Respublikada infrastrukturların səmərəli

inkişafına diqqət günümüzün reallığıdır

 

İyul ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin  iqtisadiyyatımızın vacib sahəsi olan su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavirədə çıxışını, mövcud problemlərin aradan qaldırılması üçün  verdiyi təklif və tapşırıqlarını, onun su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsinin prioritet məsələyə çevrilməsi və digər fikirlərini dinlədikdən sonar bu vacib məsələyə sadə bir vətəndaş kimi münasibət bildirmək qərarına gəldim .

Öncə onu vurğulamaq istəyirəm ki,indiki çox gərgin, həssas bir dönəmdə, bir tərəfdən Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatının xilas olunması, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülməsi,eləcə də həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısının alınaraq, insanların sağlamlığının  qorunması üçün dövlətin bu problemlə ciddi məşğul olduğu bir vaxtda, digər tərəfdən, Erməni Silahlı qüvvələrinin Tovuz rayonunda təxribatı nəticəsində döyüşlərin getdiyi, zabit və əsgərlərimizin həlak olaraq şəhid düşdükləri bir zamanda, həm hərbi, həm də diplomatik işlərlə məşğul olduğu bir vaxtda ölkə başçısının imkan taparaq bu həyati vacib məsələyə diqqət yetirməsi məni həm heyrətləndirdi, həm də məndə böyük təəssürat yaratdı.Bu, əlbəttə ki, cənab Prezidentin hər zaman xalqının yanında olduğunun göstəricisi idi.Mən sadə vətəndaş kimi bird aha dövlət başçımla fəxr etdim, qürur hissi keçirdim.

2003-cü ildən etibarən,cənab İlham Əliyev Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən respublikada həyatımızın bütün sahələrində, xüsusuilə,elm, təhsil, mədəniyyət. idman, səhiyyə, iqtisadiyyat, sənaye və digər sahələrdə sürətli, davamlı inkişaf, tərəqqi hiss olunmaqdadır.Vətəndaşlarımızın  həyat səviyyəsinin yüksəldilməsi, onların rifah halının artırılması  yönündə kompleks şəkildə böyük social layihələr həyata keçirilir. Köklü islahatlar aparılır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Supsa neft kəməri, Bakı –Tbilisi-Qars dəmir yolununs.strateji, beynəlxalq layihələrin həyata vəsiqə almasının respublikamızın iqtisadiyyatında, siyasi həyatında necə əhəmiyyətli rol oynadığını görməmək mümkün deyildir.Bunlarla yanaşı,dogma paytaxtımızın-Bakı şəhərinin, eləcə də bölgələrdəki şəhər və qəsəbələrimizin müasir tipli yaşayış məntəqələrinə çevrilməsi yönündə aparılan nəhəng işlər məhz İlham Əliyevin göstərişləri ilə həyata keçirilmişdir.Belə bir inkişafın , tərəqqinin  sakini olduğum Yasamal rayonunu da əhatə etməsini isə xüsusi minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm.

Bir daha fikirlərimi  su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavirəyə yönəltmək istəyirəm.Cənab Prezident müşavirədə bir çox məsələyə, problemə diqqət çəkdi. Dövlət orqanlarına haqlı iradlarını bildirdi.Son illər respublikamızda ayri-ayrı infrastruktur layihələri ilə yanaşı, içməli susuvarma layihələrinin də həyata keçirilməsindən söz açan ölkə başçısının biləvasitə göstərişi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin paytaxtımıza çəkilməsi, Taxtakörpü su anbarının , Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı, onların müasir təmizləyici qurğularla təmin olunması, Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiya təşkil edən Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleksdə istifadəyə verilməsi, Göytəpə və Tovuz çay su anbalarının istifadəyə verilməsi bu bir tarixdir, reallıqdır.Siyahını daha da artırmaq olar.Xalqımız, vətəndaşlarımız  cənab Prezidentimizin  bu xeyirxah işini böyük minnətdarlıq hissi ilə daim yüksək dəyərləndirir.Su həyatdır.Su yaşamağımızın mənasıdır. suyumuz bol olduqca, kənd təsərrüfatımız da sürətlə inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımız bol olacaq, aqrar sektorda çalışan insanların rifah halı artacaq, iqtisadiyyatımız yüksələcəkdir.Başqa sözlə.su həyatımızın, iqtisadiyyatımızın, kənd təsərrüfatımızın inkişafı deməkdir.Odur ki, vətəndaşlarımız da işlətdikləri suya qənaət etməli, israfa yol verməməlidirlər.

 Xatırlayıram, əvvəllər Bakı şəhərində, eləcə də Yasamal rayonunda  su qıtlığı müşayiət olunurdu.Bu gün isə tam məsuliyyətlə demək olar ki, həm Bakı şəhərində bütövlükdə, həm də Yasamal rayonunda su qıtlığı, su problem yoxdur.Fasiləsiz, təmiz içməli suyun verilməsi sakinlər tərəfindən rəğbətlə qarşılanır.Bəli, cənab Prezident daim vətəndaşlarımızın rifah halının  yüksəldilməsi üçün tədbirlər həyata keçirir, xeyli səmərəli işlər görür.Belə ki, Respublika Prezidenti tərəfindən  qəbuı edilən 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Dövlət proqramı uğurla həyata keçirilməkdədir.Proqramda Bakı şəhərinin və onun qəsəbələrinin su təchizatı məsələsi də öz əksini tapmışdır.

