Vətən haqqında məhəbbət məktubları

 

Bu yazını 35 il bundan öncə yazmaq istəmişdim. 1986-cı ildə -“Qan Yaddaşışeirlər kitabı nəşr ediləndə. Ancaq görünür qismət indi imiş. Niyə bu kitab məni özünə cəlb etmişdi?

Qazax rayonunda, mənim dünyaya göz açdığım Abbasbəyli kəndində dünyaca məşhur olan bir dağ var. Göyəzən dağı. Şəninə dastanlar nağıllar,əfsanələr, şeirlər, musiqilər yazılan bu dağ qeyri- adi gözəlliyi ilə yanaşı, həm qədim yaşayış məskənıdir. Dağın şimal yamacı ilə sıldırım qaya başlayan hissəsində 7 bürclü qala var yaşı təxminən min ilə yaxın olan bu qala-bürc təbii antropoloji təsirlərdən xeyli dağılsa da öz quruluşunu görkəmini bu günə qədər saxlamışdır. 1965-66-cı illərdə o vaxtlar kəndin bəzibaşbilənər”inin qərarı ilə qalanın daşlarını sökərək gətirib tütün qurudulan talvarın divarlarını tikməyə başlamışdılar. Lakin, kənd əhalisinin narazılığından sonra bu söküntü dayandırılmışdı.

Şair Sabir Rüstəmxanlı həmin kitaba daxil etdiyiNiyə gərək belə qardaşşeirini sanki həmin hadisyə həsr etmişdi. Şeirə belə bir epiqraf da vermişdi:” Bəzi rayonlarda qədim abidələri uçurub daşını, kərpicini daşıyırlar”:

Külüngünü sən vuranda o divara,

Öz əlinlə öz sinəndə açdın yara!

Tarixin bir vərəqitək

ovulanda əlindi daş,

Özünü kor qoyduğunu

düşünmədin niyə, qardaş?

Uluların bu qalanı ucaltmışdı elin üçün,

yurdun üçün, sənin üçün

Sənsə yıxıb daşıyırsan

toyuğunun hini üçün.

Səmimi desəm bu şeir mənə o qədər güclü təsir etmişdi ki, bütünlüklə əzbərləmışdim məqam düşən kimi onu əzbərdən söyləyirdim. İstəyirdim ki, hamı bilsin bu şeiri. Bəlkə qalalarımızı uçuran , tariximizin izlərini öz xəbis kiçik niyyətləri üçün itirən bu barədə heç düşünməyən, “bu yad ananaın, yad bətnində doğulanlar”dayandıra öz çirkin bəd əməllərini. belələrini Sabir Rüstəmxanlı təkcə tənqid etmirdi, həm ifşa edirdi. Qorxmadan, çəkinmədən:

Sən tək olsan- qəzəbimə yer olmazdı

Kişilərin ucaltdığı

nakişilər əllərində uçulmazdı.

Bu şeir gənc bir şairin bütün Azərbaycan xalqına həyacan təbili , çağırışı idi mən əminəm ki, Sabir müəllimin bu şeirindən sonra neçə- neçə qalalarımız salamat qala bildi.

Keçən əsrin 80-ci illərin ikinci yarısında SSRİ deyilən bir imperiyanın tərkibində yeni bir dövr başlayırdı. İmperiyanın sonu yaxınlaşır, cəmiyyət çalxalanırdı. Təbii ki, bu proseslər ədəbiyyata da öz təsirini göstərmiyə bilməzdi. Belə bir ərəfədə gənc şair Sabir RüstəmxanlınınQan yaddaşıkitabının nəşri siradan bir hadisə deyildi. Kitab haqında qısa məlumatda deyilirdi: Sabir RüstəmxanlınınQan Yaddaşı”ndan yeni poetik düşüncələr göyərib qalxıb, yurdun ulu daşları dil açıb, aqil babaların, dilidualı ağbircək nənələrin ruhundan nəğmələrinə ilkinlik təmizliyi hopub”.

Kitab ön söz yerinə yazılmışRuhumuz sərhədsiz olduğu üçünşeiri ilə başlayır elə bu şeir əslində kitaba toplanmış şeirlərinsərhədsiz ruhunumüəyyənləşdirir:

Bu Vətən deyilən dünyam sirlidir,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədir,

Hələ sərhəddini tapammıram mən.

Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy beləcə.

Ruhumuz sərhədsiz olduğu üçün.

