NƏBİ
XƏZRİ ÖMRÜ
Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi respublikamızda geniş qeyd olunur!
Çagdaş Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi Nəbi
Xəzri( Nəbi Ələkbər oğlu
Babayev) 1924 cü ilin dekabrında Xıırdalanda
anadan olmuşdur.O,Azərbaycan
Dövlət Universitetində,sonra
isə Sankt- Peterburq Dövlət Universiteti və M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdı.Yaradıcılığa erkən yaşından başlayan şair ,elə ilk əsərləri
ilə oxucuların diqqətini cəlb etmişdir.Şairin ilk şeiri
1940- cı 16 yaşında
qələmə aldığı
” Günəş” şeiridir
ki,bu şeir bütün yaradıcılıgı
boyu onun poeziyasına işıq saçdı. Sonrakı illərdə ” İllər və sahillər”( 1969),” Ulduz karvanı”(1979),” Nəsillər və əsirlər”(1985),” Ağ
şimşəklər”(1986),” Torpaq,sənə and içirəm
(1989),” Ömür çinarından
yarpaqlar”(1995),” Əsrin
qanlı laləsi”(1996)
adlı sanballı kitablar ortaya qoyur.
Nəbi
Xəzri poeziyası
milli- mənəvi dəyərlərimiz
sırasında özünəməxsus
yerin sahibidir.Azərbaycan
mentalitetinin dünyada
tanınmasında Nəbi
Xəzrinin və onun əsərlərinin payı böyükdür.
Nəbi Xəzrinin Vətən sevgisinin mükəmməlliyi yazdığı
şeirlərində də
açıq aydln hiss
olunur.Onun şeirlərində təbiətin
gözəlliklərinə,təbiətin
öz ətri,öz rəngi,öz duyumu var.
Rus şairi Yeqor İsayev yazırdı ki:”Nəbi Xəzrinin
şeirləri ağacların
yarpaqlarından,havadan,buluddan canlı şəkildə
gəlir”.
Nəbi
Xəzri təbiəti
necə sevməyin dərslərini öyrədib
bizə.Onun poeziyasında İnsan, Təbiət,Sevgi vəhdət
halındadır.”
Vaxtilə ustad tənqidçi
Məmməd Arif isə yazmışdı
ki:”Nəbi Xəzrinin öz poetik aləmi— məcazlar,bənzətmələr,bədii ifadələr aləmi vardır.Bu aləmi o,özü yaratmışdır
və ona sadiq qalmışdı.
Nəbi
Xəzri geniş və hərtərəfli
yaradıcılıq yolu
keçib. Bir şair
olmaqla yanaşı nasir, dramaturq, publisist və tərcüməçi kimi
də şöhrət
qazanmışdı.Onun
yaradıcı əməyi
yüksək qiymətləndirilib.Bir
çox orden və medallara,dövlət
mükafatlarıına,Əməkdar incəsənət xadimi”,Xalq şairi” fəxri adlarına,Azərbaycan
Respublikasının ali
dövlət təltiflərinə
” Şöhrət” və”
İstiqlal”ordenlərinə layiq görülüb.
Yubiley tədbirlərinə ilk olaraq
Fəxri Xiyabandan başlanıldı.Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar,AYB
sədrinin l müavini
,Xalq yazıçısı
Çingiz Abdullayev və
digər tanınmış
yazıçı,şair və
görkəmli ziyalılar,ailə
üzvləri onun məzarını ziyarət
edərək, məzarı
üstünə tər
çiçəklər düzdülər.Tədbir
AYB – nin Natəvan klubunda davam etdi.Çıxış edənlər-
Anar, Çingiz
Abdullayev, Rəşad Məcid
və digər şairi tanıyıb,onunla
görüşənlər xatirələrini danışdılar,.Sonda şairin oglu Arzu Babayev atasının xatirəsini
yad edib ,tədbirdə
iştirak etdiklərinə
görə öz dərin minnətdarlığını
onlara bildirdi.O,qeyd etdi ki, Nəbi Xəzrinin 100 illik yubileyinin keçirilməsi
haqqında ölkə
prezidenti İlham Əliyev
sərəncam imzalamışdır.Yanvar
ayının 28 – də
H.Əliyev adına
Respublika Sarayında təntənəli
yubiley tədbirinin keçirilməsi planlaşdırılmışdır.
. Növbəti görüş
Bakı Dövlət Univetsitetində keçirildi.
Buradakı tədbir Universitetin filologiya fakultəsinin müəllim
və tələbələrinin
təşkilatçılıgı ilə hazırlanmışdı.Tədbirin
rəhbəri ölməz
şairin qızı,
fakultənin baş müəllimi Gülümsər
Abbasova idi.Maraqlısı
o idi ki, burada təhsil alan xarici ölkələrin tələbələri də
Nəbi Xəzrinin şeirlərini, mahnılarını
incə zövqlə,məharətlə
dinləyicilərə çatdıra
bildilər. Tədbir elə gözəl hazırlanmışdı kı,çıxış edən yazıçı
və şairlər,alimlər,deputatlar
da tələbələrin ifasında səslənən
şeir,mahnı və
dram əsərindən hissələri
səbrlə,maraqla dinləyir,alqışlarla
qarşılayırdılar.
