Şeyx Şamil -əbədi qəhrəmanlıq
və cəsarət zirvəsi (2)
General belə bir səmimi
şəkildə qarşılanmasından təəccüblənmişdi.
O, Şamilin yanına göndərilərkən ölümə
getdiyini düşünərək bütün
yaxınları ilə vidalaşmışdı. Amma indi o,
rusların düşündüyü kimi, vəhşi
dağlılarla deyil, mədəni və olduqca qonaqpərvər
insanların əhatəsində idi. Bütün bunlara
baxmayaraq, general Şamili görəndə özünü
itirdi və bədəninə əsmə düşdü. Qarşısında
boyu iki metrdən uzun olan qartal baxışlı bir insan
dayanmışdı. Üzündən, gözündən məğrurluq
və qəhrəmanlıq yağırdı.
General belə bir səmimi
şəkildə qarşılanmasından təəccüblənmişdi.
O, Şamilin yanına göndərilərkən ölümə
getdiyini düşünərək bütün
yaxınları ilə vidalaşmışdı. Amma indi o,
rusların düşündüyü kimi, vəhşi
dağlılarla deyil, mədəni və olduqca qonaqpərvər
insanların əhatəsində idi. Bütün bunlara
baxmayaraq, general Şamili görəndə özünü
itirdi və bədəninə əsmə düşdü. Qarşısında
boyu iki metrdən uzun olan qartal baxışlı bir insan
dayanmışdı. Üzündən, gözündən məğrurluq
və qəhrəmanlıq yağırdı. Generalın əsdiyini
görən Şeyx Şamil ona: “Qorxma, düşmənimiz də
olsan qonağımızsan, biz dağlılar ölərik,
amma qonağımızın başından bir tük də əskik
olmasına razı olmarıq”,-dedi. Yalnız bundan sonra
özünə gələn və
əsməsi kəsilən general Şeyx Şamilə: “Məni
əlahəzrət Çar I Nikolay yanınıza göndərdi.
O sizə istədiyiniz qədər var-dövlət, istədiyiniz
vəzifəni verməyə, övladlarınıza və
yaxınlarınıza ən yüksək şərait
yaradılmasına hazırdr. Ancaq bircə şərti var: gərək
siz bu mübarizəni dayandırasınız”,-dedi.
Generalın bu sözlərini
eşidəndə Şeyx Şamil əsəbiləşdi,
ancaq təmkinini itirməməyə çalışdı:
- Get çarına de
ki, mənim mübarizəm var-dövlət, vəzifə
davası deyil. Mən əsarətə, köləliyə
qarşı döyüşürəm. Siz isə
işğalçısınız və
işğalçıya qarşı sona kimi azadlıq
mücadiləmizi aparacağıq. Hətta bütün əhalini
qırsanız və tək mən qalsam belə, yenə də
sona kimi mübarizəmi davam etdirəcəyəm. Bu xain və
xəyanətkar təklifi mənə qonağım deyil,
başqası etsəydi, onun başını çoxdan
üzərdim. Get çarına da belə de. Şamilin
davası azadlıq davasıdır, kölə olmamaq
üçün aparılan savaşdır. O əgər bunu
anlaya bilmirsə, deməli, dünyanın ən yazıq
adamıdır.
Şamilin bu sözlərindən sonra general daha heç nə demədi. Şamil isə onun eyni
hörmət və izzətlə yola salınmasını, rusların
döyüş mövqelərinə
kimi onun təhlükəsizliyinin təmin
edilməsini əmr etdi. General gördüyü
hörmətdən özünü
itirmişdi. O sonralar yaxınlarına: “Biz onlardan çox şey öyrənməliyik,
onlar heç də bizim düşündüyümüz
kimi, vəhşi dağlılar deyil və bizdən qat-qat mərd, mədəni və alicənabdırlar. Onlar bizdən yalnız silahlanmada zəifdirlər
və sayca azdırlar. Yoxsa çoxdan bizi Sankt-Peterburqa kimi qovardılar”, - demişdi.
