Rusların qazax soyqırımı (1)

 

Qazaxlara qarşı həyata keçirilən dəhşətli soyqırımı haqqında 1920-ci ilin sentyabr ayında Bakıda keçirilən Şərq xalqlarının qurultayındakı çıxışında Zinoyev belə deyib: Sovet hakimiyyətinin casusları ( ucqarlarda inqilabı həyata keçirən yerli rus idartəediciləri nəzərdə tutulur) kəndliləri (qazaxları digər etnik az- lıqları) incidir əllərindən torpağı alaraq onlarla geridə qalan irqin nümayəndələri kimi rəfrar edirlər

 

XVII-XVIII əsrdən başlayaraq rusların dünyanın siyasi səhnəsinə çıxması ilə onlara qonşu olan ölkələr özlərinin ən faciəli səhifələrini yaşamağa başladılar. Necə deyərlər, ruslar ətrafda yaşayan qeyri ruslara öz güclərini nümayiş etdirməyə onlara qarşı soyqırımı siyasəti həyata keçirməyə başladılar. Bu baxımdan ötən əsrin 20-30-cu illərində ruslar tərəfindən dəhşətli soyqırıma məruz qalan qazaxların faciəli taleyi diqqəti cəlb edir. 18-ci əsrin ortalarından başlayaraq Qazaxıstana qanlı əllərini uzadan Rusiya 19-cu əsrin 60-ci illərində bu qədim türk yurdunun işğalını başa çatdıraraq bir vaxtlar dünyaya onlarla qəhrəman sərkərdə siyasi xadim bəxş edən azadlıqsevər bir xalqı əsarət altına aldılar. Bundan sonra ruslar müntəzəm olaraq qazaxların assimiliyasiyası onların tarixin səhnəsindən məhv olub getməsi siyasətini həyata keçirməyə başladılar. Qazaxların buna azacıq müqaviməti onların kütləvi şəkildə öldürülməsinə gətirib çıxarırdı. Nəticədə qazaxların sayı sürətlə azalmağa başladı. Rus zülmünə tab gətirə bilməyən qazaxların bir hissəsi isə qonşu ölkələrə, o cümlədən Əfqanıstana, Çin Monqolustana köç etməyə məcbur oldular. Amma qazaxlar özlərinin ən faciəli günlərini Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra yaşadılar. Bolşeviklərin qazaxlara qarşı ən ağır soyqırımı siyasətinin əsası 1918-1919-cu illərdə qoyuldu. I Dünya müharibəsi nəticəsində iqtisadiyyatı başdan ayağa dağılan aclığın pəncəsində boğulan bolşevik Rusiyası özünü lazımi qədər ərzaqla təmin etmək üçün əsarəti altında olan qeyri-rus xalqlarını çapıb talamaq siyasəti yeritməyə başladı. İlk hədəf kimi isə qazaxlar seçildi. Rusiyanın ərzaqa olan ehtiyacını ödəmək üçün bolşeviklər 1919-cu ilin yanvar ayında xüsusi tədbirlər həyata keçirməyə başladılar. Xüsusi cəza dəstələri qazaxların yaşadıqları aullara gələrək kütləvi şəkildə onların mal-qaralarını əllərindən alır azacıq müqavimət üstündə onları yerindəcə güllələyirdilər. Həmin dövrdə əsasən köçəri həyat sürən qazaxlarda taxıl məhsulları az idi ona görə cəza dəstələri ya belə demək mümkünsə, silahlı vergiyığanlar qazaxların mal-qaralarını müsadirə edərək yeganə dolanışıq vasitələrini əllərindən alır onları bununla ölümə sürükləyirdilər. Cəza dəstələrinin bu hərəkətləri nəticəsində isə on minlərlə qazax acından kütləvi şəkildə tələf olmağa başladı. Qazaxlara qarşı soyqırmı siyasətinin öncədən hazırlanmış xüsusi ssenari əsasında həyata keçirildiyini Türküstan inqilabının rəhbəri Tobolinin dedikləri bir daha sübut edir. Tobolin Türküstan Mərkəzi İcraiyyə Komitəsinin iclaslarından birində qazaxlara olan nifrətini gizlədə bilməyərək açıq şəkildə belə demişdi: “Qırğızlar (qazaxlar) marksizm baxışları nöqteyi nəzərindən, iqtisadi baxımdan çox zəifdirlər onlar bütün hallarda məhv olmağa məhkumdurlar. Ona görə inqilab üçün ən vacibi qazaxların acından ölmələrinin qarşısını almaq deyil, onlardan döyüşən cəbhənin təmini üçün lazım olan qədər vergi toplamaqdır

