Yaradıcı insan barəsindəki
düşüncələrim...
Ömrünün
60 ilinə qədəm qoymuş, mənalı bir həyat
yaşamış, öz məhsuldar fəaliyyəti ilə
xüsusi diqqət çəkmiş, aparıcısı
olduğu və yaxud qonaq qismində dəvət aldığı
verilişlərin, müxtəlif yönlü məclis və
tədbirlərin yar-yaraşığı kimi Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, “Tərəqqi”
medalçısı, pedaqogika üzrə fəlsəfə
doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
vitse-prezidenti Qafar Əsgərzadə haqqında
düşünərkən ilk yada düşən,
xatırlanan nələr oldu...
Təbii
ki, belə bir yaradıcı insan haqqında xatirələrimin
bir yazıyla məhdudlaşdırılası səviyyədə
olması mümkünsüzdür.
Ancaq bununla
belə Qafar Əsgərzadənin keçdiyi
həyat yoluna düşüncələrim nöqteyi-nəzərindən
boylanmağı özüm
üçün bir növ mənəvi borc saydım.
Əvvəllər, yəni şəxsi tanışlığım olana
qədər Qafar Əsgərzadə mənim
üçün jurnalistika
sahəsində tutarlı
yeri olan, öz bacarığı və istedadı ilə xüsusi qabiliyyətə malik bir şəxs idi. Çünki o, bir çox ədəbi-bədii verilişlərin
qonağı, eyni zamanda görkəmli şəxsiyyətlərə həsr
olunmuş müxtəlif
tədbirlərin aparıcısı
kimi mənə çox tanış idi. Yüksək aparıcılıq keyfiyyətləri
və dəyərli fikirləri ilə özünə qarşı
məndə böyük
bir maraq oyatmışdı. Qafar Əsgərzadəni hər
dinləyəndə sanki
bir cazibə qüvvəsi məni özünə çəkir
və istər-istəməz
onun söhbətlərinə,
fikir və düşüncələrinin seyrinə
dalmalı olurdum.
Deyirlər ki,
“Dağ dağa rast gəlməsə də, insan insana rast gələr.”
Bəli, elə də oldu; Qafar
müəllimlə yaxından
tanış olmaq zamanı yetişdi...
Uzun illərdir
ki, çalışdığım
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun
olaraq ədiblərin,
mütəfəkkirlərin, şair və yazıçıların yubileylərini
təntənəli surətdə
qeyd edirik. 2016-cı ildə iki böyük
sənətkarın – xalq
şairləri Səməd
Vurğunun və Süleyman Rüstəmin
110 illik yubiley tədbirlərini keçirməyi
planlaşdırmışdıq. Rəhbərliklə razılıq
əsasında nəzərdə
tutulmuşdu ki, Süleyman Rüstəmin yubileyini yazda, Səməd Vurğunun yubileyini isə payızda qeyd edək. Hətta artıq mövcud istiqamətdə hazırlıq
işlərinə də
başlanılmışdı. Belə bir zamanda
Universitet rəhbərliyi
məni yanına dəvət edib bildirdi
ki, əməkdar jurnalist Qafar Əsgərzadə rəhbərliyə
müraciət edərək
Süleyman Rüstəmin
yubiley tədbirinin AzTU-da keçirilməsi üçün
icazə verilməsini
xahiş edib. Bununla bağlı mənimlə məsləhətləşmələr
aparıldı.
Təbii ki, ədiblərin yubiley tədbirlərinin keçirilməsində
mənim böyük marağım var; bu işdən xüsusi zövq alıram... Xüsusən,
tələbələrin belə
tədbirlərdən dolayı
xoşhal olduğunu gördükdə isə sevincimin həddi-hüdudu
olmur. Bu baxımdan yubiley tədbirini keçirmək
həvəsimin çox
güclü olduğuna
rəğmən, mövcud
məsələ ilə
bağlı öz müsbət münasibətimi
bildirdim. Çünki
Qafar Əsgərzadəni
efirdən və mətbuatdakı yazılarından
yaxşı tanıyırdım...
