Memar Sinan -Türk-İslam memarlığının atası (1)

 

Səfərlərdən birində onun sonrakı həyatında həlledici amilə çevriləcək gözlənilməz bir hadisə baş verdi. Belə ki, Sultan Qanuni Süleymanla birgə Moldova yürüşü zamanı Sinanəddinə Prut çayı üzərindən ordunun keçməsi üçün körpü qurulması tapşırıldı. Sultan tələsirdi ona görə Sinanəddinə bu işi mümkün qədər qısa müddətdə yerinə yetirməyi tapşırmışdı. Sinanəddin dərhal işə başladı   Sultanın müəyyən etdiyi vaxtdan 7 gün tez, 13 günə bu körpünü inşa etdi. Bu körpü o qədər davamlı keyfiyyətli inşa edilmişdi ki, Sultan Qanuni Süleyman buna görə Sinanəddinə şəxsən təşəkkür etmişdi. O, dünya memarlığı tarixində böyük bir iz buraxdı belə demək mümkünsə, bu sənətin şah zirvəsinə kimi ucaldı. Ona görə bu gün onun özündən sonra qoyub getdiyi ölməz sənət əsərləri milyonlarla adamı heyran qoymaqda davam edir. Təsadüfi deyil ki, dünyanın məşhur memarları onun yaradıcılığını intibah dövrünün zirvəsi hesab edirlər. Söhbət məşhur memar, nəinki orta əsr intibah dövrünün, həm sivil dünya arxitekturasının ustadı hesab edilən Sinanəddin Yusif Abdulmənnan (memar Sinan) oğlundan gedir.

Gələcəkdə dünyanı özünə heyran qoyaraq, memarlıq sənətinin şah zirvəsini fəth edəcək Sinanəddin Yusif 1489-cu il, aprel ayının 15-də Anadoluda Kayseri şəhəri yaxınlığındakı Ağrınəs kəndində xristian  ailəsində anadan olub. Sinanın həyatını araşdıran tədqiqatçıların böyük əksəriyyəti onun valideynlərinin mənşəcə yunan olduğunu yazırlar. Onun uşaqlığı ilk gənclik illəri həmyaşıdları olan türklərlə birgə keçmişdi. Türklərin sadəliyi, səmimiliyi  xristian olmasına baxmayaraq, onunla özləri arasında fərq qoymamaları Sinanəddinin qəlbində dərin izlər buraxmış bu, onun hələ uşaq yaşlarından İslama daha da sıx bağlanmasına səbəb olmuşdu. Bu sevgi məhəbbət isə sonradan onun öz adını türk-islam dünyasının bəşəriyyətin dahi memarları sırasına əbədi olaraq yazdırmasına gətirib çıxardı. 1512-ci ildə Sinanəddini hərbi xidmətə çağırırlar o Yeniçərilər korpusunda xidmət etməyə başlayır. Hələ o vaxt heç kim bilmirdi ki, hərbi xidmətə çağrılmaqla, Sinanəddinin qarşısında gələcək şöhrət zirvəsinə gedən yolun üfüqləri açılır. Bu, əslində onun üçün uğurlu başlanğıc demək idi. Az sonra gənc Sinanəddini hərbi xidmətini davam etdirməsi üçün İstanbula göndərirlər. İstanbulda 21 yaşında ikən o, könüllü şəkildə İslamı qəbul edir. Sinanəddin əvvəlcə, sultan sarayında xidmət etməli idi. Ancaq 21 yaş bunun üçün böyük hesab edilirdi. Ona görə onu Sultan kolleci nəzdində fəaliyyət göstərən yardımçı məktəbə oxumağa göndərirlər. Üç ildən sonra o, bu məktəbi başa vuraraq, arxitektor-mühəndis kimi orduda xidmətini davam etdirməyə başladı. Məktəbi bitirdikdən 3 il sonra isə o, I Sultan Səlimlə birgə Rodos adasının alınması ilə bağlı həyata keçirilən hərbi yürüşdə iştirak etdi. Bunun ardınca Sinanəddin  ehtiyat atlılar korpusunda Avtriya yürüşünə çıxdı. Bu yürüş zamanı Sinanəddinə kapitan rütbəsi verildi ona Sultanı mühafizə edən piyada kadet korpusuna komandanlıq etmək tapşırıldı. Bir müddət sonra isə Sinanəddini Avstriyadakı 62-ci atıcı korpusa komandan təyin etdilər o burada xüsusi bacarığı qabiliyyəti ilə ordu komandanlığının rəğbətini qazandı. Avstriya uğrunda gedən döyüşlərdə o, qala divarlarını müxtəlif binaları top atəşinə tutaraq, onların zəif yerlərini öyrənirdi. Bu da onun gələcəkdə əsrlərlə öz möhtəşəmliyini qoruyub saxlayacaq ölməz memarlıq incilərini yaratması üçün əsl həyat məktəbi oldu. Müntəzəm olaraq sultanla birgə hərbi yürüşlərdə iştirak edən Sinanəddinin həyatında 1535-ci ildə Bağdad səfəri mühüm rol oynadı. O, Sultanın mühafizə xidmətinin rəisi kimi Bağdadda, sonra isə Van gölü ətrafında aparılan inşaat işlərində iştirak etdi.

