Bədii ədəbiyyatdan süzülən
vətənpərvərlik duyğuları
XXI
əsrdə müzəffər, şanlı, yenilməz Azərbaycan
ordusu erməni silahlı qüvvələrinə qarşı
apardığı 44 günlük müharibədə misli
görünməyən hərb tarixini yazdı. Müdrik,
düzgün siyasi və diplomatik bacarığa malik, yumruq
kimi birlliyə nail olan qalib sərkərdə-Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz bu yeni hərb
tarixində şanlı səhifələr yazdı.
Nümayiş etdirilən video görüntülərdə qəhrəman,
cəsur oğullarımızda vətənpərvərlik
hisslərini,onların torpağa, el-obasına, Vətənə,
xalqına millətinə, bayrağına məhəbbətini
gördükcə hamımız xoş hisslər
keçiririk.
Onların arasında döyüşlərin getdiyi bir vaxtda şer söyləmələri, mahnı ifa etmələri diqqət çəkirdi. Döyüş bölgələrində, arxa cəbhədə vaxtilə ədəbi əsərlərdə oxuduğumuz bədii obrazların qəhrəmanlığını, şücaət və rəşadətini gördükcə belə qənaətə gəldim ki, istənilən halda şair və yazıçılarımızın müharibə, vətənpərvərlik mövzusunda yazdıqları əsərlər, müğənnilərimizin bu qəbildən mahnıları, rəssamların fırça əsərləri, kino və teatr nümunələri həqiqətən də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynamışdır. Zənnimcə, bu bədii əsərlərə dönə-dönə müraciət etmək, onları gənc nəslə aşılamaq çox vacibdir. Bu əsərlərin təsirini II Qarabağ savaşında qəhrəmanlıq göstərən zabit və əsgərlərimizdə, qazi və şəhidlərimizdə şahidi olduq.
Qeyd etdiyim kimi, müharibə mövzusu daim ədiblərimizin, şairlərimizin, yazıçılarımızın, rəssamlarımızın, bəstəkarlarımızın, müğənnilərimizin yaradıcılığına sirayət edib. Onlar sənət əsərləri yaratmaqla yanaşı, həm də xalqının sülhsevər, humanist olduğunu, eləcə də Vətən torpaqlarının qorunması uğurunda düşünmədən canından keçməyə hazır olduğunu da nümayiş etdirib.
Əsrlər boyu ər igidlərimiz- Babək, Cavanşir, Koroğlu, Tomris, Nəbi, Qafur Məmmədov, Mehdi Hüseynzadə, Həzi Aslanov, Mübariz İbrahimov kimi qəhrəmanlar yetirən xalqımız daim vətənpərvərlik ruhunda tərbiyələnərək, öz doğma elini, obasını, torpaqlarını, vətənini düşmənlərdən qoruyaraq azad etmişlər. Savaşlarda, cənglərdə cəsurluq göstərərək, adlarını qəhrəmanlıq dastanlarına qızıl hərflərlə yazmışlar.
Hər zaman aktual olan bəzi ədiblərimizin müharibə mövzularındakı sənət nümunələrini hörmətli oxucuların nəzərinə çatdırıram.
Çünki, ürəyində, qəlbində əsl vətən məhəbbəti, sevgisi olan cəsur, rəşadətli, mərd oğul və qızlarımızın hünərləri, igidlikləri bədii ədəbiyyatda daim ustalıqla qələmə alınır, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xidmət edir.
Yaradıcılığında müharibə mövzusuna müraciət edərək, qiymətli sənət inciləri yaradan, özü də müharibə iştirakçısı olan,
“Şerlərim çoxdan geyib öz döyüş paltarını
Çoxdan dadıb ağır günün boranını, qarını,
Misralarım əsgər kimi düzlmüş cərgə-cərgə
Döyüşəcək cəbhələrdə onlar mənimlə birgə.”
deyərək, doğma anası tək sevdiyi, inam gətirdiyi, sevə-sevə vəsf etdiyi, daim hürr və azad görmək istəyini çəkinmədən, dönə-dönə nümayiş etdirdiyi Vətənə-Azərbaycana sonsuz məhəbbət duyğusunu böyük şövqlə ifadə edən;
Mən istərəm sağ çıxmayım bahara
Təki anam düşmənə baş əyməsin.
