Cərrah bıçağının yaratdığı möcüzələr 

 

Yaxşı ki ömrünün müdriklik çağını yaşayan Hüseyn Mirtəqəvinin müasirləriyik

 

Sabah, 04.08.2024-cü il saat 11:00-da İsmayıllı rayonunun Buynuz kəndində Şahdağ Milli Parkının İsmayıllı bölməsində rəssam Hüseyn Mirtəqəvinin rəsmlərindən ibarət, Xalq şairi Musa Yaquba həsr olunmuşDaş altında toxumamadlı sərgisi keçiriləcək. Gəlin, baxın, zövq alın

 

“5 qardaşƏdəbi Birliyinin ən fəal üzvü Bəhruz Məmmədov bu xəbəri bizimlə paylaşanda, dostlarına çatdıranda heç təəccüblənmədim. Çünki o, əvvəlcədən xəbər etmişdi ki, rəssam Hüseyn Mirtəqəvinin tamaşaçılarla görüşünü təşkil etmək istəyir. Birliyimizin üzvləri hamılıqla bu tədbirədemişdilər. Amma Bəhruz qardaşımız vaxtını dəqiqləşdirmək məqsədilə azacıq ara vermişdi.

Bəli, tədbirə 4 gün qalmış Bəhruz bir daha nəzərimizə çatdırdı ki, tədbirin keçirilmə məkanı vaxtı dəqiqləşdirildi. Tanışlara, “5 qardaş”ın dostlarına xəbər verə bilərsiniz. Özü isə artıq rayonda, Buynuz kəndində idi. Bizimlə tez-tez əlaqə saxlayır, tədbirə gələnlərlə maraqlanırdı. Tədbirə 5 gün qalmış “5 qardaş”ın üzvü Təranə xanım, 1 gün qalmış isə digər üzvü Yusif qardaşımız rayona getdi. Xeyrulla müəllimlə mən isə işimizlə bağlı tədbir keçirilən günü Buynuza gedəsi olduq. Mən qəbələli dostlara, xüsusən Qəbələnin səsiƏdəbi Yazarlar Birliyinin sədri Şəhla Bayramova ilə əlaqə saxlayıb onlara fikrimizi məqsədimizi çatdırdım. Şəhla xanım dəvətimizi sevinclə qəbul edib böyük məmnuniyyətlə gələcəklərini bildirdi.

Bəli, ertəsi gün, yəni avqustun 4-də Buynuz kəndinə gəldilər. Kəndə çatanda onları ustad şairimiz, dədə Musa Yaqubun məzarı önündə qarşıladıq, dostlarımızla səmimi görüşdük. Qəbir üstündə bir neçə dəqiqəlik ziyarətdən yerli şair, Musa Yaqubun ən yaxın sadiq dostu 83 yaşlı Əvəz Küskününxoş gəldinizsalamlaşmasından sonra tədbirin keçirildiyi məkanaŞahdağ Milli Parkının İsmayıllı bölməsinin yerləşdiyi əraziyə üz tutduq.

Buraya çatanda rəssam Hüseyn Mirtəqəvinin əsərlərinin səgiləndiyi guşədə qəribə mənzərə ilə rastlaşdıq. Ətrafımız rəssamın cərrah bıçağı ilə işlədiyi tablo portretlərlə dolu idi. İki göz istəyirdi ki, tamaşa etsin. Guşə o qədər zəngin, rəngarəng maraqlı idi ki, hansına baxmaqda çətinlik çəkirdik. Az keçmədi tədbir iştirakçıları buraya toplaşdılar. Tədbiri giriş sözü ilə “5 qardaş”ın fəal üzvü Bəhruz Məmmədov açıb rəssam Hüseyn Mirtəqəvi haqqında dolğun məlumat verdi, onun əsərləri barədə bizdə müəyyən təsəvvürlər yaratdı. Elə bu dəmdə rəssamın özü sərgiyə təşrif buyurdu. B.Məmmədov onu bizə təqdim etdi sözü ona verdi.

