Yoxsul və zəngin
(hekayə-əhvalat)
Atam Ağa Xəlilin
əziz xatirəsinə
həsr edirəm
May ayının əvvəlli,
gözəl yaz havası idi. Ağaclarda gönçələr
açır, gilavar əsir, quşların cəh-cəhəsi insanı
valeh edirdi. Külək əsdikcə, yarpaqların
xışıltısı elə bil pıçıldayırdı,
nə isə deməyə çalışırdı.
Məncə onlar yazın
gəlişinə sevinib,
nəğmə oxuyurdular.
Belə ecazkar gözəllikləri,
ana təbiəti sevməmək olmaz.
Məktəbin həyətində uşaqların
səsi aləmi bürümüşdür. Günay xanım
qızı Dənizi məktəbdən götürməyə
tələsirdi. O, qızını
çox sevirdi, yeri gələndə əzizləyən, yeri gələndə tələbkar
ana idi. Dəniz də anasını sərhədsiz sevirdi.
Dəniz
nənələri Fatma
Soltan və Xavər xanımı da çox sevirdi.
Nənələri də ona sevgiylə, qayğıyla
yanaşırdılar, hər
istəyini yerinə yetirirdilər. Necə
deyib atalar: “Dövlətdə dəvə,
övladda nəvə”.
Xavər nənə tez-tez söyləyirdi: “Doğru deyiblər. Nəvə övladdan da şirin olur. Yaşayıb görürsən hər şeyi”.
Dəniz qaça-qaça pilləkanları
düşüb anasına
sarı gəldi. Anası
ona əli ilə işarə edir: “Tələsmə qızım, yıxılarsan!”
Narahat oldu. Dəniz anasını möhkəm-möhkəm
qucaqladı:
– Ana, anacan, bü gün mən Azərbaycan dilindən, riyaziyyatdan “5” qiyməti almışam.
– Ananın sevincdən gözləri doldu.
– Afərin qızım! Əməyimi qiymətləndirdiyinə
görə çox sağ ol!
– Yolda gedə-gedə Dəniz hey danışırdı,
anasına suallar verirdi.
– Ana, niyə çox sualların cavabını
mən bilmirəm?
– Tələsmə qızım,
oxuya-oxuya, böyüyə-böyüyə
bütün cavabları
özün tapacaqsan.
– Ana yoxsul nədir, zəngin nədir?
– Tələsmə, evə çatırıq. Əynini dəyiş,
əl-üzünü yu,
yeməyini ye, sonra başa salaram sənə.
– Yox eee, ana!
Müəllimə bizə tapşırıq
verib. “Yoxsul
və zəngin” bu mövzuda hekayə yazmalıyıq.
– Yaxşı qızım, başa salaram, sonra özün hekayəni yazarsan. Yadımdadır, Dursun nənəm
mənə belə əhvalat danışmışdır.
Onda mən də 3-cü sinifdə oxuyurdum. Nənəmə sual verdim: “Nənə, yoxsul nədir? Niyə belə deyirlər?” Dursun nənə mənə dedi: “Dinlə məni, bala. Bağımızla üzbəüz bir kişi yaşayırdı.
Adı Məmməd idi. Bağında su quyusu var idi. Su şəfalı, sərin idi. Qonşular həmişə onun qapısına gedib quyudan su içməyə,
bir vedrə su istəyərdilər.
Kim qapısına gedirdisə,
hamısına belə
söyləyirdi: “Yoxdur
su”. Beləcə günlər, aylar,
illər keçdi.
Bütün bağ əhalisi Məmməd kişini adı ilə yox, Yoxsu
və ya Yoxsul adlandırmağa başladı”.
– Ana, necə də maraqlıdır, – Dəniz
təəccübünü gizlətmədən söylədi.
– Hə, gözəl balam. Ballı nənəm isə
mənə başqa əhvalat danışmışdı.
