Ukraynalıların soyqırımı - Qolodomor (3)

 

2003-cü il, may ayının 14-də Ukrayna Ali Radası (parlamenti) Qolodomoru ruslar tərəfindən ukraynalılara qarşı həyata keçirilən soyqırımı kimi tanıdı.Bundan sonra dünyanın 10 ölkəsi də Qolodomoruukraynalıların soyqırımı kimi tanıdığını bəyan etdi. Ukrayna bu məsələnin Moskva tərəfindən də tanınması barədə dəfələrlə Rusiyarəhbərliyi qarşısında qaldırıb.

1959-cu ildə aparılan siyahıyaalma zamanı Ukraynada həyata keçirilən soyqırımı - Qolodomorun dəhşətləri üzə çıxdı. Məlum oldu ki, Ukraynada 1926-1959-cu illər ərzində ukraynalıların sayı cəmi 1,5 milyon nəfər artıb. Lakin həmin dövrdə Ukraynada rusların sayı isə  14-15 milyon nəfər çoxalıb. Halbuki həmin dövrdə SSRİ-nin işğalçılıq siyasəti nəticəsində qonşu ölkələrdən ukraynalılar yaşayan Qaliçina, Zakarpatye Bukovina vilayətləri Ukraynanın tərkibinə daxil edilmişdi. Onların ümumi sayı isə 6 milyon nəfər idi.  Əgər həmin əhali hesaba alınmasaydı, onda 1926-1959-cu illər ərzində ukraynalıların artımı ümumiyyətlə olmayacaq, əksinə, əhali artımında mənfi saldo 10-12 milyon nəfər təşkil edəcəkdi. Bu da müvafiq dövrdə Qolodomor siyasəti nəticəsində ölən ukraynalıların sayına bərabərdir. Bundan belə başa düşmək olar ki, ukraynalılara qarşı həyata keçirilən Qolodomor - soyqırımı siyasəti nəticəsində yerli əhalinin yarıdan çoxu, təxminən 12-15 milyon nəfəri məhv edilmişdi. Bu, tarixdə görünməmiş bir soyqırımı siyasəti idi. Yeri gəlmişkən, onu da deyək ki, ruslar belə bir soyqırımı siyasətindən artıq XVI-XIX əsrlərdə tatarlara  başqırdlara qarşı da istifadə etmişdilər. O dövrdə bu prosesi  ruslar silah gücünə həyata keçirmişdilər. XVI-XIX əsrə aid rus mənbələri tatar başqırdların zorla xristianlaşdırılması buna paralel olaraq onların silah gücünə rusca danışmağa məcbur edilməsini yazır.  Xristianlığı qəbul edərək rus dilində danışmağa üstünlük verən tatarlara xüsusi imtiyazlar verir, onları yüksək vəzifələrə irəli çəkirdilər. Nəticədə, tatarların bir hissəsi zorla, digər hissəsi isə rusların şirnikləndirici hərəkətlərinə aldanaraq xristianlığı qəbul etdilər. Bu da nəticə etibarı ilə Tatarıstanda, Uralda, eləcə Moskvada xristianlığı qəbul edən tatarların hesabına rusların sayının süni şəkildə artmasına gətirib çıxardı. Tatar tarixçiləri XVI-XIX əsrlərdə tatarların zorla ruslaşdırılması nəticəsində azı 40 milyon nəfərin yeni ruslaraçevrildiyiniyazırlar. Onu da deyək ki, XIX əsrin sonlarında keçirilən siyahıyaalma zamanı Moskvada yaşayan əhalinin yarıdan çoxunu tatarlar təşkil edirdi. Ukraynada da analoji siyasəti həyata keçirən bu zaman Qolodomordan bir növsilahkimi istifadə edən bolşeviklər, görünür, çarizmin etnik təmizləmə qeyri rusların kütləvi şəkildə assimiliyasiyası təcrübəsini yaxşı öyrənmişdilər. Bolşeviklər bu işdə hətta çarizmdən irəli gedərək bu qanlı siyasətdən yeni şəraitdə daha dəhşətli amansız şəkildə istifadə etdilər.