Özü haqqında maraqlı məlumatlar verən Hüseyn müəllim danışdıqca onun dostu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının dosenti Ağamehdi Mehdəliyevin vaxtilə saytlardan birində oxuduğum essedən bir məqam yadıma düşdü. Ağamehdi müəllim yazırdı:

Uşaq yaşlarımdan yadımdadır ki, evimizin qonaq otağının divarından asılmış bir portret vardı. Anam deyirdi ki, atanın əsgərlikdə çəkdirdiyi şəkildir. Amma o vaxt uşaq idim, hələ çox şeyi başa düşmürdüm. Ağlım kəsəndə həmin portretə baxıb atamla müqayisə edirdim. Böyüdüm, artıq məktəbə gedəndə atam söylədi ki, bu şəkli onun əsgər yoldaşı İkinci Dünya müharibəsi (məktəbdə oxuyanda öyrəndim ki, bu müharibənin bir hissəsinə Böyük Vətən müharibəsi deyirlər) zamanı Sevastopol cəbhəsində çəkib. Sonralar həmişə atamın bu şəkli odun-alovun içərisində necə qoruyub saxladığı nəhayət özü ilə evə gətirib çıxarmağı haqqında çox düşünürdüm. Məktəbdə keçilən rəsm dərslərinə həvəsimi məhz bu portret yaradırdı. Hiss edirdim ki, atam da gələcəkdə rəssam olmağımı istəyir. Məncə, bu istəyi onda elə bu portret yaratmışdı. Necə oldusa mən rəssam yox, riyaziyyatçı olmaq qərarına gəldim. Atam heç vaxt övladlarının istəyinin əksinə getməzdi. Ona görə mənim bu istəyimin əksinə getmədi.

isəTale mənim yolumu Bakıdakı fizika-riyaziyyat, kimya-biologiya təmayüllü internat məktəbə gətirib çıxardı. Bu məktəbə ilk qəbul haqqında elanı o zaman gənclər arasında çox populyar olanAzərbaycan gəncləriqəzetində gördüm (çox təəssüf ki, indi nümunə üçün gənclərimiz arasında populyarlıq qazanmış elə bir nəsnə göstərmək mümkün deyildir, əlbəttə ki, gündən-günə, yağışdan sonra göbələk kimi çoxalan cib telefonlarını, qulaqçıları (!) nəzərə almasaq). Bu elanı atama göstərəndə, o mənə xeyir-dua verib təhsilimi davam etdirmək üçün Bakıya yola saldı. Məktəb Bakının 8-ci kilometr qəsəbəsindəki dörd mərtəbəli əzəmətli (o zaman kənddən gələn bir gəncin gözündə) bir binada yerləşirdi. Bu məktəb haqqında qəlbimdə kök salmış çox xoş kövrək xatirələr yaşayır. Bu haqda başqa bir yazımda bəlkə gələcəkdə söz açdım

Binanın geniş dəhlizləri, bu günkü dillə desək, koridorları var idi. Bu dəhlizləri mən yalnız hal-hazırda işlədiyim Dövlət İdarəçilik Akademiyasının koridorları ilə müqayisə edərdim. Dördüncü mərtəbənin dəhizində bütün divar boyu o vaxta qədər mövcud olunmuş görkəmli riyaziyyatçıların portretləri asılmışdı. O zaman elə indiki kimi tənəffüslərdə şagirdləri həyətə, təmiz havaya buraxmırdılar, yəqin ki, kənddən (dağ yerindən) gəlmiş bir gənc üçün bunun demək olduğunu yəqin ki, anlayırsınız. Odur ki, tənəfüslərdə vaxtım əsasən elə bu portretlərin önündə keçirdi. Portretlər o qədər canlı (elə atamın portreti kimi) idilər ki, onlardan ayrılmaq olmurdu. Öyrəndim ki, bu portretləri işləyən həmin məktəbdə məndən bir sinif yuxarıda oxuyan Hüseyn Mirtəqəvi adında bir şagirddir! Onunla tanış oldum Allaha şükür ki, bu günə qədər bu dostluğu yaşadır (50 ildən çox bir zaman müddətində!) davam etdiririk.

