“Musiqi insanlara eyni nəfəsi verən fövqəladə bir sənət sahəsidir”
Türkiyənin dövlət sənətçisi, tanınmış
pianoçu, Polşanın
Dövlət Mükafatına
layiq görülmüş
Gülsin Onay Naxçıvandakı Heydər
Əliyev Sarayında
“Nə yaxşı ki doğuldun, Şopen” adlı solo konsert proqramı ilə çıxış
etdi. Türkiyənin Naxçıvandakı
Baş Konsulluğu, Naxçıvan Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil edilmiş
konsertdə onun ifa etdiyi əsərlər
dəfələrlə alqışlarla
qarşılandı.
Türkiyənin dövlət sənətçisi, tanınmış
pianoçu, Polşanın
Dövlət Mükafatına
layiq görülmüş
Gülsin Onay Naxçıvandakı Heydər
Əliyev Sarayında
“Nə yaxşı ki doğuldun, Şopen” adlı solo konsert proqramı ilə çıxış
etdi. Türkiyənin Naxçıvandakı
Baş Konsulluğu, Naxçıvan Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil edilmiş
konsertdə onun ifa etdiyi əsərlər
dəfələrlə alqışlarla
qarşılandı. Bu konsertdə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov da iştirak edib.
Türkiyənin dövlət sənətçisi, tanınmış
pianoçu Gülsin Onay Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Srağagün o, Naxçıvandakı Heydər Əliyev Sarayında “Nə yaxşı ki, doğuldun, Şopen” adlı solo konsert proqramı ilə çıxış etdi.
Türkiyənin Naxçıvandakı
Baş Konsulluğunun,
Naxçıvan Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil edilmiş
konsertdə onun ifa etdiyi əsərlər
dəfələrlə alqışlarla
qarşılandı. Solo konsertdən sonra bu ünlü sənətçi ilə
həmsöhbət olmaq
bizə də nəsib oldu. Naxçıvanla bağlı
təəssüratlarını bizimlə bölüşən
Gülsin Onay ilk dəfə bu qədim diyara gəldiyini dedi. Əlavə etdi ki, Naxçıvan
öz gözəlliyi
ilə onu heyran edib. Bu qədim diyarın
sənətsevərləri ilə görüşməkdən,
onların qarşısında
çıxış etməkdən
məmnun olduğunu dilə gətirən sənətçi burada xoşbəxt anlar yaşadığını söylədi.
Bu
sənət aləminə
gəlişi ilə bağlı ünvanladığımız
sualı cavablandıran
Gülsin Onay pianonu universal bir musiqi aləti olduğunu bildirdi: “Bütün dillər əslində musiqinin içində birləşir,
musiqi bütün duyğuları özündə
ehtiva edir. Musiqi bütün insanlara eyni nəfəsi verən fövqəladə
bir sənət sahəsidir. Bu mənada bu sənəti yaşadanlar xoşbəxtdirlər”. Belə
bir peşəni kiçik yaşımdan heç yorulmadan sevərək davam etdirdiyini qeyd edən sənətçi
daha sonra dedi: “Öz ifalarımla insanları musiqi dünyasına aparmaqla çox əhəmiyyətli missiyanı
yerinə yetirirəm”.
Hamının musiqi ilə
maraqlanmasını arzulayan
Gülsin Onayı
piano çalanların sayının
ildən-ilə artması
sevindirir.
O, xüsusən də
Naxçıvanda qaldığı
müddətdə naxçıvanlıların
pianonu sevdiklərini və az
qala hər bir naxçıvanlının
evində bu musiqi alətinin olmasını öyrənəndə
burada daha uzun müddət yaşamağın və pianosevərlərə konsert
verməyin ayrı bir xoşbəxtlik olduğunu dedi. O, Şopenin doğum günü ilə bağlı “Yaxşı ki doğuldun, Şopen” proqramı ilə dünyanın bir çox ölkələrində çıxış
edəcəyini qeyd etdi: “Aprelin 16-da isə Bakıda konsert verəcəyəm”.
Daha sonra “Zaman”la bağlı sualımızı cavablandıran
sənətçi bu
qəzetin oxucusu olduğunu bildirdi: “Bu qəzet öz üslubu və insanı məlumat sahibi edən yazıları ilə digər mətbuat orqanlarından seçilir”.
Məlumat üçün bildirək
ki, İstanbulda musiqiçi ailəsində
anadan olan Gülsin Onay piano təhsilinə üç
yaş yarımda başlayıb.
O, ilk konsertini TRT İstambul
Radiosunda verib. Ankaradakı xüsusi qabiliyyətli uşaqlar üçün
məktəbdə təhsil
aldığı vaxtda
- 12 yaşında ikən
Fransaya göndərilib.
Paris Konservatoriyasını 16 yaşında, “Premier-Jacques Piano” (Piano birincilik mükafatı) mükafatını alaraq bitirib. Sənətçi, “Marguerite Long-Jacques Thibaud”
(Paris) və “Ferrucio
Busoni” (
1987-ci
ildə Türkiyə
Dövlət Sənətçisi
ünvanını alan G.Onay hər il Türkiyədə
20-dən çox konsert
verir. 2004-cü ildən Gümüşlük
Klassik Musiqi Festivalının Sənət
Müşavirliyini yerinə
yetirir. 1988-ci ildə
Boğaziçi, 2007-ci ildə
isə Hacettepe Universitetinin fəxri doktoru adına
layiq görülüb.
2003-cü ildə UNİCEF Türkiyə Milli Komitəsi tərəfindən
“Xoşməramlı səfir”
seçilib. Sənətçi 2007-ci ildə Şopen musiqisinin təbliğatçısı
kimi Polşanın dövlət mükafatına
layiq görülüb.
Zaman.-2010.- 15-16 aprel.- S.8.