44 günlük Zəfəri
sülh masasında möhürləmək
Azərbaycan sülh
müqaviləsinin imzalanması
üçün tələsmir
və ayağı altına qoyulan “əngəl daşları”nı
təmizləyir - rəy
44 günlük müharibədə
əldə edilən zəfərin indi diplomatiya savaşında qələbə ilə möhürünü vurmaq
zamanıdır. Azərbaycan
diplomatik masada tələskənliyə yol
vermədən sülh
müqaviləsi imzalamağa
hazırlaşır. Ona görə
rəsmi Bakı bütün tələblərində
israrlıdır və
xüsusən də Ermənistanın qanunvericilik
aktlarına düzəliş
etmədən sülh
sənədi imzalanması
gözlənilmir.
Azərbaycanın bu tələbi
Ermənistanda “daxili işə müdaxilə”
kimi qiymətləndirilir,
lakin baş nazir Paşinyan etiraf edir ki, konstitusiyaya dəyişikliklər labüddür.
İrəvan anlayır
ki, Azərbaycana və
Türkiyəyə qarşı
ərazi iddiaları hüquqi sənədlərdən
götürülməsə, barışıq mümkün
deyil. O baxımdan Vətən müharibəsində
qazanılan nailiyyəti
diplomatik masada da qələbəyə çevirməklə
prosesi yekunlaşdırmaq
qarşıda duran əsas siyasi hədəfdir və Azərbaycan bu məsələdə işini
möhkəm tutub, sülh yolunda ayaqlarımız altına
döşənən bütün
daşları təmizləməmiş
sənədə qol çəkən deyil. Elə prezident İlham Əliyev də aydın şəkildə
anons verdi ki, Ermənistan öz konstitusiyasından bu iddiaları qaldırmayanadək
sülh müqaviləsi
olmayacaq. Baxmayaraq ki,
ABŞ tələsdirir, ən
azı çərçivə
sazişi üçün
dəridən-qabıqdan çıxır,
hətta keçmiş
amerikalı həmsədr
Bakının tələbini
sonraya saxlamağa çağırır, amma
Vaşinqtondan gələn
bu siqnallara rəğmən, Azərbaycan
siyasətini dəyişmir.
Üstəlik, Ermənistan
sülh mövzusunda öz xeyrinə yalan piar aparır,
guya sülhpərvərdir,
paralel olaraq isə silahlanır. Bu da ciddi münaqişə və hərbi eskalasiya riski yaradır.
Üstəlik, istənilən vaxt
Ermənistan konstitusiyadakı
tələblərini əsas
götürərək, sülhdən
imtina edə və ərazi iddialarını yenidən
gündəmə gətirə
bilər. Amma Ermənistanın
sərgilədiyi siyasət
göstərir ki, onlar
mövcud konstitusiyanı
bu il dəyişdirmək
niyyətində deyil.
Çünki Paşinyan
yeni konstitusiyanın 2026-cı ilin dekabrına qədər hazırlanması
və qəbul edilməsi tapşırığı
verib. Bu halda sülh sazişinə dair hansısa sənədin cari ildə qəbul edilməsi sual altına düşür.
Onu da demək lazımdır ki,
Bakı və İrəvan arasında həm sərhəd, həm kommunikasiyanın hansı prinsiplərlə
açılmasına dair
fikir ayrılığı
var. Azərbaycan haqlı
olaraq uzunmüddətli
proses olan sərhədin
delimitasiyasını sülh
sazişindən ayırmağı
təklif edir, əks təqdirdə, sazişin imzalanması illərlə zaman ala bilər.
Eyni zamanda kommunikasiyanın açılmasında
“Azərbaycandan Azərbaycana
prinsipi”nin tətbiqini istəyir, yəni Azərbaycandan Naxçıvana gedən sərnişinlər və
aparılan yüklər
gömrük yoxlanışına
məruz qalmamalı, bu yoldan istifadə
edən digər ölkələrə gömrük
qaydaları tətbiq edilməlidir. Ermənistanın
bunu qəbul etməməsi sazişin imzalanmasını da çətinləşdirir,
lakin İrəvan sonda bu tələbi
qəbul etmək məcburiyyətində qalacaq,
əks təqdirdə,
“dalan ölkə” vəziyyətindən xilas
ola bilməyəcək.
