Həmişəyaşar ədibin xatirəsi
anıldı
Ulu
öndər Heydər Əliyev deyirdi: “Cəfər Cabbarlı
öz zəngin yaradıcılığı ilə dünya
dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır”.
Bəli, Cəfər həyat verib ilhama sözə Cəfər hissin
gözü, ruhun səsidir.
Təbiət möcüzə göstərib bizə Cəfər
təbiətin möcüzəsidir. “Ibsen
kimi aktual, qəti və
cəsarətli, Şiller kimi
üsyankar, Şekspir
kimi zəngin və rəngarəng, Qorki kimi ideyalı” –
müasirləri Cəfər Cabbarlı sənətini belə
qiymətləndirib. Xalq şairi
Səməd Vurğun isə C.Cabbarlı
yaradıcılığını bizim dövr mədəniyyətinin qəh-qəhə
pilləsi adlandırıb. O, sənət aləmində əsl
dönüş yaratdı. ”Hey sən, əski dünya
təslim ol, Sənə qarşı yüruş var”dedi. Bu
üsyankarlığına görə başı min bir bəla çəkdi.
Əsərləri repertuarlardan
çıxarıldı. Qəhrəmanları ədəbi məhkəmələrə
çəkildi. Özü isə tənqid
və mühakimələrə tuş oldu. Amma istədiyinə nail oldu. Deyə bilmədiklərini
qəhrəmanlarının, obrazlarının dili
ilə dedi. Cəfər Cabbarlının əsərləri
bədii sənətkarlıq məziyyətləri, güclü xarakterlər, müsbət və
mənfi obrazlar silsiləsi, romantik, emosional, eyni zamanda, canlı, koloritli obrazlı dili ilə
seçilir. . O, çox
şaxəli yaradıcılığı ilə səhnəmizə
böyük bir aktiyor nəsli, dilimizə yeni
sözlər, yeni adlar,
kino salnaməmizə Azərbaycan nəfəsi
gətirib. . Unudulmaz Cəfər Cabbarlının anadan
olmasının 120 illiyində inanırıq ki,
bu imza neçə
yüzillikləri adlayıb keçəcək,
yaratdıqları necə nəslin mənəvi sərvətinə
çevriləcək. Çünki, o dünən də müasir
idi, bu gün
də müasirdir, sabah
da müasir olacaq. Bu və ya digər fikirlər iyun
ayının 13-də Nəsimi rayon icra hakimiyyətinin akt
zalında gerçəkləşən dahi
dramaturq, şair, nasir, ictimai xadim Cəfər Cabbarlının 120 illiyinə
həsr olunmuş “Ölkəm” adlı ədəbi-bədii
gecədə səsləndi.Nəsimi rayon
İcra Hakimiyyəti, Cabir
Novruz Mədəniyyət
Fondu və Əməkdar jurnalist
Qafar Əsgərzadənin təşkilatçılığı
ilə keçirilən tədbir öncə Cəfərsevərlər
və Nəsimi rayin ictimaiyyətinin Cəfər
Cabbarlının Nəsimi rayonunda yerləşən
əzəmətli heykəli və Nəsimi RİH -nin binasında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə
başladı. sonra Nəsimi RİH-nin akt zalında ədəbi-bədii
gecəyə start verildi.Öncə Cəfər
Cabbarlının həyat və
yaradıcılığına həsr olunmuş
videi-süjet nümayiş
etdirildi.Tədbirin aparıcısı əməkdar artist Azad Şükürov ədib
haqqında qısa çıxış edərək öncə
sözü Nəsimi RİH-nin
başçısı Asif Əsgərova
verdi.A.Əsgərov çıxışında ədibin Azərbaycan
ictimai fikir tarixində,
ədəbiyyatındakı rolundan bəhs
etdi, onun xatirəsinə
dövlət qayğısını, Respublika
Prezidenti cənab İlham
Əliyevin C.Cabbarlının 120 illiyi ilə əlaqədar imzaladığı
sərəncamdan irəli gələn işləri xüsusi olaraq
vurğuladı.Daha sonra filologiya
elmləri doktoru Rəhim Əliyev, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dağ yəhudiləri
dini icmasının sədri Mixi Yevdayev
çıxış edərək C.Cabbarlının Azərbaycan və dünya
ədəbiyyatındakı rolundan, onun Azərbaycanın müstəqilliyi və
istiqlalı uğrunda apardığı
mübarizədən, əsərlərində şəxsiyyət
azadlığı və milli azadlıq
ideallarının tərənnümündən,Cabbarlı qəhrəmanlarındakı
ehtiraslı döyüşkənlik və üsyankarlıqla
bərabər, milli ideallara, xalqa xidmət və
ehtiramdan, Azərbaycanda milli
hisslərin alovlandırıldığı 1918-19-cu illərdə
yaranmış milli tərəqqiyə nikbin hisslər aşılanmış
“Ədirnə fəthi” əsərində Cabbarlının türkçülük ideallarına, millətin
ideallarına sadiqliyindən, Azərbaycanda demokratik
quruluşun yaradılmasındakı rolundan və s.bəhs etdilər.
