar
cəlb edilib. Siyahıda yeni ölkələr
Filippin, Braziliya, Cənubi Koreya, Əlcəzair və Maltadır. Birləşmiş
Ərəb Əmirlikləri
isə ötən rüb ölkə iqtisadiyyatına 190.69 milyon
dollar investisiya qoymaqla
öncəki ili 3 dəfədən çox
üstələyib və
əlavə olaraq ölkənin dördüncü
ən iri investoru yerində İranı əvəzləyib.
İran ötən il Azərbaycan
iqtisadiyyatına 100.56 milyon
dollar sərmayə yatırarkən,
cari ildə bu rəqəm 6 faiz azalaraq 94.84 milyon dollara düşüb.
Bu ilin birinci rübündə
Azərbaycan iqtisadiyyatına
cəlb olunmuş xarici birbaşa investisiyaların ümumi məbləğində cüzi
artım olsa da, investisiyaların strukturunda
mənfi trend özünü
göstərib. Belə
ki, Mərkəzi Bankın
məlumatına əsasən
rüb ərzində ölkə iqtisadiyyatına
yatırılmış birbaşa
xarici investisiyaların
strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87.6 faiz təşkil edib. Halbuki ötən ilin birinci rübündə
1,5 milyard dollarlıq birbaşa xarici investisiyanın 77,5 faizi neft-qaz sektoruna yatırılmışdı.
Təəssüf doğuran haldır
ki, qeyri-neft sektoruna birbaşa investisiyaların
azalması davamlı prosesə çevrilib. Belə ki, ötən ilin birinci rübündə
belə investisiyalar 54
faiz azalaraq 337.5 milyon dollar təşkil etmişdi. Bu ilin eyni dövründə isə azalma 55 faizdən yuxarı olub və qeyri-neft-qaz
sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği
186.5 milyon dollara düşüb.
İşğaldan azad olunan ərazilərimizdə böyük
bərpa-yenidənqurma işlərinin
həyata keçirildiyi
bir vaxtda qeyri-neft sektoruna xarici birbaşa investisiyalarda belə azalma kifayət qədər ciddi çağırışlar formalaşdırır.
Azərbaycan hökuməti
azad olunan ərazilərdə fəaliyyət
göstərəcək investorlar
üçün ciddi
güzəşt və
imtiyazlar tətbiq edir. Belə güzəşt və imtiyazların qısa müddətdə azad olunan ərazilərə çoxsaylı investorları
cəlb edəcəyi
gözlənilir. Bu, bir
növ pilot layihə kimi də qiymətləndirilə
bilər: uğurlu nəticələr əldə
olunarsa, digər regionlarda da tətbiq edilər...
Dünya SAKİT,
Yeni Müsavat. - 2024.- 13-15 iyul, ¹121.- S.14.