Yeri boş qalanlar - Hacı Şahinsiz 1 il

 

Bu gün - martın 2-də tanınmış ilahiyyatçı ictimai xadim Hacı Şahinin vəfatından 1 il ötür. Bəllidir ki, onun dəfn mərasimi görünməmiş izdihamla yadda qalıb. Ən yadda qalan isə şəhid analarının Hacı Şahin Həsənlinin məzarını ziyarət etdikdən sonra oğullarının fotosunu Hacının məzarına asmaları olmuşdu. Bu da əbəs deyildi, çünki Hacı Şahin ölümündən əvvəl şəhidlərin dəfnində iştirak edər, tez-tez ailələri ilə görüşərdi.

Bəs bu şəxsə böyük sayğı-rəğbətin başqa səbəbləri idi? Onu təkcə dini cameəyə deyil, daha geniş kütləyə sevdirən hansı xüsusiyyətləri idi? Hacı Şahinin yerinin boş qaldığını söyləmək olarmı? 

Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli Hacı Şahinlə bağlı “Yeni Müsavat”a bu fikirləri bölüşdü: “Vəfatının ildönümündə Hacı Şahini rəhmətlə anır, ruhunun şad, məkanının Cənnət olmasını Allahdan diləyirəm. Hacı Şahin Azərbaycanda seçilən sevilən mükəmməl din adamı, əxlaq sahibi idi. Həyatını İslam əxlaqı ilə yaşadı. İslam əxlaqının qaynağı Qurani-Kərimdir. Hacı Şahin bu dünyada qısa sürən ömrünü Quran əxlaqının nuru ilə boyadı. Ölkəmizdə uzun zamandan bəri gözlənilən milli dini kimliyini bir arada tutmağı bacaran din adamlarına ehtiyac var idi. Bu kimlik Hacı Şahinin timsalında ortaya çıxmışdı. Bu kimlik inanc, ibadət əxlaqın cuğlaşması ilə zühur edən, ölkə vətəndaşlarının dərdini öz dərdi, sevincini öz sevinci bilən həqiqi müsəlman olmağı gərəkli edir. Bu keyfiyyətlər Hacı Şahinin yaşamında, dinimizin təbliğində özünəməxsusluğunda özünü göstərirdi.

İnsanın anlatdıqları o zaman təsirli olur ki,  anlatdıqlarını özü yaşasın. Hacı Şahin Allahı, Peyğəmbərini Əhli-Beytini sevən mömin, bu sevgini insanlara aşılamağı bacaran əqidə sahibi idi. Bundan əlavə, o, Azərbaycan dindarlığının heç bir kənar təsiri olmadan təbliğinin ən gözəl təbliğatçılarından idi. Müsəlman olmağın İslamı yaşamağın göstəricilərindən biri sadə olmaqdı. Bu sadəliyin ən gözəl nümunəsi Hacı Şahin idi, desək, yanılmarıq.

Hacı Şahin illər əvvəldən ölkədə çox yaxşı tanınan din xadimi idi. Azərbaycan xalqı Hacı Şahini 44 günlük Vətən müharibəsi zamanı yenidən kəşf etdi. Şəhidlərimizin dəfn mərasimlərində, şəhid ailələrinin yanında görürdük onu. Yorulmadan, usanmadan bu ailələrə təskinlik verir, onların dərdləri ilə dərdlənir, oğul itkisi yaşayan ailələrin dərdlərini bir anlıq da azaltmağa çalışmaq üçün əlindən gələni edirdi.

Hacı Şahin Kərbəla məktəbinin təbliğatçısı Hz.Hüseyn (ə) əqidədaşlarının şəhidliyə yürüməsinin fəlsəfəsini azərbaycanlılara sevgi ilə öyrədən, bu fəlsəfəni öz həyatında yaşadan mükəmməl müəllim idi.

Müdriklər deyir ki, müsəlman olduğunu göstərmə, müsəlman olaraq yaşa. Hacı Şahinin həyatı fəaliyyəti müsəlman olmağın müasir zamanımızda ən gözəl nümunəsi idi. Bu gözəllikləri Hacı Şahin Allah Rəsulu Hz.Məhəmməd (s), onun Əhli-Beytinin (ə) əxlaqından öyrənib öz həyatına tətbiq etməklə üzə çıxmışdı. Elə bu baxımdan da Hacı Şahinin dünyasını dəyişməsi ilə dinin təbliği sahəsində boşluqlar yarandığının şahidi olduq. İnanıram ki, Hacı Şahinin təbliğindən, onun həyat tərzindən öyrənənlər İslama layiq şəkildə yaşamağa çalışacaq, Azərbaycanda bu yolun yolçuluğunda yeni müəllimlər ortaya çıxacaq. O zaman da bu təbliğ metodlarının bir çoxunun Hacı Şahindən qaynaqlandığını görə biləcəyik".