Ədibin nəvəsi Bəhlul Seyfəddin oğlu
Cəfər Cabbarlı irsinə Respublika
rəhbərliyinin verdiyi yüksək qiymətdən
söz açdı, ədibin Nəsimi rayonunda Ulu öndər
Heydər Əliyev tərəfindən ucaldılan əzəmətli
heykəlinin ətrafında yenidən qurma,
abadlıq işlərinin görülməsinin,
işıqlandırma sistemi ilə əhatə
olunmasının vacibliyini xüsusu
vurğuladı və əlaqədar təşkilatların
diqqətini bu məsələyə
yönəltdi. Monitorda ədibin “Aydın”, “Ədirnə fəthi”,”Sevil” əsərlərndən
ibarət səhnəciklər nümayiş
etdirildi.Əməkdar artist Anar Heybətovun ifasında “Ana”
, aktyor Toğrul Rza Müşfiqin
ifasında “Azərbaycan bayrağına” şerləri
tamaşaçıların dərin marağına səbəb
oldu.Monitorda daha sonra xalq artist Alim Qasımovun
ifasında “Ana” mahnısına, əməkdar
müəllim, bədii qiraət ustası Ənvər Vəliyevin
ifasında “Şairin ölümünə”
şerinə çəkilmiş kliplər də nümayiş etdirildi. Xalq artisti Azər Zeynalov “Olmadın”, əməkdar artist Fehruz Səxavət “Azad bir quşdum”,
müğənni Nadir
Qafarzadə “Həyat söylə, sən kiminsən”, xanəndə
Elgiz Əliyev “Zalım yar”
mahnılarını ifa etdilər.Tanınmış
qarmon ustası Nizami
Əsgərovun ədibin “Turan ellərinə
salam söyləyin” mahnısının qarmonda ifası tamaşaçılar tərəfindən
rəğbətlə qarşılandı. Rəssam Minayə
Dəyanətqızının səhnədə yerləşdirilmiş
Cəfər Cabbarlıya həsr olunmuş
rəsm əsəri tədbirə xüsusu
yaraşıq verirdi. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Vitse- Prezidenti, Əməkdar
jurnalist, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə
çıxışında Cəfər Cabbarlı
haqqında tanınmış simaların söylədiklərindən
bəhs etdi, bilavasitə ədibin onun jurnalistlik, alimlik, pedaqoji fəaliyyətindəki
rolundan söz
açdı, tədbirin bütün
təşkilatçılarına, xüsusilə, Nəsimi
RİH başçısı Asif Əsgərova,
Cabir Novruz Mədəniyyət
Fondunun Prezidenti , professor, əməkdar bədən tərbiyəsi
və idman xadimi,2-ci dərəcəli “Vətənə
xidmət” ordenli Cavanşir
Qurbanova təşəkkürünü bildirdi və ədibin “Məhkum Şərqə”
şerini ifa etdi. Tədbir müğənni Şahin İsmayılovun ifasında “Heydər
xalqım deyəcək, Xalq Heydər
söyləyəcək” mahnısı ilə sona
çatdı.
Qafar Əsgərzadə Əməkdar
Jurnalist,
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent.
Yeni Təfəkkür.- 2019.- 28
iyun.- S.4.