Milli musiqi mədəniyyətimizin iftixarı

Ötən əsrin musiqi sənətinin ən dəyərli sərvəti, dünya musiqi mədəniyyəti xəzinəsinə misilsiz töhfələr verən bəstəkarlardan biri alim-pedaqoq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Lenin SSRİ Dövlət mükafatları laureatı, akademik Qara Qarayevdir.

O, son dərəcə cəsarətli novator axtarışlar aparmaq istedadına malik bir sənətkar idi. Dahi Üzeyir bəy Q.Qarayevin dərin istedadının formalaşmasında böyük rol oynamışdır. Onun sinfində gənc musiqiçi xalq musiqi sənətinin tükənməz sərvətlərinə yiyələnmək məktəbi keçmişdir. Q.Qarayev 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, dövrümüzün böyük bəstəkarı D.D.Şostakoviçin sinfi üzrə bitirmişdir. Ü.Hacıbəyov D.Şostakoviçin yaradıcılıq prinsiplərinin ənənələrinin sintezi olan Q.Qarayev yaradıcılığı orijinal bəstəkarlıq məktəbinin formalaşması üçün əsas olmuşdur. Bəstəkarın keçdiyi yol gərgin, yorulmaz zəhmət, daimi axtarışlar yolu olmuşdur. Klassik musiqiyə dərindən bələd olan Q.Qarayev müasir simfonizmin bütün vasitələrindən istifadə edərək Azərbaycan musiqisini dünya incəsənətinin ən yaxşı nailiyyətləri səviyyəsinə qaldırmış, onu bütün bəşəriyyətin sərvətinə çevirmişdir. O, Ü.Hacıbəyovun layiqli varisi kimi Azərbaycan bəstəkarlıq məktəbinə başçılıq etmiş, milli musiqimizin zəngin ənənələrini yorulmadan davam inkişaf etdirmişdir.

Akademik Q.Qarayevin yaradıcılığı, fəlsəfi dərinliyi, incə psixologizmi, parlaq obrazlılığı, bədii kamilliyi ilə fərqlənir. Yaşadığı dövrün insanlarını düşündürən əsas məqamlar Q.Qarayev musiqisində öz orijinal əksini tapmışdır. O, görkəmli musiqiçi-alim idi. Azərbaycan musiqisinin bir sıra elmi problemlərini araşdırmış, milli xarici musiqinin bir çox hadisələrini nəzəri cəhətdən əsaslandırmış ideya-estetik qiymət vermişdir. Milli musiqi sənətinin hərtərəfli inkişafına, onun bu gününə gələcəyinə hədsiz qayğı göstərən, yüksək biliyə, parlaq publisist istedadına malik olan Qara Qarayev musiqinin aktual problemləri barəsində ümumittifaq respublika mətbuatında daim çıxışlar edirdi. Bəstəkarın bir çox əsərləri hələ sağlığında hamı tərəfindən təqdir edilmiş klassik irsə çevrilmişdir. “Yeddi gözəl”, xüsusilə Lenin mükafatına layiq görülmüşİldırımlı yollarlabaleti musiqi-xoreoqrafiya yaradıcılığını yeni bir səmtə yönəltmişdir. SSRİ Dövlət mükafatına layiq görülmüşLeyli Məcnunsimfonik poeması Q.Qarayevə böyük şöhrət qazandırmışdır. Don Kixotsimfonik qravürləri, “Səadət nəğməsi”, “Zamanın bayraqdarı”, “Ürək mahnısıkantataları, “Dostluq himni”, “Xəzər neftçiləri haqqında dastan”, “Vyetnam”, “Dənizi fəth edənlərsüitaları, fortepiano, skripka, kamera orkestri, simli kvartet üçün əsərləri, romansları, mahnıları, xor miniatürləri bəstəkarın yaradıcılıq nailiyyətləridir.

Q.Qarayev simfoniyalarında, “Leyli Məcnunsimfonik poemasında, “Don Kixotqravürlərində, orkestrlə skripka üçün konsertdə yeni janr, kompozisiya çalarları, obrazlı ifadə formaları tapır öz sevimli mövzusunu - haqq, ədalət gözəllik uğrunda, yüksək əxlaqın təntənəsi uğrunda mübarizəni təcəssüm etdirirdi. BəstəkarınZəriflik”, C.Hacıyevlə birlikdə yazdığıVətənoperaları, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli Məcnun”, “Don Kixotbaletləri, vokal-simfonik əsərləri olanSevinc mahnısı”, “Könül mahnısı”, “Partiyamızkantataları, “Azərbaycan süitası”, “Vyetnam süitası”, “Alban rapsodiyası”,”Klassik süita”, fortepiano orkestr üçün yazdığıGənclikpoeması, “İki simli kvartet”, “Kvartettino”, “Fortepiano üçün iki sonatino”, “Skripka fortepiano üçün sonataadlı kamera əsərləri digər uzunömürlü bəstələri ilə Azərbaycan musiqi xəzinəsinə böyük töhfələr vermişdir.