Riyaziyyatçıların portretlərini yaratmaqla rəssamlığa başlayan bu gənc oğlan Hüseyn, məktəbi qurtarıb universitetdə o zamanlar üçün yeni bir sahə olan ekoloq ixtisasına yiyələnib həqiqi mənada təbiətin qoynuna atıldı. Ali təhsilli mütəxəsis kimi Qızılağac qoruğunda işləməyə başlayan Hüseyn Azərbaycan torpağını qarış-qarış gəzib dolaşmağa, gördüyü gözəllikləri, rast gəldiyi gözəl insanları yaddaşına hopdurdu. Günlərin bir günü o özü bilmədən hətta adını da bilmədiyi bir sənət sahəsi ilə məşğul olmağa başladı. Belə ki, cərrah bıçağını əlinə alaraq insan portretləri yaratmağa başladı Hüseyn. Sonralar öyrəndi ki, rəssamlar bu cür sənət sahəsinə ksiloqrafiya deyirlər. Məlumat üçün bildirək ki, ksiloqrafiya, yəni, ağac üzərində kəsmə-cızma yolu ilə yaradılan qravürtəsvirlərin çapı Uzaq Şərq ölkələrində VI əsrdən məlumdur. Buna bənzər qəliblər daha qədimlərdə basma naxışların hazırlanmasında istifadə olunub. Koreya, Yaponiya Çində uzaq keçmişdə ərsəyə gətirilən belə nümunələr indi qalmaqdadır. Klassik ksiloqrafiyanın yaradılmasında qədimlərdən üç nəfər iştirak edib: rəssam, kəsici çapçı. Başqa sözlə desək, rəssamın kağız üzərində çəkdiyi eskiz əvvəlcə xüsusi vasitələrlə hamarlanmış ağac lövhə üzərinə köçürülür. Bundan sonra kəsici-sənətkarlar müəllif niyyətini iti alətlərlə ağac üzərində yerləşdirirlər. Bu prosesdən sonra son nəticəsi kağız üzərində görünəcək çap nüsxəsinin qəlibi hazırlanır. Hündür-qabarıq səthlərin rənglə örtülməsi sayəsində çapdan sonra kağız üzərində ağ-qara (sonralar rəngli ksiloqrafiyalar da hazırlandı) cizgilərdən ibarət təsvir-ksiloqrafiya nümunəsi əmələ gəlir. Amma çox maraqlı haldır ki, Hüseyn Mirtəqəvi isə bu üç nəfərin işini təkbaşına görür. Özü o, ksiloqrafiya tutumlu əsərini bilavasitə ağac lövhənin üzərində yaradır. Başqa sözlə desək, onun çapına ehtiyac da qalmır. Hüseyn Mirtəqəvinin yaratdığı portetlər öz canlılığı ilə foto effekti yaratsalar da, onlar əslində fotodan daha güclü təsirə malikdirlər. Rəssamın yaradıcılığını yaxından izləyən tanışlarımdan biri deyir: “Hüseyn elə bir rəssamdır ki, yaratdığı insan portretlərindətanıdığımıztanımadığımızadamlar arasında olan fərqi tamamilə aradan götürür! Onun əsərlərində heç tanımadığın adamı belə özünə doğma əziz insan kimi qəbul edirsən!” Bu həqiqətən belədir. Mən onun yaratdığı portretlərə baxdıqda dəfələrlə bu cür hissləri keçirmişəm. Onun bu möcüzəsinin sirrini öyrənmək məqsədi ilə neçə dəfə kənarda durub prosesini müşahidə etmişəm. Molbert arxasına keçən rəssam əvvəlcədən boyayaraq qurutduğu faner üzərinə kağızda çıxarılmış eskizləri yerləşdirib yüngül çizmə işi aparır. Bunu tamamladıqdan sonra əlindəki skalpellə (cərrah bıçağı) obrazı zərgər dəqiqliyi ilə işləməyə başlayır. Qəhrəmanlarının ruhunu, düşüncələrini fonda verdiyi kompozisiya ilə tamamlayır. Məhz burada sənətkar təxəyyülü, məharəti öz gücünü daha qabarıq büruzə verir aydınca göstərir. Onun ağ-qara, işıq-kölgə vasitələrindən məharətlə istifadə etməsi real görüntü yaradır. Sənətkar yaradıcılıq prosesində cizgilərin incəliyi qalınlığının dəqiqliyi üçün fərqli ölçüdə üç-dörd cərrah bıçağından istifadə edir. Rəssam səliqəsi, zərifliyi, duyumu onun bütün tablolarına hakimdir. Böyük rəssamın ərsəyə gətirdiyi hər bir portretdə insanın zahiri ruhu arasındakı harmoniya yaradıcılıq məsuliyyətinin, qəhrəmanını hərtərəfli öyrənmək cəhdinin nəticəsidir. Məhz buna görə onun bu işini alqışlamaq lazımdır.

