Milli Teatr FestivalınaÖlüm hökmüilə start verildi

 

Milli Teatr FestivalınaÖlüm hökmüilə start verildi - Dünən Gənc Tamaşaçılar Teatrında Bakıda ilk dəfə olaraq keçirilən Milli Teatr Festivalına Gəncə Dövlət Dram Teatr kollektivinin hazırladığı iki hissəliÖlüm hökmüdramı ilə start verildi.

Dünən Gənc Tamaşaçılar Teatrında Bakıda ilk dəfə olaraq keçirilən Milli Teatr Festivalına Gəncə Dövlət Dram Teatr kollektivinin hazırladığı iki hissəliÖlüm hökmüdramı ilə start verildi.

Dünən Gənc Tamaşaçılar Teatrında Bakıda ilk dəfə olaraq keçirilən Milli Teatr Festivalına Gəncə Dövlət Dram Teatr kollektivinin hazırladığı iki hissəliÖlüm hökmüdramı ilə start verildi. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun ElçininÖlüm hökmüromanı əsasında quruluş verdiyi tamaşa alqışlarla qarşılandı. Tamaşanı izləyənlər arasında bu əsərin müəllifi, xalq yazıçısı Elçin vardı.

Müasir dövrümüzdə tamaşaçını heyrətləndirmək hər kəsə nəsib olmur. LakinÖlüm hökmü”, sözün həqiqi mənasında, tamaşaçını heyrət qarşısında qoya bildi. Aktyorlar- İlham Hüseynov, Salam İsmayılov, Şükufə Salmanova, xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər - Məmmədəli Balayev, Ramiz Vəliyev onlara tapşırılan rolları elə təbi oynayırdılar ki... Təbii ki, bu hər şeydən əvvəl, Elçinin bu əsərə quruluş vermiş Bəhram Osmanovun birgə əməyinin nəticəsi idi. Məlumat üçün bildirək ki, “Ölüm hökmüsovet ideologiyasının 70 illik fəaliyyətini bütün reallığı ilə göz önündə canlandırır. Həmin hakimiyyətin azəri türklərinə münasibəti ictimai fəaliyyətlərindəki dözülməz hallar bu tamaşada tənqid edilir.

Festivalın açılış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu tədbirdə respublikada fəaliyyət göstərən 27 teatrın iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor rejissorların iştirakı ilədəyirmi masa”nın keçirilməsi nəzərdə tutulub: “Teatr festivalı noyabr ayınadək davam edəcək. Fikrimcə, festival Azərbaycan teatrının inkişafına xidmət edəcək. Bu festival həmçinin region teatrlarının məsuliyyətini artırmış olacaq”. O, həmçinin Milli Teatr Festivalının ölkə başçısınınAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramının təsdiq edilməsi sərəncamına əsasən həyata keçirildiyini bildirdi.

 Elçin jurnalistlərlə söhbətində Milli Teatr Festivalına Gəncə Dövlət Dram Teatrının tamaşası ilə start verilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Tamaşadan sonra sualımızı cavablandıran xalq yazıçısıÖlüm hökmü”nün yüksək peşəkarlıqla hazırlandığını söylədi.

 

 

QVAMI MƏHƏBBƏTOĞLU

 

Zaman.- 2010.- 23-24 fevral.- S.13.