 

Gözlənilməz dönüş

 

Sultanla birgə iştirak etdiyi hərbi yürüşlər Sinanəddinin həyatında özünəməxsus iz buraxmışdı. O, bu hərbi yürüşlər zamanı müxtəlif ölkələrə xas olan memarlıq məktəbi üslubları ilə yaxından tanış olmuş imkan düşən kimi onları mükəmməl öyrənmişdi. Belə səfərlərdən birində onun sonrakı həyatında həlledici amilə çevriləcək gözlənilməz bir hadisə baş verdi. Belə ki Sultan Qanuni Süleymanla birgə Moldova yürüşü zamanı Sinanəddinə Prut çayı üzərindən ordunun keçməsi üçün körpü qurulması tapşırıldı. Sultan tələsirdi ona görə Sinanəddinə bu işi mümkün qədər qısa müddətdə yerinə yetirməyi tapşırmışdı. Sinanəddin dərhal işə başladı   sultanın müəyyən etdiyi vaxtdan 7 gün tez, 13 günə bu körpünü inşa etdi. Bu körpü o qədər davamlı keyfiyyətli inşa edilmişdi ki, Sultan Qanuni Süleyman buna görə Sinanəddinə şəxsən təşəkkür etmişdi. Bundan sonra o, orduda memar Sinan adı ilə tanınmağa başladı. 1538-ci ildə Qahirə şəhəri Osmanlı tərəfindən ələ keçirildi. Sultan Qanuni Süleyman onu həmin şəhərin baş memarı təyin etdi. Memar Sinana şəhərin planına uyğun gəlməyən onun görünüşünə xələl gətirən istənilən binanı yıxmaq yerində digərini inşa etmək tapşırıldı. Qeyd edək ki, Sultanın memar Sinana təşəkkür etməsi saraydakı Osmanlı memarları arasında Sinanın şöhrətini daha da artırmışdı. Bunun nəticəsi isə özünü çox gözlətmədi. 1539-cu ildə memar Sinanın komandirlərindən biri olan Çələbi Lütfi Paşa Osmanlı sarayının baş vəziri təyin edildi. Memar Sinanın imkanlarına dərindən bələd olan onu şəxsən yaxından tanıyan Çələbi Lütfi Paşa dərhal onu Osmanlı sarayının baş memarı təyin etdi. Ona Osmanlı imperiyası daxilində həyata keçirilən tikinti-quruculuq işlərinə başçılıq etmək tapşırılmışdı. Bu vəzifədə memar Sinan Osmanlıda memarlığın yeni yüksəliş dövrünə qədəm qoymasına xidmət edən əvəzsiz işlər gördü. 40 il ərzində o, yorulmaq bilmədən Osmanlının hər yerində ölməz memarlıq inciləri inşa etdirdi yeni bir memarlıq məktəbinin əsasını qoydu.

 

İlk əsərlər

 

Memar Sinan Osmanlı sarayının baş memarı təyin edilməzdən əvvəl üç möhtəşəm əsər inşa etdirmişdi. Onlardan biri, Hələb şəhərindəki Xosroviyyə, digərləri isə Qəbzədəki Çoban Mustafa Paşa İstanbuldakı Xürrəm Sultan kompleksləridir. Hələbdəki Xosroviyyə kompleksində Sinanın özünəməxsus memarlıq üslubu nəzərə çarpır. O burada təkqübbəli camiyə daha bir qübbə əlavə edərək onu Osmanlı memarlığının İznik Bursadakı analoji memarlıq xüsusiyyətlərinə uyğunlaşdırdı. Bundan əlavə, kompleksdə memar Sinan əlavə olaraq mədrəsə, hamam, qonaq evi tikdirmişdir. Xosroviyyə bununla da orijinal yeni tipli bir memarlıq nümunəsi oldu. Qəbzədəki Çoban Mustafa Paşa kompleksində isə memar Sinan rəngli daş qabartmalarından xüsusi bəzəmələrdən istifadə edib. Kompleksdə məscid, türbə digər binalar bir-birinə uyğun şəkildə inşa edilib. Memar Sinanın İstanbuldakı Xürrəm Sultan kompleksi o dövrün memarlıq nümunələrini tam şəkildə özündə əks etdirməkdədir. Ardı var...

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 22-23 aprel.- S. 12.