Onun yaradıcı insan olduğu, mədəniyyətimizə, ədəbiyyatımıza,
incəsənətimizə vurğunluğu, şeirə,
poeziyaya olan heyranlığı, sənət
adamlarına sevgisi, birmənalı olaraq məhsuldar fəaliyyəti barədə
geniş və əhatəli məlumata malik idim. Hazırladığı
verilişlərin səviyyəsi
mənə tam mənada bəlli idi; olduğu verilişlərdə səsləndirdiyi
fikir və düşüncələrin siqlətini
bilirdim. Qafar müəllimdə mənim
diqqətimi çəkən
ən mühüm amil onun əsl
azərbaycanlı olması
idi... Mənə tam bəlli idi ki, o öz milli mənsubiyyəti
ilə qürur duyan əsl vətənpərvərdir, milli-mənəvi
dəyərlərə, bəşəri
dəyərlərə möhkəm
tellərlə bağlı
bir insandır. Tez-tez televiziya və radio efirlərində
müxtəlif səpkili
verilişlərdə səsləndirdiyi
fikirlər, düşüncələr
çox dəyərlidir.
Hər bir fikrə yanaşması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasına,
təbliğinə və
gənc nəslə aşılanmasına hesablanıb.
Bütün bu nüanslar əsas verirdi ki, xalq
şairi, görkəmli
ədibimiz Süleyman
Rüstəmin 110 illik
yubiley tədbirinin keçirilməsi məqsədilə
AzTU-nun möhtəşəm
səhnəsini ona həvalə edək.
Nəhayət, Qafar Əsgərzadənin
təşkilatçılığı və aparıcılığı
ilə Universitetimizdə
böyük şairimizin
yubiley tədbiri keçirildi. Çox yüksək səviyyədə
təntənəli bir
tədbir baş
tutdu. Onun şair haqqında səsləndirdiyi fikirlər
çox maraqlı idi, böyük diqqət çəkirdi. Şairin bir-birindən gözəl şeirlərini,
Respublikanın tanınmış
incəsənət nümayəndələrinin
ifasında sözlərinə
bəstələnmiş mahnıları
dinlədikcə insanın
ruhu tazələnirdi.
Qafar Əsgərzadə
yüksək aparıcılıq
qabiliyyəti, bəlağətli
nitqi ilə həmin tədbirə xüsusi bir ovqat bəxş etmişdi; onun səsinin rəngi, tembri çox cəlbedici idi. Həqiqətən də,
səs var insanı özündən
itələyir, səs
də var ki, insanı özünə doğru çəkir. Qafar Əsgərzadə o xoşbəxt
şəxslərdəndir ki,
öz səsi ilə məclisi rövnəqləndirə bilir.
Bəli, Qafar
müəllimlə həmin
yubiley tədbirindən
etibarən yaxından
tanışlığım baş tutdu. Elə həmin ilin (2016-cı il) sentyabr ayından o, AzTU-nun “Azərbaycan dili və pedaqogika”
kafedrasında baş müəllim kimi fəaliyyətə başladı.
Bakalavr qruplarında “Azərbaycan dili və nitq mədəniyyəti”,
magistr qruplarında isə “Ali məktəb
pedaqogikası” fənnindən
dərs aparırdı;
mühazirələri çox
maraqlı keçirdi,
tələbələri tərəfindən
sevilirdi. “Yeniyetmələrin
və gənclərin
estetik mədəniyyətinin
formalaşdırılmasında televiziya verilişlərinin
rolu” adlı dissertasiya mövzusu da pedaqoji elmin
profilinə uyğun olduğundan mövcud istiqamətdə fəaliyyəti
də təqdirəlayiq
idi. Elə bu nüanslar baxımından Q.Əsgərzadə
2018-ci ildə kafedranın
dosenti vəsifəsinə
seçildi. Həm də AzTU ona
doğma bir məkan idi; çünki o, 1986-cı ildə
AzTU-nun məzunu olmuş və burada Radiotexnika ixtisasına yiyələnmişdir.
Texniki sahə üzrə təhsil alsa da, Qafar
müəllim jurnalistikaya
elə tələbəlik
illərindən böyük
həvəs göstərmiş
və bu baxımdan “İctimai fənlər” bölməsinin
nəzdində fəaliyyət
göstərən jurnalistika
kursunu bitirərək
bu sahə üzrə biliklərə
yiyələnmişdir. O, Universitet
illərində ictimai
fəaliyyəti ilə
də diqqət çəkmiş, Radiotexnika
fakultəsi üzrə
tələbə həmkarlar
təşkilatının sədri
və Universitet tələbə həmkarlar
təşkilatının sədr
müavini kimi çalışmışdır.