Sözcü - Xəzər Teyyublu:
Müstəqil Həmkarlar
Birliyinin qaynar xətti yaradıldı
Xəzər Teyyublu
Hüquq
müdafiəçisi Xəzər
Teyyublunun fikrincə, Azərbaycanın
müharibə meydanında
qazandığı uğuru
siyasi masada uduzacağını proqnozlaşdıranlar
yanılmış olduqlarını
dərk edirlər: “Azərbaycan ilk gündən
prosesi sistemli həyata keçirir. Bura keçmiş Laçın
dəhlizinin ləğvi,
ermənilərlə reinteqrasiya
işləri, ardınca
antiterror əməliyyatı, sonra ikitərəfli razılaşma əsasında
sülhməramlıların çıxarılması aiddir.
Azərbaycan öz suverenliyini bərpa etmək istiqamətində
Qazağın 4 kəndini
işğaldan bir güllə atmadan azad etdi, Tavuş
istiqamətində sərhəd
müəyyən olundu, bu da aparılan siyasətin davamı idi. İndi sırada Kərki və daha üç
anklav kənd var. Bakı bu məsələləri
də həll edəcək. Biz erməniyə
bir qarış torpaq güzəştə
gedən deyilik. Fikrimcə, suverenliyin tam təmin olunması ilə bağlı bu kimi məsələlərin
həllinə nail olduqdan
sonra sülh sənədi imzalana bilər”.
X.Teyyublu
sülh sazişinə
qədər niyyət
protokolunun olmasını
istisna etmir, lakin tarixi bir
müqavilə üçün
bütün məsələlər
həll edilməli, heç bir siyasi-hüquqi çətinlik
qalmamalıdır: “Biz Ermənistana
gələcəkdə heç
bir səbəb buraxmamalıyıq. Unutmayaq
ki, bu gün Paşinyandır, sabah xəstə təfəkkürlü
bir Vazgen ölkənin rəhbəri
ola bilər və təzədən başlayar
ki, Qarabağ uğrunda
mübarizə aparmalıyıq.
Odur ki, işimizi bərk tutmalı, onların bütün rıçaqlarını əllərindən
almalıyıq. Mən
inanıram ki, Azərbaycan
dövləti Zəfər
yolunda xalqın arzularını tam həyata
keçirəcək və
heç bir hüquqi problem qalmayacaq. Tarixi sülh sənədi də o zaman imzalanacaq ki, Ermənistanın
heç vaxt bizə iddia irəli sürməyə
əlində bəhanəsi
olmasın”.
Hüquq
müdafiəçisi Paşinyanın
referenduma gedəcəyini
gözləyir: “Nikol
yeni konstitusiyadan danışır.
Bu, yaxşı əlamətdir.
İkincisi, yeni qanunverici
aktlarda Qarabağ məsələsi yer almayacaq. Paşinyan referendumda xalqdan bu səsi almağa
hazırlıq işi
aparır. Ən əlverişli vaxtsa ümumxalq səsverməsinə
gedəcək. Nəhayət,
orada tək Qarabağ yox, Türkiyə məsələsi
aradan götürüləcək,
Avrointeqrasiya ilə bağlı müəyyən
niyyətlər ifadə
olunacaq. Yəni referendum
tək Azərbaycanla sülh müqaviləsinə
görə olmayacaq.
Bir sözlə, biz Ermənistanı
sülhə məcbur
edəcəyik. Özləri
də anlayır ki, sülh yoxdursa, hər an sərhəddə
toqquşma ola, erməni
tabutları qapılara
gedə bilər”.
Yazını hazırladı: Emil SALAMOĞLU
Yeni Müsavat. - 2024.- 16iyul, ¹122.-
S.11.