Millət vəkili Novruz Aslanov:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq

bir əsrdir könüllülük fəaliyyətini insanlara təqdim edir

 

- 2019-cu ilin iki aya yaxın bir muddəti artıq arxada qalıb. Otən dövrü Azərbaycan ucun ugurlu saymaq olarmı?

- Hər bir dövrdə əhəmiyyətli hadisələr baş verir. Azərbaycanda da hər bir dövrün özünəməxsusluğu var. Hər il olduğu kimi bu il də Azərbaycanda əldə olunan uğurlar davam etməkdədir. Sosial-iqtisadi sahənin inkişafı göz önündədir. Vətəndaşlarımızın sosial layihələrdən yararlanması tam təmin olunmuşdur. Müvafiq hökumət qurumları bu sahədə kifayət qədər zəruri işlər görmüşlər və görürlər. Respublikanın şəhər, rayon və qəsəbələri günü-gündən gözəlləşir. Siz özünüz də bunların şahidisiniz. Cənab Prezidentin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı bütün bölgələrdə icra olunur. Sənayenin və kənd təsərrüfatının, xüsusilə qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən biridir. Bunun üçün lazımi hüquqi baza yaradılmışdır. Qanunlarımızda zəruri əlavə və dəyişikliklər edilmişdir. Sağlam iqtisadi mühit mövcuddur. Bütün bunlar və yerləşdiyimiz məkan xarici sərmayədarlar üçün cəlbedicidir. Turizm sahəsində nəzərə çarapacaq dərəcədə uğurlar əldə edilmişbunun da əsasını respublikada olan mövcud sabitlik təşkil edir.

Cənab Prezidentin sərəncamı ilə problemli kreditlər öz həllini tapdı. Xarici valyuta ilə götürülən kreditlərin devalvasiyaya görə yaranmış əlavə yükü vətəndaşlara bağışlandı. Bankların da bu prosesdə vəziyyəti nəzərə alındı. Dövlət bunun üçün kifayət qədər büdcədən maliyyə vəsaiti ayırdı. Minimum əmək haqqı 180 manata qaldırıldı. Pensiyalar və müavinətlərin artırılması davam etməkdədir. Hesab edirəm ki, bu ildə də dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi layihələrdən insanlarımız bəhrələnə biləcəklər.

- Siz tez-tez İsmayıllı rayonuna gedərək seçicilərinizlə görüşürsünüz. Rayonda hansı işləri görürsünüz?

- Bildiyiniz kimi mən İsmayıllı rayonundan seçilmiş deputat kimi 14 ilə yaxındır fəaliyyətimi davam etdirirəm. Hamı bilir ki, hər həftə xüsusilə, cümə axşamları rayona səfərlər edib seçiciləimi qəbul edirəm. Nəinki şəhər mərkəzində, həmçinin ucqar dağ kəndlərində də səyyar görüşlər keçirirəm. Belə görüşlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısı ilə birgə baş tutub. Daim problemləri barədə sakinlərlə müzakirələr aparır və həlli yollarını axtarıram. Son üç il ərzində rayona 150-dən çox səfərim olub. Ünvanıma 807 rəsmi ərizə və müraciət daxil olub. Ərizəçilərin qaldırdığı məsələlərin həllinə hər zaman çalışmışam və bir çoxunun həllinə nail olmuşam. Hər il deputatlıq fəaliyyətim ilə bağlı hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edirəm. Bu sahədə müvafiq hökumət qurumları ilə sıx əməkdaşlıq edilir. Bütün bunlar regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına öz töhfəsini verir.

Ümumiyyətlə, bütün bölgələrimizdə inkişaf gedir. Şəhər və rayonlarımız öz simasını dəyişir, yeni yollar salınır, infrastruktur yenilənir, müxtəlif təyinatlı müəssisələr açılır və s.

Keçən il dövlət başçısının tək Lahıc qəsəbəsi üçün imzaladığı üç sərəncama əsasən yeni yol salındı, təbii qaz çəkildi və yeni məktəb binası istifadəyə verildi. Cənab PrezidentBirinci vitse-prezident Mehriban xanım Əliyeva özləri açılış tədbirlərində şəxsən iştirak etdilər və bu sevinci onlarla bölüşdülər. Bütün bunlar xalqa iqtidar arasında olan etimadın təzahürüdür.

- Basçılıq etdiyiniz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti barədə məlumat verərdiniz.