Görkəmli Xalq şairi Nəbi Xəzrinin poeziyası ona görə sevilir və unudulmur ki, onun Xəzərə çılgıncasına vurgunluğu,Günəşin
şəfəqlərini rənglərlə
vəsf etməsi,torpağın
bərəkətini,dağların əzəmətini dərindən
dərk etməsi,ümumiyyətlə,təbiətə
sonsuz məhəbbətlə
vurğunluğunu şeir,poema
və dramlarında öz oxucusuna sadə dillə çatdıra bilmişdir.Bunları
ümummilli liderimiz Heydər Əliyev də öz çıxışında xüsusilə
vurğulamışdır:” Nəbi Xəzri öz şeirlərində
xalqımızın həm
qəhrəman keçmişini,həm
də bu günki həyatını
və sabahını yüksək ustalıqla,fitri
sənətkarlıqla tərənnüm
edir.Öz şeir və poemalarında sair cəmiyyətimizin inkişafı üçün
,indiki nəslin tərbiyəsi üçün
birinci dərəcəli
əhəmiyyəti olan
problemlər qaldırır.Həm
də müəllifin
mövqeyi həmişə
aydın şəkildə
bildirilir,onun xalqa bağlılıgı,onlara sədaqətlə
xidməti nümayiş
etdirilir”
Çıxışların sonunda
Gülümsər xanım tədbir
iştirakçılarına bir daha ailə
üzvləri adından
təşəkkürünü bildirdi.
Bir birindən maraqlı keçən tədbirlərdən
biri də Abşeron rayon Mərkəzi
Kitabxana Sistemində,Xırdalanda
keçirildi .
Nəbi
Xəzrinin 60-cı illərin
əmək qəhrəmanı
olan Sevil Qazıyevanın ölümünə
həsr etdiyi ” Günəşin bacısı”poeması,üstündən illər keçməsinə
baxmayaraq,ədəbiyyatımızın incilərindən sayılır.
Bu poemasında şair,Sevil Qazıyevanın
rəşadətli əməyini,parlaq
obrazını yaratdı.Poema
əvvəldən axıra
qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır.Şairin fikirləri,hissləri
ilə,kədər və
sevincləri birləşərək
bir dağ çayı kimi baş alıb gedir.Şairin lirikasına
məxsus humanizm,insana,onun
ləyaqətinə inam,poemada
da çox qüvvətli
səslənir.:
Dünən doğulsaydı Həcər
olardı,
Bu gün Sevil kimi gəldi dünyaya.
Tədbiri giriş sözü
ilə Abşeron rayon
MKS – nin direktoru Rəşidə Rzayeva açdı.O,tədbirə
aid qısa məlumat verdikdən sönra sözü Pərvanə Muradovaya verdi.Pərvanə xanım
öz ürək sözlərini söylədi.
Tədbirə dəvət olunan
qonaqlar arasında Zaqataladan gəlmiş,Sevilin
bacısl Sona Qazıyeva
,vaxtilə Sevilin davamçısı olan,Ulu
Öndərin çörəyi
ilə böyüyən,halal
zəhmətilə zirvələr
fəth edən,müstəqil
Azərbaycanın İ çagırış
MM-in millət vəkili,H.Əliyevin
” canlı əsəri”
“Qırmızı Əmək
Bayrağı”,” Xalqlar
Dostluğu” ordenli Tərlan Musayeva da vardı. İstər Sona xanımın,istərsə
də Tərlan xanımın çıxışlarını
hamı kövrək hisslərlə qarşıladı.Onlar
Ulu Öndərin gənc
mexanızator qızlara
olan qayğısından
danışaraq dinləyicilərə
o illəri xatırlatdı!Sanki
Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına
həsr etdiyi şeiri söyləyirdi:
Siz yasa batmayın,ey
çöl ,ey çəmən!
Çalınır qızımın toyu
deyirəm.
Ey mənim qoynumda dünyaya gələn,
Gəl mənim qoynumda uyu deyirəm!
Burada da
şairin şeirləri,mahnıları
Xırdalan şəhər
11 illik Musiqi Məktəbinin şagirdlərinin
ifasında səsləndirildi.Şairin
həyat və yaradıcılıgına və
Sevil Qazıyevaya həsr edilmiş videoçarxlar da nümayiş
olundu .Şairin oğlu Arzu Babayev,qızları Gülümsər
Abbasova və Pəri xanım çıxışlarında tədbirin
təşkilatçılarına və iştirakçılara
minnətdarlıqlarını bildirdilər.
Tədbirlər isə davam etməkdədir….,Xırdalan kənd ,məktəbində ,Abşeron
rayon Mədəniyyət Mərkəzində……
Ölməz sənətkarımızın ruhu şad,məkanı
cənnətdir!
Nəzakət Eminqızı
AJB və AYB – nin üzvü, yazıçı–publisist
Yeni
Təfəkkür.- 2025.- 7 fevral, №3.- S.3.