Kafedrada işlədiyimiz
dövrdən etibarən,
Q.Əsgərzadə ilə
birgə istər Universitet, istərsə də Respublikada səviyyəli bir sıra tədbirlərdə
yaxından iştirak etməyə başladıq.
Bu sırada Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Cabir Novruz, Seyfəddin
Dağlı və s. ədiblərin yubiley tədbirlərini və anım günlərini nümunə kimi qeyd edə bilərəm.
Bu xüsusi əhəmiyyət kəsb
edən tədbirlərdə
onun böyük zəhmətə qatlaşdığının
şahidi olmuşam; o
hər bir detala böyük diqqət yetirər, hazırlıq işlərinə
xüsusi məsuliyyətlə
yanaşar, nizam-intizama yüksək səviyyədə əməl
edər. Bir sözlə, jurnalistikanın
bütün tələblərinə
ciddi surətdə riayət etmək naminə çarpışar.
Bəli, sözün əsl mənasında iş prosesində onu mən gözəl
mənada çarpışan
görmüşəm... Tez-tez
vurğulayardı ki, qeyd olunan tədbirlər
və ya verilişlər yalnız bu gün üçün
deyil, gələcək
nəsillər, irəlidəki
on illiklər, yüz illiklər nəzərə alınmaqla
hazırlanmalıdır. Ona
görə də bütün nüanslara, məqamlara və meyarlara ciddi diqqət yetirmək lazımdır ki, həmin verilişlər uzun ömürlü olsun. İllər ötdükdən sonra belə təkrar-təkrar
işıq üzü
görsün, efirə
yol tapa bilsin, geniş auditoriyaya çıxmaq hüququnu özündə
qoruyub saxlasın. Bu yanaşma sözün həqiqi mənasında vətənpərvərliyin,
milli-mənəvi dəyərlərimizə
olan sevginin təntənəsidir ki, Q.Əsgərzadə bu yüksək keyfiyyətləri
özündə tam mənada formalaşdıra
bilib. O, həm də deyərdim ki, bu kimi
proseslərdə əsl
fədakarlıq nümunəsi
göstərir; çəkdiyi
zəhmət, keçirtdiyi
narahatlıq, yaşadığı
gərginlik birər-birər
gözlərim önündədir.
Bütün bunlar, təbii ki, xalqa, onun dəyərlərinə,
mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına,
sənət adamlarına olan
böyük sevgisindən
yararlanırdı. O, nəinki
yalnız mənəvi,
hətta maddi cəhətdən belə
bu tədbirlərə
öz töhfəsini
verirdi.
Qafar Əsgərzadədə
mənim diqqətimi çəkən ən mühüm amil onun əsl azərbaycanlı
olmasıdır. O öz
milli mənsubiyyəti
ilə qürur duyan əsl vətənpərvərdir, milli-mənəvi
dəyərlərə, bəşəri
dəyərlərə möhkəm
tellərlə bağlı
bir insandır. Tez-tez televiziya və radio efirlərində
müxtəlif səpkili
verilişlərdə səsləndirdiyi
fikirlər, düşüncələr
çox dəyərlidir.
Hər bir fikrə yanaşması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasına,
təbliğinə və
gənc nəslə aşılanmasına hesablanıb.
O, vətənə xidməti
ilə, sərgilədiyi
əməllərlə başdan-başa
xeyirxahlıq mücəssəməsidir.
Hər bir insan bu dünyada
etdiyi əməllərlə
yaşayır. İnsanın
xoş əməllərlə
yaşaması, etdiyi yaxşılıqlar onun dünyaya bəxş etdiyi gözəlliklərdir.
Qafar müəllim də ləyaqətli bir vətəndaş tək onu yaxından
tanıyanların təfəkküründə
dərin izlər buraxmaqdadır.
Qafar Əsgərzadə
həm də işgüzardır, əməksevərdir,
öz peşəsini dərindən sevənlərdən
biridir. Güclü potensialı var, dərin düşüncəyə
malikdir, yaradıcı
şəxsiyyətdir. Hər
bir fikrə öz meyarları çərçivəsində yanaşmağı bacarır,
hər bir nəzəri fikirləri dərin, tutarlı faktlara, dəlillərə
söykənir. O, həm
filoloji, həm də pedaqoji sahədə mühüm tədqiqat əsərlərinin
müəllifidir; məhsuldar
alimdir, çoxlu sayda elmi məqalə,
publisistik yazı, esse və hekayələrin,
o cümlədən, "Azərbaycan
jurnalistikasının tarixi",
"Ömür yollarında",
"Nəğmələrdə döyünən ürək",
"S.Rüstəm. Satira
və yumor", “Lirik duyğular” və
sair kitabların müəllifidir.