Bu müqəddəs,
son davada hər yara
Mənə dəysin, vətənimə dəyməsin.
deyə
hisslərini bildirən əsl vətəndaş şair, Xalq
şairi Süleyman Rüstəmin
yardıcılığı böyük maraq kəsb edir. O, qələminin
qüdrətilə müharibə mövzusunda
yazdığı “Hücum”, “And”, “Gözlə”, “Qəhrəman
vəsiyyəti”, “Qafurun qəlbi”, “Ana və poçtalyon”,
“Gün o gün olsun ki” və s. əsərlərində vətənə
sədaqət, qələbəyə dərin inam, nikbinlik
aşılayır. Şair gördüyü, şahidi
olduğu real hadisələri, poetik boyalarla özünəməxsus
ustalıqla təsvir etdiyinə görə ürəklərə
asanlıqla yol tapa bilib:
Ey vətənin
sevimli, qeyrətli övladları,
Hünər meydanlarında qüdrətli
övladları.
Alnı
açıq, üzüağ şöhrətli
övladları
Amalınız
var olsun, gözünə döndüklərim
Cəlalınız var olsun, gözünə
döndüklərim.
Nəsillərin
səadət aynasıdır, zəfərlər,
Bizim bu
dünyamızın mənasıdır zəfərlər,
Könüllərdə
sevinclər dəryasıdır zəfərlər
Zəfər
çalın hər zaman, gözünə döndüklərim
Vəcdə gəlsin Süleyman, gözünə
döndüklərim.
II dünya müharibəsinin ilk günlərində
alman faşizminə qarşı mübarizə
üçün vətən oğullarını cəbhəyə,
vətəni qorumağa səsləyən, onları savaşa
ruhlandıran ədiblərdən biri də xalq şairi Səməd
Vurğun olmuşdur.
Bilsin ana
torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu
gündən.
Mənim
bayrağıma göz dikir aləm,
Bu gün bir süngüdür əlimdə qələm.
Həqiqət
qələmini süngüyə çevirərək,
sözün əsl mənasında əsgərlərimizlə
çiyin-çiyinə döyşən, cəbhədən-cəbhəyə
hərəkət edən şair bir tərəfdən əsgərləri
savaşa, igidlik və qəhrəmanlıq göstərməyə
ruhlandırır, digər tərəfdən zəfərin
labüdlüyünü aşılayır:
Cəbhələr
çağırır, gəl düşək yola
Zəfər
bizimkidir, uğurlar ola!
Şairin
“Ananın öyüdü” şeri xüsusi diqqət çəkir:
Geyib əsgər paltarını silahlandı qəhrəman.
Onun polad
sinəsinə sığışmadı ürəyi...
...
Qulağında yaxşı qalsın mənim sənə
öyüdüm
Biz sənsiz
də dolanarıq, uğur olsun yoluna,
Qılıncını
çalan zaman qüvvət gəlsin qoluna!
Sən
düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini
təmiz saxla, atını da tumarla!
Öz
yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun
sorağı.
Ağır müharibə illərində qələmini süngu ilə əvəz edən ədiblərdən biri də xalq şairi Məmməd Rahim olub. O, da əsərlərində xalq qəhrəmanlığa, düşmənə qarşı amansız olmağa səsləyən səfərbəredici şerləri ilə yadda qalıb. Özü də şəxsən cəbhələrdə olub, döyüşçülərimizi igidliyə qəhrəmanlığa həvəsləndirib:
Vətən oğlu öz canını
El uğrunda qurban eylər,
Aşıq coşar məclislərdə
Bu şöhrəti dastan eylər.
