Canım fəda
olsun Sənin yoluna...
Hər könül
bir eşqdən coşar, hər qəlb bir ritminən
vurar. Hər gülün bəxtinə
bir bahar düşər, hər qulun bəxtində bir ağası var... Mən Sənin kölən olummu? Dərgahının
qapısına layiq görərsənmi bu üzü qara qulunu? Ayağının tozunu əta edərsənmi bu quluna, üzünə sürsün, başına
qoysun?
Hər könül
bir eşqdən coşar, hər qəlb bir ritminən
vurar. Hər gülün bəxtinə
bir bahar düşər, hər qulun bəxtində bir ağası var... Mən Sənin kölən olummu? Dərgahının
qapısına layiq görərsənmi bu üzü qara qulunu? Ayağının tozunu əta edərsənmi bu quluna, üzünə sürsün, başına
qoysun?
Məndə “mən”
adlı bir şey qalmasın, məni sən yenidən inşa eylə! Məni odda dəmir kimi ərit, dəyirmanda dən kimi üyüt, yandır, dondur, kəs, əz, yenidən inşa eylə, məndə məndən bir şey qoyma, amma yolundan ayırma,
izindən azdırma,
“ümmətim” dediklərindən
kənarda qoyma, Sənsiz buraxma!
Canım fəda
olsun Sənin yoluna, adı gözəl, özü gözəl Məhəmməd!
Şəfaət eyləgil kəmtər quluna, adı gözəl, özü gözəl Məhəmməd!
Yunus Əmrə
elə bildi ki, Veysəl Qaraninin dilindən deyib bu sözləri,
bir də gördü ki, milyonlar bir ağızdan
oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım
fəda olsun...” Candan daha dəyərli
nəyi var ki, sevənlərin.
Sən Allahın
sevdiyisən, Allahın
sevdiyini sevəni Allah
sevər, Allahın sevdiyini sevən Allahı sevər.
Məhəmməddən
oldu məhəbbət
hasil
Məhəmmədsiz
məhəbbətdən nə
hasil?
Sevməyi Sən
öyrətdin bizə,
Səndən öyrəndi
bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?
Göndərən Səni Aləmlərə
Rəhmət olaraq, Mərhəmət olaraq, ən böyük nemət, ən böyük dəstək olaraq göndərdi. Sənin adın yetər aşiqlərə.
Hansı könüldə,
hansı cümlədə
adın çəkilərsə,
bərəkət toxumları
kimi boy verər o yerdə.
Sənin üzün
hörmətinə yaradılmadımı
bu dünya, Sənin üzün hörmətinə biz də
var olmadıqmı? Səndən başqa nəyimiz, Sən olmayan yerdə nə işimiz olacaq ki bizim?
Dünya nəyə
sahibsə Onun vergisidir həp,
Mədyun Ona
cəmiyyəti, mədyun
Ona fərdi.
Mədyundur o Məsuma
bütöv bir bəşəriyyət.
Ya Rəbb,
bizi məhşərdə
bu iqrar ilə həşr et!
Bu
bənddə deyildiyi kimi bəşəriyyət
nəyə sahibsə
hamısı Onun üzü hörmətinə
verilməyibmi? -Nə
qədər də dəqiq, doğru-düzgün,
olduğu kimi ifadə edib iman şairi Mehmet Akif Ərsoy.
Şeir onda şeir olur ki, yüz il
sonra yaşayanların
da hissinə eyni dərəcədə
tərcüman olur. Şair onda şair olur ki, əsrlər sonra da insanlar
onun hisslərini, duyğularını paylaşırlar.
Əslində o şeir
bir dua kimi,
bir türkü kimi qiyamətə qədər səslənəcək
və səsləndikcə
də müəllifinə
dua qazandıracaq.
Allah qəni-qəni rəhmət
eləsin o sətirlərin
müəllifinə!
O
sonsuz Nurdur, O, dünyaları da, könülləri də,
işıqlandıran, nicat
yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm
bir nurdur ki, Günəş də, Ay da işığın Ondan alır; ancaq hərəkət halı ilə varlığını
davam etdirən bu kainat Onun
başına fırlanır,
Onun pərvanəsi olaraq dəyər qazanır:
Bir əcəb
Nur kim, Günəş pərvanəsi.