Payımız gəlibdi göydən beləcə!..

Yeri gəlmişkən, kitabaQan yaddaşıadının verilməsi müəllifin çox uğurlu tapıntısıdır, bu ad həm oxuculara bir çağırışdır, “al məni oxu”-deyir burada toplanmış şeirləri oxuduqca təkrar-təkrar qan yaddaşından doğan hikmətlər, poeitik ifadələr səni ovsunlayır. “Qan yaddaşışeiri ilə başlayan şeirlər toplusu elə başlanğıcdan oxucunu düşünməyə vadar edir.

Nüşabə qalasının yarıuçuq bürcündə,

Boy atıb qalınlaşan zoğallığın içində

Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb

Soruşdum:”Oxuduğun mahnının adı nədir?”

Güldü, gözü qıyıldı, gülüşü nəğməydi-

Yayıldıqca yayıldı

Şeir sənə tarix danışır, əfsanə, əsatir danışır. Bu tarixi sənə danışan körpə uşaqdır. Hələ tarix dərsi keçməyən, heç tarixi bilməyən, yazı-pozudan xəbərsiz bir körpə danışır bu tarixi sənə. Həm oxuduğu mahnı ilə, əlində düzəltdiyi oxla, yay ilə danışır danışdıqları da o qədər gerçəkdir ki, sanki tarixi kemişin haqda sənə kerçək dastan danışır. Bu uşaq qəlbinin səsi, üzünün ifadəsi, mimikası ilə inandıra bilir oxuduğ bu dastana səni:

Dedi bilmirəm, əmi təkəm oxuyuram,

Heç sözünü bilmirəm, özümdən toxuyuram.

Özündəntoxuyurdu”, mahnısını o uşaq.

İçəridən gələn səs onaoxudeyirdi .

Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs

Al əlinə bu yayı, at bu oxu deyirdi.

Şeir çox səmimidir. Dili sadədir. Şair bir körpə uşaqla kiçik bir dialoq qurmaqla əslində çox mühüm bir məsələ qaldırır. Düşünürəm şeirin qəhrəmanı müəllifin özüdür, elə ona bu şeir yazdıran da onun qan yaddaşıdır.

Kitab başdanbaşa vətənə, qəhrəmanlıq tariximizə, milli mənəvi dəyərlərimizə, adət ənənələrimizə, dilimizə , dinimizə, yurd yerlərimizə, əcdadlarımıza, məişətimizə həsr olunmuş poetik nümunələrlə zəngin bir topludur oxumaqdan doymursan, şeirlər səndə sanki yaşı 70- yaşını haqlamış müdrik bir kişinin nəsihətləri , öyüdləri, nağıl dastanlərıdır bu şeirlər. Həm çağırışdır, müraciətdir indiki gələcək nəsillərə.

Kitabda müəllifin yurd ,el, oba, ocaq yeri adlı ünvanlı çoxsaylı şeirlər yer alıb . Onların hər biri həm məna yükünə, həm poetik ifadəsinə görə gözəl şeirlərdir. İfadələrdəki tapıntılar, müəllifin poetik ustalığı oxucunu qəhər qarışıq təəcübləndirir, qürurlandırır. Sadaladığm mövzuların hərəsinə bir misal çəksəm bir kitab yaranar. Ancaq şairinVətənşeirindən misal çəkməmək güçündə deyiləm;

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu.

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin fəxriyyəşeiridi,

Dağları dumanda itən-

VətənVətən

Vətən haqqında müxtəlif müəlliflər tərəfindən müxtəlif xalqların dilində, minlərələm şeir yazılıb. Hər biri çox gözəl , lətif, zərif. Niyəsə mənim gəncliyimin filmi olan Baharın 17-ci anıfilmindəHardan başlayır Vətənmahnısı mahnının sözləri bəlkə indiyədək Vətən haqqında eşitdiklərim şeirlərin ən yaxşılarından biridir. Ancaq Sabir RüstəmxanlınınVətən…” şeiri bu mövzuda indiyədək eşitdiklərim ya oxuduqlarım şeirlər içində mənə ən doğma ən şirin gəldi:

Babalar atını sürüb gedibdi,

Qalalar boylnıb qalıbdır ancaq.