- Məlumat üçün bildirim ki, 2020-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 100 illiyi tamam olur. Bir əsrlik şərəfli fəaliyyət dövrünü yaşamış bir cəmiyyət üçün fəxarətli heçola bilməz. 1920-ci ildə təşəkkül tapmış və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü olan Az.QAC bu günhumanitar sahədə öz missiyasını layiqincə yerinə yetirir. Mövcud dövlət dəstəyi sayəsində fəaliyyətimiz və maddi-texniki bazamız daha da möhkəmlənmişdir. Müstəqillik dövründə ulu öndər Heydər Əliyevin qayğısı ilə cəmiyyətimizin hüquqi bazasının təməli qoyulmuşdur. 1995-ci ildə məhz, bu hüquqi bazanın əsasında Az.QAC Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Federasiya tərəfindən tanındı və üzvlüyə qəbul edildi. Bu gün möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri-üzvü cənab İlham Əliyev Cəmiyyətin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamış və təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu qanun və hazırladığımız yeni nizamnaməmiz digər dövlətlərin milli cəmiyyətlərinə nümunə kimi təklif olunur. Bizim hökumət strukturları ilə çox sıx işgüzar əlaqələrimiz mövcuddur. Fövqəladə Hallar, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, ANAMA, Beynəlxalq Miqrasiya Təşkilatı ilə qarşılıqlı əməkdaşlığı özündə təsbit edən memorandumlarımız vardır və bunun əsasında fəaliyyətlərimiz tənzimlənir. Bildiyiniz kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin respublikanın bütün şəhər və rayonlarında yerli bölməsi və 8 regional mərkəzi fəaliyyət götərir. 350 mindən çox üzvümüz və 25 minə yaxın könüllümüz vardır. Milli Cəmiyyət respublika ərazisində müxtəlif təyinatlı humanitar layihələr, o cümlədən sosial, ekoloji, təbii və texnogen fəlakətlərdən zərər çəkmiş insanlara zəruri humanitar yardımlar, səhiyyə və miqrasiya sahəsində maarifləndirici tədbirlər, ilk tibbipsixoloji yardım, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər zəruri layihələri uğurla həyata keçirir. Bütün bu fəaliyyətlər tam beynəlxalq standartlara uyğun olaraq təşkil olunur.

- Gələn il 100 illiyini keçirəcəyiniz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yubiley bayramına yəqin ki hazırlıq isləri gedir.

- Dediyiniz kimi 2020-ci ilin mart ayının 10-u Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyidirbu tarixi təntənə ilə qeyd etmək üçün artıq işlərə başlamışıq. Bu işləri yüksək səviyyədə həyata keçirmək üçün əmrimlə müvafiq komissiya yaradılıb. Bildiyiniz kimi, 2008-ci il aprelin 7-də Zati-aliləri cənab İlham Əliyevin sərəncamı ilə hər il matr ayının 10-u respublikada «Qızıl Aypara günü» kimi qeyd olunur. Az.QAC-ın 85, 90 və 95 illik yubileylərində əməkdaşlarımızın humanitar sahədəki fəaliyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və dövlət başçısının sərəncamı ilə 40-a yaxın əməkdaş ordenmedallarla təltif olunublar. Xalq Gümhuriyyətinin varislərindən sayılan Az.QAC-ın bir əsrlik fəaliyyətini qeyd etmək və bu əlamətdar tarixi yaşamaq bizim üçün şərəflidir.

- Novruz müəllim, Siz həm də gözəl bəstələr müəllifisiniz. Bu yaradıcılıq ictimai-siyasi fıaliyyıtinizdı çətinliklər yaratmır ki?

- Müsahibələrimdə həmişə bildirmişəm ki, “bəstəkar” sözü mənimcün etalondur. Heç vaxt özümü bəstəkar hesab etməmişəm, bundan sonra da etməyəcəyəm. Sadəcə, bir çox mahnıların müəllifiyəm. Bildiyimə görə, bu mahnılar insanlar arasında sevilir, onların bir çoxuna bu günqulaq asırlar. Əgər musiqilərimlə kimlərisə düşündürə bilirəmsə, özümü cox xoşbəxt hiss edirəm. Umumiyyətlə, musiqi mənim daxili dunyamın təzahürüdür. O ki, qaldı bu yaradıcılığımın mənim ictimai-siyasi fəaliyyətimə təsiri, bildirim ki, bunun yalnız müsbət tərəfləri mövcuddur. Gördüyüm işlərin hər biri ayrı-ayrılıqda mənim üçün çox böyük əhəmiyyət daşıyır. Çünki, bu işlərlə insanlara xidmət edirəm. İstər yaradıcılıq sahəsində, istərsə də ictimai-siyasi sahədə.

Millət vəkili Novruz Aslanov: Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq bir əsrdir könüllülük fəaliyyətini insanlara təqdim edir

- İctimai rəyə gorə reytinqiniz xeyli yüksəkdir. Buna necə nail olursunuz? Cəmiyyətiniz könüllülərin bazasıdır – desək, yanılmarıq. Bu mənada könüllülərlə aparılan islər barədə bir neçə söz.

- İctimai rəyə görə reytinqimin yüksək olması məsələsi mənim üçün yeni bir fikirdir. Ümumiyyətlə, hansı meyarlarla buya digər reytinqləri ölçüllər mənə hələ də aydın deyil. Əgər bu həqiqətən də belədirsə, deməli mənim fəaliyyətimin müəyyən qədər olsa da cəmiyyətə, xalqa xeyri var.