Bunu da “Nəti-Şərif”i ilə
könüllərə düşən
Süleyman Çələbi
söyləyib, söyləyib
də, nə gözəl söyləyib.
Hər gözəlliyin
zirvəsi Onda görünüb. Adəm
oğlu bu dünyada ondan gözəlini görməyib,
görməyəcək də.
Məhəmməd Füzüli
Onun çöhrəsinin
gözəlliyini misli
görünməmiş və
görünməyəcək bir gül hesab edir:
Suya versin bağban, bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz üzün
tək, versə min gülzarə su.
Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər
Ona bir şey
qazandırmayıblar, sadəcə,
onun adını öz şeirlərinə
qatıb, yazdıqlarına
da, duyğularına da bərəkət tapıblar.
Ona Allah-Təala
və mələkləri
səlatü-salam edirlər.
Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir,
mərhəmətidir, müzəffər
qılmasıdır; mələklərin
səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına
əməl etməyimizdir.
Ata-oğul uzaq bir səfərə çıxırlar. Yolda ata ölür. Həm də elə bir yerdə
ki, nə gələn var, nə gedən. Oğul nə edəcəyini, atasını
harda dəfn edəcəyini fikirləşirkən
bir də baxır onun başı dəyişib bir heyvan başına
çevrildi. Gəncin
bir dərdi dönüb iki oldu: bu halda
onu necə torpağa basdırsın,
basdırmasın da neyləsin? Beləcə, atasının meyiti başında “Allah” deyə-deyə
ağlamağa başlayır.
O qədər ağlayır
ki, zamanın necə keçdiyindən
xəbər tutmur, yuxuda, ya ayıq
olduğunu belə anlamır. Bir də görür ki, üzü ay kimi nurlu bir
gənc gəldi, əlini uzadıb meyitin başına qoydu və baş əvvəlki halına döndü. Oğlan çox sevindi və nurlu gəncin əlinə-ayağına düşüb:
“Ey Allahın sevimli bəndəsi, Sən kimsən?”-dedi. Həmin gənc də: “Mən Həzrəti Məhəmmədəm.
Sənin atanın dünya həyatı o qədər də abad deyildi, amma
bir xasiyyəti vardı ki, harda mənim adımı eşitsə,
o andaca salavat gətirərdi. Mən də atanın bu halını və sənin fəryadını eşidib
Uca Rəbbimə üz tutdum və Onun izni
ilə gəldim”.
Bəli, O, içindən
gərilərək Onu
çağıran ümmətinin
hayına yetişər.
Onun adını ehtiramla anmaq, hər dəfə zikr etdiyimizdə və ya eşitdiyimizdə,
heç olmasa, “əleyhissalam” və ya “Ona salam
olsun!”- söyləmək
əmin olun ki, boşa getməz
və gün bir xəzinə kimi qarşımıza çıxar.
O,
bir şey soruşurdusa, öyrətmək
üçün soruşurdu,
O, bir şey istəyirsə, vermək üçün istəyir;
Onun yolunu tutmaq Ondan çox
bizə qazandırar, bizi qurtuluşa çıxarar. bizim qurtuluşa çıxmağımız
da Onun qazancı
olar.
Allah-Təala buyurur ki, Allahı sevdiyini söyləyənlər Onun
yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın,
Ali-İmran surəsinin
31-ci ayəsində buyurulur.
Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Rəsulullahı sevmək
həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın
mümkün olmadığını
da bizə göstərir.
Onun yolunu tutan Allaha təslim
olmuş sayılır.
Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən
örnək mənzərələr
toplusudur.
Onu sevdiyini
iddia eləmək asan iş deyil.
Onu sevmək dostun, qonşunun, əminin, dayının, xalanın, bibinin xətrini istəmək, valideynləri, ömür-gün
yoldaşını sevməyə
bənzəməz. Allah və
Rəsulullah sevgisi hər sevgidən ucadır, müqayisə edilməz. Bir insanı sevəndə o sevgidən özünə
nəsə bir pay ayırırsan, Allah və
Rəsulullah sevgisi isə tam təslimiyyət
deməkdir. Əgər
birisi Allahı və Rəsulullahı bütün insanlardan, bütün sevdiklərindən,
öz canından artıq sevmirsə, yalandan “sevirəm” söyləməsin. Bunu biz
demirik, Rəsulullah Özü
buyurur.
Zaman.- 2010.- 22-23 aprel.- S. 9.