Qafar Əsgərzadə
ilə məni birləşdirən ən
mühüm amil deyərdim ki, ədəbiyyata, poeziyaya olan sevgidən bəhrələnir. Bəli,
mən də poeziya vurğunuyam, bədii ədəbiyyata olan sevgim tükənməzdir.
Şair və yazıçıların vurğunuyam,
əsl sənət fədailəri, sənət
aşiqləri kimi onlara ehtiramım tükənməzdir. Çünki,
onlar xalqın yoluna işıq tutublar, qəlbimizə və ruhumuza nurdan çələng hörüblər, gözəlliyi
təfəkkürümüzə damla-damla içirib, mənəviyyatımıza ilmə-ilmə
toxuyublar. Qafar müəllim də poeziya vurğunudur; şeiri həm dərk edir, həm tutarlı təhlillər zəmnində
mühüm məntiqi
nəticələr hasil
edir, həm də poetik nümunələri özünəməxsus
tərzdə, xüsusi
bir şövqlə ifa etməyi bacarır. Gözəl qiraətçidir, səsinin
rəngi və tembri cazibədardır, fikirləri təbii və səmimidir. Bu nöqteyi-nəzərdən
onu dinləmək çox xoş olur... Bir yerdə
olduğumuz veriliş
və tədbirlər,
deyərdim ki, onun sayəsində çox maraqlı alınıb. Söhbətlərində
xalqa, vətənə
sevgisinin yüksək
olduğunu, dilimizə,
tariximizə böyük
məhəbbət duyduğunu
dəfələrlə müşahidə
etmişəm. Efirdə
aparıcıların etdiyi
səhvləri, dilimizin
saflığını qorumadıqlarını,
nitq mədəniyyətinin
tələblərinə əməl
etmədiklərini yana-yana
dilə gətirər
və bu kimi halların yolverilməz olduğu barədə maarifləndirici
qeydlərilə mətbuatda
mütəmadi çıxış
edər.
Qafar müəllim
eyni zamanda sədaqətli, çox etibarlı bir insandır. O, bir vətəndaş, bir şəxsiyyət kimi yetişməsində, işinin
əsl peşakarı
səviyyəsinə yüksəlməsində
keçdiyi yollara sadiqlik nümunəsi göstərir, öz yanaşmaları ilə bu istiqamətdə xidmətləri olmuş şəxslərin adlarını
xüsusi bir hörmətlə xatırlayar,
onlara olan dərin ehtiramını dilə gətirməklə,
sanki bir mənəvi rahatlıq tapmış olur. Q.Əsgərzadə Yasamal
rayonundakı 158 nömrəli
məktəbi bitirib. Hər dəfə o, məktəb haqqında xoş xatirələrini dilə gətirir, müəllimlərini, xüsusilə,
ibtidai sinif müəllimi Zemfira xanım Quliyevanı, Azərbaycan dili və ədəbiyyatı
müəllimi Bəhriyyə
Məmmədovanı xüsusi
bir sevgi ilə xatırlayıb yad edir. Eyni
zamanda ali məktəb müəllimlərinə
olan dərin sevgisini tez-tez vurğulayır, onlarla görüşüb söhbət
etməkdən xüsusi
bir zövq alır. Jurnalistika sahəsinə qədəm
qoymasında rolu olan Firudin Ağayevi
və bu sahədə ustadı olaraq qəbul etdiyi Mailə Muradxanlının adlarını
xüsusi bir şövqlə xatırlayır,
jurnalistikanın sirlərini
aşılamaqda böyük
rolu olmuş Mailə xanımın xidmətlərini xüsusi
dəyərləndirər və
bu kimi şəxslərə
hazırda böyük
bir ehtiyac duyulduğunu qeyd edər. Əsl insan olmaq, pedaqoji
mənada əsl şəxsiyyət olmaq budur!