Günlərin bir günündə Hüseyn mənə zəng edib dedi ki, qədər qocalmamısan, gəl sənin portretini çəkim. Onun hər bir əsərinin necə böyük zəhmət nəticəsində ərsəyə gəlməsinin canlı şahidi kimi mən razılıq vermirdim. O isə bizim hər bir görüşümüzdə öz telefonu ilə müxtəlif vəziyyətlərdə şəklimi çəkir təkidlə məndə olan şəkilləri alırdı. Mən özüm təkcə şəxsən ona 200 ədəd şəkil göndərmişdim.

Heç birini bəyəmirdi ki, bəyənmirdi! Bir dəfə zəng edib dedi: “Deyəsən, arxivimdən axtardığım şəkli tapmışam!”. Həmin şəkli mənə göndərdi mənim razılığımı aldıqdan sonra işə başladı. İşə başladığı gündən 2 ay müddətində demək olar ki, hər gün telefon, elektron poçt vasitəsilə əlaqə saxlayırdıq. Onun öz əsərinin hər kiçik ştrixini necə diqqətlə işlədiyinin canlı şahidi kimi o günləri indi titrək hisslərlə xatırlayıram. Nəticədə gördüyünüz əsər meydana gəldi (portret deməyə dilim gəlmir!).

İndi mən həmin əsəri atamın portreti ilə bir yerdə evimin görkəmli bir guşəsində çox qiymətli relikviya kimi əzizləyərək saxlayıram. Atamın arzusu ilə rəssam olmasam da, riyaziyyatçı oldum. Onun əsgər yoldaşı tərəfindən çəkilmiş şəkli əzizlədiyi kimi mən dostum Hüseyn Mirtəqəvi tərəfindəm mənə ərməğan olan bu əsəri kövrək hisslərlə əzizləyib saxlayacam, qədər ki, varam!

Bu yazını burada tamamlamaq olardı, əgər daha bir həyat epizodu olmasaydı. Mən Mirtəqəvi Hüseyn möcüzəsinin təsirini yoxlamaq üçün bir eksperiment apardım. Bir yaşını təzəcə aşmış, hələ dil açmamış körpə nəvəmi qucağıma alıb Hüseynin bu əsərinə yaxınlaşdırıb soruşdum: “Baba hanı?”. O, şəkli diqqətlə süzərək mənim üzümə sarı döndü, yenə diqqətlə baxıb gülümsədi! Bax budur Mirtəqəvi Hüseyn fenomeninin gücü!”

