Quran Ramazanda nazil olub

 

Oruc zamanı bir kənara qoyulan yemək-içmək ləzzəti birdən-birə insanı mələklərə məxsus xüsusiyyətlərə qovuşdurur və ruh bir anlıq ucalaraq dünya həvəsindən azad olur             

Oruc zamanı bir kənara qoyulan yemək-içmək ləzzəti birdən-birə insanı mələklərə məxsus xüsusiyyətlərə qovuşdurur və ruh bir anlıq ucalaraq dünya həvəsindən azad olur. Öz vətənindəki kimi xoşbəxt olur.

Rəsulullah (s.ə.s.) bazar ertəsi və Quranın nazil olmağa başladığı cümə axşamı günlərini oruc tutmaqla keçirirdi. Oruc Allah adına nəfsin dünyadan və zövqlərdən uzaqlaşdığı bir ibadətdir. Qəlblərə məna aləmindən açılan ziyafət süfrəsinin zövqü də yalnız nəfslərin təslim olaraq səcdə etdiyi oruc anlarında ola bilər.

Kainatın Fəxri - Peyğəmbərimiz (s.ə.s.) on iki il Məkkədə ağlasığmaz təhqirlərin, çətin günlərin acılarını orucun sonsuz sirri içində aradan qaldırırdı. Həmin illərdə yenə də bazar ertəsi və cümə axşamları olmaqla adamlarına oruc tutmalarını bildirmişdi. Sonda Mədinənin rahat günləri başladı. Çox təəssüf ki, şər əməllilər burada da Rəsulullahı rahat qoymur, qəlblərdə açılan iman çiçəklərinə kölgələr salmağa çalışırdı. Nəhayət Peyğəmbərimizin incə və hikmətli dualarına İlahi cavab verildi: “Oruc tutun”.

Bundan sonra oruc ayələri nazil olmağa başladı. Allah-Təala (c.c.) orucla yanaşı İslam aləminə, eləcə insana verilən sonsuz möcüzəli hikmətlərini göstərmək üçün ilk Ramazan ayında Bədr möcüzəsini verdi. Məkkə müşrikləri ilk oruclarının hələ yarısında olan müsəlmanlara hücum etdilər, lakin oruc sirrilə təmizlənən, qəlbləri nur dolu bir qrup islam mücahidinin dizləri qarşısında əridilər.

Allah-Təala İslamın müəyyən mənada xilasını quruluşunu bildirən Bədr qələbəsini verməklə: “Qəlblərin qarşısını kəsən nəfs pərdəsini orucun səmimiyyət odu ilə yandırın ki, sizə böyük fəthlər verimdemək istəmişdi.

 

Orucdakı bu qədər sirr haradandır?

 

Təmizlənmə qəlb pəncərəsi qarşısındakı iki qalın pərdənin aradan qaldırılmasından asılıdır. Bunlardan biri yeyib-içmək, digəri isə cinsi ehtiraslardır. Əsas olan həmin hisslərdən tam şəkildə ayrılmaq deyil, Allah adına bu hissləri müəyyən vaxta qədər dayandırmaqdır. Bütün həyat boyu çalışıb dərk edə bilmədiyimiznəfs kasası”nın gizli şifrələrini əldə etməyin ən doğru yolu da elə budur.

Nəfsin bizi məna aləmindən məhrum etmək üçün qurduğu hər bir hiyləni aradan qaldırmaq orucun ən mühüm məqsədidir. Elə oruc tutan insanın davranışları ilə bağlı dinin hökmləri dediklərimizi üzə çıxarır.

Orucunməna”dan irəli gələn bir sirr olduğu, hətta ilk dəfə oruc tutanlar tərəfindən bilinir. Oruc tutan insan az qida enerji aldığına görə hissləri zəifləyəcəyi halda əksinə, qüvvətlənir. Daha yaxşı qoxu hiss etməyə başlayır. Qulaqları gözləri daha həssas aydın olur. Çünki insan beynin hüceyrələrindən əmrlər almır, bu zaman ruhun qüvvətli himayəsi altına düşür. Müəyyən vaxtdan sonra orucun gətirdiyi bu müsbət cəhətin mənadan gələn hisslərin sirri yüksəlir. Mömin Allaha aparan yolda qəlbinə ruhuna tikan kimi batan dünya ehtiraslarının çirkinliyindən xilas olur. Əvvəllər atdığı hər bir addımında əziyyət çəkdiyi halda, oruc tutduqca sürətli addımlarla mənalar aləminə yaxınlaşdığını görür. Bir müddət sonra isə gündüzlər Allah üçün yeməməyin, axşamlar isə Allah üçün yaşamağın başqa bir həzz olduğunu hiss edir. Elə Allaha qulluq etməyin sirri yemək, içmək, ehtiraslar ardınca qaçmaqda deyil, bütün davranışlarını Allah üçün etməkdədir. Həmçinin bir müsəlman Ramazan ayında sırf xeyir əməllərlə məşğul olmaq kimsəsiz insanlara kömək etmək niyyətilə pul qazanırsa, Allahı razı saldığını hiss edir. Bu mənada oruca nəzər yetirdiyimiz zaman İslamdan başqa heç bir dində olmayan böyük sirr ortaya çıxır: Həyat, Allahın əmri olan bir vəzifə kimi davam etdirilməlidir. Bunun ən yüksək səviyyədə hiss ediləcəyi ibadət isə orucdur.

