Xaçlıların qənimi Böyük sərkərdə və dövlət xadimi Səlahəddin Əyyubi (3)

 

Son döyüşdə düşmən qarşısında geri çəkilməsini özünə sığışdıra bilməyən Səlahəddin Əyyubi qısa müddətdə qüvvələrini  cəmləşdirərək xaçlıların üzərinə yeridi

 

Son döyüşdə düşmən qarşısında geri çəkilməsini özünə sığışdıra bilməyən Səlahəddin Əyyubi qısa müddətdə qüvvələrini  cəmləşdirərək xaçlıların üzərinə yeridi. O, 1177-ci il, oktyabr ayının 25-də Remle şəhəri yaxınlığında xaçlılara ağır zərbə endirərək Qüdsə doğru hərəkət etdi. Lakin uzun yol gələn qoşun yorulduğundan əsgərlər arasında döyüş ruhu azalmışdı. Üstəlik, düşmən Qüdsü uzun müddət müdafiə etmək üçün əvvəlcədən xüsusi tədbirlər görmüşdü. Ona görə də böyük sərkərdənin Qüdsü ələ keçirmək niyyəti bu dəfə baş tutmadı. Bunu görən Səlahəddin əsgərləri qarşısında: “Biz İslam dünyasının ən əziz müqəddəs şəhərini düşmənin əlindən qurtaracaq, xaçlıların təhqir etdiyi, dağıtdığı məscidlərimizi onların əllərindən alacaq orada müqəddəs İslam bayrağını dalğalandıracağıq. Biz bunu hökmən edəcəyik. Qüds əbədi olaraq islam şəhəri olacaq, buradan göylərə gecə-gündüzAllahu Əkbərnidaları ucalacaq”,-deyərək ağlamışdı. Onun bu halı əsgərlərini xeyli mütəəssir etmiş onlar da bu müqəddəs vəzifəni həyata keçirmək üçün ciddi səylə savaşacaqlarını Səlahəddinə vəd etmiş, müqəddəs Qurani-Kərimə and içmişdilər. Düşmənin gücünə yaxşı bələd olan Səlahəddin Əyyubi Qüdsün ələ keçirilməsinin asan olmayacağını bunun böyük itkilər hesabına başa gələcəyini yaxşı anlayırdı. Ona görə döyüş taktikasını dəyişmək qərarına gəldi. O, şəhərin tamamilə xaricdən əlaqəsini kəsmək, onlara əlavə yardım gəlməsinə imkan verməmək üçün  bölgədəki şəhər kəndləri bir-bir nəzarəti altına almağa başladı.

1178-1179-cu illərdə Fələstində xaçlılara ağır zərbələr vuran Səlahəddin onların canına vəlvələ salmışdı. İş o yerə gəlib çatmışdı ki, xaçlı ordusu üzərlərinə bu böyük sərkərdənin komandanlıq etdiyi İslam əsgərlərinin gəldiyini eşidən kimi döyüşə girməkdən çəkinərək, kütləvi şəkildə geri çəkilirdi. 1179-cu ilin yayında Səlahəddin Şəria çayı sahillərindəki Yaqub körpüsü yaxınlığında olan alınmaz qala hesab edilənYaqub keçidiadlı qalanı fəth etdi. İslam əsgərlərinin zəfər yürüşləri qarşısında uzun müddət davam edə bilməyəcəklərini anlayan xaçlılar sultanın (ordu komandanının) yanına bir-birinin ardınca elçilər göndərərək, sülh bağlanmasını ondan xahiş etdilər.

Həmin dövrdə Səlahəddin Əyyubi orduya bir qədər dinclik vermək bundan istifadə edərək ölkə daxilində ona gələ biləcək təhlükələrin qarşısını almaq istəyirdi. Ona görə xaçlıların təklifini qəbul edərək, onlarla iki il müddətinə sülh elan edilməsi barədə anlaşma imzaladı. Amma xaçlılar bu anlaşmanı pozaraq, Misirə gedən karvanlara hücum edərək, onları qarət etməyə başladılar. Onlar bununla da düşmənlərini iqtisadi cəhətdən zəiflətmək onun başını maliyyə problemlərinin həllinə cəlb etmək istəyirdilər. Səlahəddin dərhal bunu başa düşdü xaçlılara elçi göndərərək onlardan sülh anlaşmasına əməl etmələrini, həmçinin yağmalanan karvanlara görə təzminat tələb etdi. Xaçlılar Səlahəddinin onların yanına elçi göndərməsini hərbi güc yolu ilə danışmamasını onun qorxması zəifliyi kimi qəbul etdilər. Ona görə   sultanın ( Səlahəddin) tələbini saya salmadılar onun elçilərini təhqir etdilər. Səlahəddinin bunu eşidən kimi  orduya yürüş əmri verdi. 1180-ci ilin fevral ayında Kerek bölgəsi ələ keçirildi. Bundan sonra xaçlılar qarşı tərəfin təzminat tələbini ikiqat ödəməyə məcbur oldular.