Çar I Nikolay generaldan Şamilin onun təklifini qəbul etmədiyini eşidəndə bir müddət susdu, sonra onun yanına
eyni təkliflə digər bir generalı göndərdi.
Lakin Şeyx Şamil ona da eyni cavabı
verdi və bundan sonra Çar
rus ordusunın yarısından çoxunu
Şamilə qarşı
göndərmək barədə
əmr verdi. Bəzi mənbələrə
görə, həmin dövrdə Şamilə
qarşı 80-90, bəzi
mənbələrə görə
isə 60-70 min rus əsgəri döyüşürdü.
Şamilin isə əlinin altında olan mücahidlərin təxminən 6-10 min nəfər
olduğu ehtimal edilir.
Şamilin qəhrəmanlığı rusların
özündə belə,
ona qarşı rəğbət doğurmuşdu.
Gimri müharibəsində
Şeyx Şamilin yaxınlarından çoxu,
o cümlədən çox
sevdiyi və xatirini istədiyi Qazi Məhəmməd şəhid oldu. Bundan əsəbiləşən
Şeyx Şamil əlində qılınc
rusları amansızcasına
qırmağa başladı.
Ancaq düşmən
çox idi və rus əsgərlərindən
biri süngünü
onun sinəsinə sapladı. Süngünun ucu Şeyx Şamilin
kürəyindən çıxdı.
Amma Şamil özünü itirmədi
və dərhal süngünü dartaraq sinəsindən çıxarıb
yerə atdı. Bəlkə də, başqa biri olsaydı, o ağrıdan
bayılardı, ancaq Şeyx Şamil ağrı nə olduğunu bilən qəhrəmanlardan deyildi.
Ağır yaralanan Şeyx Şamil düşmən əsgərlərinin
gördükləri mənzərədən
özlərini itirərək
çaşbaş düşməsindən
istifadə etdi. O, qarşısındakı daha
bir neçə əsgəri o dünyaya göndərərək cəld
bir hərəkətlə
düşmən mühasirəsindən
çıxdı və
qayalıqlara sıçrayaraq
gözdən itdi. Şamilin yaralandığını
görən və onunla çiyin-çiyinə
döyüşən Gimri
məscidinin müəzzini
Məhəmməd Əli
onu gözdən qoymadı. O, xeyli qan itirən və bayılan Şamilin yaralarını
sarıyaraq onu yaxındakı mağaralardan
birində gizlətdi və bu barədə
onun qayınatası Abduləziz əfəndiyə
məlumat verdi. Abduləziz əfəndi Dağıstanın məşhur
cərrahlarından və
həkimlərindən biri
hesab edilirdi. O dərhal Şamilin saxlandığı mağaraya
gələrək onu müalicə etməyə
başladı. Amma bu rusların diqqətini cəlb edə bilərdi. Ona görə də Şamili gizlicə Unsokul kəndinə gətirdilər
və Abduləziz əfəndi onu şəfalı otlardan hazırladığı dərmanlarla
müalicə etməyə
başladı. Şeyx
Şamil yalnız 25 gündən sonra koma vəziyyətindən
çıxdı və
özünə gələndə
başının üstündə
anasını gördü.
Onun sevimli anasına ilk sualı bu oldu: - Ana, namazımın vaxtı keçibmi?
Şeyx Şamil dindar idi və ən
qızğın döyüşlərdə
belə, namazının
vaxtını ötürməzdi.
Sağalandan sonra Şeyx Şamil ruslara qarşı döyüşləri
yenidən davam etdirdi. Lakin düşmən çox,
Şamilin tərəfdarlarının
sayı isə az idi. Üstəlik,
Şamilə kənardan
heç bir kömək gəlmirdi. Döyüşlər get-gedə
ən ucqar aullara da yayılırdı.