Mən Qafar
Əsgərzadə ilə
birgə olduğum tədbirlərdə, o cümlədən,
televiziya verilişlərində ona
böyük bir hörmət və ehtiramın şahidi olmuşam. Bu istiqamət üzrə onun
addımları çox
təqdirəlayiq hesab
olunub və aparıcılar ədəbiyyatımızın,
şair və yazıçılarımızın təbliği və təşviqi istiqamətində
verilişlərin hazırlanmasında
Qafar müəllimin onlara sidq-ürəklə
yardım əlini uzatdığını xüsusi
bir şövqlə vurğulayıblar. Hətta
şahidi olmuşam ki, növbəti ədəbi-bədii aspektdə
verilişlərin hazırlanması
üçün Q.Əsgərzadəyə
üz tutulub və bu məqsədlə
ondan köməklik göstərməsi xahiş
edilib. Deyərdim ki, bu hal
özü belə onun öz sənətinin
əsl sahibi olduğunu göstərən
mühüm bir amil olaraq diqqət
çəkir.
Bu dəm
əbədiyaşar şairimiz
Mikayıl Müşfiqin ibrətamiz
fikirləri özündə
ehtiva edən misralarını xatırlamaq
yerinə düşərdi:
İstər bəstəkar ol, istər nəqqaş ol.
Şair
ol, rəssam ol, heykəltəraş ol.
Yaratdığın şeyi sevərək yarat.
Hamıdan yüksək ol,
hamıdan baş ol.
Bu haşiyədən də göründüyü kimi,
Qafar müəllim həmyerlisi olduğu, tez-tez üz tutduğu böyük şairimiz Müşfiqin sənət
barədə düşüncələrini
ömrünün həyat
fəlsəfəsinə çevirə
bilmişdir. Bu fəlsəfənin
nurundan qidalanmış
olan onun həyat idealı ömrünün hər səhifəsini mənalı
yaşamaq, mənsub olduğu xalqının dəyərlərini uca tutub bayraq tək
başı üzərində
dalğalandırmaqdan ibarətdir.
Qafar Əsgərzadə həm
də xoşbəxt bir insandır. Çünki o, xalqımızın
ünlü sənətkarları
və görkəmli şəxsiyyətlərilə təmasda olub, onlarla effektiv ünsiyyət qurub, xoş münasibətlərin
qərarlaşması naminə
bütün imkanlarını
səfərbər edə
bilib. O dəyərli insanların da Q.Əsgərzadə
haqqında söylədikləri
sanki onun nə qədər böyük ürək sahibi olduğuna, milli-mənəvi dəyərlərimizə
necə möhkəm tellərlə bağlılığına
dair fikirlərimizin tərənnümü kimi
səslənir.
Məsələn, essemizin qəhrəmanının
poeziyaya olan vurğunluğunu dünyaca
məşhur müğənni,
SSRİ xalq artisti Zeynəb Xanlarova çox yüksək dəyərləndirərək qeyd edib ki, “Poeziya olan yerdə
musiqi var, musiqi olan yerdə poeziya və onlar bir yerdə
olanda demək orada Qafar var”. Xalq şairi Cabir Novruz isə
“Onun verilişləri
ədəbiyyat xadimlərinin
təbliği yönümündə
həmişə uğurlu
alınır. Mən də məmnuniyyətlə
onun verilişinin qəhrəmanı olmaq istərdim” - deməklə, onun
mühüm bir keyfiyyətini diqqətə
gətirmiş, verilişləri
yüksək səviyyədə
hazırlayıb təqdim
etmə bacarığına
böyük önəm
vermişdir. Xalq şairi Süleymən Rüstəm isə “Qafar Əsgərzadə klassik və müasir ədəbiyyatımızı
dərindən bilir, onu məharətlə təbliğ edir. Qafar öz doğma
dilini, millətini, vətənini sevən dəyərli ziyalıdır.
Mən onun parlaq və uğurlu gələcəyinə
inanıram” fikirlərini
dilə gətirməklə
Qafar müəllimin fəaliyyətinə böyük
ümidlər bəsləmişdir.
Bu fikir həm də gələcək böyük məsuliyyətdən
xəbər verir ki, bu amili Q.Əsgərzadə özü
də aydın sezərək duyub... Proseslərə bugünkü
reallıqlar fonunda yanaşdıqda isə, görünən tərəf
odur ki, bu görkəmli şəxsiyyətlərin
Q.Əsgərzadə barədə
söylədikləri dəyərli
fikirlər həqiqətin
ifadəsi kimi səslənir. Doğrudan
da o, bütün fəaliyyəti
boyu götürdüyü
kursa sadiq qalmış və özünə bəslənilən
ümidləri tam mənada
doğrultmuşdur.