OğluŞah İsmayıl Xətayi adlı

Ağatlı oğlan var, atı qanadlı,

Bir Suraxanı atəşgahı var,

Bir Misri qılınc. Bir Çənlibel:

Bir Heydərbaba yazılmış bir dil

Torpağı ot deyil, kişi göyərdən-

VətənVətən!…

1993-2002-ci illərdə tez-tez Mingəçevrə gəlirdi Sabir müəllim. Minəçevirə bağlılığı öncə Vətən toprpağna məhəbbətdən irəli gəlirdisə, digər bağlılığı ümimi dostlarımız- Məhəbbət Qarabağlı,Tofiq Quliyev digər dostlar yaradırdı. Sonradan elə Tofiq müəllimin Sabir Rüstəmxanlının vasitəsilə Əli Quliyevlə, Yaşar Abdulovla , Rüstəmxanlı ocağının nümayəndəlri ilə, qədim türk yurdu Yardımlının sözübütöv, mərd, dostluğa möhkəm kişiləri ilə tanış olmaq, ünsiyyət qurmaq mənə nəsib oldu. Mingəşevir dənizinə maraqlı, düşündürücü bir şeir həsr etmişdi. Mİngəçevir dənizi ilə söhbət”. Bu şeirlə samuxluların mingəçevirlilərin xatirəsində özünə həmişəlik bir taxt qurub, Sabir müəllim. Vətəni Samux rayonuMingəçevir dənizi”nin altında qalmış, Samuxun Mingəçevirin dəyərli ziyalılarından biri olan Bayram Ağamirzə oğlunun lap ürəyindən olmuşdu bu şeir:

Bağışla , bizi, bağışla

Dəniz altında qalan dünya!

Qayığı belə arxayın sürürük üstündən,

Belə arxayın üzürük

gözünə pərdə çəkən sularda….

Neçə sahil qumuna yazmışam öz adımı,

Neçə dəniz qoynunda yazmışam inadımı!

Bəs bu necə dənizdir?

… Bir ac balina olub Samuxu udan dəniz

Onun nəğmələrini başından ata bilmir,

Atıb unuda bilmir

Ömür yolunu uzaq bir kənd cığırından başlayıb Vətənin hər güşəsinə qədər gəlib çıxan, hər kərpicini, hər saxsı parçasını öyrənərək onu nəzmə çəkən, hər daşına, hər torpağına hər qalasına , hər mənzərəsinə şeir yazıb Sabir Rüstəmxanlı, bu kitabda, yana-yana, sevə-sevə tərənnüm edib Vətən torpağını. bununla qürur duyur.

yaxşı ki, ömür yolum

qayğıların ağırından başlanıbdı.

yaxşı ki, ömür yolum

uzaq bir kənd cığırından başlanıbdı!

Bu şeirlərin hər birini bu kiçik yazıda təhlil etmək, onlardan sitat gətirmək mümkün olmazdı. Sadəcə oxumaq lazımdır şair Sabir Rüstəmxanlını. Onda biləcəksiniz bu şeirləri ilə nəyi demək istəyir müəllif.

Lakin “Qan yaddaşıilə kifayətlənmədi, şeirlərində olduğu kimi dövrü mətbuatda ciddi tənqidi məqalələri, publisistik yazıları maraqlı təklifləri ilə çıxış edirdi. budur 32 yaşlı gənc şair-publisist Sabir Rüstəmxanlının yeni bir kitabı- “Ömür kitabıişıq üzü gördü. Bu kitab əslinəd şairin çox böyük yaradıcılıq uğuru idi. “Ömür kitabınəsrimizdə publisistikamızda hadisə idi hadisə kimi ədəbiyyat tariximizə daxil oldu. Ancaq “kitab maraqlı, publisistik bədii” kitab deyildi. Başdan ayağa tariximizlə doludur. qədər acı faktlar da olsa gerçək hadisələrlə zəngin, xalqımızın milli kimliyini faktlarla sübut edən, haqqımızda yazılan təhrifləri, tarixi yalanları birbaşa müəlliflərini göstərməklə , həqiqəti həmin müəlliflərin sifətinə çırpan, bir tarixi-bədii-publisistik toplu olmaqla həm gənclərə ünnvanlannmış çağırış idi. Eyni zamanda müəllif bu çağırışı, bu tapşırmanı, bu kitabı ilk növbədə doğmalarıNərgizə, Gündüzə,Səadətə, Tahirə, Ormana, Rəşada, Araza, Namiqə, Anara, Eminə, Raminə, Təbrizə, İftixara, Orxana sonra isəsabah bu torpağın üstündə yaşayacaq arzularımızı yaşadacaq bütün balalarımıza bağışlayıram” -deməklə çox gənc yaşında müdrik bir missiya yarinə yetirmişdi. Əslindı bu tapşırma nurani bir qocanın, ömrü keşməkeşlər görmüş müdrik bir insanın gənclərə vəsiyyəti idi