Gəlmə düşman, gəlmə düşman,
Məndən sənə olmaz-aman.
Hər
daşımda var bir aslan,
O qalxanda
tufan eylər.
Çala
bilməz sər tərlanı,
Bu elləri yaxşı tanı.
Gəl
başına gen dünyanı
Məğrur ordum zindan eylər.
Çox güvənmə,
gəl özünə
Mil salaram cüt gözünə.
Bir
damcı qan əvəzinə
Qoç Koroğlu min qan eylər.
M.Rahimin
müharibə mövzusundakı əsərləri arasında
özündə dərin lirizmi, həm də epizmi ehtiva edən
“Leninqrad göylərində” adlı poemansında şair
öz gözəl, səmimi hisslərini,
duyğularını yüksək səviyyədə ifadə
etmiş, təkcə əsərin qəhrəman,
qırıcı-təyyarəçi, həm yerlimiz
Hüseynbala Əliyevin deyil, bütövlükdə Azərbaycan
xalqının igidliyini, şücaətini, rəşadətini
tərənnüm etmişdir. Təbii ki,
şairin bu qəbil şerləri vətən
oğullarımız üçün bir
çağırış, bir örnək olmuşdur.
Şair-tərcüməçi
Ələkbər Ziyatayın müharibə mövzusunda qələmə
aldığı “Qana qan deyə”, “Nifrət”, “Qalxan et dərdə
qəzəb bayrağını” adlı şerləri diqqət
çəkməklə, bu gün də müasir səslənir,
əsgərlərimiz, doğma vətənimizin sərhədlərini
qoruyan, onun keşiyində duran döyüşçülərimizi
hər an ayıq-sayıq olmağa, düşmənə
ağır zərbələr vurmağa səfərbər
edir; vətən torpaqlarını qorumağa
çağırır:
Bu mehriban
Vətən, bu doğma dağlar
Pərilər yığnağı qaynar bulaqlar.
Ceyranlı
meşələr bülbüllü bağlar
Baxan
göy üzünə salan sislərə,
O insan
donunda qurd faşistlərə
Çəkil,
bu torpaqlardan ey, duman deyə,
Səsləyir elləri qana qan deyə.
İntiqam
eşqilə bu ana torpaq,
Tutmuş övladının qanı ilə bayraq.
İntiqam
səsləri ərşə qalxaraq,
Çevrilir
çaxnaşan sıx buludlara,
Dönər şimşəklərə, yanar odlara.
Qalmasın
yağıdan bir nişan belə
Səsləyir elləri, qana qan deyə.
Qəlbi
daim Vətən sevgisi ilə alışıb yanan, əsl
mübariz-vətəndaş şair olan Xalq şairi Cabir
Novruz Qarabağ müharibəsinə həsr olunmuş
şerlərində vətən torpağını erməni
faşistlərindən geri almaq üçün ölüm
-dirim mübarizəsinə səsləyir:
Xəyallarım
qan içində uçur mənim,
Şəhidlərim
qan içində qucur məni,
Səhərlərim
qan içində açır mənim,
Röyalarım, yuxularım qan içində.
Bu qan bizə
çalın-çarpaz sinə dağı
Dağım,
düzüm, göyüm, yerim qan içində...
Qan
içində verdik yada Qarabağı,
Gərək
onu alaq geri qan içində...
Şair
digər şerlərində Ali Baş Komandanın
müdrikliyinə və qətiyyətinə müzəffər,
şanlı, cəsur, yenilməz Azərbaycan ordusuna güvənərək,
tezliklə hərbin bizim qələbəmizlə bitəcəyini
böyük ümidlə, əminliklə qələmə
alır:
Vaxt
keçəcək, dövr edəcək,
Qan-qadalı hərb bitəcək.