 Bolşevik Rusiyasının ac qarnını doydurmaq naminə qazaxların əllərindən onların yaşamaq üçün ən zəruri olan ərzaq mallarını heyvanlarını zorla almaq siysəti nəticəsində əhalinin böyük hissəsi kütləvi şəkildə məhv edildi. Acından yaxalarını zorla qurtaran qazaxların bir hissəsi isə ölkəni tərk etməyə başladı. Məsələn, Perovskı (indiki Qızıl Orda) qazax xalqını qatı düşməni kimi ad çıxaran Qerjot idarə edirdi. Onun əmri ilə cəza dəstələri əhaliyə divan tutur, olan qalan var-yoxlarını əllərindən zorla alır acından ölməmək üçün onlara heç saxlamırdılar. Nəticədə qazaxlar Qızıl Ordanı kütləvi şəkildə tərk edərək qonşu ölkələrə köç etdilər. Buna baxmayaraq qazaxlar arasında aclıqdan ölənlərin sayı həddindən artıq çox idi. Bununla əlaqədar tədqiqatçı Turar Rıskulov yazır :Ölənlərin sayı çox böyük rəqəmlərlə ifadə olunur.”  Mənbələr həmin dövrdə təxminən 1 milyon 114 min nəfər qazaxın məhv edildiyini göstərir Sovet tarixçiləri bunu təkzib etmirlər. Bu da, yumşaq şəkildə desək, Moskvanın ucqarlarda həyata keçirdiyimilli azadlıq mübarizəsisiyasətinin hansı məqsədlərə xidmət etdiyini bir daha aydın göstərir. Sovet hakimiyyətinin xilas edilməsi naminə siyasətdən xəbərsiz heç bir günahı olmayan milyonlarla qazaxı ölümə göndərmək isə nəinki qazax xalqının, həm bəşər tarixinin ən qara səhiflərindən biri hesab edilə bilər. Digər xalqlar kimi qazaxlara qarşı da həyata keçirilən belə bir soyqırımı siyasətinin köklərini isə rus faşizminin, rus vəhşətinin özünəməxsusluğunda axtarmaq lazımdır. Təsadüfi deyil ki, Rıskulov bununla əlaqədar yazır: “Ölümə göndərilən insanlar ( qazaxlar) sovet hakimiyyətini xilas etdilər. Mən fransız kommunistlərindən soruşmaq istəyirəm: Əgər onlar hakimiyyətə gəlsəydilər, onda o vaxt əsarətləri altında olan marksizm nöqteyi nəzərinə görə zəif olan xalqları- suriyalıları, mərakeşliləri, hind-çinliləri inqilabı qorumaq naminə bu şəkildə məhv edərdilərmi?”

Perovskda ( Qızıl Orda) mütəlqiyyətçi Qerjotun zülmündən elliklə digər yerlərə köç etməyə məcbur olan qırğızların (qazaxlar) 1 milyonu öldü. Bilirsiniz, bu barədə kapitalst Fransasındakı qəzetlər yazmırlar.  Bu barədə  Pravda” qəzetinin 1920 -ci il iyun ayının 20-də çıxan 133-cü sayında yazılıb.

Yenə qazaxlara qarşı həyata keçirilən dəhşətli soyqırımı haqqında 1920-ci ilin sentyabr ayında Bakıda keçirilən Şərq xalqlarının qurultayındakı çıxışında Zinoyev belə deyib: Sovet hakimiyyətinin casusları ( ucqarlarda inqilabı həyata keçirən yerli rus idarəediciləri nəzərdə tutulur) kəndliləri (qazaxları digər etnik azlıqları) incidir əllərindən torpağı alaraq onlarla geridə qalan irqin nümayəndələri kimi rəfrar edirlər

Prostorədəbi jurnalının baş redaktoru Valeri Fyodoroviç Mixaylov isə yazır: “Əgər 30-cu illərdə ( ötən əsr nəzərdə tutulur)1,5-2 milyon nəfər qazax ölmüşdüsə, ilk aclıq dövründə (1919-1922-ci illər) 1 milyona yaxın qazax onun qurbanı olmuşdu. Həqiqətən , qazaxlar 10-15 il ərzində öz əhalisinin yarısını itirdilər. Dünya tarixi belə böyük həcmdə həyata keçirilən faciə ilə bu günə kimi üzləşməyib. Ona görə hər bir qazax sadəcə olaraq bu faciəni unutmamalıdır

Tarixçi alim Musayev B. A isə yazır ki, o dövrdə qazaxlara qarşı həyata keçirilən belə bir siyasət onların məhvinə gətirib çıxardı. Digər tarixçi alim Malışeva Mariya Prokopyevna isə o dövrdə qazaxlara qarşı həyata keçirilən belə bir siyasəti pisləyərək bunu onların milli faciəsi adlandırmışdı.

 Necə deyərlər sonralar Ukrayna xalqının məhvinə yönələn aclıq siysətinin əsası məhz 1919-1922-ci illərdə Qazaxıstanda qoyulmuşdu.

 Amma rusların qazax xalqını aclıqla məhv etmək siyasətindən əl çəkmək niyyətində deyildilər.

Bunu bu hadisələrdən 10 il sonra Rusiyanın qazax xalqına qarşı həyata keçirdiyi yeni soyqırım siyasəti bir daha sübut etdi

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 21-23 avqust.- S. 11.