 

Həmin gözəl ibadət bizim dörd əsas amilimizin hər birinə eyni vaxtda həyat verən sirrə malikdir.

 

1 - Orucun insan ruhuna verdiyi həyati həzz

 

Ruhumuz ruhlar aləmindən gələrək vücudumuza həbs olunduğu zaman dünya çətinlikləri içində olan nəfsin əzablarını çəkir. Yaxşı bildiyi əsl gözəlliklər olduğu halda, sınması labüd olan bir oyuncaqdan heç bir fərqi olmayan dünya arxasınca düşmək onun üçün çox ağırdır. Oruc zamanı bir kənara qoyulan yemək-içmək ləzzəti birdən-birə insanı mələklərə məxsus xüsusiyyətlərə qovuşdurur ruh bir anlıq ucalaraq dünya həvəsindən azad olur. Öz vətənindəki kimi xoşbəxt olur.

 

2 - Orucun insan qəlbinə verdiyi həzz

 

İlahi sevgiylə nəfəs alaraq yanıb-alışan qəlb nəfsin çirkli pərdəsi altında qıvranmaqdanHayy” (dirilik, canlılıq) sirrinə çatmır. Bu səbəbdən bütün nuru sönür qaranlıq quyuda itib gedir. Oruc başladığı zaman qəlb ondan aralanan nəfs pərdəsinin arxasından ilahi gözəllikləri seyr etməyə başlayır yavaş-yavaş canlanaraq ən yüksək həzzə çatır.

 

3 - Orucun nəfsə verdiyi faydalar

 

Bütün ehtiras çaşqınlığına baxmayaraq, həmin xüsusiyyətində şikayət edən yenə nəfs özüdür. qədər çalışsa da xoşbəxt olmur. Çünki onun xoşbəxt olmaq üçün istifadə etdiyi ehtiras, əslində bədbəxtliyin əsas səbəbidir. Beləliklə nəfs, Ramazan ayında ehtiraslarına vurulan oruc yüyənilə həmin həqiqəti dərk edir bədbəxtliyin özündən olduğunu bilərək yavaş-yavaş əsl xoşbəxtliyə doğru hərəkət edir.

 

         4 - Orucun insan bədəninə verdiyi faydalar

 

Oruc bədənin gümrahlığı sağlamlığı üçün qızıl reseptdir. Bunları bir neçə əsas başlıqla qeyd etsək:

- Qəlbin qarşısındakı maye səddini azaltdığına görə su içməməklə qəlbə mütləq rahatlıq vermiş olur.

- Oruc xüsusən qan təzyiqini aşağı saldığı üçün qan dövranının ən yaxşı sakitləşdiricisidir.

- Oruc zamanı qanın tərkibindəki qida qalıqları xüsusilə son saatlarda tamamilə aradan qalxır ki, bunların əsasları da yağ qalıqlarıdır (lipid xolesterol).

- Oruc bütün həyat boyunca fasiləsiz fəaliyyət göstərən həzm sistemi hüceyrələrinə baxış üçün fürsətdir. Beləliklə Ramazan ayında mədə bağırsaqlardakı bir çox mənfi hallar aradan qaldırılır.

- Bir aylıq gözəl dincəlmədən sonra həzm ifrazı vəziləri daha yaxşı fəaliyyət göstərir.

- Cinsi funksiyalara qoyulan məhdudiyyətə görə hipofiz ifrazat vəziləri dincələrək normal hormonal nizam qazanır.

- Oruc hüceyrələrarası suda nisbi azalmanı təmin etdiyi üçün hüceyrələrin biosintez hadisəsini asanlaşdırır.

- Orucun hüceyrələrə xəbərdaredici təsiri inanan inanmayan qərbin bütün elm dairələrində qəbul olunur. Hətta xroniki xərçəng hadisələrində orqanizmdə toplanan zəhərli maddələri kənarlaşdırmaq üçün fasiləli oruc tətbiq edilir.

- Orucun ən böyük faydası isə birbaşa qaraciyər hüceyrəsinədir. Bütün həyat boyu fəaliyyət göstərən bir-birindən fərqli bir çox bioloji funksiyaları olan həmin hüceyrələr yalnız Ramazan ayında nəfəsalma imkanı qazanırlar.

 

 

Zaman.- 2010.- 19-20 avqust.- S. 2.