Uşaqlıqdan yadımda
qalıb: “Yan-yana bağ qonşuları olur. Rəşid və Yusif gilin bağı. Rəşidin atası Abdulla bağı
çox sevirdi, daima ağaclara qulluq edirdi. Bütün gününü bağda keçirdirdi. Qələm çalırdı,
calağ edirdi. Ağaclar böyüyüb
çoxlu bar verirdi. Hamı bağın gözəlliyindən,
ətirli meyvələrindən
danışırdı. Əvəz kişinin isə bağda ağacları çox deyildi. Əvəz kişi
işlədiyinə görə,
onun bağla məşğul olmağa
vaxtı az idi. Onun oğlu Yusif
7-ci sinifdə oxuyurdu.
Məktəbdən sonra Yusif ağacları belləyib,
su verirdi. O, bağı, ağacları,
çiçəkləri çox
sevirdi. Atası oğlunun əziyyətini,
zəhmətini görüb
sevinirdi. Atası
Yusifə deyirdi: “Belə getsə bu bağı sən Gülüstana çevirəcəksən”.
Yusuf əziyyət çəkməkdən
qorxmurdu, bunu sevərək edirdi. Beləcə aylar illəri qovalayırdı.
Artıq Rəşid və Yusif böyümüşdülər. Onların ataları
dünyalarını dəyişmişdirlər.
Yusif bağı həqiqətən
Gülüstana çevirmişdir.
O, bağın meyvələrini
yığıb bağça
uşaqlarına, uşaq
evlərinə verirdi,
çox xeyirxah adam idi
Yusif. Rəşid isə bağın
meyvələrini sata-sata
zəngin adama çevrildi. Artıq o bağa
gəlmirdi. Onun bağındakı
meyvələr o qədər
bol idi ki,
yerə düşüb
xarab olurdular. Bir gün yolda Yusif Rəşidi görüb deyir ki, heyifdir, atan
o qədər əziyyət
çəkib, bağın
meyvələrini sən
də uşaqlar evinə, qocalara ver, savabdır. Rəşid gülərək
deyir:
– Dostum,
Yusif, savabı sən qazanırsanda,
qoy savabların yığışıb səni
mənim kimi zəngin etsin.
Yusif ona baxıb, başını
buladı, heçnə
demədi. Öz-özünə
fkiirləşdi: “Ağılsıza
hikmət dərsindən
nə fayda?”
Günlər keçir. Yusif xəstəxanada yatır. Hamı ona dəymək
üçün yanına
gəlir. Yusif bağdan
çox narahat idi, amma xəbəri
yox idi ki,
bütün uşaqlar,
məktəblilər, qonşular
onun bağına qulluq edirdilər. Rəşidin bağı isə
günü-gündən solmağa,
ağaclar qurumağa başlamışdı. Heç
kim o bağa
sarı belə baxmırdı. Yusif xəstəxanadan çıxdıqdan sonra bağa gəlir. Bağda uşaqları, qonşularını
görüb, bilmirdi nə etsin. Onun gözlərindən özündən qeyri-ixtiyari
yaş axırdı və Yusif bu
sözləri təkrarlayırdı:
– İlahi, mən nə qədər zənginmişəm!
Həqiqətən insan hər şeyi paylaşdıqca saflaşır, mənən
zənginləşir.
Rəşid üçün isə
hamı belə deyirdi:
– O, maddi cəhətdən zəngin olsa belə, mənən çox yoxsul adamdır...
– Hə qızım, indi məni başa düşdün? Dəniz, yadında saxla:
Bəxtiyarsan, əgər çəkdiyin
əmək,
Cahan süfrəsinə
versə bir çiçək.
Dəniz
çox təsirlənmişdir...
Bu hekayə onun
yaddaşında ömürlük
qalacaqdır. İndi Dəniz
“Zəngin və yoxsul” hekayəsini öz bildiyi, dərk etdiyi kimi yazacaqdır. Mən əminəm, Dəniz bu hekayədən
də, həyat hekayəsindən də əla qiymətlər alacaq !!!
Sevinc Ağa Xəlilqızı,
yazıçı
Yeni Təfəkkür.-
2019.- 17 may.- S.4.