Yağıları
qovacağıq
bu
torpaqdan,
Mütləq
geri alınacaq
Şuşa,
Ağdam,
Mütləq
geri alacağıq
Kəlbəcəri.
Qarabağa
bütün yollar
açılacaq...
Hərb
bitəcək... amma heç vaxt
Şəhidlərin
göynəkləri
kəsməyəcək...
Vaxt
keçəcək, dövr ötəcək...
Qan-qadalı
hərb bitəcək...
İnamım
var bizim böyük qələbənin
gəlişinə...
Xalq
şairi Qabil isə vətən torpaqlarının
düşmən torpağından azad olunmasını, rəşadətli,
yenilməz, cəsur Azərbaycan əsgərinin qətiyyətində,
mübarizliyində görür və buna inanır,
böyük ümidlər bəsləyir:
İşğal
altında qalır
Torpağımız-daşımız,
Nələr
görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb
bir-birinə
Baharımız-qışımız
Çadır
göstərmək olub
Hər
çatana peşəmiz...
Sərgi
olmasın deyə
Bu
Mmil-Muğan düzləri
Ümid sənədir
ancaq
Azərbaycan
əsgəri!
Yellənsin
sülh bayrağı,
Bu bayrağa kəm baxan.
Həm
baxmayan,
Həm
baxan
Bədgüman
istəmirəm,
Sevindirsin
milləti
Qoy sülhün şad xəbəri.
Ümid sənədir
ancaq,
Azərbaycan
əsgəri!
Bu illər
ərzində qələbəyə, zəfərə inam bizi
bir an belə tərk etmədi Respublikamızın
iqtisadiyyatı gücləndi, hərbi sənayemiz qüdrətləndi,
güclü, modern ordu formalaşdı. Nəhayət
ki, sentyabrın 27-də Ermənistan Silahlı qüvvələri
Qarabağda təmas xəttini pozaraq hücuma keçdikləri
zaman müzəffər Azərbaycan ordusu əks hücuma
keçərək, 44 günlük savaşda tarixi qələbə
qazandı. Düşməni canlı,
texniki itgilərə məruz qoyaraq torpaqlarımızı
işğaldan azad etdi, suveren hüquqlarımızı o ərazilərdə
bərpa etdi, 3 rəngli, ay ulduzlu bayrağımızı
orada daimi dalğalandırdı.
Bu tarixi qələbə sübhəsiz ki, əsgər və
zabitlərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindən
onların vətənə, torpağa, dövlətə,
ölkə başçısına-Ali Baş Komandana məhəbbətindən,
bağlılığından irəli gəlmişdir.
Hərbdə qalib gəlsək də xalqımız
humanist olduğundan biz daim yer üzündə sülh,
barış istəyirik. Biz daim bəşəriyyəti dinc, həyatı
gülər görmək istəyirik.
Yazımı
məhz bu notlarla, şair Novruz Gəncəlinin “Ananın səsi”
şeri ilə yekunlaşdırmaq məncə, yerinə
düşər:
Ana qəlbim
odlanır,
Söz düşəndə davadan.
Bəs
deyilmi, ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs
deyilmi, qara torpaq
Su içdi göz yaşından.
Yer
üzündə dostu olsun,
Gərək insan insanın.
Qəlbimdəki
bu arzular,
Arzusudur zamanın.
Mən
anayam, bu səsimdə
Yerin, göyün dərdi var.
Sülhə
gəlin, ey insanlar
Yoxsa dünya
məhv olar!
Silahları
yandırın,
Ərşə
qalxsın tüstüsü
Hər
obada, hər bir eldə,
Qanad açsın sülh sözü.
Üzü
gülsün insanların
Bayram etsin yer üzü.
Bədii nümunələri diqqətə
gətirən
Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedaqogika
üzrə
fəlsəfə
doktoru, dosent
Yeni Təfəkkür.- 2021.- 12
mart.- S.4.