Yadımdadı! Kitab nəşr olunduqdan sonra tezliklə bütün şəhərlərə kəndlərə ( yaxşı ki, o vaxtlar hələ şəhər, rayon kəndlərimizdə kitab mağazaları dururdu) yayıldı . Kitabın nəşrindən keçən çox qısa müddət ərzində artıqÖmür kitabıəksəriyyətin stolüstü kitabına çevrilmişdi hamı bu kitabdan danışırdı.

Ömür kitabı”nı bütün yaşıdlarım kimi mən elə kitab nəşr olunduğu dövrdə -keçən əsrin 80-ci illərində oxumuşdum. Səmimi desəm Sabir müəllimə simpatiyamda elə o illərdən yaranmışdı. Lakin indi bu yazın hazırlayarkən kitabı bir daha yenidən oxudum. O zamankı yaş dövr kitabda yazılanlara yeni yanaşma tələb edirdi. mən kitabı oxuduqcaq müəllifə bir daha öz aləmimdə dönə-dönə minnətdarlığımı bildirdim. Düşündüm ki, yaxşı ki, ədbiyyat ictimai fikir tariximizdə Sabir Rüstəmxanlı kimi yazıçılarımız, ziyalılarımız var. Onun bu kitabda səpdiyi toxumlar əminəm ki, hələ innən belə yeni-yeni pöhrələr verəcək, böyüyəcək, Yardımlı meşələri kimi Vətənimizin hər yerini bürüyəcəkdir.

Hesab edirəm ki, “Ömür kitabışairinQan yaddaşışeirlər kitabının nəsrdə publisistikada bir növ davamı idi. Şair Şabir RüstəmxanlıyaQan yaddaşıkitabında demədiklərinin bir hissəsini nəsrdə, publisistikada demək zərurəti yaranmışdı çox cəsarətlə deyə bilmişdi. Onun nətəcəsi idi ki, Ömür kitabımübaliğəsiz desək müəllifinə böyük şöhrət gətirdi .

Doğrusu mən Sabir RüstəmxanlınınÖmür kitabı”nıVətən haqqındasimfoniya adlandırıardım. Diqqət yetirsək görərik ki, kitabda bölünmüş başlıqların hər biri bir nəğmədi, mahnıdı, əslində müəllif həmin başlıqlarda verdiyi yazıları yekunda məhəbbət məktubları, nəğmə ya mahnı adlandırır. Diqqət yetirək müəllifin kitabdakıVətən haqqında nəğməyazısına:

Hər kəsin ürəyində Vətən haqqında bir nəğmə var. Geç tez oxumalıdır. Bu nəğmə böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da. Vulkan vaxt püskürəcəyini kimə deyir? Sübhün ala-toranında səsindən asılmış torağayların yanğısını dinləyə-dinləyə, zəmi yerinə səpələnmiş quzuların dalınca qaçan, dizə kimi şehdə islanmış qardaşlarımı düşünürəm…. Kim bilir, bəlkə onlar Vətən haqqında nəğmələrini elə həmin anlarda oxuyurlar”. qədər səmimi, kövrək dəqiq ifadə. Həm bu ifadələrlə sanki bir poetik mənzərə yardıb, müəllif. Bu mənzərəyə tamşa edən kim olsa belə, onu dindirsən kövrələcək, əminəm. Təkcə bu ifadəılər yox , ümumiyyətləÖmür kitabıbaşdan başa Vətən haqqında nəğmələr toplusudur. Qəhrəman Babəkin nəğməsi səslənir bu kitabda. Bu nəğməDağlarımızın üstündə 22 il dalğalanan al bayraq, Babəkin azadlıq, qələbə, qəhrəmanlıq mahısı idiBabək öz nəğməsini Azərbaycan dilində oxumuşdu! Biz nəğməmizi bu dildə oxuyuruq, uşaqlarımız, nəvə-nəticələrimiz bu dildə oxuyacaq. Hər kəsin ürəyində Vətən haqqında nəğmə var…Kimi ürəyə yazır bu nəğməni, kimi daşa, torpağa”.