 Müşavirədə dövlət başçısı tərəfindən ünvanlarına iradlar səsləndirilən, su təchizatı problemi ilə məşğul olanona biləvasitə məsul olan dövlət qürumları və vəzifəli şəxslər bu iradlar nəticə çıxarmalı,məsuliyyətlərini dərk etməli, tezliklə işlərində dönüş yaratmalı, öz keyfiyyətli,məhsuldar işləri ilə həm Prezidentin etimadını doğrultmalı, həm də vətəndaçların rəğbətini qazanmalıdırlar.Məncə, kabinetlərdə nəzəri işlərdən, bürokratiyadan aralanıb yerlərdə, sahələrdə real praktik,səmərəli işlərlə məşğul olmağın, problemlərin yerlərdə araşdırılıb,tədqiq edilib, vətəndaşların şikayətlərinin dinlənilib təcili, təxirəsalınmaz, ciddi tədbirlərin görülməsinin vaxtı gəlmişdir. Belə bir nümunəvi xidmət təbii ki, xalq tərəfindən də, Prezident tərəfindən də yüksək dəyərləndiriləcəkdir.Cənab Prezidentin müşavirədə səsləndirdiyi iradlar, verdiyi tapşırıqlar xalqın ürəyindən gələn, onu rahatsız edən fikirlərdirlkə rəhbərinin “Siz istəyirsiniz Azərbaycan səhraya dönsün?..-” deyə xitab etməsi m əslində düşünmək. real görmək üçün vaxtında verilmiş bir mesaj kimi qəbul edilməlidir.Bu sahədə çalışan məmurlar öz məsuliyyətlərini dərk etməli, düzgün nəticə çıxarmalıdırlar.Əlbəttə ki, “Azərsu”, “MeliorasiyaSu təsərrüfatı Səhmdar Cəmiyyətləri, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri  bu sahədə işlərində yeniliyi, operativliyi tətbiq və təmin etməli, su təhlükəsizliyində mövcud olan problemləri qısa bir zamanda aradan qaldırılması üçün təcili, müştərək tədbirlərin görülməsinə nail olmalıdırlar.Bu bir aksiomadır.

 Yeri gəlmişkən, üzləşdiyimiz bir vacib məsələyə də diqqət çəkmək istəyirəm. Abşeronda, Bakı kəndlərində vətəndaşlarımızın çox böyük bir qismi əkinçilik, bağçılıq, heyvandarlıqla məşğul olurlar.Su təchizatında yaranan problemlər bir yana,işlətdikləri suya görə ödəməli olduqları maliyyə vəsaitinin çoxluğu onların ailə büdcəsinə mənfi təsir göstərir.Belə ki, istənilən halda işlətdikləri su sayğacdan gələn içməli sudur.Qiymət isə içməli su üçün nəzərdə tutulan  tariff dərəcəsindədir. Yaxşı olar ki, tez bir zamanda qeyd edilən məqsədlər üçün bu qəsəbələrə ayrıca texniki su xətləri çəkilsin və qiymət tarifi aşağı olsun.Bu, həm də içməli sudan istifadədə israfın qarşısını alar, öz müsbət bəhrəsini verər.

 Abşeron Su Kanal İdarəsinin inzibati binasının 200-300 metrliyində Novxanə qəsəbəsində yaşayan insanlar və Xızının Sayadlar kəndində Müşfiq muzeyinin əməkdaşları, qurumaqda olan ağaclar neçə ildir. suya həsrətdirlər.Müraciətləri qulaq ardına vuran əlaqədar qurumlar yəqin ki, bu müraciətdən sonar gərəkli tədbirlər görəcəklər.

 Zənnimcə.Respublika Prezidenti cənab İlham Əliyevin müşavirədə su təhlükəsizliyi ilə bağlı söylədikləri mesaj kimi  digər infrastrukturların rəhbərlərinə də aid olmalı, onlar da öz növbəsində xalqımızın, dövlətimizin, dövlətçiliyimizin rifahı naminə şərəflə çalışmalıdırlar.

 Adi bir vətəndaş, jurnalist kimi Respublika Prezidenti cənab İlham Əliyevə bir daha bu vacib,həyati əhəmiyyətli sahəyə belə bir mürəkkəb dönəmdə diqqət yetirdiyinə, eləcə də son illər müxtəlif sahələrdə gördüyü fundamental işlərə görə dərin təşəkkürümü bildirirəm.Cənab Prezident,xalqımız Sizin müdrikcəsinə apardığınız daxilixarici siyasəti bəyənir,dəstəkləyir.Əmin ola bilərsiniz, Xalq Siznlədir.

 

QAFAR ƏSGƏRZADƏ

Əməkdar jurnalist, pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

 

Yeni Təfəkkür.- 2020.- 4 sentyabr.- S.3.