Azərbaycan iqtisadi
göstəricilərinə görə MDB-də lider olub
Qlobal maliyyə
böhranının davam etdiyi 2009-cu ildə Azərbaycan
iqtisadi göstəricilərinə görə Müstəqil
Dövlətlər Birliyinə daxil olan (MDB) ölkələrdən
üstün olub. MDB Dövlətlərarası Statistika Komitəsinə
istinadən apardığımız araşdırmalar göstərir
ki, ötən il quruma daxil olan ölkələrin əksəriyyətində
iqtisadi durğunluq və geriləmə müşahidə
olunub
Qlobal maliyyə
böhranının davam etdiyi 2009-cu ildə Azərbaycan
iqtisadi göstəricilərinə görə Müstəqil
Dövlətlər Birliyinə daxil olan (MDB) ölkələrdən
üstün olub. MDB Dövlətlərarası Statistika Komitəsinə
istinadən apardığımız araşdırmalar göstərir
ki, ötən il quruma daxil olan ölkələrin əksəriyyətində
iqtisadi durğunluq və geriləmə müşahidə
olunub.
Ümumi daxili məhsulun
(ÜDM) artım tempinə görə Azərbaycan ötən
il MDB-yə daxil olan bütün dövlətlərdən irəlidə
olub. Ölkəmizdə ÜDM-nin artım tempi 9,3% təşkil
edib. ÜDM-nin artım tempinə görə MDB ölkələri
arasında yalnız Özbəkistan və Türkmənistanda
yüksək göstərici qeydə alınıb. Bu ölkələrdə
ÜDM-nin artım tempi müvafiq olaraq 8,1 və 6,1% olub. Qazaxıstan,
Qırğızıstan və Tacikistanda ÜDM-nin artım
tempi 1-3% arasında dəyişib. Rusiyada ÜDM-nin artım
tempində 7,9% azalma qeydə alınıb. Ermənistan və
Ukraynada bu sahədə vəziyyət daha acınacaqlı
olub. Belə ki, bu ölkələrdə ÜDM-nin artım
tempi müvafiq olaraq 14,2% və 15% aşağı
düşüb.
Sənaye
istehsalında da Azərbaycan öz liderliyini qoruyub. Ötən
il sənaye istehsalının həcmi əvvəlki illə
müqayisədə 8,6% artıb. Bu göstəricini yalnız
Özbəkistan təkrarlaya bilib. Sənaye istehsalına
görə Özbəkistan və Qazaxıstandan sonra digər
MDB ölkələrində geriləmə müşahidə
olunub. Geriləmənin səviyyəsi Ermənistanda 7,8%,
Rusiyada 10,8%, Ukraynada 21,9%, Moldovada 22,3% -ə bərabər olub.
Kənd təsərrüfatı
məhsullarının istehsalına görə, Azərbaycanın
yalnız Qazaxıstan, Qırğızıstan və
Tacikistandan geri qalıb. Ölkəmizdə kənd təsərrüfatı
məhsullarının istehsalı 3,5% artıb. Rusiyada bu sahədə
1,2%, Ukraynada 0,1%, Belarusiyada isə
1,3% artım baş verib. Ermənistan və Moldovada isə bu
göstərici müvafiq olaraq 0,1% və 9,9% azalıb.
Xarici ticarət sahəsində
MDB-yə daxil olan ölkələrin heç birində
artım baş verməyib. Bu sahədə ötən il
2008-ci illə müqayisədə ciddi azalma olub. Məsələn,
ötən il Azərbaycanda ixracın həcmi 14,6% azalıb.
MDB ölkələri arasında bu ən yaxşı göstərici
hesab olunur. Belə ki, digər MBD ölkələrində bu
sahədə vəziyyət daha acınacaqlı olub. Rusiyada
ixracın həcmi 35,5%, Ermənistanda 25,3%, Qazaxıstanda 25,
Ukraynada isə 46,9%
aşağı düşüb.
Pərəkanda ticarət
sahəsində də MDB-yə daxil olan əksər ölkələrdə
geriləmə qeydə alınıb. Yalnız Özbəkistan,
Türkmənistan, Tacikistan və Azərbaycanda yüksək
artım qeydə alınıb. Pərəkanda ticarətdə
bu ölkələr üzrə artım tempi müvafiq olaraq 16,6%,
20,5%, 18,8% və 8,9% olub. Bu sahədə ən ciddi azalma Rusiya
və Ukraynada qeydə alınıb. Rusiyada pərakəndə
ticarət sahəsində əvvəlki illə müqayisədə
5,5%, Ukraynada isə 6,6%-lik bir azalma baş verib.
Qeyd edək ki, MDB
Dövlətlərarası Statistika Komitəsi 2010-11 -ci illər
üçün proqnozlarını da açqlayıb. Komitədən
belə hesab edirlər ki, cari ildə Azərbaycan ÜDM-nin
artım tempinə görə yenə də MDB-də lider
olacaq. Komitənin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda
ÜDM-nin artım tempi 7% həddində olacaq. Bu göstəricinin
Belarusda 5%, Rusiyada 3%, Ermənistan, Moldova, Qazaxıstan və
Ukraynada isə 2% həddində olacağı
proqnozlaşdırılır.
Cəfərov
Allahverdi
Zaman.-
2010.- 3-5 aprel.- S.8.