Bu kitabda əməyin, zəhmətin tərənnüm nəğməsi var. Hər gün çörəyini min zəhmət, əziyyət hesabına daşdan-torpaqdan çıxardan, o daşdan-torpaqdan çıxartdığı çörəyə min dəfə şükür edib onu bal kimi dadan, həmin zəhmət hesabına övladlarını böyüdüb, onlara öyüd-nəsihət, təlim- tərbiyə verən bir atanın Zəhmət nəğməsi var: ”Adam öz işindən zövq alanda, toy-bayrama çevrilir. Atamın mahnısı-bitib tükənməyən zəhmət idi. O öz ömür nəğməsini gecə-gündüz, ara vermədən torpağın qulağına oxuyurdu. Ona görə torpaq onun mahnısı ilə yatır, onun mahnısıyla oyanırdı”. Müəlifin ifadələrini oxuduqca xəyal səni lap uzaq illərə aparır. Gözləriyin qarşısında sifətinin rəngi günəş şüalarında mis rənginə çalan, əllrinin qabarı gözə çarpan arıq bədənli, lakin pəhləvan cüssəli, əlləində, qollarında əzələləri, damarları qabaran zəhmətkeş insanların obrazı canlanır. Düşünürəm Sabir Rüstəmxanlı bu obrazla təkcə atası Xudu kişinin deyil bütünlüklə zəhmətdən yoğrulmuş bir Azərbaycanlı kişisinin ümumiləşdirilmiş obrazını böyük ustalıqla yarada bilib. Ancaq təkcə bu nəğmələrlə bitmir , Vətən nəğmələri. Bu kitabda həm dünyanın müxtəlif məşhur muzeylərində sərgilənən azərbaycanlı ustaların düzəltdikləri, yaratdıqları, toxuduqları sənət əsərlərinin zəriflik, gözəllik nəğmələrinin bir sözlə Vətən övladlarının ömür nəğmələrinin səsi –“zili, zənguləsi, “Mənsuriyyəsieşidilir. Heç şübhəsiz Müəllif bu kitabını 44 günlük Vətən müharibəsindən sonra yazmış olsaydı biz bu kitabdan həm Vətən uğrunda canını fəda etmiş şəhidimiz Xudayarın təsnifini eşidərdik.

Mən bu yazıda Xalq şairi Sabir Rüstəmxanlının iki kitabı- “Qan yaddaşıÖmür kitabı”na toplanmış şeir tatixi-bədii-publisistik yazıların yalnız bir qisminin məndə yatatdığı təəssüratlar barədə oxucularla fikrimi bölüşmək istədim. Əslində demək istədiklərim Sabir müəllimin yaradıcılığının məziyyətlərindən heç bir misqal da deyildir. OnunAtamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunamiromanları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüşpoemaları son vaxtlar nəşr olunmuşƏbədi sevda”şeirlər toplusunda əksini tapan mövzular ədəbiyyatımızda toxunulmamış mövzular olmaqla son dərəcə maraqlıdır. Bu əsərlər dərin tədqiqatların təhlillərin obyektidir əminəm ki, zaman-zaman araşdırılacaq, tədqiq ediləcəkdir.

Ümumiyyətlə götürdükdə isə Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığını onun sözləri ilə desəkOxuyanların hamısına ünvanlanmış Vətən haqqında məhəbbət məktubları”na bənzədirəm. Bu məktublarda məhəbbətdən yaranmış çağırış da var, nəsihət , öyüd .

Sabir Rüstəmxanlı Azərbaycanın çağdaş ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. O, həm müstəqillik tariximizə 1988-ci ldən başlayan xalq hərəkatının liderlərindən biri kimi, daxil olmuş, Azərbaycanın mətbuat dövlətçilik tarixinə öz adını şərəflə yazmış, Dünya Azərbaycanlılarının həmrəyliyi hüquqlarının qorunması yolunda mübarizəsi yorulmaz fəaliyyətinin nəticəsində istər beynəlxalq aləmdə, istərsə ölkəmizdə yaxşı tanınır, sevilir böyük nüfuza malikdir.

Ustad sənətkar, böyük ziyalı, Xalq şairi Sabir Rüstəmxanlını yeni yaşı münasibətilə təbrik edir, uzun sağlam ömür, yeni yaradıcılıq uğurları, ictimai-siyasi dövləti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

 

Ramiz Göyüş,

yazıçı-publisist

 

Yeni Müsavat.- 2024.- 11-13 may, ¹81.- S.10.