Alim-pedaqoq Q.Qarayev, eyni zamanda ictimai-siyasi həyatda fəal iştirak edirdi. 1952-ci ildən o, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, 1961-ci ildən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifələrində çalışmışdır.

Akademik Q.Qarayev, sözün əsl mənasında nəhəng idi, dahi idi, özü əvəzsiz, müqayisəolunmaz istedad şəxsiyyət idi. O yalnız bəstəkar deyildi, Şərq ədəbiyyatının, şifahi xalq yaradıcılığımızın, klassik poeziyamızın mükəmməl bilicisi idi. Nizamini, Füzulini, Nəsimini, Firdovsini, Camini, Xəyyamı, Hafizi, Xaqanini Şərqin digər böyük sənətkarlarını dönə-dönə oxuyur, öyrənir yaradıcılığında onlardan bəhrələnirdi. BəstəkarınLeyli Məcnunsimfonik poeması klassik irsi mükəmməl mənimsəməyinin bariz nümunəsidir. Nizami irsini dərindən öyrənəndən sonraYeddi gözəlbaleti yaranmışdır. “Yeddi gözəlbaleti üzərində işləyərkən Q.Qarayevin həm səriştəli rəssam olması üzə çıxmışdır.

Bəstəkar dəniz neftçilərinin möcüzələr yaradan əməyi barədə simfonik musiqinin dili ilə təsirli əsərlər yazmışdır. Bu əsərlər Xəzərin fatehləri olan insanlar üçün daha əzizdir. Q.Qarayev dünya incəsətini öz xalqının musiqisi ilə, özünün təkrarsız, orijinal istedadı böyük sənətkarlığı ilə zənginləşdirmişdir. Bəstəkarın musiqilərindənDoğma xalqıma”, “Abşeron ritmləri”, “Əlvida, Cənub şəhəri”, “40-cı qapı”, “Həqiqətin özü digər tammetrajlı sənədli-bədii filmlərdə, habelə”150 il. M.F.Axundov”, “Üçüncü Simfoniya”, “Dostluq himni başqa qısametrajlı sənədli filmlərdə istifadə edilmişdir. Dahi bəstəkarAxşam konserti”, “Bülbül”, “Respublikam haqqında həqiqətÜrək nəğməsifilmlərində çəkilmişdir. Onun haqqında isəBu həqiqətin səsidir”, “Qara Qarayev-60” Bəstəkar Qara Qarayevfilmləri çəkilmişdir.

Azərbaycan incəsənətinin fəxri, görkəmli bəstəkar, filosof, rəssam Q.Qarayev 1982-ci ildə Moskva şəhərində dünyasını dəyişmiş, nəşi Azərbaycana gətirilərək Bakıda, Fəxri xiyabanda dəfn edilmişdir. Bu böyük bəstəkarın xatirəsinə neçə-neçə şeir həsr olunmuşdur. Bakıda metro stansiyası, prospekt, İmişlidə küçə adı, Moskvada 75 saylı Uşaq musiqi məktəbi, Bakıda 8 saylı Uşaq musiqi məktəbi, Xəzər dənizində gəmi Qara Qarayevin adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Prezident İlham Əliyevin iştirakı ilə Bakının 28 May küçəsində abidəsinin açılışı olub. 1986-cı ildən Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə Bakıda bəstəkarın xatirəsinə Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir.

Ölkə başçısı İlham Əliyev 17 oktyabr 2017-ci ildəGörkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqındasərəncam imzalamışdır. Sərəncamda müvafiq orqanlara yubileylə bağlı geniş miqyasda tədbirlər planı hazırlamağı tapşırmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafı təbliğində müstəsna xidmətləri olmuş dahi bəstəkarın 100 illik yubileyi dünyanın bir sıra ölkələrində qeyd ediləcək. O cümlədən, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Moskva Dövlət Konservatoriyasının kiçik zalında kamera konserti olacaq. Fevralın 5-də- bəstəkarın doğum günündə isə Nijni Novqorod Filarmoniyasında Qara Qarayevin yubileyi münasibətilə konsert təqdim olunub.

Böyük sənətkarlar ölmürlər. Xoşbəxt o insandır ki, gözəl əməlləri ilə insanların qəlbində daim yaşayır. Yaratdığı çoxşaxəli əsərlərində insanların qəlbində əbədiyaşarlıq qazanmış dahi bəstəkar, dünya musiqi mədəniyyətinin iftixarı Qara Qarayev kimi...

 

Ədilə QOCAYEVA.

Yeni Təfəkkür.- 2018.- 23 fevral.- S.3.