Hüseyn müəllim danışdıqca bu sətirlər, fikirlər yada düşdü, bir anlığa mənə elə gəldi ki, Hüseyn müəllimi lap çoxdan tanıyıram. İxtisasca geoloq olan Hüseyn müəllimin rəssamlıqla yanaşı şairliyi var. Burada özünün yazdığı fəlsəvi, lirik janrlı şeirlərinə heyran qalmamaq, onları dinləməmək mümkün olmur. Bir sözlə, H.Mirtəqəvi həm rəssam, həm şair, həm səmimi mehriban bir insan kimi bizi yaşatdı, bizdə gələcəyə inam, həvəs hissləri aşıladı. Bu əsərləri görən hər kəs o andaca Hüseyn müəllimin yerində olmaq istədi. Amma heç birimiz Hüseyn Mirtəqəvi ola bilmərik!

Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin portretinə burada rast gəldik. Dostumuzun Hüseyn müəllim haqqında dedikləri maraqlıdır:

Hüseyn Mirtəqəvinin yaratdığı obrazlar qalereyası çox zəngindir. Onların ümumi sayı iki yüzü ötmüşdür. ÖzününAvtoportret”indən başlanan bu obrazlar qalereyası işıqlı əməlləri ilə xalqımıza başucalığı gətirən məşhur şəxsiyyətlərin ona ruhən yaxın olan ziyalıların obrazlarından ibarətdir. Burada kimlər yoxdur? Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, görkəmli şərqşünas-alim Aida xanım İmanquliyeva, akademik Həsən Əliyev, Xalq şairi Fikrət Qoca, kinorejissor Ənvər Əbluc, görkəmli söz xiridarı Məhəmmədhüseyn Şəhriyar, məşhur memar Zaha Hadid, doktor Cavad Heyət, akademik Arif Paşayev, astrofizik Stiven Hokinq, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə Vətən Müharibəsi qəhrəmanı, general-mayor Polad Həşimov digər məşhur şəxsiyyətlər, əqidə dostları. Müəllifin sadə peşə adamlarına (“Məhərrəm dayı”, “Həmidə xala s.) rəğbətini əks etdirən əsərləri səmimiliyi ilə yadda qalır

Bu portretlərin bədii-texniki xüsusiyyətlərini incələməli olsaq, onda ikonqorafik dəqiqliyi şübhə doğurmayan portretləri həm yüksək qrafik icra mədəniyyətinin səciyyələndirdiyini qeyd etməliyik. Yaddaqalan portret yaratmağın elə asan olmamasının qarşılığında Hüseyn Mirtəqəvinin ağ-qara cizgilərdənboylanan obrazlı tutum alması birmənalı olan əsərlərində bu janrın arzulanan bədii həllini, onunestetik xəritəsi”ni duyulası dərəcədə genişləndirdiyini görmək mümkündür. Hiss olunur ki, müəllif işə başlamazdan əvvəl obrazına müraciət edəcəyi şəxslər barədə həm yazılı, həm təsvirli zəngin məlumatlar toplamışdır.

Portretlər üçün poza seçiminin duyulası önəm kəsb etdiyini fəhmən hiss edən müəllifin bu istiqamətdə axtarışlarının da az vaxt aparmadığını ərsəyə gətirilən işlərin forma-biçim həllindən görmək mümkündür. Qəhrəmanına çevirdiyi hər bir şəxsin onun xarakterini aça biləcək səciyyəvi pozanın tapılmasını həyata keçirən yaradıcının bununla da tamaşaçısını təsvirin reallığına səmimiliyinə inandıracağı birmənalıdır. Bu mənada müəllifin hər bir əsərində onun qəhrəmanına yanaşmasının özünəməxsusluğunu duymaq mümkündür.

Ksiloqrafiya ustasının Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr etdiyi lövhələrdə obraza realist-gerçəkçi yanaşmanın kamilliyi birmənalı olan bədii nəticəsini görmək mümkündür.