Tanıdığım andan mənim Qafar müəllimlə səmimi
münasibətim yaranıb
və artıq bu münasibət dostluğa çevrilib. O,
hər bir işdə məsuliyyəti,
yüksək intizamı
ilə fərqlənir.
O öz doğma yurduna, dədə-baba ocağına bağlı
bir insandır; xalqımıza Cəfər
Cabbarlı, Mikayıl
Müşfiq, Cabir Novruz, Seyfəddin Dağlı və s. bu kimi görkəmli
şəxsiyyətləri bəxş
etmiş, yurdumuzun gözəl və füsunkar təbiət ocağı kimi tanınan məşhur Xızı diyarındandır.
Dönə-dönə söhbətlərində
ata-baba yurdundan, onun cazibədar təbiətindən, füsunkar
gözəlliyindən, səfalı
yerlərindən ürək
dolusu söz açar, sevgidən köz alan böyük
hisslərlə, ovxarlanmış
duyğularla o doğma
məkanı vəsf etməkdən doyub-usanmaz.
Qafar Əsgərzadə Azərbaycan
Jurnalistlər Birliyinin
üzvüdür. 2000-ci ildən
Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin
"Mərhəmət" jurnalının baş redaktorudur.
Respublika radiosu və televiziyasında silsilə
çıxışları olub. Ədəbi dram verilişləri və musiqi verilişləri redaksiyalarının xəttilə
çoxsaylı verilişlər
hazırlayıb təqdim
edib. Hazırda bu verilişlər Milli Televiziya və Radiomuzun fondunu bəzəməkdədir.
Qafar Əsgərzadənin xidmətləri
respublika rəhbərliyi
tərəfindən yüksək
dəyərləndirilib; o, Respublikanın Əməkdar
jurnalistidir, "Tərəqqi"
medalına layiq görülüb. Həmçinin,
"Cəfər Cabbarlı"
və "Humanizm carçısı" mükafatları
laureatıdır. Azərbaycan
Mətbuat Şurasının
diplomu ilə təltif edilib.
Qafar Əsgərzadə həm
də gözəl ailə başçısı,
fəadakar atadır. İki qız övladı var ki, onların
əsl vətəndaş
olaraq yetişmələri,
həyatda layiqli bir mövqe tutmaları üçün
səylə çalışır.
Övladlarının uğurlarını
ifadə edərkən
sevincdən onun gözlərini parlaq, üzünü nurlu, xoş təbəssümlü
görmüşəm. Bu hal
özü elə onun ailə dəyərlərinə olan
münasibətinin təntənəsidir.
Əziz
Qafar müəllim! Sizi 60 yaşınız – yubileyiniz münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm! Sizə cansağlığı,
uzun ömür, Azərbaycançılıq ideyaları,
milli-mənəvi dəyərlərimizin
təbliği naminə
yeni-yeni yaradıcılıq fəaliyyəti, şərəfli
və məsuliyyətli
işinizdə böyük
uğurlar arzulayıram.
Hər zaman əhvalınız
bahar təravətli, yaz nəfəsli olsuin!
Altmışdan yüzə doğru
yolların hamar olsun,
Yoluna qar yağmasın, həmişə bahar olsun.
Qəlbində sevgi odu, gözlərində nur görüm,
Diləklərin gül açsın,
Tanrı sənə
yar olsun!
Qoynunda dünyaya göz açdığım, ayaq
tutub gəzdiyim Yardımlının havası,
suyu, insanları tək saf, pak,
təmiz olan, ürəyimdən qopub gələn xoş bir sədanı, səmimiyyəti özündə
ehtiva edən şirin bir duyğunu Sizə çatdırmaq istərdim:
“Çağdaş dövrdə,
milli-mənəvi dəyərlərimizin
təhlükəli həddə
olduğu bir zamanda, hörmətli Qafar müəllim, Sizintək vətənpərvər
insanlara ehtiyacımız
daha çoxdur. Allah Sizi və sevdiklərinizi
qorusun! 60 yaşınız
mübarək olsun!”.
Həbib Mirzəyev
Yeni Təfəkkür.- 2023.- 21 aprel. S. 3.