Dini mövzularda ixtisaslaşan jurnalist, dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu da Hacı Şahinin xatirəsini hörmətlə andığını bildirdi və onun dinə ənənəvi baxışdan fərqli bir yol izləməsindən söz açdı: “Hacı Şahin müstəqillikdən sonra Azərbaycanda yetişmiş ən nüfuzlu din xadimlərindən biri, hətta birincisi idi demək olar. Ənənəvi ruhanilərdən fərqli olaraq o, mədrəsədə ya ilahiyyat fakültəsindən çıxıb məscidə gəlməmişdi. O elə dindarlarin içindən, sıravi bir müsəlman, dindar biri kimi başlayıb nəhayətdə ölkənin ən sevilən din xadimi dərəcəsinə yüksəldi. 90-cı illərdə məhəllə gəncləri ilə başlayıb, gənclər təşkilatı yaradıb, dini fəaliyyətlə yanaşı ictimai, mədəni fəaliyyətlər həyata keçirib. Eyni zamanda öz üzərində çalışıb, dini təhsilini kamilləşdirib. "İkmal" gənclər təşkilatı ilə başlayan yol daha sonra "Məşədi Dadaş" məscidində Mənəvi Dünya İctimai Birliyi ilə davam edib. Əlbəttə, dindar insanlar, xüsusilə gənclər arasında Hacı Şahinin məşhurlaşmasının səbəbi onun fəsahəti, bəlağəti ilə yanaşı, dinə ənənəvi baxışdan fərqli bir yol izləməsi idi. O, İslamı gənclərə sevdirə bilirdi, dinin insanların həyatını xoşbəxt etməyə xidmət etdiyini təlqin edirdi, izah edirdi ki, insan elə bu dünyada dindən ləzzət ala, xoşbəxt ola bilər. Səadət yalnız axirətdə deyil. Yəni ənənəvi ruhaniliyin metodundan fərqli bir yol izləyirdi. Təbii ki, bu səbəblərdən onu dindarlar sevir dinləmək üçün hər cümə günü "Məşədi Dadaş" məscidinə axın edirdilər. Amma eyni zamanda qeyd etdiyiniz kimi, Hacının həm dindar olmayan insanlar arasında da nüfuzu var idi. Bu da onun sadəliyi, səmimiliyi ilə bağlı idi. Mən bunu yazmışdım. Təkcə mənim özümdən onun telefon nömrəsini istəyən çox sayda həmkarım olub, bəzilərinin müsahibəsini şəxsən danışmısam, amma heç zaman onun kimisəəliboşqaytardığının şahidi olmamışam. Günün hansı saatında şəxsən özüm yazıb isə soruşmuşam, heç zaman imtina etməyib, suallara cavab verib, dini mövzuda yazıları yazanda çətinlik çəkdiyim mövzuda məsləhət köməyini əsirgəməyib. Biz bunu onun vəfatından sonra deyilən, yazılan xatirələrdə gördük. Hacı ona müraciət edən heç kimə qarşı laqeyd qalmayıb. Bizim üçün dini-mənəvi ustad, əziz insan idi. Əlbəttə, belə bir insanın qəfil bizi tərk etməsi çox amansız hadisə oldu. Hələ onun yeri, yaratdığı boşluq qalır adamı incidir. Əlbəttə, hər insan özəldir, amma Hacı Şahin bu ölkə, xalq üçün əvəzolunmaz insandır, onun yerini dolduracaq, əvəz edəcək kimsə yoxdur. Ən azı bu gün yoxdur, gələcəkdə olub-olmayacağı isə böyük sual altındadır. Dini mövzuların ildən-ilə daha da həssas olduğu, narahat ölkəmizdə din milli kimlik anlayışlarını bir araya gətirə bilən, vətənpərvər dindar nəsil yetişdirməkdə böyük xidmətləri olan Hacı Şahinin yeri hər zaman hiss olunacaq".

 

Afaq MİRAYİQ

 

Yeni Müsavat.- 2024.- 2-4 mart, ¹41.- S.12.