“OT KÖKÜ ÜSTƏ BİTƏR”

 

Ötən əsrin xeyriyyəçiləri haqda çox deyilib,çox yazılıb.Onlardan biri haqqında maraqlı bir kitab diqqətimi çəkdi və həmin tanınmış şəxsiyyət haqqında yazı hazırlayıb redaktorla məsləhətləşmək üçün yuxarı mərtəbəyə qalxdım.

Üzündə mərhəmət qarışıq nur saçılan bu ziyalımız,özünün də tez-tez işlətdiyi sadə bir müəllimin oglu,lakin elə bir müəllimin ogludur ki ,o müəllim respublikamızda və ondan da kənarda böyük nüfuz və hörməti ilə seçilən,öz ziyası ilə ətrafa nur paylamış və bu nurun işıgına yüzlərlə tanınmış məşhurlar toplaşardılar.

Bu ,hamımızın hörmətlə andıgımız Neftçalanın adlı-sanlı əsil ziyalısı,əməkdar müəllim İmamverdi Əbilov idi…

Onunla respublika elmi-praktik konfranslarında,müxtəlif tədbirlərdə görüşərdik.Fasilədə harda çox toplaşanlar vardısa bilirdik ki,orda İmamverdi müəllim var.Hamı onun maraqlı iş metodları ilə tanış olmaq istəyir,onunla şəxsən görüşmək istərdi .O,ciddi görünsə də çox sadə,alicənab, zarafatcıl,yüksək mənəvi keyfiyyətləri özündə cəmləşdirən bir insan,gözəl ailə başçısı,geniş dünya görüşünə malik bir şəxsiyyət idi.Onun ətrafında görkəmli alimlər,şairlər, yazııçılar,müxtəlif sahələrdə çalışan dövlət adamları,bəstəkarlar və digər tanınmışların olması onun nə qədər səmimi,dostcanlı,qonaqpərvər olmasının barız nümünəsidir.

İmamverdi müəllim gənc nəslin təhsilə,elmə olan maragını müxtəlif vasitələrlə artırmagın yollarını özü bilməklə yanaşı gənc müəllimlərə də öyrədirdi.

Respublika mətbuatında bir- birindən oxunaqlı yazılarla çıxışları daim maraqla qarşılanırdı.Məqalələri,xatirələri əldən-ələ gəzirdi…

Ata ocagının layiqli davamçısı və bu gün “Ədəbiyyat”qəzetinun baş redaktoru Azər Turanın atası haqqında xatirələrini dinlədikcə kövrək hisslərin təsirindən yaşaran gözlərinin şahidi olduq….Onunla həmsöhbət olmaq, dinləmək nə qədər xoş oldugunu həmkarları da təsdiq edərlər…Azər müəllim nələrdən,kimlərdən söhbət açmadı..?

Səməd Vurgunun,Bəxtiyar Vahabzadənin,,Xudu Məmmədovun,Cabir Novruzun,Qabilin və bir çox tanıınmış .şair. yazarların evlərində atası ilə olan maraqlı xatirələrini elə həvəslə yada salıb danışırdı ki,…Söhbət əsnasında onu da qeyd etdi ki,evlərindəki pianonu bacısı istəyibmiş ki,aparsın.Lakin atasının vəsiyyətinə görə heç kəsə verilməyib.Bilirsiz niyə?

Çünki,o pianoda evlərində qonaq olan Qara Qarayev, Emin Sabitoglu və digər bəstəkarlar həmin pianoda çalıblarmış…

Müsahibim elə maraqla,elə maraqlı insanlardan söhnət açırdi ki,vaxtın necə keçdiyini hiss etmədik..

Xatitələr məni o illərə apardı….Görün, nə qədər tanınmış simaların əhatəsində olub bu ailə və bu ailənin ləyaqətli oglu, yazıçı Azər Turan!!!

Birinci dəfə kiçik esse ilə ədəbi mühitə ilk addımlarını atan bir gənc- bu günün tanınmış ziyalısı,yazıçı-publisist ,tədqiqatçı,redaktor və ən əsası gözəl ailə başçısı,sədaqətli dost,səmimi gözəl İnsan!!

Bu yazını hazırlayarkən çox məsələləri açıqlamadım,çünki yazdıqca yazmaq olardı….(ardı var…)

Azər müəllim ,sizə möhkəm can saglıgı,ədəbi – bədii yaradıcılıgınızda.yeni-yeni ugurlar arzulayıram.

Burda atalar sözü yadıma düşdü:”Ot kökü üstə bitər”!

 

Nəzakət EMİNQIZI

AJB-nin üzvü, DAMM-nın

Ekspertlər Şurasının sədri

 

Yenio Təəfəkkür.- 2023.- 24 fevral.- S.4.