 

Müharibə mane oldu

 

O dövrdə faşist Almaniyasının dünyanın siyasi səhnəsinə çıxması II Dünya müharibəsinin qaçılmaz olması Moskvanın ukraynalıların tamamilə məhv edilməsi planının qarşısını aldı. Moskvada anlamağa başladılar ki, ukraynalılar məhv edildikdən sonra onların boş qalan ərazilərinə rusların köçürülməsini başa çatdırmaq mümkün olmayacaq. Çünki bunun üçün yetərli sayda rus əhali yox idi. Buna baxmayaraq, Moskva ukraynalıları məhv etmək siyasətindən əl çəkməmişdi. Belə ki, 1944-cü ildə marşal Jukov ukraynalıları almanlarla  işbirliyində günahlandıraraq, onların Sibirə sürgünə göndərilməsi barədə Stalin qarşısında məsələ qaldırmış hətta bununla bağlı ordu komandanı kimi xüsusi sərəncam da imzalamışdı. Amma həmin dövrdə müharibə nəticəsində Ukrayna xarabazarlığa çevrilmişdi onun bərpası üçün ucuz işçi qüvvəsinə ehtiyac vardı. Ona görə Moskvada Jukovun təklifini həyata keçirməyə cəsarət etmədilər. Əvəzində müharibədən sonra Ukraynanın dağılmış ərazilərini bərpa etmək adı altında oraya Rusiyanın müxtəlif ərazilərindən, həmçinin SSRİ-nin hər yerindən  8 milyona yaxın adam köçürüldü. Bu da Ukraynada yerli əhalinin sayının yenidən sürətlə azalmasına orada rusların yeni rus”ların (rus dilində danışan SSRİ-nin müxtəlif xalqlarının) sayının artmasına təkan verdi.

 

Qolodomor soyqırımıdır

 

Ötən əsrin 30-cu illərində ukraynalılara qarşı həyata keçirilən soyqırımı siyasəti - Qolodomor barədə uzun müddət SSRİ-nin ali dairələrində danışmaq bunu gündəmə gətirmək qadağan edilmişdi. Bu barədə açıq şəkildə danışanlar dərhal cəzalandırılırdılar. Yalnız SSRİ dağılandan, Ukrayna müstəqilliyini əldə edəndən sonra bu məsələ gündəmə gəldi dünya o dövrdə ukraynalılara qarşı həyata keçirilən dəhşətli soyqırımından xəbər tutdu. 2003-cü il, may ayının 14-də Ukrayna Ali Radası (parlamenti) Qolodomoru ruslar tərəfindən ukraynalılara qarşı həyata keçirilən soyqırımı kimi tanıdı. Bundan sonra dünyanın 10 ölkəsi Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdığını bəyan etdi. Ukrayna bu məsələnin Moskva tərəfindən tanınması barədə dəfələrlə Rusiya rəhbərliyi qarşısında qaldırıb. Lakin Moskva bunu qəbul etmir o vaxt baş verən hadisəni aclıqla əlaqələndirir. Halbuki həmin dövrdə Ukraynaya qonşu olan Belarusda eləcə Rusiyanın Ukrayna ilə sərhəd zonalarında aclıq baş verməmişdi. Bir ,  Ukraynanın ruslar tərəfindən işğalından sonra bu ölkə Rusiyanın taxıl anbarı hesab edilib. Bələ ərazilərdə ölkədə isə əhalinin aclıqdan ölməsi barədə Moskvanın ortaya atdığı iddia olduqca gülünc görünür. Digər tərəfdən , əgər o dövrdə, həqiqətən , aclıq idisə, onda niyə aclıqdan ölən adamlara ərzaq yardımı edilmir, əksinə, onları yaşadıqları yerdən kənara çıxmağa qoymayaraq, planlı şəkildə ölümə sürükləyirdilər. Əgər bu ukraynalılara qarşı əvvəlcədən düşünülmüş şəkildə həyata keçirilən soyqırımı deyildisə, onda niyə bu əraziləri mühasirəyə alaraq onların SSRİ-nin digər əraziləri ilə əlaqələrini kəsmişdilər. Nəhayət, Ukraynada milyonlarla əhali aclıqdan ölərkən SSRİ-nin dəniz limanlarından xaricə milyonlarla ton taxıl  göndərilirdi. Məsələn, həmin dövrdə SSRİ Əmək Müdafiə Şurası sədrinin müavini Kuybışev ÜK(B)P Mərkəzi Komitəsinə belə bir teleqram göndərmişdi: “Təklif edirəm ki, hər ayın sonuna kimi xaricə əlavə olaraq, 30 min ton  buğda, 20 min ton arpa darı göndərilməsinin təmin edilməsinə yardım edəsiniz”.

Bu da Ukraynada Qolodomorun aclıq deyil, ukraynalıların soyqırımı olduğunu bir daha aydın göstərir. Təəssüflər olsun ki, ruslar bunu qəbul etmir və bununla da məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Amma tarix tez-gec Qolodomor siyasəti zamanı ölən milyonlarla günahsız insanın qisasını yerdə qoymayacaq.  Ardı var.

 

 

Mustafa Əziz

 

Zaman.- 2010.- 29-30 iyul.- S. 7.