Amma xaçlılardan gələ biləcək təhlükə böyük idi. Ona görə də Səlahəddin xaçlılarla problemi birdəfəlik həll etmək və Qüdsü ələ keçirmək məqsədi ilə Misir və Suriyada kütləvi səfərbərlik həyata keçirdi. Qeyd edək ki, həmin dövrdə Suriya, Şimali İraq və Misir tamamilə Səlahəddinin idarəçiliyi altında idi. Bunu eşidən xaçlılar da nəzarətləri altında olan bölgələrdə səfərbərlik keçirərək, böyük ordu topladılar. Amma o dövrdə bir müddət tərəflər bir-birilərinə qarşı ciddi hərbi əməliyyat keçirmədilər. Yalnız tərəflər arasında kiçikhəcmli döyüşlər baş verirdi ki, bu zaman da, adətən, məğlub tərəf xaçlılar olurdular.

 

Hattın döyüşü

 

Təxminən 4-5 illik fasilədən və tərəflərin öz qüvvələrini yenidən toplamasından sonra yeni döyüş qaçılmaz oldu.

Qüds kralı Quy 20 min nəfərlik əsgərlə Səfuriyyə ətrafına gələrək burada döyüş mövqeyi tutdu. Səlahəddin Əyyubi də 1187-ci ilin yayında ordusu ilə Taberiyyə gölü ətrafına gəldi. Həmin ilin iyul ayında Səlahəddin hücumla Taberiyyə şəhərini ələ keçirdi. Bu şəhər alınan zaman xaçlılar arasında fikir ayrılıqları baş verdi. Belə ki, onların bir hissəsi ətrafdakı su quyularını ələ keçirərək Səlahəddinin ordusunu susuz qoymaq istəyirdilər.Trablus kralı Raymond isə, əksinə, Səlahəddinə qarşı Taberiyyə qalasında güclü müqavimət göstərilməsinin tərəfdarı idi. Amma Taberiyyənin alınmasından sonra xaçlılar Səlahəddinə Hattin ətrafında ağır zərbə vurmaq niyyətinə düşdülər və əsas qüvvələrini oraya çəkib apardılar. Düşmənin məqsədini dərhal anlayan böyük sərkərdə ordusunu döyüşə hazırlıq  vəziyyətinə gətirdi. Nəticədə Hattin ətrafında tərəflər arasında qızğın döyüş baş verdi. Bu döyüşdə xaçlılar ağır məğlubiyyətə uğradılar, onların sərkərdləri isə əsir alındı. Əsir alınanlar arasında illərlə nəzarətləri altında yaşayan, müsəlmanlara zülm edən xaçlı məmurlar da vardı. Onların dinc müsəlmanlara etdikləri zülmlər Səlahəddinə də çatmışdı və ona görə də onların hamısını edam etdirdi. Düşmən üzərində zəfər yürüşünü davam etdirən Səlahəddin Hattin döyüşündən sonra Akka, Nasıra, Nablus, Hayfa, Cinin və Arsuf şəhərlərini ələ keçirdi. Sonra o, ordusuna istirahət verdi və bir neçə aydan sonra yeni yürüşə çıxaraq Tibnin, Sayda Cübeyl və Beyrutu fəth etdi. Amma onun əsas hədəfi Qüds şəhərini ələ keçirmək idi. Yeri gəlmişkən, onu da deyək ki, xaçlılar 1096-1099-cu illərdə (1-ci xaç yürüşü) Fələstinə hücum edərək, Qüdsü ələ keçirmişdilər və o vaxtdan bəri keçən yüz il ərzində müsəlmanların bu müqəddəs şəhəri işğal altında idi.

 

 

Zaman.-2010.- 15-16 iyul.-S. 7.