KƏRƏM HƏSƏNOVUN SƏLAHİYYƏTLƏRİ ARTIRILDI

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti birləşdirilməklə yeni komitə yaradıldı

                                                                                               

Prezident İlham Əliyev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) ləğv edilməsi onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ləğv edilməsi onun əsasında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması da nəzərdə tutulur.

ƏMDK-ya bir ay müddətində komitənin komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnamələri strukturu barədə təkliflərini prezidentə təqdim etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Kərəm Əvəz oğlu Həsənov DƏİEDK sədri vəzifəsindən azad edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi bəlli deyil. Amma məlum olan odu ki, bu qurum bundan sonra K.Həsənovun rəhbəri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərəcək.

Baş verən bu dəyişiklik nəticəsində K.Həsənovun  səlahiyyətləri artırılıb. K. Həsənovun hakimiyyət pillələrində yüksəlməsinə əsas səbəb onun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə həmyerli olmasıdır. Həm F.Əliyev, həm K.Həsənov Cəlilabaddandır.  K.Həsənovu irəli F.Əliyev çəksə , 2005-ci ilin parlament seçkiləri ərəfəsində F.Əliyev  həbs olunarkən K.Həsənov ona qarşı  dayananlar cəbhəsində yer aldı. Bəzi məlumatlara görə, həmin həbsdən sonra F.Əliyevə yaxın adamların obyektlərinin siyahısı yuxarıya K.Həsənov tərəfindən ötürülüb.

A.Qaraşova gəlincə, onun indiyədək rəhbərlik etdiyi qurum  əslində vətəndaşların ən çox müraciət etdiyi bir struktur olsa da, onun fəaliyyəti haqda xüsusi kütləvi narazılıq, şikayət olmayıb.

 

 

Teymur HƏSƏNLİ

 

Yeni müsavat.- 2009.- 20 may.- S. 5.