1859-cu ilin yayında döyüşlər daha
da qızışdı.
Sentyabr ayında düşmən Şamilin
son sığınacaq yeri
olan Qunib aulunu mühasirəyə aldı. Aulu mühasirəyə alan 70
min nəfərlik rus ordusuna general Baryatinski komandanlıq edirdi. Şamil və ətrafındakılar qəhrəmancasına
döyüşür, düşmənə
saysız-hesabsız itkilər
verirdilər. Ancaq Şamilin əsgərlərinin
sayı get-gedə azalır, barıt və güllə tükənirdi. Yalnız ətrafında bir neçə yüz adam qalandan sonra
Şamil anladı ki, bu mühasirədən
çıxmaq mümkün
olmayacaq. Üstəlik,
ətrafında qadınlar
da vardı və döyüşün
davam etdirilməsi sonda onlar üçün xoşagəlməz
nəticələrə səbəb
ola bilərdi. Ona görə də ətrafındakılar
Şamilə təslim
olmağı məsləhət
gördülər. Şamilin
bu təklifi qəbul etməkdən başqa çarəsi qalmamışdı. Amma özünə qalsa, sona kimi döyüşmək
və döyüş
meydanında da ölmək niyyətində
idi. Təslim olan Şamili 40 nəfər yaxını ilə Sankt-Peterburqa apardılar. Çar II Aleksandr böyük bir imperiyaya qarşı 25 il qorxmadan mübarizə aparan bu adamı
şəxsən görmək
istəyirdi. II Aleksandr
Şeyx Şamili hörmət və izzətlə qarşıladı və onu düşməni kimi deyil, əziz
qonağı kimi bir ay sarayda saxladı. Sonra onu Kaluqaya göndərdilər.
Şamil burada nəzarət altında yaşamalı idi.
Əsarət illərini Şamil çox ağır keçirdi və iki il içində onun saçları ağappaq ağardı. Sürgündə böyük
qızı Nəfisət
və gəlini vərəm xəstəliyinə
tutularaq vəfat etdilər. Həmin dövrdə azadlıq mücahidi də artıq qocalmışdı
və onun ən böyük arzusu Həccə getmək idi. Çar onun istəyini nəzərə
alaraq, yenidən Rusiyaya qayıtması şərtilə 1870-ci ildə
Şeyx Şamilə Həccə getməyə
icazə verdi. Şeyx Şamil əvvəlcə yanındakı
adamları ilə İstanbula gəldi və burada Sultan Abduləziz tərəfindən
böyük təmtəraqla
qarşılandı. Şamilin
İstanbula gəldiyini
eşidəndə bütün
əhali onu görə bilmək üçün saray qapılarına gəlmişdi.
Bir müddət burada qalandan sonra Şeyx Şamil Sultan Abduləzizin
gəmisi ilə Həccə yola düşdü. Ciddə limanında Şamili böyük təmtəraqla
qarşıladılar. Həcc
ziyarətində isə
yüz minlərlə
insan onu görmək istəyirdi. Buna
görə də bu Qafqaz qartalını,
Şeyx Şamili Kəbənin üstünə
çıxararaq əhaliyə
göstərmək məcburiyyətində
qaldılar. Sonra Şamil Mədinəyə
getdi və burada xəstələndi.
Dünyanı qəhrəmanlığı
ilə özünə
heyran qoyan bu cəsur insan
İslam dünyasının
ən əziz şəhərində 1871-ci il
fevral ayının 4-də
vəfat etdi. O, kainatın günəşinin,
son peyğəmbərin bir
vaxtlar gəzdiyi və uyuduğu müqəddəs torpaqda da hörmət və izzətlə əfn edildi. Amma onun adı
azadlıq mücahidi kimi qiyamətə qədər yaşamaqda davam edəcək. Son.
Əziz
Mustafa
Zaman.-
2010.- 3-5 aprel.- S. 10.