“Böyük Qayıdış”
bütövlükdə ölkəmizin
daha sürətli inkişafına təkan verəcək”
Sabiq deputat:
“Bu proqram sürətli
inkişafımızın açarı
deməkdir”
Qarabağ durmadan canlanır.
Artıq Azərbaycan insanının ayaq səsləri işğaldan
azad olunan bütün ərazilərdə
eşidilməkdədir. “Böyük
Qayıdış” proqramı
çərçivəsində köç karvanları ard-arda yola salınır. İşğaldan
azad olunan bütün ərazilərimizdə
olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində
də tikinti-quraşdırma
işləri davam etməkdədir. “Böyük
Qayıdış” Dövlət
Proqramı üzrə
doğma yurda növbəti köçün
ünvanı qədim
tarixə malik Malıbəyli
kəndi olacaq.
“Bakı Abadlıq Xidməti” MMC-nin Malibəyli layihəsi üzrə rəhbəri,
memar Çağlar Nuyan Oxu.Az-a açıqlamasında bildirib
ki, ilkin mərhələdə
doğma torpağına
qayıdacaq sakinləri
qarşılamaq üçün
bütün işlər
- yeraltı kommunikasiya
(qaz, su, işıq, rabitə) xətlərinin çəkilişi
tamamlanmaq üzrədir:
“İlk köçəcək sakinlərin fərdi ev birləşmələri
hazırdır. Yararsız
binalar sökülərək,
eyni yerdə yeni evlər tikilir, iaşə obyektlərinin
inşası başa çatmaqdadır, gözəl
parklar, özəl dizayn verilmiş yaşıllıqlar salınır.
Yeni çoxmərtəbəli binalarda olacaq mənzillər isə ailə sayına görə, planlı şəkildə, 2, 3, 4 otaqlı
olmaqla sahiblərinə
təqdim ediləcək”.
Çağlar Nuyanın sözlərinə
görə, bu layihə üzərində
çalışan memarların
səyi ilə Malıbəyli kəndi Qarabağın ən gözəl və müasir kəndlərindən
biri kimi tanınacaq: “Hazırda işlər sürətlə
davam edir, dövlət qurumları tərəfindən müəyyənləşmiş
müddətlərə ciddi
riayət olunur”, - deyə o bildirib.
Deputat
Sona Əliyeva: "Şagirdlər
üçün xüsusi
dərsliklər hazırlanır"
- AzEdu.az
AZƏRBAYCAN TƏHSİL PORTALI
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva
“Yeni Müsavat”a bildirdi ki, tarixi ədalətin bərpası,
keçmiş məcburi
köçkünlərin işğaldan
azad olunan ərazilərə qayıdışı
hələ 2017-ci ildən
başlayıb: “O zaman işğaldan
azad olunan Cocuq Mərcanlı kəndinə onlarla ailə köçürülmüşdü.
Sonra 44 günlük savaş
baş verdi və Azərbaycan öz ərazilərini yağı tapdağından
azad etdi. Cəmi bir il sonra 30 illik həsrətin son nöqtəsi
kimi məcburi köçkünlərin öz
ata yurdlarına böyük qayıdışı
başladı. Həmin
proses bu gün də davam edir.
Özü də proses olduqca
sürətli şəkildə
aparılır. İşğaldan
azad edilmiş ərazilərə “Böyük
Qayıdış” prosesi
Azərbaycan dövlətinin
xüsusi diqqət yetirdiyi prosesdir. Qarabağda və Şərqi Zəngəzurda
təmir-bərpa işləri
sürətlə gedir.
Dövlət tərəfindən
“Böyük Qayıdış”
planına uyğun olaraq məcburi köçkünlərin doğma
yurd-yuvalarına ən
qısa zamanda qayıtması üçün
bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə
yeni yaşayış məntəqələrinin
salınması, infrastrukturun
bərpası, yolların
çəkilişi, məktəb,
xəstəxana tikintisi
prosesi həyata keçirilir.
“Böyük Qayıdış”
proqramının həyata
keçirilməsi təkcə
işğaldan azad edilmiş ərazilərimizin
deyil, bütövlükdə
ölkəmizin daha sürətli inkişafına
təkan verəcək.
“Böyük Qayıdış”
sürətli inkişafımızın
açarı deməkdir.
“Böyük Qayıdış”ın hər
bir mərhələsi
“Qarabağ Azərbaycandır!”
həqiqətinin təsdiqinə
çevrilir.
Son vaxtlar keçmiş məcburi köçkün
soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə
geri dönüşü
barədə tez-tez mətbuatda xəbərlərə
rast gəlirik. Qarabağ və Şərqi Zəngəzur
böyük tikinti meydançasına çevrilib.
İşğal dövründə
düşmən tərəfindən
tamamilə dağıdılmış,
talan edilmiş şəhərlərimizi, kəndlərimizi
yenidən qururuq.
2023-cü ildə 5 minə
yaxın keçmiş
məcburi köçkün
öz doğma torpaqlarına qayıdıb.
2024-cü ildə də
proses sürətlə davam
etməkdədir".
Müsahibimiz Laçına yola
salınan böyük
köç karvanları
barədə diqqətçəkən
sitatistika da açıqladı:
""Böyük Qayıdış"
proqramına əsasən
Laçın şəhəri,
Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.
Kəndlər üzrə
sakinlərin köçünün
mütləq əksəriyyəti
tamamlanıb. Məlumatlara
görə, Laçın
şəhəri üzrə
köçün növbəti
mərhələsi yaxın
günlərdə həyata
keçiriləcək. Hazırkı
dövrədək Laçın
şəhərində 534 ailə,
daha dəqiq, 1971 nəfərin məskunlaşması
təmin edilib. Sus kəndində 215 nəfər
olmaqla, 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla, 217 ailə məskunlaşıb. Ümumilikdə
Laçın rayonunda
hazırda 810 ailə,
yəni 3009 nəfər
yaşamaqdadır.
Laçında tikinti-quruculuq işləri
ilə paralel aparılan başlıca məsələ əhalinin
məşğulluğunun təmin
edilməsi olub. Ona görə “Zerti” Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri,
heyvandarlıq və sair müəssisələrin
fəaliyyətə başlaması
təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi
işləyir. Bu müəssisələrin
hər biri sakinlərin məşğulluğunun
təmin edilməsinə
xidmət göstərir.
Uğurlu
tendensiyalardan biri də odur ki, Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinə köçən
əhalinin 70%-nin məşğulluğu təmin
edilib. Dövlətimizin
əsas hədəfi köç edən vətəndaşlarımızın məşğulluğunun təmin
edilməsidir. Bu proses növbəti
illərdə də davam edəcək. Ölkə rəhbərinin
dediyi kimi, əhalinin əsas qisminə məşğulluq
proqramları xitab etməlidir. Düşünürəm
ki, 2030-cu ilə qədər
100 mindən çox keçmiş məcburi köçkün öz yurd-yuvasına qayıda biləcək. Bu müddətə
qədər azad olunan ərazilərdə
on minlərlə iş
yeri açılacaq.
Bunun üçün Azərbaycan
dövlətinin öz
imkanlarını səfərbər
edəcəyindən heç
kimin şübhəsi
yoxdur".
Hazırladı: Cavanşir ABBASLI
Yeni Müsavat. - 2024.- 17 iyul, ¹123.- S.7.