Könüllülük ifadəsi, adından göründüyü kimi müxtəlif sahələr üzrə təmənnasız xidməti özündə ehtiva edir. Məlumat üçün deyim ki, bu növ xidmətin tarixi qədimlərdən başlayır. Götürək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını (Beynəlxalq Hərəkat). 1863-cü ildən fəaliyyətinin ilkin əsaslarını təqdim edən bu humanitar təsisatın mənbəyi könüllülük fəaliyyətinə söykənir. Belə ki, ilk olaraq münaqişə bölgələrində və ya döyüş meydanlarında yaralı vəziyyətdə əziyyət çəkən və həlak olan insanların xidmətində duranlar məhz könüllülər olub. Yəni, onlar könüllü olaraq heç bir təmənna güdmədən döyüş meydanlarında qalan yaralılara və həlak olan insanlara lazımi xidməti göstəriblər, yaralılara tibbi yardım göstərib, həlak olanları dəfn ediblər. Bu günümüzə kimi bu könüllülük fəaliyyəti Beynəlxalq Hərəkatın əsasını təşkil edir. Hətta, yüzlərlə könüllü müxtəlif fəlakətlər zamanı insanlara xidmət edərkən öz həyatalarını itirmişlər, istər müharibə şəraitində, istərsə də digər təhlükəli hallarda. Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq bir əsrdir könüllülük fəaliyyətini insanlara təqdim edir. Bildiyiniz kimi bu gün Azərbaycanda könüllülük fəaliyyəti bir çox sahələri əhatə edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə könüllülərin xidmətindən daim istifadə olunur. Artıq bəzi hökumət qurumlarına da könüllülər cəlb olunur, onların sayı artmaqdadır. ASAN xidmət, Kənd Təsərrüfatı Nazirliyi bu işlərə daha çox önəm verir. Bu fəaliyyət növü dünya təcrübəsində var və hər bir dövrdə könüllülərin xidmətindən yararlanıblar.

- Mütaliə ilə aranız necədir? Axı, müasir texnologiyalardan sonra kitab oxumağı coxları arxa plana kecirib...

- Sizinlə tamamilə razıyam. Yenimüasir texnologiyaların tətbiqindən sonra kitab oxuyanların sayı çox azalıb. Mən bunu təbii qəbul edirəm. Çünki, bu gün istənilən məlumatı internet vasitəsilə əldə etmək mümkündür. Gənclik dövrümüz sovet dönəminə təsadüf etdiyinə görə biz, o cümlədən də mən yalnız kitablardan yararlanırdıq, mütaliə edirdik. Müasir dövrün gəncləri sözsüz ki, yenimüasir texnologiyalardan bəhrələnirlər. Onları başa düşmək olar, müasir zamanla ayaqlaşırlır. Amma, bunun ifrat dərəcədə olması onların sağlamlıq durumuna da mənfi təsir göstərə bilər. Hesab edirəm ki, müəyyən vaxtlarda kitab oxumaları və mütaliə etmələri onların yalnız xeyrinə olardı. Yalnız bu halda hansısa bir mövzu barədə canlı fikir mübadiləsi aparmaq mümkündür. Elə əsərlər var ki, onları internet vasitəsilə axtarıb tapmaq olmur, lakin, kitab formasında onu əldə etmək olar.

- Son zamanlar sosial şəbəkələr barədə müxtəlif fikirlər dolaşır. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə öz fikirlərimi «Azərbaycan» qəzetinin 14 fevral sayında bildirmişəm. Təəssüflə qeyd edim ki, bəzi insanlar sosial şəbəkələrdən təhqir və böhtan üçün istifadə edirlər. Son dövrlərdə bəzi dairələrin bundan siyasi məqsədlər üçün istifadə etməsi ənənə halını alıb. Bildiyinz kimi, müxtəlif arzuolunmaz çağırışlar, təhqirlər, böhtanlar, istər hər hansı bir şəxsə qarşı, istərsə də bütövlükdə dövlətə qarşı. Buna qəti olaraq yol vermək olmaz. Mən bunu «mənəvi terror» adlandırmışam. Özünü azərbaycanlı adlandıran və bu xalqın nümayəndəsi hesab edən insanın Azərbaycan dövlətinə qarşı belə xoşagəlməz üsullardan istifadə edərək öz xalqına və yeganə vətəni olan Azərbaycana ləkə gətirməsi başa düşülən deyil. Buna qarşı mükəmməl mübarizə və cəza üsullarını axtarıb tapmalıyıq. Lazım gələrsə qanunvericilikdə bu sahədə zəruri əlavə və dəyişikliklər edilməlidir. Əlbəttə, bunlar əsasən xarici dövlətlərdə açılan saxta profillər vasitəsilə edilir, lakin bunun da bir əlacı olmalıdır.

- Sizin üçuü ən gözəl il, ən gözəl ay və ən gözəl gün hansılardır?

- Mənim üçün ən gözəl gün bu dünyaya göz açdığım gündür, ən gözəl ay Baharın gəlişini, təbiətin oyanmasını özündə təcəssüm etdirən Matr ayıdır, ən gözəl il isə, müstəqilliyimizi əldə etdiyimizbu günə kimi qoruyub inkişaf etdirdiyimiz illərdir.

 

Yeni Təfəkkür.- 2019.- 15 mart.- S.2.