Şərqşünas-alim Aida İmanquliyevanın portretində isə obrazın həyatsevərliyini onun yaradıcı fəaliyyəti ilə uğurla əlaqələndirən rəssam, obrazı sevimli məşğuliyyətindən bir anlığa ayrılmış durumda görüntüyə gətirmişdir. Eynəyini dodaqlarına sıxaraq kiməsə cavab verən alimin çöhrəsinə hakim olan nikbinliyi qabardan rəssam bununla da obrazın səmimiliyinə nail olmuşdur. Onun portretin ətrafını təşkil edən ayrıntıları nisbətən tünd cizgilərlə təqdim etməsi ilə çöhrənin nurlu tutum almasına nail olması da müəllifin kompozisiya üçün uğurlu bədii həll tapmasını təsdiqləyir”.

Şahdağ Milli Parkının İsmayıllı bölməsində rəssam Hüseyn Mirtəqəvinin rəsmlərindən ibarət, Xalq şairi Musa Yaquba həsr olunmuşDaş altında toxumamadlı sərgidə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq elmləri doktoru Simran Həsənov, “Qəbələnin səsiƏdəbi Yazarlar Birliyinin üzvü, şəhid atası Cəlil Xeyirbəy, birliyin sədri Şəhla Bayramova, “İsmayıllı xəbərləriqəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu, “Neft daşlarıqəzetinin baş redaktoru, “5 qardaş”dan biri Xeyrulla Ağayev, ismayıllıların yaxın dostu, “Yeni təfəkkürqəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova Dağ çiçəkləriədəbi birliyin nümayəndələri, İsmayıllı rayon ziyallıları mərhum şairin ailə üzvləri, eləcə musasevərlər, hüseynsevərlər çıxış edib rəssama yaradıcılıq uğurları dilədilər. “Xəbərlərİnformasiya Agentliyinin Baş redaktoru, tanınmış yazıçı-jurnalist Yusif Məhəmmədoğlu isə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun Milli Məclisin deputatı Novruz Aslanovun tədbirə salamlarını təbriklərini çatdırdı.

Bu yazını Ağamehdi Mehdəliyevin həmin essesinin sonluğu ilə tamamlamaq istəyirəm: “P.S. Mən bu yazımda onu vurğulamaq istəyirəm ki, belə gözəl rəssamı, fenomen insanı hələ məmləkətimizdə lazım olan kimi tanımırıq. Çünki onun böyük rəsm əsərləri hələ ölkəmizdə lazım olan kimi təbliğ olunmur. Amma mən qətiyyətlə deyə bilərəm ki, Hüseyn Mürtəqəvinin əsərləri Azərbaycandan kənara çıxarılsa, bu əsərlər az bir vaxtda təkcə öz müəllifinə yox, həm ölkəmizə böyük uğurlar gətirər. Ölkəmiz belə fenomen rəssamı ilə dünya sənətkarları, dahi rəssamları arasında sayılıb-seçilər. İnanıram ki, bu işə cavabdeh adamlar, mənim bu fikirlərim haqqında ciddi düşünəcəklər”.

Eynən biz bu cür düşünür, bu təklifləri, fikirləri biz dəstəkləyirik. Sadəcə qalır əlaqədar qurum təşkilatların bu təklifləri, fikirləri nəzərdən keçirib əməli görmələri. Ümid edirik ki, təklif fikirlərimiz nəticəsiz qalmayacaq.

lap sonda. Hazırda Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin redaksiya müdiri vəzifəsində çalışan Hüseyn Mirtəqəvi ömrünün müdriklik çağını yaşasa da, əsərlərinin ümumi ruhunda cəlbedici bədii təravət duyulmaqdadır.

 

Daşdəmir ƏJDƏROĞLU

 

Yeni Təfəkkür.- 2024.- 23 avqust, ¹14.- S.4.